SÜNƏN-İ ƏBU DAVUD

Hədis alimlərindən Hafiz Əbu Davud Süleyman ibn Eşas Sicistani (817-888)-nin səhih hədislərdən yığdığı kitabıdır. Kitab, 4800 hədisdən ibarətdir. İmam əslən İranın Sistan şəhərindəndir. Gənc yaşda elm təhsili səyahətlər etmiş, Zehebinin nəqlinə görə Hicri 220-ci ildə Bağdadda Əhməd İbn Hənbəldən elm təhsili almışdır. Bir çox muhaddisten də hədis dərsləri alaraq böyük hədis alimlərindən biri olmuşdur. Özündən, Tirmizi, Nəsai, hətta ustadı Əhməd İbni Hənbəl belə hədis nəql etmişlər. Daha sonra bir çox şəhərdə iqamət etdikdən sonra, Abbasi xəlifələrindən əl-Vasikin dəvəti üzərinə, Bəsrəyə yerləşərək burada vəfat etmişdir. Onun, hədislə birlikdə başqa mövzularda da əsərləri vardır.

Əsərləri arasında məşhuru da Kütubi Sittədə olan, "Sünən-i Əbu Davud" adıyla bilinən, Sünənidir. Nəqlə edildiyinə görə, Peyğəmbər-Əkrəm sünnəsini mühafizə etmək üçün yarım milyon hədis arasından bu kitabdakı hədisləri seçərək yığmışdır. Müəllif bu kitabında, Mehdi ilə əlaqədar babının "Kitabul-Mehdi" hissəsində; Mehdinin xüsusiyyətləri, zühurunun əlamətləri, zühurundan sonra nələr edəcəyi mövzularıyla əlaqədar olaraq, on üç hədis nəql etmişdir.