ƏLİ İBN HÜSAMƏDDİN ƏL MUTTAKİ

Allah da onun məhəbbətini insanların sinələrinə yerləşdirər. O daha sonra gündüz aslan, gecə isə abid olan bir qövmlə birlikdə olar.

Dani, Qatadədən təxric etdi. O dedi ki: Fitnə içindəki insanlar qan axıdıldığı zamanda evində oturan Mehdiyə gələr və "Bizim üçün qalx artıq" deyər. O isə qəbul etməz, ancaq ölümlə təhdid edildikdən sonra onlar üçün qalxar. Ondan sonra artıq qan tökülməz.

(Onun zamanında) Nə yuxuda olan oyandırılar, nə də hər-hansı qan axıdılır.

Əhməd, İbni Əbi Şeybə, İbn Macə və Naim ibn Həmmad Fitən adlı kitabda Hz. Əlidən təxric etdilər, Rəsulullah (s.ə.v) buyurdu: Mehdi bizdən Əhli Beytdəndir. Allah Onu bir gecədə islah edər. (Kamil edər).

Təbərani Kəbirində və Əbu Naim İbni Məsuddan təxric etdilər. O dedi, Rəsullah (s.ə.v) buyurdu: Əhli Beytimdən adı mənim adım, əxlaqı mənim əxlaqım olan övladım çıxacaq və daha əvvəl zülmlə dolu olan dünyanı, o ədalətlə dolduracaq.

Saqqalı sıxdır, dişləri parlaqdır, üzündə xal vardır. Çiynində Peyğəmbər (s.ə.v)-in əlaməti vardır. Peyğəmbər (s.ə.v)-in dəri bayrağı ilə çıxacaq. O bayraq dörd bucaqlı olub dikişsizdir və rəngi qaradır. Onda bir hicr (halə) vardır. O Rəsullah (s.ə.v)-ın vəfatından bəri açılmayıb, Mehdi çıxanda açılacaq. Hz. Allah üç min mələyi Mehdiyə kömək üçün göndərəcək və mələklər Ona müxalifət edənlərin üzünə və arxasına vuracaq. O yaşı otuz ilə qırx arasında (qırx yaşında) olduğu halda göndəriləcəkdir.

İbni Əbi Şeybə, Əbu Cəlddən təxric etdi, o dedi ki: Bir fitnə görülər, bunu digər fitnələr izləyər və birincilər sonuncuların qılınc ilə münaqişədən qayıtmasını qamçılayar və bundan sonra da xilafət, yer üzünün ən xeyirlisi olan Mehdiyə evində oturarkən gələcəkdir.

Dani, Sələmə ibn Züferdən təxric etdi, dedi ki: Bir gün Hüzeyfənin yanında Mehdinin çıxdığı deyildi. O dedi ki: Siz əgər aranızda Hz. Məhəmməd (s.ə.v)-in səhabələri olduğu halda O çıxarsa nicat tapdınız. Şübhəsiz ki O insanların qarşılaşdıqları şərlərə görə, Qaibin (Mehdinin) özlərinə insanların ən sevimlisi olmadıqca çıxmayacaq.

Həmçinin (ibn. Həmmad), Əbu Hureyrədən təxric etdi, dedi ki: aşkar olaraq Allah Təala inkar edilmədikcə Mehdiyə beyət edilməz.

Nəim ibn Həmmad Fitəndə səhih sənədlə Müslimdən nəql ilə Hz. Əli (r.ə)-dən təxric etdi. Buyurdu ki: Fitnələr dörtdür. Bolluq fitnəsi, darlıq fitnəsi, həmçinin bir fitnə və qızıl mədəninin zikri. Sonra da Peyğəmbər (s.ə.v)-in soyundan biri çıxar və Allah Onun əliylə insanların işini islah edər.

Nəim, Kaabdan təxric etdi. Dedi ki: Mehdinin çıxışından əvvəl, şərqdən parlaq quyruqlu bir ulduz çıxacaqdır.

Dani ibn Havşebdən təxric etdi. Dedi ki Rəsulullah (s.ə.v) buyurdu: Ramazan ayında bir səda, Şevval ayında  səs, zilqədə ayında qəbilələr arasında döyüş olar. Hacılar talana uğrayar. Minada ölülərin çox olacağı döyüş olar, belə ki orada daşları qan gölü içində qoyacaq qədər qan axar.

Nəim, Şureyqdən təxric etdi. Dedi ki, mənə dedilər ki: Mehdinin çıxışından əvvəl, Ramazan ayında iki dəfə ay tutulması olacaqdır.

Hər kəs yalnız Ondan danışar, Onun sevgisini içər və Ondan başqa bir şeydən bəhs etməzlər.

Nəim ibn Həmmad və Əbil Hasənil Harbiyat adlı əsərin birinci fəslində Əli ibn Abdullah ibn Abbasdan təxric etdilər. O dedi ki: Mehdi, günəşdə əlamət olaraq doğmadıqca çıxmaz.

Nəim ibn. Həmmad və Hakim ibn Şuaybdan, O atasından, atası da babasından təxric etdi, belə dedi: Rəsulullah (s.ə.v) buyurdu: Zilqədə ayında qəbilələr savaşar, Hacılar qaçırılar, müharibələr olar. Sahibləri (Mehdi) çəkinər və nəticədə istəmədiyi halda Əhli Bədir sayısı qədər insan ona, Rükun ilə Məqam arasında, biat edər. Yer və səma əhli də ondan razıdır.

Böyük şəhərlər, dünən sanki olmamış kimi həlak olar. Sulyani ilə ordusu beş qəbiləni zəbt edər.