İMAM ŞARANİ

Əbu Davudun, Əbu Səid əl-Hudridən rəvayət etdiyi hədisi şərifdə Peyğəmbər Əfəndimiz belə buyurmuşdur:

- Ümmətim içində Mehdi olacaqdır. Əgər qısa müddət olsa yeddi il, qısa olmazsa doqquz il hökm sürəcək. Mehdinin vaxtında mal (yəni zənginlik) artacaq. Yanında da çox sərvət olacaq. Bir nəfər::

- Ya Mehdi mənə (bir az) kömək et, deyəndə o da:

- (İstədiyin miqdarı, daşıya bildiyin qədər) al, deyəcək.

Əbu Davudun rəvayətindəki (başqa) hədisi şərifdə:

- Mehdi məndəndir (mənim nəslimdəndir). Alnı geniş və açıqdır.

(Əbu Səid əl-Hudridən) rəvayət edilən hədisi şərifdə Rəsulu Əkrəm Əfəndimiz belə buyurmuşdur:

- And içirəm ki, bu ümmətə elə (şiddətli) bəlalar gələcək də adam zülmdən, qəddarlıqdan xilas olmaq üçün sığınacaq bir yer tapa bilməyəcək. Belə çətin bir vaxtda Allah Təala nəslimdən, mənim hanədanımdan bir kimsəni göndərəcək də onun sayəsində yer üzü ədalətlə dolacaq. Necə ki, (ondan əvvəl) başqaları ilə yer üzü zülm və qəddarlıqla doldurulduğu kimi. Ondan (yəni Mehdidən) səma sakinləri (mələklərlə peyğəmbərlərin ruhları) və yer üzündə yaşayan (möminlərin və canlı heyvanların) hamısı razı və məmnun olacaqlar. (Mehdinin zamanında) səma yağışdan heç bir şeyi əsirgəməyəcək və səxavətlə bol yağdıracaq.

Yer üzü də bitkilərindən heç əskik buraxmayacaq və şübhəsiz onları kamalı ilə bitirib ortaya çıxaracaq. Hətta yaşayanlar (özlərində olan nemətləri görmələri üçün) ölülərin də sağ olmalarını arzu edəcəklər. İmam Mehdi bu ədalət və bolluq içində yeddi il, yaxud da səkkiz il və ya doqquz il yaşayıb hökmdar olacaqdır.

Əbu Davudun rəvayət etdiyi hədisi şərifdə Allahın Elçisi:

Dünyada tək bir gün qalsa belə, Allah Təala şübhəsiz o günü uzadar və uca Allah o gündə mənim nəslimdən yaxud da Əhli Beytimdən adı adıma, atasının adı da atamın adına uyğun olan (yəni Abdullah oğlu Məhəmməd olan) kamal sahibi kimsəni göndərir, buyurmuşdur.

Bu hadisi mənası ilə İmam Tirmizi rəvayət edərək səhih və həsəni demişdir.

Eyni şəkildə Tirmizinin rəvayət etdiyi hadisi şərifdə Rəsul-i Əkrəm Əfəndimiz belə buyurmuşdur:

Dünyada ancaq tək bir gündən başqa heç bir zaman qalmamış olsa belə Əhli Beytimdən bir kimsənin insanların başına keçməsi üçün şübhəsiz ki, Allah Təala o günü uzadar. Və o şəxsin qarşısında (köməkçi) mələklər olacaq və İslam (dini bütün haşmetiyle) ortaya çıxacaq. Mehdinin xəzinəsində mal, sərvət o dərəcə çox olacaq ki, bir insan yanına gələrək:

- Ey Mehdi mənə kömək et, deyə xahiş edincə Mehdi onun paltarının içində daşıya biləcəyi pulu avuçlayıp verəcək.

Hafiz Əbu Nuaymın rəvayət etdiyi hədisi şərifdə Rəsuli Əkrəm Əfəndimiz belə buyurmuşdur:

Ey Əhli-beyt! Mehdi bizdəndir. Əziz və Cəlil olan Allah onu bir gecədə -yahut da iki gündə demiştir- islah və irşad edəcək.

Məğribdə də xaos, fitnələr və qorxulu günlər olacaq. Aclıq və həyat bahalılığı çox yayılacaq. Fitnələr çoxalacaq, insanların bir qisimi digərlərini yeyəcək. Elə (elə müşkü bir) zamanda Məğrib məmləkətinin ən uzaq bölgəsindən və Rəsuli Əkrəm Əfəndimizin möhtərəm qızı Fatmanın övladlarından bir kimsə ortaya çıxacaq. Bax o zat axır zamanda qiyam qaldıracaq olan Mehdidir. Və Mehdinin zühuru da qiyamət əlamətlərinin ilkidir.

İmam Süreykin rəvayət etdiyi hədisi şərifdə:

Mehdinin çıxışından əvvəl bir ramazan içində günəş iki dəfə tutulacaq, deyə buyurulmuşdur.

Ən yaxşısını Allah bilir.

İbni Macənin Əbu Hureyrədən rəvayət etdiyi hədisi şərifdə Rəsulu Əkrəm Əfəndimiz:

Dünyanın ömründən heç bir zaman qalmayıb ancaq tək bir gün qalsa belə o gündə mənim nəslimdən bir şəxsin Deyləm dağına, yaxud da Deyləm əyalətinə və İstanbula və Roma şəhərinə sahib olması üçün Əziz və Cəlil olan Allah şübhəsiz o günü uzadacaq, buyurmuşdur. Bu hədisin qaynağı səhihdir.

İmam Mehdi sonra mahiyyətindəki əsgərlərlə birlikdə Qızıl Kilsəyə çataraq içində böyük və çox (qiymətli, nadir) mallar ələ keçirirlər. Mehdi bu malları alıb Müsəlmanlar arasında bərabər və müsavi olaraq bölər. Mehdi sonra Kilsənin içində sekinet-qüvveyi-i maneviye-sandığını ələ keçirər. Sandığın içində Hz. İsanın ucu dəmirli əl ağacı ilə Hz. Musanın əsası vardır. O əsa Hz. Adəm cənnətdən çıxarıldığı zaman Onunla birlikdə yerə enmişdi. (Bilahare) Roma İmperatoru Qeysər o sükunət sandığını (Qüdsdəki) Beytül-Makdisdə ələ keçirmiş və içində olan bütün (nadir, qiymətli) əşyalarla malları alaraq Qızıl Kilsəyə aparmışdır. Bax o əşya indiyə qədər Qızıl kilsənin içində saxlanılır. Nəhayət o əşyaları Mehdi təkrar oradan alacaq...

("Ölüm - Kıyamet - Ahiret ve Ahir zaman Alametleri", Bedir Yayınevi, s. 432-448)