İBN HACƏR ƏL MƏKKİ Mehdinin gələcəyi, Rəsulullah əfəndimizin nəslindən olacağı, dünyaya yeddi il hökm edəcəyi, yer üzünü ədalətlə dolduracağı və İsa (ə.s.) ilə birlikdə çıxaraq, Onun Fələstində (Lud) qapısında Dəccalı öldürməsinə kömək edəcəyi, bu ümmətə imamlıq edib, İsa (ə.s)-ın Onun arxasında namaz qılacağı "mənasındakı bütün hədislər, bir çox ravinin nəql etmələri ilə dəqiqlik qazanmışdır. Sayılan bütün bu xüsuslar, Hz. Mehdinin həyatına aid ən əhəmiyyətli xüsusiyyətləridir. Hz. Mehdinin rəngi Ərəbi, bədəni İsrailidir. Sağ yanağı üzərində parlayan ulduz kimi xal vardır. Onun xilafətindən yer və səma əhli, hətta havadakı quşlar belə razı olacaq. Hz. Mehdi, sanki İsrail xalqına bənzəyər, yer üzünün xəzinələrini çıxaracak və küfür diyarını fəth edəcəkdir. Rükun və Məqam arasında özünə beyət ediləcək. Hz. Mehdi, o qədər mərhəmətli olacaq ki, zamanında bir kimsənin belə burnu qanamayacaq. Saqqalı çox və sıx olacaqdır. Dişləri parlaq olacaqdır. İnsanlara malı və eşyanı paylarkən, saymadan çoxlu verəcəkdir. Heç bir tərəfin ondan məhfuz qalmayacağı, bir fitnə zühur edəcək, bu fitnə qaldığı yerdən sonra başqa tərəfə yayılacaq və bu vəziyyət bir münadinin səmadan səslənərək "Ey insanlar, Əmiriniz artıq Mehdidir" deməsinə qədər davam edəcəkdir. Allahu Təala, İslamı necə Rəsulullah Əfəndimizlə başlayıbsa, Hz. Mehdi ilə sona çatdıracaq. Zülm və günahla dolu olan dünya, o gəldikdən sonra ədalətlə dolub daşacaqdır. Müxtəlif zəlzələlərin olacağı bir dövrdə göndəriləcək. Onun dövründə ümmətin istər yaxşıları və istərsə də pisləri, misli əsla görülməmiş şəkildə, bir çox nemətlərə sahib olacaq. Çox yağış yağmasına baxmayaraq bir damcısı belə boşa getməyəcək, torpaq bir tək toxum istəmədən məhsuldar və bərəkətli olacaq. Hz. Mehdi çıxarkən başında sarıq olacaq və bir münadi "Bu Allahın xəlifəsi olan Mehdidir. Ona tabe olun" şəklində nida edəcək. Peyğəmbər Əfəndimiz (s.ə.v), "Xorasan tərəfindən bayraqlar çıxdığını gördüyünüzdə, qar üzərində sürünərək də olsa, o bayraklara qatılın, çünki içlərində Allahın xəlifəsi Hz. Mehdi vardır." buyurmaqdadır. O fitnələrin zühur etdiyi bir zamanda gələcək və lütfkarlığı qarşılıqsız olacaq. Konstantinopol və Deyləm dağını fəth edəcək. İslamın əleyhinə deyiləcək bir söz belə, ona ağır gələr. Mehdidən əvvəl çoxlu soyqırımların baş verəcəyi böyük bir fitnə görüləcəkdir. Günahsız insanlar öldürülənə qədər Mehdi çıxmayacaq və bu qırğınlara yerdəkilər və səmadakılar artıq dözə bilməyəcək bir hala gəldiyində zühur edəcək. Hz. Mehdi gəldikdə, insanlar onu eşq və məhəbbətlə qucaqlayacaqlar. Hz. Mehdi, bütün haramların halal sayıldığı, böyük bir fitnədən sonra çıxacaq. Xilafət ona, evində oturanda gələcək və dövründə yer üzünün ən xeyirlisi özü olacaq. Hz. Mehdi çıxmadan əvvəl, Mədinədə qapqara daşların belə qan içində itirəcəyinə dair böyük bir hadisə olacaq. Bu hadisədə, bir qadının öldürülməsi bir qamçının sallanması qədər asan olacaq. Mehdi çıxmadan əvvəl, millətlər arasında ticarət və yollar kəsiləcək, insanlar arasında fitnələr çoxalacaq. Müxtəlif ölkələrdən bir çox alim bir-birlərindən xəbərsiz şəkildə Mehdini axtarmaq üzrə yollara çıxacaq və alimlərdən hər birinə 310-a yaxın insan müşayiət edəcək. Sonunda hamısı Məkkə də görüşürlər. Və bir-birinə "Bura nə üçün gəldiklərini" soruşduqlarında hamısı "bu fitnələri önləyəcək və Konstantinopolu fəth edəcək olan Mehdini axtarır, çünki biz onun, atasının, anasının və ordusunun adlarını öyrəndik" şəklində cavab verirlər.. Allah (c.c.) bütün insanların ürəklərini onun məhəbbəti ilə dolduracaq. Sonra o gündüzləri arslan, gecələri abid olan bir qövmlə fəaliyyət göstərəcək. Hz. Mehdi, heç bir bidəti buraxmayacaq və bütün sünnəni əhya edəcək. Konstantinopolu, Çin və Deyləm dağlarını fəth edəcək, bu vəziyyət 7 il davam edəcək. Ancaq onun hər ili, sizin 20 ilinizə bərabər olacaq. Sonra Allahu Təala istədiyini edəcək. Onun zamanında qurdla qoyun bir yerdə oynayacaq, ilanlar uşaqlara zərər verməyəcək. İnsan bir ovuc toxum atacaq, 700 ovuc məhsul götürəcək. Riya, riba, zina, içki qalmayacaq, ömürlər uzanacaq və əmanət itməyəcək. Pis adamlar həlak olacaq, Peyğəmbər Əfəndimizə nifrət edəcək kimsə qalmayacaq. O günəşdə bir əlamət görünənə qədər gəlməyəcək. Onun sərkərdələri, insanların ən yaxşısıdır. Yer üzü təhlükəsizliklə dolacaq və hətta bir neçə qadın, yanlarında heç kişi olmadan, rahatl şəkildə həccə gedə biləcəkdir. Çox geniş yayılmış və sona çatması mümkün görülməyən bir fitnə çıxacaq və bu fitnə, səmadan 3 dəfə "Əmr, Mehdidir, doğru olan odur" şəklindəki nidaya qədər sürəcək. Dünyada adı keçəcək bir xəlifə qalmayana qədər çıxmayacaq. O gəlmədən əvvəl, şərqdən işıq verən bir ulduz görünəcək. Ramazanda iki dəfə ay tutulacaqdır. Səmadan bir səs, onu adıyla çağıracaq və Şərqdə Qərbdə hətta yuxuda olan belə bu səsi eşidəcək və oyanacaq. Konstantinopolun fəthi əsnasında, səhər namazı üçün dəstəmaz alarkən bir bayraq sancacaq, dəniz ikiyə ayrılaraq su özbaşına uzaqlaşacaq və açılan yolu davam edən Hz. Mehdi, qarşı sahilə keçəcək. Sonra bir bayraq daha sancaraq deyəcək ki "Ey insanlar, ibrət alın. Dəniz İsrail əhlinə necə yol verirsə, bizə də eləcə yol verdi" ondan sonra, hamısı təkrar təkbir gətirəcək və 12 təkbirlə, şəhərin 12 bürcü da düşəcək . ("El-Kavlü'l Muhtasar fi Alamatil Mehdiyy-il Muntazar", s. 15-75) |