ŞEYX MƏNSUR ƏLİ NASIF Şeyx Mənsur Əli Nasif, Taç adlı kitabının haşiyəsində bunları yazır: "Sələf alimləri arasında olsun xələf üləması arasında olsun bu xüsus çox şöhrət tapmışdır. Bilinməlidir ki, Axır zamanda mütləq bir adam zühur edəcək. Bu adam mənim əhli-beytimdən olacaq. Buna Mehdi deyiləcəkdir. Bütün İslam ölkələrini ələ keçirəcək, hər müsəlman ona tabe olacaq, aralarında ədalətlə rəftar edəcək. Dini gücləndirəcək və möhkəmləndirəcək. Daha sonra da Dəccal ortaya çıxacaq, İsa enəcək və Dəccalı öldürəcək və ya Hz. İsa ilə Mehdi birlikdə köməkləşərək Dəccalı öldürəcəklər. "Mehdi ilə əlaqədar hədisləri səhabənin öndə gələnlərindən və xeyirlilərindən bir qrup rəvayət etmişlər. Yenə muhaddis böyüklərindən Əbu Davud, Tirmizi, İbn Maceh, Təbərani, Əbu Yala, Bəzzaz, İmam Əhməd ibn Hənbəl, Hakim həzrətləri ortaya çıxarmışlar. (Ahmet Faruk, "Ka'be Baskını ve Mehdilik", Vahdet yayınevi, s. 21)
|