SƏHİH-İ BUXARİ
İmam Məhəmməd ibn İsmail Buxari
(810-870)-nin səhih hədis kitabıdır. Kütubi-Sittənin ən mühüm kitabıdır. Əhli-Sünnə alimləri Səhihi-Buxarini Qurani Kərimdən sonra İslam dinində ən təməl ikinci kitab olaraq qəbul etməkdədirlər. İçində 7275 hədis vardır. İmami Buxari bu səhih hədisləri təxminən 600 min hədisi şərif arasından seçmiş və Səhihi Buxarini on altı ildə yazmışdır. |