MUHAMMƏD İBN RƏSUL ƏL-HÜSEYNİ ƏL BƏRZƏNCİ

Böyük əlamətlərin ilki, Mehdinin gəlməsidir...Bu barədə var olan hədislər, müxtəlif rəvayətlər olmasına baxmayaraq sayısı çoxdur.

Muhamməd ibn Həsən əl-Əsnəvi (Menakibiş-Şafii) əsərində deyir ki; Mehdi barədə, Rəsulullah (s.ə.v)-dən rəyavət edilən xəbərlər təvatür halını almışdır... Onun, əhli beytindən olacağı xəbər verilmişdir...

Birinci mərhələ: Adı-soyu-doğumu-xarici görünüşü-ona tabe olanlar-ondan üz çevirənlər


Adı

Rəvayətlərin çoxunda onun adı "Məhəmməd" olaraq keçər; bəzi rəvayətlər isə, "Əhməd" deyə bəhs edilir ... Atasının adı 'Abdullah' dır...

Əbu Davud ilə Tirmizinin İbni Məsud (r.ə)-dan nəql etdiklərinə görə, Allahın Elçisi (s.ə.v) belə buyurmuşdur; "Onun adı adıma, atasının adı da (atamın adına) müvafiq olacaqdır"...

Ləqəbi

Onun ləqəbi Mehdidir... Çünki Allah onu doğruya hidayət etmişdir ... Eyni zamanda "Cabir"dir ... Çünki O, Məhəmməd Ümmətinin münkəsir ürəklərini müalicə edəcəkdir... Və yaxud O, zalım və cəbbar kəsləri məğlub edib qəhr edəcəkdir...

Soyu

O, Peyğəmbər (s.ə.v)-in əhli beytindəndir ... Çox varid olan, həqiqi rəvayətlərə görə Onun xüsusilə Fatimə nəslindən olduğu açıqlanmaqdadır... Bəzi rəvayətlər Abbas oğullarından olduğu irəli sürülməkdədir...

Sonra Fatimə nəslindən olduğu rəvayətlərdə fərqli olaraq varid olmuşdur: Bəzi rəvayətlər onun Həsən (r.ə) övladından olduğunu söyləyərkən; digər rəvayətlər Hüseyn (r.ə) övladlarından olduğunu irəli sürmüşdür ... Fatimənin nəsli ən çox Həsənlə Hüseyndən meydana gəldiyi üçün, bu mövzudakı rəvayətlər bu cür müxtəlif olmuşdur.

Abbas oğulları haqqında da rəvayətlər də belədir. Ancaq, Abbas oğullarından (Mehdi) adını daşıyan biri tapılmışdır ... Mehdidən əvvəl Mənsur gəlmişdir ...

Biat edilməsi

Ona Məkkədə Hacerül Əsvəd ilə məqamı İbrahim arasında Aşura gecəsi beyət ediləcək.

Hicrəti

O, Qüdsü Şərifdə hicrət edəcək. Bu hicrətdən sonra Mədinə korlanıb vəhşilərin sığınacağı olacaqdır. Beyti Məqdisin abadlaşdırılması Mədinənin təxribi haqqında hədislər varid olmuşdur.

Xarici görünüşü

O, açıq alınlı, kiçik burunlu, iri gözlü dişləri parlaq və seyrək bir adamdır. Sağ yanağında, incini xatırladan, bir ulduz kimi üzünü işıqlandıran bir işarə vardır. Saqqalı sıx, çiyinində Peyğəmbər (s.ə.v)-in nişanı vardır. Baldırları uzundur, rəngi Ərəb rəngidir. Dilində ağırlıq var. Yavaş və ağır danışdığı zaman sağ əlini sol dizinə vurur. Qırx yaşındadır. Digər bir rəvayətə görə otuz ilə qırx yaş arasındadır. Allaha qarşı son dərəcə boyun əyicidir, üzərində iki pambıq əbası var. Əxlaq baxımından Peyğəmbər (s.ə.v)-ə bənzəyir. Əsmərdir. Orta boyludur. Qaşı qövslüdür.

Yolu

Peyğəmbər (s.ə.v)-in yolunda gedəcək. Yatan adamı oyandırmayacaq, qan da axıtmayacaq. Əhya etmədiyi sünnə və bidət buraxmayacaq. Axır zamanda eyni Peyğəmbər (s.ə.v) kimi dinin zərurətlərini yerinə yetirəcək. Zülqərneyn və Süleyman kimi bütün dünyaya hakim olacaq. Salibi (Xaçı) qıracaq, donuzu öldürəcək. Müsəlmanlara bütün hər şeyi geri verəcək. Yer üzü, zülm və işgəncə yerinə ədalətlə dolacaq. Hər şeyi haqq və ədalət ölçüləriylə bərabər bir halda bölüşdürəcək.

Beləcə yer və səma sakinləri ondan razı olduqları kimi, havadakı quşlar, meşədəki yırtıcı heyvanlar, dənizdəki balıqlar belə razı olacaqlar. Ümməti Məhəmməddən (s.ə.v) məmnun olmadıq heç kim qalmayacaq. Hətta, 'ehtiyacı olan yox mu?' deyə dəllal bağıracak; 'Ehtiyacımız yoxdur' cavabı veriləcək. Ancaq bir adam gəlib 'mənim ehtiyacım var' deyəcək; bunun üzərinə Mehdi ona:

Get Xəzinədara, istədiyini versin' əmrini vərəcək. Adam gəlib xəzinədara vəziyyəti anladacaq, o, da:

"Aç qucağını" deyəcək. Qucağını açanda xəzinədar ona bol miqdarda verəcək, adam sonra peşmanlıq içində: "Məhəmməd Ümmətinin (s.ə.v) ən gözü doymayan adamı mənəm!" deyib, xəzinədara aldığını geri vermək istəyəcək. Lakin xəzinədar "biz verdiyimizi geri almarıq!" deyəcək. Xülasə, yaxşı-pis bütün insanlar, onun vaxtında görülməmiş nemətə boğulacaq. Göydən bolca rəhmət yağacaq, yerlərdə bərəkət artacaq; bütün dəfinələr tapılacaq.

Bütün ölkələr ona qapılarını açacaq. Hind padşahları ona boyun əyib, bütün xəzinələrini Beyti Məqdisə verəcəklər. Hər tərəfdən, arıların yuvalarına gəlib sığındığı kimi, ona gəlib sığınacaqlar. İnsanlara, əvvəl də olduğu kimi səmadan, üç min mələk enib, müxaliflərinin üzünə və arxasına zərbəni endirəcək. (Yəni üç min mələklə kömək görəcəklər) Mələklərin başında Cəbrayıl (ə.s.) sonunda Mikail (ə.s.) olacaq.

Onun zamanında qurdla qoyun bir yerdə otlayacaq, uşaq ilan və əqrəblə oynaşacak, insanlar bir miqdar buğda əkdiklərində, qarşılığında yeddi yüz miqdar əldə edəcək. Sələmçilik, vəba, zina, içki kimi pisliklər ləğv ediləcək. Ömürlər uzanacaq əmanətlər yerinə təslim ediləcək. Pis adamlar həlak olacaq. Əhli Beytə nifrət edən bir şəxs qalmayacaq. İnsanlar arasında sözü seviləcək. Allah (c.c.) Onun sayəsində kor fitnəni söndürəcək. Yer üzündə təhlükəsizlik və sakitlik hakim olacaq. Hətta bir qadın, beş qadınla birlikdə aralarında heç bir kişi olmadığı halda sərbəst qorxusuz Həccə gedə biləcək.

İsa (ə.s.)-ın da bunlardan bəzilərini icra etməsi buna mane deyil. Çünki hər biri eyni şeyi edə bilərlər. Eyni zamanda gəlmələri də ehtimal olunur. Bu barədə izahat gələcəkdə veriləcək.


İkinci mərhələ

Onu bizə tanıdacaq əlamətlər və gəlməsinin yaxınlaşdığını göstərəcək olan işarələr ...

Əlamətlərə gəldikdə;

Yanında Allah Elçisi (s.ə.v)-nin köynəyi, qılıncı, bayrağı olacaq. O bayraq ki, Peyğəmbər (s.ə.v)-in vəfatından bu günə qədər heç açılmamışdır. Mehdinin zühuruna qədər də heç açılmayacaq. Bayrağında 'El Beyəti Lilləh', Allah üçün beyət ifadəsi yazılı olacaq.

Başında bir sarıq olacaq, bu sarığını içindən bir adam çıxıb Mehdini göstərərək belə qışqıracaq: "Bax Allahın xəlifəsi Mehdi! Ona tabe olun!"

O, quru bir qamış ağacını quru yerə əkəcək, dərhal yaşıllanıb yarpaqlayacaq.

Ondan möcüzə istəyəcəklər; o da havada uçan bir quşa işarə edib, dərhal əlinə düşəcək.

Göydən belə bir səs eşidiləcək: "Ey insanlar artıq Allah cabbarları, münafiq və köməkçilərini sizdən uzaqlaşdırdı. Ümməti Məhəmməd (s.ə.v)-in ən xeyirlisini başınıza gətirdi. Məkkədə ona qatılın, O Mehdidir! Adı də Əhməd ibn Abdullahdır.
Digər bir rəvayət: "Sizə Məhəmməd ümmətinin ən xeyirlisi olan Cabiri təyin etdi. Məkkədə ona yetişin, O Mehdidir. Adı Məhəmməd ibn Abdullahtır!

Yer öz qızılını çölə atacaq. İnsanların ürəkləri zənginləşəcək. Yer üzü bərəkətlə dolacaq. Kəbənin altından xəzinə çıxacaq. Bunu Allah yolunda paylayacaq. Antakya və ya Təbəriyə gölündən "Tabut əs-Səkinə" çıxarılacaq. Çiyinlərdə gətirilib Beyti Müqəddəsdə onun önünə qoyulacaq. Yəhudilər onu gördükdə az bir qismi müstəsna olmaqla hamısı müsəlman olacaqlar. İsrailoğullarına dəniz ikiyə bölündüyü kimi, ona da bölünəcək. Arasından rahatlıqla keçib gedəcək. Xorasandan qara bayraqlarla insanlar gəlib ona beyət edəcəklər. Məryəm oğlu İsa (ə.s.) ilə görüşəcək, İsa onun arxasında namaz qılacaq. Üzərində Peyğəmbərin əlaməti olacaq.


Gəlişinin yaxınlaşdığını göstərən işarələr

- Fərhat çayı yarılacaq, altından bir dağdan qızıl töküləcək.

- Ramazanın ilk gecəsində Ay, on beşinci gecəsində Günəş tutulacaq. Dünya qurulduğu gündən bu yana görülməmiş bir şəkildə baş verəcək bu tutulma hadisəsi, Ramazan ayında iki dəfə ay tutulacaq

- Hər tərəfi aydınladan quyruklu ulduz doğulacak, şərqdən üç və ya yeddi gün ard-arda.

- Böyük od zühur edəcək, göydə qaranlıq görüləcək, göydə adi olan qırmızılığın əksinə tam fərqli bir qırmızılıq yayılacaq. Yer üzünün eşidib anlaya biləcəyi bir dillə nida ediləcək...

- Şamda 'Harista' deyilən kənd yerlə yeksan olacaq. Səmadan Mehdi adıyla çağırılacaq, şərq və qərbdə olan hər kəs bu səsi eşidəcək! Yatan oyanacaq, ayaqda olan oturacaq, oturan dizi üstə qalacaq

- Şəvval ayında qiyam, Zilqədədə hərb danışıqları, Zilhiccədə isə müharibə baş verəcək. Hacılar soyulacaq, qanları (Cemrətül Akabə) üzərinə axacaq. Bu saydıqlarımın bəziləri baş vermişdir.

- Anlaşılmamazlıqlar və tez-tez zəlzələlər baş verəcək. Səmadan gələn bir səs belə deyəcək: "Qulağınızı açın! Həqiqət Məhəmmədin əhlindəndir "Yerdən biri belə səslənəcək:" Haqq İsa (ə.s.) ilə Abbas əhlindəndir. 'Birincisi mələyin ikincisi isə Şeytanın hayqırışı olaraq təzahür edəcək.

- Fərhat çayının altından bir dağdan qızıl çıxacaq. (Kıyamet Alametleri, s. 166)

- Mehdi havada uçan bir quşa barmağı ilə işarə edəcək, quş ovcunun içinə düşəcək... Quru qamış çubuğunu quru toprağa əkəcək, dərhal yaşıllaşacaq... (Kıyamet Alametleri, s. 173)

Mehdi işi çox ciddi edəcək... (Kıyamet Alametleri, s. 175)

Sonra Allah Konstantinopolu (İstanbulu) çox sevdiyi dostlarının əli ilə fəth edəcək. Onlardan xəstəliyi və kədəri aradan qaldıracaq, sonra çox keçmədən Hz. İsa enəcək, deccal ilə döyüşəcək. "Bu hədisi çox uzun olaraq İmam Suyuti (Məscid-i Kəbirndə) izah etmişdir..

"Ikdud-durər" də bu cür deyilir: "Konstantinopolun yeddi qalası vardır. Bəhər qala iyirmi bir arşındır. Və onda yüz qapı vardır. Şəhəri əhatə eden sonuncu qalanın genişliyi on arşındır. O Rum dənizinə tökülən haliç üzərində qurulmuşdur. Dənizi Rum illərinə və Əndülüsə tərəf uzanıb gedər.

Mehdi səhər namazına dəstəmaz almaq üçün dənizin yanında bayrağı sancacaq, su ondan uzaqlaşacaq. Və açılan yoldan keçib insanlara belə səslənəcək: "Ey insanlar gəlin sizdə keçin. Cənabı Haqq İsrail oğullarına olduğu kimi sizə də dənizi ikiyə ayırdı." Onlar da keçəcəklər. Təkbirlər gətirəcəklər bu dəfə sarsıntı bir az daha şiddətli olacaq. Üçüncü təkbir gətirəndə, on iki bürc yerlə bir olacaq. Oradan birbaşa şəhərə daxil olacaqlar... (Kıyamet Alametleri, s. 181)

...Peyğəmbərdən nəql edilmişdir: "Dünyaya iki mömin, iki kafir hakim olmuşdur. Möminlər: Zülqərneyn, Süleyman əleyhissalam kafirlər isə: Nəmrud, Buhtu Nəsrdir." Dünyaya Əhli Beytimdən beşincisi olan Mehdi də hakim olacaq. "İbni Merdüveyh İbni Abbasdan nəql edir : "Əshabı Kəhf Mehdinin köməkçiləridir. Üləmaya görə onların bu zamana qədər qalmaları Məhəmməd Ümmətimdən olmaq şərəfinə nail olmaları üçündür. "

Tənbeh:

Müxtəlif rəvayətlərdə Peyğəmbərimizdən belə nəql edilmişdir: "Böyük hərb, Konstantinopolun fəthi, Dəccalın çıxması yeddi ay içində olacaq." Digər bir rəvayətdə, bu "Yeddi il" olaraq keçməkdədir. Əbu Davuda görə "Yeddi il" rəvayəti "yeddi ay" rəvayətindən daha doğrudur. (Kıyamet Alametleri, s. 182-183)

Başqa tənbeh:

Mehdinin hakimiyyəti müddəti barəsində müxtəlif rəvayətlər vardır. Bəzi rəvayətlərdə bu müddət beş yaxud yeddi və yaxud da doqquz il olaraq keçməkdədir. Bəzilərindən isə yalnız yeddi, digər bir qisim rəvayətlərdə isə doqquz, başqa bir rəvayətdə: Az olsa beş, çox olursa doqquz; bəzi rəvayətdə on doqquz il və bir neçə ay, bəzisində iyirmi, bəzisində iyirmi dörd, bəzisində otuz, bəzisində qırx il olaraq keçməkdədir. "Bu qırx ilin doqquzunu Rumlar ilə sülh içində keçirmişdir. İbni Həcər (Elkavlül Müxtəsər) adlı əsərində deyir ki::

"Bu rəvayətlərin hamısı zühuru və gücü etibarilə düzgün ola bilər. "Bəli İbni Həcərin bu sözünü bir neçə istiqamətdən təsdiq edə bilərik. Birincisi Peyğəmbər ümmətini xüsusilə Əhli Beytini bir çox şeylə müjdələmişdir. Onların hər cür zülm və işgəncələrindən qurtarılacaqlarını izah etmişdir. Bu da ancaq uzun bir müddət ediləcək olan ədalətə bağlıdır. Yeddi və doqquz il kimi qısa bir müddət isə buna kifayət deyil. İkincisi, Mehdi eyni Zülqərrneyn ilə Süleyman kimi bütün dünyaya hökm edəcəkdir. Digər ölkələrdə məscidlər, binalar inşa edəcəklər, doqquz il kimi az bir müddət cihad və digər işlərə bəs etməz.

Üçüncüsü, onun zamanında ömürlər uzanacaq. Ömürlərin uzanması, onun da uzun ömürlü olmasını tələb edir. Əks halda müddətlərinin uzanmasının bir mənası qalmaz.

Bilindiyi kimi İsa (ə.s.) nazil olacaq və Dəccalı öldürəcək. Burası da bir həqiqətdir ki, İsa Mehdidən hakimiyyəti almayacaq; çünki liderlər Qureyşdəndir. Madam insanlar arasında bu ikisi mövcud olacaq, elə isə İsa (ə.s.) onun Əmiri deyil də Vəziri olacaq. Bu səbəbə görə, Mehdinin arxasında namaz qılacaq və ona tabe olacaq. Necə ki, Müslimdə Cabirdən gələn bu hədis buna dəlalət etməkdədir: Namaz da İsa ona belə deyəcək: Bəziləriniz bəzilərə görə Allah bu ümmətə ehtiram göstərdiyi üçün əmirlərdir. Bəzi rəvayətlərdə varid olan: "Mehdi insanlara yalnız o namazı qıldıracaq, ondan sonra İmam İsa olacaq" sözü, buna mane deyil. Çünki Onun İmam və Əmirliyi müəyyən olduqdan sonra, Onu İsanı namaza imam olaraq təyin etməsi mümkündür. Çünki Onun əfdaliyəti xilafətinə icazə vardır; hələ fadıl, Qureyşdən olmazsa! " (Kıyamet Alametleri, s. 185)

...Peyğəmbərin bu mübarək hədisi bax buna nə gözəl işıq tutmaqdadır:

"Sizə Məryəmin oğlu çox ədalətli bir hakim olaraq gəldiyi, İmamınız da sizdən olduğu bir zaman halınız görəsən necə olar?" "İmamınız sizdən olduğu..." sözü, "Adil bir hakim" sözünün İmamət mənasını gələcəyi şüurunu ortadan qaldırmışdır. Çünki İsa Əleyhissalam gəldiyi zaman Məhəmmədin şəriətinə tabe olacaq. Buradakı İmaməttən məqsəd, namaz İmaməti deyil. Tevfiq Allahdan ... (Kıyamet Alametleri, s. 186) Muhammed B. Resul Al - Hüseyni El Berzenci "Kıyamet Alametleri" Pamuk Yanıları, Trc. Naim Erdoğan)