İBN-İ KƏSİR Şuayb ibn Xalidin Əbu İshaqdan rəvayətə görə Hz. Əli oğlu Həsənə baxaraq belə demişdir: "Həqiqətən mənim bu oğlum, Rəsulullahın adlandırdığı kimi Seyyiddir. Çox yaxında onun nəslindən biri çıxacaq,o Peyğəmbərinizin adıyla adlandırılır. Rəsulullaha əxlaqda bənzəyəcək, lakin xəlq edilməsində deyil." (İbni Kesir Nihayetü'l-Bidaye ve'n Nihaye, 1/38.) Rəsulullah Əfəndimiz buyurur: "Dünyada bir tək gündən başqa gün qalmasa (Zaidədən gələn rəvayətdə)" Allah, o günü uzadar. Hətta o gündə Məni və ya mənim Əhli-Beytimdən adı mənim adıma, atasının adı atamın adına bənzəyən biri göndəriləcək. (Fıtr hədisində isə) "Yer üzü zülm və cevr ilə doldurulduğu kimi o da ədalət və doğruluqla dolduracaq. (Süfyan hədisində isə)" Mənim Əhli-Beytimdən adı mənim isimime uyğun bir Ərəb millətinə sahib olana qədər dünya getməyəcək və dünyanın ömrü bitməyəcək. " (İbni Kesir, "Nihayetü'l-Bidaye ve'n Nihaye", 1/39. Ebu Davud, "Mehdi", 1. H. 4282, 4283. Tirmizi, "Fiten", 52. H. 2231) Bir başqa rəvayətdə isə: "Dünyada yalnız bir gün qalsa, Allah o günü uzadacaq. Ta ki adı mənim adıma uyğun Əhli-i Beytimdən biri vəzifəni üzərinə götürsün." (İbni Kesir, "Nihayetü'l-Bidaye ve'n Nihaye", 1/39. Tirmizi, "Fiten", 52. H. 2231) Rəsulullah buyurur: "Ümmətim arasından Mehdi olacaq. Əgər aranızda qalması qısa tutulsa yeddi il qalacaq. Qısa tutulmazsa qalma müddəti doqquz ildir. Mənim ümmətim arasında o dövrdə elə bir bolluq olacaq ki, o günə qədər belə bir bolluq və firavanlıq heç bir zaman qəti olaraq eşidilməmişdir . Yer üzü bütün məhsullarını verəcək, onda heç bir şey gizli qalmayacaq. o gündə məhsul çox yığılmış olacaq. Birisi durub, Ey Mehdi, Mənə məhsul ver deyəcək, o da dərhal al deyəcək. " (İbni Kesir, "Nihayetü'l-Bidaye ve'n Nihaye", 1/42, "İ. Maceh", Fiten, 34, H. 4083) Rəsulullah buyurur: "Ümmətim içərisindən Mehdi çıxacaq beş və ya yeddi və ya doqquz il aralarında yaşayacaq. Ona biri gəlib, ey Mehdi mənə məhsul ver, deyəcək, Mehdi də onun ətəyinin daşıya biləcəyi qədər dolduracaq." (İbni Kesir, "Nihayetü'l-Bidaye ve'n Nihaye", 1/43. Tirmizi, "Fiten", 53, H. 2232) İbni Kəsir deyir ki, bu, səhih hədisdir. Bu hədis fərqli olaraq da Rəsulullahdan rəvayət olunmuşdur. Bu hədisdə, Mehdinin ən çox qalacağı müddət doqquz il olacağına, ən az müddətin də beş və ya yeddi il olacağına işarə edilməkdədir. Ola ki malı bol dağıdacaq olan xəlifə bu olacaq. Yenə də ən yaxşısını bilən Uca Allahdır. Bunun zamanında meyvələr çox olacaq, əkinçilik istəmədiyi qədər bollaşacaq, mal ala bildiyincə artacaq. O dövrdə buna heç bir güc qarşı qoya bilməyəcək, din dimdik ayaqda hakim olacaq, xeyir və yaxşılıqlar daimi və davamlı olaraq olacaq. (İbni Kesir, "Nihayetü'l-Bidaye ve'n Nihaye", 1/43, 44) "Bizə Xələf ibn Vəlid, Abbad ibn Abbas və Xalid ibn Sad nəql etdilər. Bu Zəvatın Əbul Vədakdan o da Əbu Səiddən rəvayətlə Əbu Səid demişdir ki: "Bir adam belə dedi: "Allaha and içirəm ki, başımıza heç bir əmir keçmiş olmasinki o, bu yaxınlarda daha pis olmasın." Bunun üzərinə Əbu Səid, belə deyir: "Əgər Rəsulullahdan bir şey eşitməmiş olsaydım, mən də deyilən kimi mütləq söyləyərdim. Rəsulullahın belə dediyini eşitdim: "Sizin əmirlərinizdən bir Əmir gələcək, malı elə paylayacaq ki, sayılamıyacak qədər. Ona birisi gəlib mal istəyəcək o da al, deyəcək. Gələn kimsə də paltarını açacaq, oraya malı dolduracaq." (İbni Kesir, "Nihayetü'l-Bidaye ve'n Nihaye", 1/44) Rəsulullah buyurur: "Biz Əbdülmüttalibin uşaqları, cənnət xalqının əfəndiləriyik. Mən, Həmzə, Əli, Cəfər, Həsən, Hüseyn və Mehdi." (İbni Kesir, "Nihayetü'l-Bidaye ve'n Nihaye", 1/44. "İ. Maceh", "Fiten", 34. H. 4087) |