 |
SÜNƏN-İ İBNİ MACƏ
Hədis alimlərindən Əbu Abdullah Məhəmməd ibn Yezid (824-886)-in səhih hədis kitabıdır. İbn-i Macə, məşhur hədis imamlarından olub, hədis elmlərini araşdırmaq üçün Qəzvindən Bağdad, Bəsrə, Məkkə, Kufə, Şam, Misir və Rey kimi şəhərlərə səyahətlər etmişdir.
Tarix, təfsir və hədis elmi sahəsində bir çox əsəri vardır. Ən məşhur kitabı, iki cildlik Sünənül-Mustafadır ki Sünəni İbni Macə olaraq tanınmaqdadır. Əhli-Sünnənin, Kütubi-Sittə deyə xatırlanan hədis qaynaqlarından biridir. Bu kitabının, "əl-Fitən" babının bir hissəsində, İmam Mehdi aleyhissələm ilə əlaqədar hədisləri nəql etmişdir. |