SÜNƏN-İ TİRMİZİ
Hədis alimlərindən Məhəmməd ibn İsa Tirmizi (824-893) tərəfindən yığılmış səhih hədis kitabıdır. Altı dəridir. Tirmizi, məşhur hədis alimləri və imamlarından olub, hədis əzbələməkdə şöhrət olmuşdur. Əslən, Ceyhan Çayının şərqində olan "Tirmiz" şəhərinin Buq kəndində doğulmuş, hədis təhsili üçün, Xorasan, İraq, Hicaz kimi yerlərə səyahət edərək, Məhəmməd ibn İsmayıl əl-Buxaridən dərs almış və eyni zamanda birlikdə bəzi hədis alimlərindən elm təhsil almışlar, Əhməd ibn Həmbəl, əd-Daramı və III əsr hədis alimlərindən faydalanmışdır. Əş-Şəmail, əl-İlel, ət-Tarix və əl-Camius-Səhih adlı kitabları bunlardandır. Xüsusilə onun bu son kitabı, Əhli Sünnədə böyük dəyərə və şöhrətə malikdir. Eyni zamanda Kütubi-Sittədən də biridir. Bu kitabıyla əlaqədar bir çox şərhlər yazılmışdır. Sünənin dördüncü cildində, İmam Mehdi aleyhissələm haqqında hədislər nəql etmişdir.