M. MUHYİDDİN ARABİ
Malı bərabər olaraq paylayacaq, insanlar arasında ədalət ilə rəftar edəcəkdir. Biri ona gəlib Ey Mehdi mənə ver, diyəcək. Qabağında da mal olacaq. Mehdi tez qabağındakı maldan onun ətəyinə dolduracaq, daşıya bildiyi qədərini alıb aparacaqdır. Mehdi, dinin fətrət keçirdiyi bir zamanda ortaya çıxacaq... Adam cahil, qorxaq olaraq axşamlayır, ancaq alim, cəsur və cömərd olaraq səhər oyanacaq. Hüzur və xoşbəxtlik onunla yeriyəcək. Mehdi beş, ya yeddi və ya doqquz il yaşayacaqdır. Rəsulullahın izindən gedəcəkdir. Onun adına heç bir məlik xəta etməz. Görmediyi şəkildə onu təsdiqləyər. Hər fəaliyyəti üzərinə alar və zəyifə kömək edər. Müsübət başına gələnə kömək edər. Dediyini edər, etdiyini də söyləyər, şahid olacağı şeyi də bilər. Allah onu bir gecədə islah edər. Rum şəhərini (İstanbulu) təkbir ilə fəth edər. Yanında bu vaxt Hz. İshaq övladından yetmiş min Müsəlman olacaqdır. Dini ayaq üstə dimdik durduracaq, keçmiş mahiyyətinə qovuşduracaq. İslama yenidən ruh üfürəcək, zəlil hala gəldikdən sonra onunla İslamı əvvəlki güclü halına gətirəcəkdir. O, İslam öldükdən sonra İslamı yenidən dirildəcəkdir. Din, beləliklə onun vasitəsi ilə əvvəlki mahiyyətini qazanacaqdır. Onun zamanında din tamamilə rəydən (əlavə şərhlərdən) təmizlənmiş olaraq keçmiş mahiyyətini qazanacaq. Verəcəyi bir çox hökmlərdə üləmanın məzhəblərinə müxalifət edəcək. Buna görə də ondan uzaq dayanacaqlar. Çünki zanlarına görə, həqiqətən Allah imamlarından sonra bir müctəhid qoymadığını qəbul edəcəklər... Bil ki, Mehdi çıxdığı zaman bütün müsəlman havassı və avamı sevinəcəklər. Mehdinin ilahi olan yəni mənəvi dəstəklənən adamları olacaq. Onun dəvətini ayaqda tutacaqlar və ona kömək edib özünü zəfərə çıxardacaqlar. Ölkəyə aid bütün ağır yükləri bunlar daşıyacaqlar. Allahın Mehdiyə verdiyi vəzifədən ötəri ona dəstək olacaqlar. Daha sonra Hz. İsa Dəməşqin şərqindəki Ağ minarəyə enəcək. İmam durduğu yerindən geri çəkiləcək, Hz. İsa önə keçəcək və insanlara namazı qıldıracaq. İnsanlar arasında Rəsulullahın sünnətini əmr edəcək, xaçı qıracaq, donuzu öldürəcək. Allah Mehdinin ruhunu pak olaraq təslim alacaqdır. Mehdi, vaxtı gələnə qədər gizlənəcəkdir, vəd olunan vaxtı gəldikdə də ortaya çıxacaq. Onun şəhidləri, şəhidlərin ən xeyirlisi, güvəndiyi kəsləri yəni vəzirləri isə əmin olanların ən etibarlı olanlarıdır. Allah, bir qrup insanı ona vəzir təyin etmişdir. Allah bu kəsləri gizləmişdir. Mən kəşf və şühud yolu ilə bu həqiqətlərə vaqif oldum. Ayrıca, Allahın qulları üçün nəzərdə tutduğu şeylərə də vaqif oldum. Bunlar qabaqcıl olan bəzi səhabələr kimi qabaqda fəaliyyət göstərəcəklər. Eynilə qabaqda gələn səhabənin Allaha verdikləri sözü yerinə yetirdikləri kimi, bunlar da eynilə o sözlərini təsdiqləyici olacaqlar. Bu kəslər eyni zamanda Ərəb də olmayıb əcəm yəni başqa millətlərdən olacaqlar. Ərəb olmamalarına baxmayaraq Ərəbcədən başqa bir dildə danışmayacaqlar. Onların cinslərindən olmayan bir qoruyucuları olacaq. Bu, Allaha heç vaxt qarşı də gəlmiş deyil. Özü, ən saf və səmimi vəzirlərindən olacaq. Xüsusilə bu vəzirlər hər mövzuda həqiqi mənada arif insanlar olacaqlar. Lakin şəxsən Mehdi isə, özü ... və həqiqi mənada siyasətçi olacaq. Yenə bu vəzirlərin bariz bir xüsusiyyəti də özlərinin heç bir zaman döyüş meydanlarında məğlubiyyətə uğramamalarıdır. Məsələn Rum şəhərini, İstanbulu yalnız təkbirlərlə fəth edəcəklər. İlk təkbirdə qala divarlarının üçdə biri yıxılacaq, ikinci təkbirdə qalanın qalan üçdə biri yıxılacaq, üçüncü təkbirdə qalanın qalan hissəsi yıxılıb yerlə bir olacaq. Beləcə bu şəhəri qılınçsız və silah istifadə etmədən fəth edəcəklər. Bax bu həqiqətin özüdür ki, qələbə ilə qardaşdır. Mehdinin vəzirlərinin ehtiyac duyduqları şeylər, vəzifələrini ən yaxşı etmələri üçün doqquz maddədir. Bundan az da olmayacaq. Bunlar sıra ilə aşağıdakılardır;
İşlər və hadisələr hələ meydana gəlmədən, Mehdi Allah tərəfindən ona vaqifdir. Çünki əvvəldən olacaq hadisələr hazır olması lazımdır. Mehdi, dini mövzularda rəy və müqayisə etməkdə məsumdur. Ona belə davranması haramdır. Çünki Allahın dini barəsində hökm vermədə Nəbi yəni Peyğəmbər olan birinin müqayisə etməsi doğru deyil. Əgər müqayisə etməsinə icazə verilsəydi, Allah onu peyğəmbərin Hz. Məhəmmədin diliylə bildirərdi. Bundan başqa Hz. Peyğəmbər imamlardan heç biri üçün mənim yolumda gedəcəklər, səhv etməyəcəklər deməmişdir. Bu ifadəni ancaq Mehdi üçün demişdir. Onun mehribanlığını xəlifəliyini və verəcəyi hökmləri barəsində məsum olduğunu bildirmişdir. ("Futuhat-El Mekkiye", 366. bab, c. 3, s. 327- 328) |