GÖZLƏNİLƏN MEHDİNİN ƏLAMƏTLƏRİ
(El-kavlul muhatasar fi alametil mehdiyyil muntazar)

ƏHMƏD İBNİ HƏCƏR-MƏKKİ (HEYTƏMİ)

Tərcüməçi: Müşerref Gözcü
Nəşrə Hazırlayan: Dr. Suat Arusan

Bu kitabın nəşr olunmasında Türkiyə Respublikası hökumətinin icazəsi ilə verilən mikro filmlərdən faydalanılmıştır.

 

ÖNSÖZ

Mehdilik mövzusu İslam tarixinin ən mübahisəli mövzularından biridir. Hətta vaxtilə sui-istifadəyə yol verilərək, cəmiyyətlərin böhranlı dövrlərində saxta Mehdilər belə ortaya çıxmış və müsəlmanlar aldadılaraq müxtəlif oyunlara alət olmuşlardır.

Böyük İslam alimi və Şafi məzhəbinin böyüklərindən İbni Həcəri Məkkinin səhih rəvayətlərini bir yerə toplayan və müasir dövrümüzdən 450 il qədər bundan əvvəl yazılmış olan bu əsərinin türk dilinə tərcümə olunması, Mehdilik mövzusundakı müzakirə və fərziyyələrə fayda verəcəkdir. Hz. Mehdi haqqındakı doğru məlumatların, müsəlmanları səhvlərdən, bidətlərdən və saxtakarlıqlardan qoruyacağı qənaətindəyəm. Həmçinin tədqiqatçılara bir qaynaq olmasını da arzulayıram.

“Gözlənilən Mehdinin əlamətləri” adlı bu kitab üçün qeyd olunması lazım olan əhəmiyyətli bir məqam İmamı Rəbbani həzrətlərinin Məktubatının 380-ci məktubunda bu əsərdən bəhs olunmasıdır.

Bu tərcümə əsərin İstanbul Süleymaniyyə Kitabxanasında olan əl yazmasının Ərəb dilində olan nüsxəsindən hazırlanmışdır.

Tərcüməçi Müşərrəf Gözcüye, lazımlı izinlə kitabın mikrofilmlərini Süleymaniyyə Kitabxanasında təmin edən qardaşım Nejat Arusana, örtük quruluşu üçün Ayberk Şentepeye, yazıdizim və nəşr olunması üçün də Şafak Çap və Nəşriyyatına təşəkkür etməyi özümə bir borc bilirəm.

Cənabı Haqdan xeyirlərə vəsilə olmasını arzu edirəm.

Dr. Suat ARUSAN
Noyabr – 1985, Manisa

TƏQDİMAT

ƏHMƏD İBNİ HƏCƏR-MƏKKİ (HEYTƏMİ)
-rəhmətullahi əleyh-

HƏYATI

Böyük İslam alimlərindən əsl adı Şihabuddin Əhməd ibn Məhəmməddir. Misirdə Heytəm adlı yerdə 1498-ci ildə anadan oldu. (Hicri 889) Şəmsuddin ibn Əbi Həmail, Şəmsuddin Şənavi, Qazı Zəkəriyyə Ənsari, Əbdülhəq Sünbati, Şihabuddin Təblavi, Əbul Həsən-əl Bəkri, Şihabuddin Nəcar, Şihabur-Rəmli, Şihabul Bulkini kimi məşhur alimlərdən hesab, məntiq, sarf, nahiv, meani, feraiz, fiqh üsulu, hədis, təfsir, kəlam və suffizm elmlərini öyrəndi. Şafi məzhəbində və digər məzhəblərdə böyük bir alim olaraq yetişdi. İyirmi yaşlarında olarkən tələbə hazırlamaq və fətva vermək üçün diplom aldı, Məkkədə məskən saldı və “İmamül Hərameyn” adıyla məşhur oldu. Şöhrəti bütün ölkələrə yayıldı, “İbni Həcər-Məkkinin sözləri, dörd məzhəbdə də dəlil və sənəddir” deyilmişdir. Böyük xidmətlər göstərdi, bir çox əsər yazdı, insanları doğru yola sövq etməyə çalışdı. 1566-cı ildə isə (Hicri 974) Məkkədə vəfat etdi.

ƏSƏRLƏRİ

Savaik-ül Muhrika: Dörd xəlifənin xəlifəliyi və Əshabi-kiramın fəzilətindən bəhs edir. Bidət sahibi və dinsizləri rədd edər.
Minhac Şerhi Tuhfetül Muhtaç : Dörd cildlik bu əsər Şafi məzhəbinin ən məşhur fiqh kitabıdır.
Zevacir : Böyük günahları izah edər, iki cilddir.
Hayratül hisan : İmam-ı Azamın əzəməti izah edilir.
Fetavayı Kübra ve Fetavayi Hadisiyye : Müxtəlif fətvalardan ibarətdir.
Nasihat-ül Muluk, Fethül Bari ve fıkıhla ilgili 70 kadar eser, digər kitablarıdır.
El-kavlul muhtasar fi alamatil mehdiyyil muhtazar : Mehdi əleyhissalamın iki yüzə qədər əlamətini xəbər verir.

 

EL-KAVLUL MUHTASAR Fİ ALAMATİL MEHDİYYİL MUNTAZAR

Səltənətinin böyüklüyü və cəlalının kamalıyla tərifəlayiq olan Allah (C.C)-ə sonsuz həmd-sənalar olsun. Peyğəmbərimiz hz. Məhəmməd (s.ə.v) və onun ali-səhabələrinə salat və salam olsun.

Bu kitaba "El-kavlul muhtasar fi alamatil mehdiyy-il muntazar" adını verdim. Cahillərin bu mövzuyla əlaqədar bir çox ayaqlaşmasının ayıraraq, hz. Mehdinin əlamətlərindən, fəzilətlərindən, xüsusiyyətlərindən və onun haqqındakı rəvayətlərdə bunların ravilərindən bəhs edəcəyəm.

Bu kitabımı yazmağa başlazmadan əvvəl, müasir dövrümüzdə və əvvəlki dövrlərdə özlərinin Mehdi olduğunu iddia edən bir qisim insanlar ortaya çıxmışdır. Əslində bunlar dərk etmədən həm azmış, həm də özlərinə inananları da azdırmış kəslərdir. Necə belə bir iddia etməyə cəsarət edə bilirlər? Halbuki, sünnə-i saniyyə bu yalançıların səfeh və əzaba layiq olduqlarına dair hökm vermişdir.

Bu kitabdakı izahlarım barəsində Rəbbimin məni doğruya isabət etdirməsini onun feyzindən diləyirəm. Rəbbi rahimimiz kərim, cəvvad (lütfkarlığı bol), munim (nemət verən) və vəhhabdır (hədiyyəsi çox olandır). O mənə kifayət edər və ən gözəl vəkil də Odur. Böyük-kiçik, bütün günahlarımdan Allah (c.c)-ə sığınıram.

Kitabımı bir müqəddimə, üç fəsil və bir son söz şəklində hazırladım.

 

MÜQƏDDİMƏ

            

Rəsulullahımızdan nəql edilən bir hədisdə “Kim Dəccalı inkar edərsə kafir olar, kim də Mehdini inkar edərsə o da kafir olar” deyə buyurulmuşdur. Bu hədisi şərifi, Əbubəkr El-İskaf Favaid-il-ehbar adlı kitabda, Əbul Qasım Es-Süheyli də Şerhis-Siyer adlı əsərində qeyd etmişlər.

Bundan sonra da izah ediləcəyi kimi, hz. Mehdinin, Fatimə anamızın nəslindən olacağına dair bir çox rəvayət gəlmişdir. Peyğəmbərimizin bu rəvayətlərə zidd kimi görünən “Mehdi əmim Abbasın nəslindəndir” şəklindəki hədisinə gəldikdə isə, Məşhur ravilərdən Darekutni, bu hədisin qəribə bir hədis (*) olduğunu demiş və Bəni-Haşimin məşhurlarından Məhəmməd ibn Vəlidin bu nəqldə tək qaldığını ifadə etmişdir. Ancaq Rafiinin İbn Abbasdan rəvayət etdiyi başqa bir hədis də, Məhəmməd ibn Vəlidin nəqlini təsdiq edən xüsusiyyətdədir. Bu hədis belədir: “Ey əmim sənə müjdələr olsun ki, asfiya və hulefa sənin nəslindən olacaq, özüylə birlikdə hidayət gətirən, küfr odu özüylə sönən və Axırzamanda zühur edəcək olan Mehdi də səndən olacaq, Allah (c.c) İslamı mənimlə başlatmış və sənin nəslinlə sona çatdıracaqdır”.

Həmçinin Əbu Naimin HİLYE adlı əsərində Əbu Hüreyrə (r.ə)-dən rəvayət etdiyi başqa bir hədis də belədir: “Ey Fadlın atası, (yəni Abbas) sənə müjdələr olsun ki, Allah Təala bu İslam dininin qapısını mənimlə açmış, sənin nəslinlə isə sona çatdıracaqdır”.

Heytəm ibn Kuleyb və İbni Asakirin, İbni Abbasdan nəql etdikləri və bütün raviləri etibarlı olan başqa bir hədis də belədir; “Peyğəmbərimizin üç dəfə Allahım sən Abbas və onun nəslinə kömək et demiş və ey əmim, sən bilmirsənmi ki, müvəffəqiyyətli və cəsarətli (**) olan Mehdi sənin nəslindən olacaqdır”.

Yenə Deyləminin Ümmü Sələmədən rəvayət etdiyi başqa bir hədisdə də Peyğəmbərimiz “Dəccal çıxana qədər, xilafət atamın doğma qardaşı olan əmimin nəslində davam edəcək” deyə buyurmuşdur.

Yenə Hatib və İbni Asakirin hz. Əlidən rəvayət etdikləri bir hədis isə belədir. “Ey əmim, sənə xəbər verim ki, Allah Təala İslamı mənimlə başlatmış, sənin nəslinlə isə sona çatdıracaqdır”.

Bütün bu rəvayətlər ən başda keçən və hz. Mehdinin Fatimə anamızın nəslindən gələcəyini bildirən hədislə ziddiyyət təşkil etmir, çünki Mehdinin Fatimə anamızın nəslindən gələcəyini bildirən hədislər həm daha çox, həm daha səhihdir. Bəzi hədis alimləri xüsusilə bu məqamın qəti bir həqiqət olduğunu ifadə etmişlər. Ancaq, hz. Mehdinin həm Peyğəmbərimizin qızı Fatimənin nəslindən, həm də əmisi hz. Abbasın nəslindən gəlməsi mümkündür, və buna bir mane də yoxdur. Bəlkə də hz. Mehdi əsas etibarilə hz. Abbasın nəslindən gəlmiş ola bilər.

Yenə hz. Mehdinin hz. Həsənin (hz. Fatimənin böyük oğlu) nəslindən gəlməsi ehtimalı daha böyükdür. Çünki bu xüsusdakı hədislər daha çoxdur. Həmçinin hz. Hüseyn (hz. Fatimənin kiçik oğlu) və hz. Abbasın nəslindən gəlmə ehtimalı da böyükdür. Çünki, müxtəlif cəhətlərə bir neçə adamın sonrakı nəsillərdə bir şəxsdə övladlığının kəsişməsində bir maneə yoxdur.

İbni Macədən gələn və “İsa ibn Məryəmdən başqa heç bir Mehdi yoxdur” şəklindəki hədis “İsa ibn Məryəmdən başqa kamil, günahsız bir Mehdi yoxdur” mənasında şərh olunmalıdır. Qaldı ki, bu zəif bir hədisdir. Həmçinin sabit olan hədislərdən hz. Mehdinin qəti olaraq hz. Fatimənin nəslindən gələcəyi başa düşüldüyündən, bu rəvayətlərin “İsa ibn Məryəmdən başqa heç bir Mehdi yoxdur” kimi nəqlindən istifadə olunmalıdır.

Mehdinin zühuru, Rəsulullahımızın nəslindən olacağı, dünyaya yeddi il hökm edəcəyi, yer üzünü ədalətlə dolduracağı və İsa (ə.s)-ın onun arxasında namaz qılacağı mənasındakı bütün hədislər, bir çox ravinin nəql etməsi ilə qətilik qazanmışdır. Qeyd olunan bu məqamlar hz. Mehdinin həyatına aid ən əhəmiyyətli xüsusiyyətlərdir.

Sonrakı rəvayətlərdən də başa düşüləcəyi kimi, İmam Kurtubinin Tezkirəsində bəhs edilən “Mehdi qərbin ən uzaq bölgəsindən çıxacaq” şəklindəki nəqlin əsli yoxdur.

 

BİRİNCİ HİSSƏ

(Bu hissədə Rəsulullahımızdan gələn rəvayətlərin əsasında hz. Mehdinin əlamətləri və xüsusiyyətləri izah ediləcəkdir.)

 

1 - Hz. Mehdi Əhli-beytdən olacaq.

2 - Hz. Həsən (r.ə)-in nəslindən gələcəkdir. Ancaq Rəsulullahımız hz. Fatiməyə dediyi “məni peyğəmbər olaraq göndərən Allaha and içirəm ki, bu ümmətin Mehdisi sənin iki oğlun olan Həsən və Hüseyndən olacaq” şəklindəki hədislə bu məlumat arasında bir ziddiyyət yoxdur, çünki hz. Mehdinin atasının Həsəni, anasının da Hüseyni olması demək olar mümkündür.

3 - Hz. Mehdinin adı Peyğəmbərimizin adından, (yəni Məhəmməd) başqa bir rəvayətə görə də Əhməd olacaqdır. Ancaq bu iki ad arasında bir ziddiyyət yoxdur, çünki hər iki adla da adlandırılması mümkündür.

4 - Atasının adı Rəsulullahımızın atasının adı olacaqdır.

5 - Hz. Mehdinin alnı genişdir, burnu qövslüdür və dişləri də aralıdır.

6 - Yeddi il dünyaya sahib olacaqdır. Bir çox məşhur rəvayətə görə belədir, ancaq buna zidd olan başqa nəqllər də gəlmişdir. Bunlara görə, bu müddət bəzilərində 19 il və bir neçə ay, bəzilərində isə 40 il, 24 il, 30 il şəklindədir. Bir nəqldə də onun xəlifəliyi əsnasında 9 il müddətində Roma əhli sülh içində olacağı bildirilir. Qənaətimə görə bu rəvayətlərin hamısının da səhih olması mümkündür. Belə ki, onun dünyada qalması 40 il olar, hər kəs tərəfindən zühuru və gücü 7 il olar, bu zühur və güc başlanğıc və nəticə etibarilə 20 il çəkə bilər.

7 - Zülm və fisklə dolu olan dünya, o zühur etdikdən sonra ədalətlə dolub daşacaqdır.

8- Müxtəlif zəlzələlərin olacağı bir dövrdə göndəriləcək.

9 - Yerdə və göydə olan hər kəs ondan razı qalacaq.

10 - Malı bərabər bir şəkildə insanlara paylayacaq.

11 - Məhəmməd ümmətinin qəlbi zənginliklə dolacaq.

12 - Onun ədaləti hər yeri bürüyəcək və insanlar arasında hz. Peyğəmbərin sünnə-i saniyyəsi ilə rəftar edəcəkdir. Hətta birindən mala ehtiyacı olan kim varsa çağırmasını istəyəcək, o adam əmrini yerinə yetirdikdə yalnız bir adam gələcəkdir.

13 - Zühurundan dərhal əvvəl, bir xəlifənin ölümü barəsində ixtilaf düşəcəkdir. Məhz elə o əsnada Mədinədə olan hz. Mehdi, Məkkəyə gələcək və Məkkəlilər özü istəmədiyi halda ondan ortaya çıxmasını tələb edəcək və axırda Kəbənin küncü ilə hz. İbrahimin məqamı arasında olan yerdə ona beyət edəcəklər.

14 - Beyətdən sonra Şamdan hz. Mehdinin üstünə bir ordu göndəriləcək, ancaq bu ordu çöldə Zulhüleyfə (*) adlı yerə çatdıqda, yerin dibinə batırılacaqdır.

15 - Onun dövründə ümmətin istər yaxşıları və istərsə də pisləri, misli əsla görülməmiş şəkildə bir çox nemətlərə sahib olacaqdır. Çox yağış yağmasına baxmayaraq bir damcısı belə hədər olmayacaq, torpaq tək bir toxum belə istəmədən məhsuldar və bərəkətli olacaq.

16 – Şərqdən qara bayraqlı bir ordu çıxacaq və bu ordu heç bir qövmün etmədiyi bir döyüşü etdikdən sonra hz. Mehdi zühur edəcək.

17 - Şərq tərəfdən bəzi insanlar çıxıb, hz. Mehdinin səltənətini hazırlayacaqlar.

18 - Xorasandan bir sıra qara bayraqlar çıxacaq və onların sahibləri Beytül Müqəddəsə (Qüdsə) gələcəklər.

19 - Hz. Mehdi 7 və ya 8 il qalacaqdır. Bu müddət daha uzun olsa 9 il olacaqdır. (Bu məqam daha əvvəl izah edilmişdi.)

20 - İraq tərəfindən bir ordu Mədinəli bir şəxsi istəmək üzrə hz. Mehdiyə qarşı hücum edəcəkdir. Ancaq bu ordu səhraya daxil olduqda Zulhüleyfə adlı yerdə torpağa elə basdırılacaq ki, onların üstdə olanları altdakıları, altda olanları isə üstdəkiləri, qiyamətə qədər görə bilməyəcəkdir. Bu ordunun İraq tərəfindən gələcəyi rəvayəti ilə şərq tərəfindən gələcəyi rəvayəti arasında bir ziddiyyət yoxdur, çünki, bir çox nəqldən də başa düşüldüyü kimi, onlar Şam əhlindən olacaqlar.

21 - İnsanlara malı və əşyanı payladıqda, saymadan bol-bol verəcək.

22 - Heç bir tərəfin ondan mühafizə oluna bilməyəcəyi bir fitnə zühur edəcək, bu fitnə yarandığı yerdən dərhal başqa bir tərəfə yayılacaq və bu vəziyyət bir carçının səmadan səslənərək: “Ey insanlar, əmiriniz artıq Mehdidir” deməsinə qədər davam edəcək.

23 - Hz. Mehdi zühur edərkən başında bir sarıq olacaq və bir carçı, “Bu, Allahın xəlifəsi olan Mehdidir, ona tabe olun” şəklində səslənəcəkdir.

24 - Hz. Mehdi başının üstündə “bu Mehdidir, ona tabe olun” şəklində çağıran bir mələk olduğu halda çıxacaq.

25 - Allah Təala İslamı necə Rəsulullahımızla başladıbsa, hz. Mehdi ilə də sona çatdıracaq. Kahtan və bənzərlərinin (*) İslamı icra etmək vəzifəsi bu həqiqətdən kənarda deyil, çünki onlar da hz. Mehdiyə tabe olan kəslər olacaq.

26 – Sayları Bədr döyüşçülərinin sayı qədər olan insanlar Rükun və Makam arasında ona beyət etdikdən sonra, İraq və Şamdan xeyli sayda hz. Mehdiyə tabe olan şəxslər gələcək və Mehdiyə qoşulacaqlar, lakin Şamdan ayrı bir ordu da ona qarşı göndəriləcək amma bu ordu çöldə yerə batacaqdır. Ancaq, biri Mehdiyə digəri də Süfyana mənsub olan iki adam sağ qalacaqdır.

27 - Hz. Mehdiyə aralarında qadınların da olduğu 314 adam beyət edəcək və hər zalım onun qarşısında məğlub olacaq. Dövrü o qədər ədalətli olacaq ki, qəbirdəki ölülər dirilərə qibtə edəcəkdir. Bu vəziyyət 7 il davam etdikdən sonra artıq yerin altı, yerin üstündən xeyirli olacaq.

28 - Onun bayraqdarı şərqdən Təmimi nəslinə mənsub olan bir gənc olacaq.

29 - Beytül Müqəddəsə (Qüdsə) enəcək.

30 - İnsanlar haqqa qayıdanadək mübarizəsinə davam edəcək.

31 - Bir hədisdə “Axırzamanda ümmətimdən bir xəlifə çıxacaq, malı sayıb hesablamadan bol-bol insanlara verəcək” deyilmişdir.

32 – “Ümmətimdən Mehdi çıxacaq. Allah Təala həzrətləri insanları varlandırmaq üçün onu göndərəcək. O vaxt ümmətim nemətlənəcək, heyvanlar bolluq içində və yer üzünün bitkiləri çox olacaq, hz. Mehdi insanlara bərabər şəkildə bol-bol mal paylayacaq”.

33 - Rəsulullahımız “and içirəm ki, Allah Təala mənim nəslimdən dişləri aralı, alnı açıq, yer üzünü ədalətlə dolduraraq, malı və əşyanı insanlara bol-bol paylayan bir övladımı göndərəcək” deyə buyurmuşdur.

34 - Bir hədisdə “Onun adı mənim adım olacaq, əxlaqı mənim əxlaqım kimi olacaq və ləqəbi də Əbu Abdullah olacaq” deyə deyilir.

35 - Peyğəmbərimiz “Xorasan tərəfindən bayraqlar çıxdığını gördüyünüz vaxt qar üstündə sürünərək də olsa, o bayraqlara qoşulun, çünki aralarında Allahın xəlifəsi hz. Mehdi vardır” deyə buyurur.

36 - O, fitnələrin zühur etdiyi bir vaxtda zühur edəcək və qarşılıqsız lütf edəcəkdir.

37 – Hədisdə “dünyadan bir gün belə qalsa, Allah Təala o günü uzadıb mənim Əhli-beytimdən birini dünyaya hakim etmək üçün göndərəcək” deyə buyrulmuşdur.

38 - Konstantinopolu və Deyləm dağını fəth edəcək.

39 - Yer üzünü ədalətlə doldurduqdan sonra Kahtaniyi əmir olaraq təyin edəcək və işləri o yerinə yetirəcəkdir.

40 - İsa (ə.s) hz. Mehdinin arxasında namaz qılacaq.

41 - İsa (ə.s) səmadan nüzul edəcək və onun əmirliyini etiraf edəcək. İsa (ə.s)-a “bizə namaz qıldır” deyiləcək, ancaq O “əmir sizin aranızdadır” cavabını verərək, “bu, Allahın Məhəmməd ümmətinə bir lütfüdür” deyəcək.

42 - Hz. Mehdi bu ümmətin ortası idi, hz. İsa da axırı olacaq. Orta dedikdə nəzərdə tutulan şey Mehdinin hz. İsadan çox az bir müddət əvvəl zühur edəcəyini ifadə etmək üçündür. Hz. İsa da ondan dərhal sonra gəldiyi üçün axır olaraq xaraxterizə edilmişdir. Bu məlumatlar İbni Ömərdən nəql edilən və zalımlardan sonra Allahın Məhəmməd ümmətini özü ilə qoruyacağı Cabir (*) bir şəxs, daha sonra Mehdi, daha sonra da Mənsur və Salam ilə Əmirülqadabı göndərəcəyi məlumatına zidd deyildir. Peyğəmbərimiz “nəfsim yedi qüdrətində olan Allaha and içərəm ki, Mehdinin atası Qureyşidir. Əgər lazım olsaydı onu ən son cəddinə qədər sayardıq, çünki hz. Mehdi İslamın sonu olacaq” deyə buyurmuşdur. Yuxarıda göstərilən şəxsiyyətlər hər nə qədər Mehdidən sonra yaşasalar da, Mehdinin sona yaxın sayılmasına mane deyildirlər, bunlar daha sonradırlar amma hz. Mehdiyə tabedirlər. İbni Əbil Caad da “Mehdi 21 və ya 22 il qaldıqdan sonra, zühur edəcək olan kəslərin sonuncusu, saleh bir adam olacaq və 9 il ədalətli bir şəkildə hökm verəcəkdir” demişdir.

43 - Hz. Mehdi möminlərlə birlikdə Beytül Müqəddəsdə səhər namazı qılarkən elə həmin vaxtda nüzul edən İsa (ə.s)-ı onlara təqdim edəcək və hz. İsa əllərini onun çiyinlərinə qoyaraq “namazın iqaməsi sənin üçün gətirilmiş, buna görə də sən qıldır” deyəcək və nəhayət hz. Mehdi, İsa (ə.s) və möminlərin imam olaraq onlara namazı qıldıracaq.

44 - Peyğəmbərimiz “hz. İsa saçlarından sanki sular damcıldayırmış kimi bir vəziyyətdə nüzul edəcək, hz. Mehdi ona “ey İsa keç də bizə namaz qıldır” dedikdə, hz. İsa “iqamə sənin üçün gətirilmiş” deyəcək və “mənim övladlarımın birinin arxasında namaz qılacaq” buyurmuşdur.

45 – “Hz. Mehdi mənim övladlarımdandır. 40 yaşlarındadır və üzü sanki ulduz kimi nurludur. Sağ yanağında qara bir xal vardır. Əynində pambıqdan iki cübbəsi vardır. Paltarı sanki hz. Musa dövründəki İsrail övladının paltarına oxşayar. Yer altındakı xəzinələri çıxaracaq və şirk diyarlarını fəth edəcək”.

46 - Rükun və Makam arasındakı beyətdən əvvəl, insanlar dəstə-dəstə ona tərəf axışacaqlar və oraya gedən hər kəs ondan bərəkət qazanacaq.

47 - Hz. Mehdinin rəngi ərəbidir, bədəni İsrailidir. Sağ yanağında parlayan ulduz kimi bir xal vardır. Onun xəlifəliyindən yer və göy əhli, hətta havadakı quşlar belə razı olacaq.

48 - Bəzi döyüşlərinə Kua adlı bir kənddən çıxacaq. Mədinədən ilk çıxışı ilə arasında bir ziddiyyət olmaması üçün, bəzi döyüşlərinə bu kənddən çıxacağını deyirik. MƏKKƏDƏ özünə beyət olunacaq. Daha sonra Şama, Xorasana və digər ölkələrə gedəcək. Son dayanacağı yer isə Qüdsdür. Hakim Əbu Davud və digər ravilərdən gələn bir hədis də Beytül Müqəddəsin dağılması Mədinədən, Mədinənin dağılması böyük bir fitnə və hadisələrdən, böyük fitnə və hadisələr Konstantinopolun fəthindən, Konstantinopolun fəthi də Dəccalın çıxmasından əvvəl olacaq” deyilmişdir. Başqa bir səhih hədisdə də Mədinənin təxribatının 40 il davam edəcəyi və axırda orada yabanı heyvanlar və quşlardan başqa heç bir şeyin qalmayacağı deyilmişdir.

49 - Hz. Peyğəmbər ən başda İslamı necə ayaqda saxladıysa hz. Mehdi də ən axırda eynilə İslamı ayaqda tutacaq.

50 - Romalılara 3 gün döyüşəcək və 3-cü gün isə qalib gələcəkdir. Konstantinopolun fəthinə qədər döyüşə davam edəcək. Döyüşə qoşulanlar, ələ keçən qızılı tərəzilərin köməyi ilə bölüşdürəcəklərdir. Bu vaxtda biri “Dəccal sizin uşaqlarınızı ələ almışdır” deyə qışqıracaqdır. Bu məlumat səhih bir hədislə dövrümüzə qədər gəlib çatmışdır ki, hədisin mütabiqəti belədir: “Romalılar (xristianlar) Amak və ya Dabıka (Hələb yaxınlarında iki yer) gələnə qədər, qiyamət qopmaz. Mədinənin ən xeyirli insanlarından bir ordu o gün xristianlara qarşı çıxacaq. Müsəlman ordusu xristianlara qarşı döyüş üçün səf-səf düzüldükdə, xristianlar müsəlmanlara “mallarımızı dağıdanlarla döyüşmək üçün bizə yol verin” deyəcəklər, ancaq müsəlmanlar izn verməyəcəyinə görə döyüş baş verəcəkdir. Müsəlmanlar bu döyüşdə 3 qrupa ayrılar. Üçdə biri, döyüşdən qaçar və satqın çıxar və Allah onların tövbələrini əbədi olaraq qəbul etməz, üçdə biri şəhid olar ki, bunlar da Allah qatındakı şəhidlərin ən fəzilətlisidir. Digər üçdə biri də, fəthə davam edərlər nəticə də Konstantinopolu ələ keçirərlər. Fəthdən sonra qılınclarını zeytun ağaclarına asmış bir halda qəniməti aralarında bölüşdürərkən şeytan qəflətən nərə çəkərək “Dəccal caamatınızı ələ salmış və sizin yerinizə keçmişdir” deyər. Şeytanın bu xəbəri yalan olduğu halda müsəlman əsgərlər yola çıxıb, Şama gedərlər. Bu vaxtda Dəccal çıxar. Döyüş üçün hazırlıq görüldüyü bir vaxtda, Məryəm oğlu İsa (ə.s) göydən nüzul edər. Allahın düşməni olan Dəccal hz. İsanı gördükdə, duzun suda əriməsi kimi əriyər. Əgər İsa (ə.s) onu buraxmış olsaydı, o onsuz da öz-özünə həlak olacaqdı. Ancaq Allah onu İsa (ə.s)-ın əliylə öldürtdürər və hz. İsa süngüsündə olan Dəccalın qanını müsəlmanlara göstərər”.

Bir çox nəqllə təsdiqlənən başqa bir səhih hədisdə də belə buyurulur. “Hz. İshaqın oğullarından (başqa bir rəvayətdə də hz. İsmayılın oğullarından deyilmişdir ki, doğrusu da budur) 70 min adam, bir tərəfi quruya, digər tərəfi də dənizə çatan bir şəhəri fəth etmədiyi müddətcə, qiyamət qopmayacaq. Bu şəhərə gəldikdə, müsəlmanlar döyüşməyəcəklər. Sadəcə La ilahə illəllahu vəllahu əkbər dedikləri vaxt şəhərin dəniz tərəfi düşəcək, yenidən təkbir gətirdiklərində digər tərəfi düşəcək, 3-cü dəfə La ilahə illəllahu vəllahu əkbər dediklərində də şəhər tamamilə əllərinə keçəcək. Hər şeyi qənimət olaraq ələ keçirdikdən və aralarında bölüşdürməyə başladıqdan sonra qəflətən “Dəccal çıxdı” şəklində bir səs eşidiləcəkdir. Bunu eşidən müsəlmanlar qəniməti olduğu kimi buraxacaq və geriyə qayıdacaqlardır”.

Hakimdən gələn bir rəvayətdə də belə deyilmişdir: “Konstantinopolu fəth edənlər, Hicaz əhlindən olacaqlar. Bu hicaz əhli, misli görülməmiş bir sərvəti ələ keçirərlər və mal üstünə mal yığarkən, Dəccalın gəldiyini xəbər verən bir səs eşidərlər. Beləliklə də bəziləri qənimətdən götürər, bəziləri də götürməz. Lakin axırda hamısı da peşman olarlar. Sonra baxarlar ki, Dəccal da yoxdur. Daha sonra da Qüds yaxınlığındakı Lud kəndinə qayıtmağa hazırlaşarlar”.

Huzeyfedən gələn başqa bir rəvayət isə belədir: “Bu yetmiş min adam, roma qalalarını təkbirlərlə fəth edər. Konstantinopolu və bütün Romanın fəth edər və bu vaxt 400 min kafiri də öldürərlər. Qızıldan və çox müxtəlif cavahiratdan ibarət olan xəzinələri çıxarıb məscidləri də inşa edərlər. Burada bir il qaldıqdan sonra başqa bir diyara keçərək, o diyarın da xəzinələrini çıxararlar. O anda biri “Dəccal Şamda çıxmış və bütün uşaqlarınızı ələ salmış” deyə qışqırar. “Dərhal geriyə qayıdarlar və bunun bir yalan olduğunu görərlər. Sonra onlar sayı min ədəd olan miniklərini hazırlayar aralarında Şərq əhli, Şam və Hicaz əhliylə birlikdə tək bir ruh və tək bir ürək halında Romaya getmək üçün yola düşərlər. Bir təkbirlə o diyarın divarları dağılar və bu ikinci dəfə də 600 min kafiri öldürərlər”.

Bütün bu deyilənlər uzun bir hekayənin içindəki müxtəlif keçidlərdir.

ŞƏRH: Tarixçilər Roma olaraq adlandırılan bu diyarı, dünyada heç bir şəhərdə olmayan bir sıra xüsusiyyətlərlə xarakterizə edirlər. Bu xüsusiyyətlərə ən yaxın olan da Konstantinopoldur. Bir çox rəvayətlə sabit olduğuna görə Peyğəmbərimiz “Dünyanın sonundakı ən böyük hadisələrdən ikisi, Dəccalın çıxması və 7 ay ərzində Konstantinopolun fəthidir” deyə buyurmuşdur. Başqa bir rəvayətdə isə bu müddətin 7 il olacağı bildirilir və Əbu Davud, Sünənində bu rəvayətin daha səhih olduğunu ifadə edir.

51 - İnsanlar bal arılarının bəyləri ətrafında toplanması kimi, hz. Mehdinin ətrafında toplanarlar. O daha əvvəl zülmlə dolu olan dünyanı ədalətlə doldurar. Elə ədalətli olar ki, yuxuda olan bir kimsə belə oyandırılmaz və bir damcı belə qan axıdılmaz. Dünya sanki Əsri-səadət dövrünə geri qayıdar.

52 - Eynilə Zülqərneyn və Süleyman (ə.s) kimi, bütün dünyaya sahib olacaq.

53 - İslamın əleyhinə deyiləcək bir söz belə ona ağır gələr.

54 - Hz. Mehdi dediyi sözün əleyhinə çıxdıqları vaxtlarda, sağ əlini sol dizinə vurar.

55 - Peyğəmbərimizin vəhylə döyüşdüyü kimi, sünnəyə müxalifət qarşısında o da döyüşəcək.

56 - Zühuru Məhərrəm ayında olacaq və səmadan gələn bir səs “bu, Allahın xəlifəsi hz. Mehdidir, ona tabe olun və sözünü eşidin” deyəcək.

57 - Süfyan 360 atlı ilə hz. Mehdidən əvvəl çıxacaq. Kelp qəbiləsindən 30 min adamın iştirak edəcəyi bir ordunu İraqa göndərəcək və bu ordu Şərqdə bir şəhər olan Zevrada 100 min adamı öldürdükdən sonra Kufəni işğal edəcək. Ancaq, Təmimi qəbiləsindən Şüeyb adındakı bir komandirin əmri altında olan müqabil bir ordu da Şərqdən çıxacaq və Kufə işğalçılarını öldürərək, buradakı əsirləri xilas edəcəkdir. Bununla da Süfyan ikinci bir ordu təşkil edərək Mədinəyə göndərəcək və 3 günlük bir işğaldan sonra Məkkəyə yönəldikdə Allah (c.c) Cəbrayıl əleyhissalamı ayağıyla onlara vurmaqla vəzifələndirəcək və çöl torpağında Süfyanın bu ordusu yerə basdırılacaq. Süfyana xəbər verəcək 2 adamdan başqa sağ qalan olmayacaq. Nəticədə müsəlmanlar Məkkəni onlara təslim etməyəcəklər. Daha sonra Süfyan döyüşçülərinin Konstantinopolu dağıtmaları üçün Romanın rəisinə xəbər göndərəcək, ancaq Şam qapısında müsəlmanlar qalib gələrək onların boyunlarını vuracaq.

Süfyan öz qəddarlığına və istəklərinə qarşı çıxanı öldürtdürür. Və səltənəti davam edərkən birdən səmadan bir carçı “ey insanlar, şübhəsiz ki, Allah Təala sizi zalımlardan, münafiqlərdən və onlara tabe olanlardan çəkindirmiş və sizə Məhəmməd ümmətinin ən xeyirlisi olan və Məkkədə olan adı Əhməd, atasının adı da Abdullah olan hz. Mehdini rəis təyin etmişdir, ona qoşulun” deyəcək. Bu vaxt səhabə tərəfindən, “ya Rəsulullah Mehdi necə tanınacaq?” deyə soruşulmuş və Peyğəmbərimiz də “O mənim nəslimdəndir”, boy-buxunu sanki İsrail oğulları ricalindəndir, əynində pambıqdan iki cübbəsi olar, üzü parlayan ulduz kimi nurludur və sağ yanağında bir nişan vardır, 40 yaşlarındadır” cavabını vermişdir.

Daha sonra Şamdan, Misir və Şərq bölgələrindən bir çox insan Məkkəyə gələr, burada Rükun və Makam arasında ona beyət etdikdən sonra, önlərində Cəbrayıl (ə.s) arxalarında da Mikayıl (ə.s) olduğu halda Şama getmək üçün Məkkədən yola düşərlər. O vaxt yer və göy əhli, bütün yabanı heyvanlar, quşlar, hətta dənizdəki balıqlar belə onun xəlifəliyi ilə sevinəcəklər. Onun dövründə axan çaylar belə suyunu artıracaqdır. Hz. Mehdi xəzinələri çıxaracaq və Şama gəldikdə Taberiye adasına doğru uzanan ağacın altında Süfyanı kəsərək öldürəcək. (Buna zidd başqa bir rəvayət də gələcək, ancaq bu nəql daha etibarlı olduğu üçün əvvəlcə qey olundu.)

Və yenə hz. Mehdi Kelp qəbiləsini yox edəcəkdir. Rəsulullahımız bu döyüşlə əlaqədar olaraq “Kim o döyüşdə iştirak etməyibsə, ziyana uğramışdır” deyə buyurmuşdur. Bu qəbilənin yox edilməsinə içkini halal buyurmalarına görə izn verilmişdir.

58 - Fitnələr və döyüşlər Ramazan və ondan sonrakı Zilhiccə ayına qədər davam etdikdən sonra Məhərrəm ayında Mehdiyə beyət ediləcək. Yanan odların alovunu söndürəcək qədər şiddətli olan bu fitnə və döyüşlərdən sonra, hz. Mehdi Məkkəyə gedəcək və burada özü istəmədiyi halda insanların “əgər qəbul etməzsənsə, sənin boynunu vurarıq” şəklindəki zorlamalarından sonra Rükun və Məqam arasında beyətini qəbul edəcək.

59 - Bir xüsusiyyəti də gedərkən budlarının açıq və bir-birindən uzaq olmasıdır.

60 - Mehdi ədalətli bir hakim olaraq zühur edəcək, xaçları qıracaq, donuzu öldürəcək, əşyanı və malı paylayacaq, lakin bolluqdan ötrü qəbul edən olmayacaq. Bu rəvayət “bunları hz. İsa edəcək” şəklindəki nəqlə zidd deyil, çünki bunları hər ikisi də birlikdə edirlər.

61 - Hz. Mehdi Romanı 4 təkbirlə fəth edəcək və burada 600 min adamı yox edib Beytül Müqəddəsin xəzinələrini, Tabut-u Səkinəni (*), İsrail oğulları süfrəsi ilə lövhələrin mədənlərini (**) hz. Adəmin cübbəsini, hz. Süleymanın minbərinin əsasını və Allahın İsrail oğullarına göndərdiyi süd qədər ağ olan əlcəkləri çıxaracaq.

Hz. Mehdi daha sonra uzunluğu 1000 mil, eni isə 500 mil olan ve Kati adlı şəhərə gələr. Bu diyarın 360 qapısı vardır və hər qapıdan 1000 nəfər döyüşçü çıxar. Mehdinin əsgərləri 4 təkbir gətirdikdən sonra şəhərin divarları yerlə-yeksan olar və içindəki bütün malları ələ keçirərək, qənimət olaraq bölüşdürərlər. Bu ordu 7 il burada qaldıqdan sonra Beytül Müqəddəsə gedər və bu vaxt Dəccalın İsfahan yəhudiləri ilə yola düşdüyü xəbəri onlara çatar.

62 - Tahur ibn Esma, İsrail oğulları ilə döyüşər, onları əsir alar və içindəki xəzinələri ələ keçirdikdən sonra Beytül Müqəddəsə od vurar, ələ keçirdiyi xəzinələri də 1700 gəmi ilə dənizdən keçirər.

Huzeyfe (r.ə) deyir ki “Peyğəmbərimizdən eşitdim ki, hz. Mehdi o xəzinələri gəmilərdən geri alıb, yenidən Beytül Müqəddəsə gətirəcək”.

Daha sonra hz. Mehdi və ordusu içində yüz bazarın və hər bir bazarda da yüz min biznesmenin olduğu Roma diyarına gələrlər. Buranı da fəth etdikdən sonra uzunluğu 1000 mil, eni 300 mil olan, 300 üstü-örtülü, quru səthi ilə əhatələnmiş və yaşıl dəniz üstündə yerləşən Kati deyilən diyara gələrlər.

63 - Hz. Mehdi sanki İsrail oğulları ricalindəndir, yer üzünün xəzinələrini çıxaracaq və küfr diyarlarını fəth edəcəkdir.


 

İKİNCİ HİSSƏ

(Bu hissədə Mehdi haqqında, səhabədən nəql edilən rəvayətlər izah ediləcək.)

 

1 - Mehdidən əvvəl məşhur qırğınların baş verəcəyi böyük bir fitnə müşahidə ediləcək. Bu dövr üçün “Şam əhlinə hətta onların zalım olanlarına belə söyməyin, çünki onun əsgərləri Şam əhlindən olacaq” deyilmişdir.

Sonra Allah (c.c) səmadan insanları darmadağın edəcək bir yağış yağdıracaqdır. İnsanlar elə bir hala düşəcəklər ki, əgər döyüşsələr tülkülər belə onlara qalib gələcəkdir.

Və sonra Allah (c.c) 12 min əsgərlə Mehdini göndərər. (Bir rəvayətdə 15 min). Onlar 3 bayraq altında, 7 bayraq daşıyanlarla vuruşar və əlamətləri “ümmət, ümmət” deyə qışqırmaları olar. Hər bir bayrağı daşıyan, mülkün özünün olacağını ümid edərkən Mehdi zühur edəcək və Dəccal çıxana qədər müsəlmanların ülfət və məhəbbətini qazanacaq. Bu rəvayətlərin çoxu Peyğəmbərimizdən də varid olmuşdur.

2 - Günahsız insanlar qətl edilənədək Mehdi çıxmayacaq və bu qırğınlara yerdə və göydəkilər artıq dözə bilməyəcək bir hala gəldikdə zühur edəcək. Hz. Mehdi zühur etdikdə insanlar onu eşq və məhəbbətlə qucaqlayacaqlar.

3 - Hz. Mehdi bütün haramların halal sayıldığı, böyük bir fitnədən sonra zühur edəcək. Xilafət ona evində oturarkən zühur edəcək və dövründə yer üzünün ən xeyirlisi özü olacaq.

4 - Çıxış əlamətlərindən biri də daha əvvəl yada salındığı kimi, səhrada bir ordunun yerə batmasıdır.

5 - Şərq tərəfindən çıxacaq. Zühur etdikdə qarşısına dağlar belə çıxsa onları əzib keçəcək, o dağlarda özünə yol tapacaq.

6 - Ona görə də ən xoşbəxt insanlar Kufə əhlidir.

7 - Monqol nəsli müsəlmanlara hücum edəcək, xəlifə öləcək və beyətdən 2 il sonra zəif bir adam başa keçəcək, Şam şəhərinin qərbindəki bir məscid batacaq və Şamdan olan 3 adamla qərbdən gələnlər birlikdə Misirə gedəcəklər... Bu isə Süfyanın əlaməti olacaq.

8 - Bir carçının səmadan “haqq Məhəmməd (s.ə.v)-in əhlindədir” deyə səslənməsindən sonra, hz. Mehdinin sevgisi insanların qəlbində qərar tutacaq, onun adı dillərdə gəzəcək və ondan başqa bir şeydən bəhs edilməyəcəkdir.

9 - Qara bayraqlar daşıyan ordular çıxacaq və Süfyanla döyüşəcəklər. Onların döyüş əməliyyatı Təmimi nəslindən gələn Saleh oğlu Şüeyb adındakı bir sərkərdənin liderliyi altında həyata keçiriləcəkdir.

10 - Mehdinin zühurundan əvvəl, Süfyanın ordusu Kufəyə gedəcək, Xorasan əhli də Mehdini axtarmağa başlayacaqdır. Xorasan əhli və aralarında Haşimi gəncin olduğu ordu qara bayraqlarla birləşəcəklər və başlarındakı lider Şüeyb ibn Saleh olacaq. Bu ordu Süfyanla Estahir qapısının sağında qarşılaşacaq və böyük bir döyüşdən sonra Süfyanın əsgərləri dağılacaq və qara bayraqlar qalib gələcəkdir. Məhz o vaxt insanlar Mehdini arzulayacaq və onu axtaracaqlar.

11- Mehdi zühur etmədən əvvəl onun Əhli-beytindən biri Şərqdən çıxacaq, hədəfi Qüds olmaqla 18 ay qılıncla döyüşəcək, lakin oraya çata bilmədən vəfat edəcək.

12 - Hz. Mehdi zühur etmədən əvvəl, Mədinədə qapqara daşların belə qan içində itəcəyi böyük bir hadisə baş verəcəkdir. Bu hadisədə bir qadının öldürülməsi bir qamçının sallanması qədər asan olacaq. Və bu hadisə 2 km qədər məsafəyə yayılacaq, sonra da Mehdiyə beyət ediləcək.

13 - Mədinənin rəisi, Məkkədəki Haşimilərdən bir ordu ilə kömək istəyəcək və Mədinədəki üsyankarlar bu ordu ilə məğlub ediləcəkdir. Şamdakı xəlifənin bundan xəbər tutmasından sonra Süfyan tərəfindən bir ordu da Məkkəyə göndəriləcək. İşıqlı bir gecədə çöldə hərəkət edən bu ordunu görən bir çoban “vay Məkkəyə, vay başlarına gələnə!” deyə deyinərkən, ordunun bir anda gözdən itdiyini görəcək və “Sübhənallah” deyəcək, “necə də qısa bir vaxtda itdilər?” Aşağıya enib baxdıqda isə, yarısı yerin içində yarısı da yerin xaricində qalmış bir yorğan görəcək, onu çıxarmağa çalışacaq, hem cür çıxarda bilməyincə də, gördüyü ordunun torpağa batdığını başa düşəcək və hadisəni müjdələmək üçün Məkkə rəisinə tərəf qaçacaq. Bunu xəbər alan Məkkə rəisi, Allaha həmd edəcək və “budur bizim gözlədiyimiz əlamət bu idi” deyəcək. Daha sonra da Şama gedəcəklər.

14 - Mehdi zühur etmədən əvvəl, millətlər arasında ticarət və yollar kəsiləcək, insanlar arasında fitnələr çoxalacaq. Müxtəlif ölkələrdən bir çox alim bir-birlərindən xəbərsiz şəkildə Mehdini axtarmaq üzrə yollara düşəcək və alimlərdən hər birini sayı 310 qədər olan insan müşayiət edəcək. Axırda hamısı da Məkkədə görüşərlər. Və bir-birlərindən “bura nə üçün gəldiklərini” soruşduqları vaxt hamısı da “bu fitnələrin qarşısını alacaq və Konstantinopolu fəth edəcək olan Mehdini axtarırıq, çünki biz onun, atasının, anasının və ordusunun adlarını öyrəndik” deyə cavab verərlər. Hamısı bir yerdə onu axtardıqdan sonra, hz. Mehdini Məkkədə tapacaqlar “sən Mehdisən” dedikləri vaxt O inkar edəcək və Mədinəyə qaçacaqdır. Ancaq Ona Mədinədə çatacaqlar O isə yenidən Məkkəyə gedəcək, onu yenidən tapacaqlar və özünə “sənin adın budur, atanın da adı budur, əlamətlər səndə mövcuddur” deyəcəklər, ancaq O yenə də inkar edərək Mədinəyə qaçacaq. Axırda onu Məkkədə Rükunda yenidən tapacaqlar və “əgər əlini bizə tərəf uzadıb beyətimizi qəbul etməzsənsə və başında çalışqan birinin olduğu, məqsədi də bizim canımızı almaq olan Süfyan ordusuna qarşı bizi himayə etməsən, bütün günahımız və axıdılan qanlarımız boynuna olsun” deyəcəklər. Bu söhbətdən sonra hz. Mehdi Rükun və Məqam arasına oturub əlini uzadaraq beyətləri qəbul edəcək. Daha sonra da Allah (c.c) bütün insanların qəlbini onun məhəbbətiylə dolduracaq. Sonra O gündüzləri aslan, gecələri də abid olan bir qövmlə gedəcək.

15 - Hz. Mehdinin zühurundan əvvəl bir Haşimi çıxacaq, Qüdsə çatmaq üçün 18 ay döyüşəcək, ancaq hələ çata bilmədən Süfyan Mehdinin üstünə bir ordu göndərəcək və bu ordu çöldə yerə batacaqdır. Bu hadisə Şama çatdıqda Şam əhli öz xəlifələrini “Mehdi zühur etmişdir, ona beyət et, yoxsa səni öldürərik” deyə zorlayacaqlar və xəlifə beyət edəcəyinə dair Mehdiyə xəbər göndərəcək və xəzinələrini də yanına alaraq Beytül Müqəddəsə gələcəkdir. Daha sonra Ərəb, Acem döyüşçülər, Romalılar və bir çox insan döyüşmədən Mehdiyə itaət edərlər. Hz. Mehdi Konstantinopol və digər bir çox diyarda məscidləri inşa edər.

16 - Hz. Mehdi Mədinədə anadan olmuşdur.

17 – Qüdsə hicrət edəcək.

18 - Saqqalı bol və sıx olacaq.

19 - Gözü sürməli olacaq.

20 - Dişləri parlaq olacaq.

21 - Üzündə bir xal olacaq.

22 - Çiynində Peyğəmbərimizdəki kimi peyğəmbərlik möhürü olacaq.

23 - Peyğəmbərimizin bayrağıyla çıxacaq. O bayraq sancılmamışdır, qara və dörd künclüdür. Peyğəmbərimizin vəfatından sonra heç açılmamışdır, ancaq hz. Mehdi tərəfindən açılacaqdır.

24 - Allah (c.c) onu 3 min mələklə dəstəkləyəcək. O mələklər hz. Mehdiyə qarşı çıxanın üzünə və arxasına vuracaqdır.

25 - 30 ilə 40 yaşları arasında olduğu bir halda göndəriləcək.

26 - Qarayanız və orta boylu olacaq.

27 – Haşimidir, xilafəti hz. İsaya təhvil verəcəkdir.

28 - Ondan əvvəl bir fitnə olacaq, hz. Əlinin nəslindən bir adam çıxacaq və ətrafında xeyli insan toplanacaqdır. Bu insan Allahın dininə zərrə qədər qarşı çıxmayacaq. Axırda öləcək və ya öldürüləcək. Sonra da Mehdi zühur edəcək.

29 - İnsanlar birlikdə həccə gedəcək və hamısı birlikdə hz. Mehdini axtaracaq. Bu vaxt qəbilələr arasında ayaqları qanlar içində qoyacaq qədər böyük döyüşlər baş verər, sonra da bir xeyirə sığınarlar. Hz. Mehdini üzü Kəbəyə söykənmiş ağlayan bir halda tapacaqlar. İnsanlar o vaxt “gəl sənə beyət edək” dedikdə, O, “sizə təəssüflər olsun, necə də çox əhdinizdən dönür, necə də çox qan tökürsünüz” deyəcək və istəmədiyi halda beyətləri qəbul edəcək. “Siz ona çatsanız beyət edin, çünki o yerdə və göydə Mehdinizdir” deyə buyrulmuşdur.

30 - Şam əhlindən sayı Bədr döyüşçüləri qədər olan insan yanına gedəcək və hz. Mehdini Məkkədən çıxararaq Safadaki bir evdə yerləşdirəcək, özü istəmədiyi halda ona beyət ediləcək. Daha sonra hz. Mehdi onlara 2 rükət namaz qıldıracaq və Makamın yanında minbərə çıxacaq.

31 - Rükun və Makam arasında özünə beyət ediləcək. Hz. Mehdi o qədər mərhəmətli olacaq ki, dövründə nə bir kimsə yuxusundan oyandırılacaq, nə də bir kimsənin burnu qanayacaqdır.

32 - Rəsulullahımızın bayrağıyla zühur edəcək.

33 - Məkkədəki xəzinələri, malları və silahları Allah yolunda bölüşdürəcək. Hz. Ömər öz dövründəki qənimət mallarını toplayarkən, hz. Əliyə “bu malları bölüşdürümmü, yoxsa yerəmi basdırım?” deyə soruşmuş və ondan “bu xəzinəni Mehdi zühur etdikdə, O bölüşdürəcəkdir” cavabını almışdır. Bu rəvayətə qarşı çıxan Əhməd və Əbu Davudun nəql etdikləri bir hədisdə isə, Rəsulullahımız “sizi tərk etdikləri kimi siz də Həbəşiləri tərk edin, çünki Kəbənin xəzinəsini Habeşli Züssevikateyn çıxardacaqlar!” deyə buyurmuşdur. Bu iki rəvayət əslində bir-birinə zidd olmayıb arasında cəmləşdirmə etmək mümkündür, bəlkə də Kəbənin iki xəzinəsi vardır, birini də Mehdi çıxaracaqdır.

34 - Onun dövründə yer öz içindəki xəzinələri çölə atacaqdır.

35 - Bu maddə ana mətndə tapılmayıb, hər halda çıxardılmış olmalıdır.

36 - Hz. Mehdi uçan bir quşa işarə etdikdə quş dərhal bu əmrlə yerə enəcək, quru bir ağac əkdikdə ağac tezliklə yaşıllaşıb yapraqlanacaqdır.

37 - Roma qalalarını və Romanı təkbirlərlə fəth edəcək.

38 - Onun dövründə qurdla qoyun bir yerdə oynayacaq, ilanlar uşaqlara bir zərər verməyəcək. İnsan bir ovuc toxum atacaq 700 ovuc məhsul götürəcəkdir. Riyakarlıq, sələmçilik, zinakarlıq, içki qalmayacaq, ömürlər uzanacaq və əmanət itməyəcək. Pislər həlak olacaq, Peyğəmbərimizə nifrət edən heç kim qalmayacaq. (Bütün bunlar Xəttimə hissəsində də izah ediləcəyi kimi, hz. İsanın nüzulundan sonra olacaq.)

39 - Hz. Mehdi heç bir bidəti buraxmayacaq və bütün sünnə-i saniyyəni əhya edəcək. Konstantinopol, Çin və Deyləm dağlarını fəth edəcək və bu vəziyyət 7 il davam edəcək. Ancaq onun hər ili sizin 20 ilinizə bərabər olacaq. Sonra Allah Təala istədiyini edəcək.

 

ÜÇÜNCÜ HİSSƏ

(Bu hissədə Tabiin (*) və Tebe-i tabiinden (**) gələn Mehdi haqqındakı rəvayətlər izah ediləcək.)

 

1 - Onun adıyla səmadan nida olunacaq və heç kim onun Mehdiliyini inkar edə bilməyəcək.

2 - O, günəşdən bir əlamət görünənə qədər zühur etməyəcək.

3 - Mehdi üçün 2 əlamət vardır ki, Allah (c.c) kainatı yaratdığından bəri bunlar baş verməmişdir. Bunun birincisi, Ramazanın birinci gecəsi ayın, ikincisi ortasında isə günəşin tutulmasıdır.

4 - Mehdidən əvvəl Abbas oğulları üçün qara bayraqlar çıxacaq, sonra Xorasandan başlarında Şüeyb ibn Saleh Təmimi olacaq, sarıqları qara, cübbələri ağ bir ordu toplanacaq və bu ordu Süfyanın ordusunu məğlubiyyətə uğradacaq. Sonra da Qüdsə gedəcəklər və hz. Mehdi üçün səltənət hazırlayacaqlar. Bu ordunun çıxması ilə, Mehdinin xəlifə olması arasında keçən vaxt 72 aydır.

5 - Onun komandirləri insanların ən yaxşısıdır. Onun köməkçiləri Yəmən və Şam əhlindən olacaq. Önlərində Cəbrayıl (ə.s), arxalarında isə Mikayıl (ə.s) olacaq. Yer üzü təhlükəsizliklə dolacaq və hətta bir neçə qadın yanlarında heç bir kişi olmadan belə rahatlıqla həccə gedə biləcəklərdir.

6 - Peyğəmbərlərə dair olan kitablarda “Mehdinin işi zülm və pislik deyil” şəklində işarə edilmişdir.

7 - Onları məğlubiyyətə uğratdıqdan sonra şimal bölgəsinə bir bayraq tikəcək, əllərindəki əsir və qənimətləri ələ keçirərək Şama gedəcək, buranı da fəth etdikdən sonra kölələri fidyə ödəyərək sahiblərindən alacaq və azad edəcək.

8 - Mehdi insanlar arasında 39 il qalacaq. Onun dövründə böyüklər “kaş ki, mən kiçik olsaydım”, kiçiklər isə “kaş ki, mən böyük olsaydım” deyəcəklər.

9 - Hz. Mehdi 40 il müddətində daimi qalacaq.

10 - Mehdinin həyatı 7 və ya 8 ya da 9 il olacaqdır. Bu üç rəyi bu şəkildə birləşdirmək mümkündür: Həyatı dedikdə nəzərdə tutulan şey vəzifələndirildiyi andan etibarən hökm edəcəyi müddət ola bilər. Yoxsa 7, 8 və ya 9 il yaşayacağı mənasını verməz. “30 ildir” ifadəsi də bəlkə onun hakimiyyətinin ən çox bu qədər davam edəcəyinə işarə etmək üçündür. “40 ildir” deyənlərin rəyi də 30 il olacağını ifadə edənlərlə eyni şəkildə şərh olunmalıdır.

11 - Hz. Mehdi 14 il yaşayacaq. Bunun mənası isə xüsusi bir həyat deməkdir ki, digər rəvayətlərə bir ziddiyyət təşkil etmir. Məsələn, Süleyman ibn İsadan da eşidildiyinə görə Mehdi Qüdsdə 14 il qalacaq.

12 - 40 il qədər yaşadıqdan sonra, yatağında Allahın rəhmətinə qovuşacaq.

13 - Böyük bir fitnədən sonra aralarında hökm verilməsi üçün Onun yanına gediləcək və ancaq ölümlə təhdid edildikdən sonra başa keçməyə razı olacaq. Ondan sonra insanlar arasında bir damcı belə qan axıdılmayacaqdır.

14 - Alimlər 1204-cü ildə keçiriləcək olan bir iclasda Axırzamanda bir Mehdinin zühur etməsi mövzusunda ortaq bir qənaətə gələcəklər.

15 - Mehdinin bayraqdarı, saqqalı yüngül, rəngi sarı, kiçik bir gənc olacaq. Dağlar ona mane olsa da onları aşacaq və Belyyə qədər enəcəkdir.

16 - Ondan əvvəl Şam və Misir məlikləri öldürüləcək. Və Şam əhli misirli qəbilələri əsir alacaqdır. Şərqdən qara bayraqlı bir adam, Şam sahibindən əvvəl çıxacaq və Mehdiyə itaət edəcəkdir.

17 - Ondan əvvəl Afrikada bir əmir 12 il hakimiyyətdə olacaq, sonra Afrikanı ədalətlə dolduran qarayağız bir adam olan Mehdiyə gələrək onun yanında döyüşəcək.

18 - Ondan əvvəl Xorasanda qara bayraqlar çıxacaq və Mehdi Məkkədə zühur etdikdən sonra onun yanına gedəcəklər.

19 - Onun əlamətlərindən biri də bəni-Abbasın dəyirmanının dönməsidir. (Tərcüməçinin qeydi: Güman ki, bu bir təşbehdir. Hər halda nəzərdə tutulan şey bəni-Abbasın sözünün keçməyə başlaması olacaq) Digər bir əlaməti də qara bayraqlı ordunun əsgərlərinin, öz atlarını Şamdakı zeytun ağaclarına bağlamalarıdır. Digər bir əlaməti də “ciyərləri yeyənlərin oğlu” (zalım) olan Süfyanın bəni-Abbası və bəni-Cəfəri məğlub etməsi, sonra da Süfyanın Şam minbərinə oturması və Bərbəri qövmünün də Şama gəlməsidir.

20 - Süfyanın ordusu Xorasana, Fars diyarına və sonra da Şərq bölgəsindəki insanlara çatar. Şərq bölgəsindəki insanlar onlara qarşı çıxıb, dəfələrlə döyüşəcəkdir. Sonra da sağ ovucunda xal olan bir haşimiyə beyət edərlər. Allah Təala ona bütün yolları və işləri asanlaşdıracaqdır. Bu haşiminin Xorasan əhlindən ibarət olan 5000-ə yaxın bir ordusu olub, başlarında da Şüeyb ibn Saleh Təmimi vardır. Bu Haşiminin rəngi sarı, saqqalı yüngüldür. Ordusuyla dağlar mane olsa da, onları aşıb keçəcək. Süfyanla döyüşəcək, ancaq böyük bir döyüşdən sonra məğlub olacaq və Kümmeyə qaçacaq. Bu Haşimi Mehdi ilə atadan qardaş olub, Mehdi aşkar olduqdan sonra o da çıxacaq. Bəziləri onun hz. Mehdinin əmoğlusu olduğunu demişlər. Şama gəldiyi eşidildiyi vaxt onun üçün Qüdsdə bir ev ayrılacaqdır.

21 - Ordusunu Mədinəyə göndərən Süfyan “Bəni-Haşimidən kimi tapsanız, onu öldürün” əmrini verər. Müsəlmanlar da Mehdi zahir olub özünə gələnə qədər dağlara qaçarlar.

22 - Zühurunun bir əlaməti də Qərbdən bayraqların çıxması və başlarında Kende qəbiləsindən topal bir adamın olmasıdır.

23 - Əlamətlərdən biri də 200 il ərzində bir Mehdinin zühur etməsidir. (Tərcüməçilərin qeydi: Bəhsi keçən Mehdidən nəzərdə tutulan şey Axırzaman Mehdisi kimi İslamı əhya edən bir şəxsiyyətin olması lazımdır.)

24 - Hz. Mehdi özü ilə birlikdə Peyğəmbərimizin bayrağı, köynəyi və bir çox əlamətləri olduğu halda gecə vaxtında Məkkədə ortaya çıxar. Nurludur və yanında şahidləri də vardır. İşa namazını qıldıqdan sonra uzun bir xütbə deyəcək və insanlar Allah və Rəsuluna itaət etməyə davam edəcək. Daha sonra Hicazı fəth edəcək və bəni-Haşimiyə hayiste olanlarını qurtaracaq. Sonra da Onun yanına, Kufəyə qara bayraqlı bir ordu gələr. Bundan sonra da dünyanı fəth etmək üçün bu ordunu müxtəlif yerlərə göndərər.

25 - Süfyan əsir düşərək ona gətiriləcək və rəhmət qapısında öldürüləcək. Qənimət və sərvəti isə Şam küçələrində paylanacaqdır.

26 - Məkkədəki batma hadisəsini eşitdiyi vaxt aralarında ebdalların olduğu 12 min əsgər toplanacaq və Belye adlı yerə çatacaqlar. Süfyan ordusunun batdığını öyrəndikdə Mehdiyə itaət etməyi fikirləşər, ancaq Kelp qəbiləsinin başçıları tərəfindən rüsvay edilər. Buna baxmayaraq yenə də Mehdinin yanına gələr və itaət edəcəyini dediyi üçün onun tərəfindən qəbul olunar. Ancaq bu dəfə itaət etməkdən imtina etdiyini deyər və hz. Mehdi də onu öldürməyə qərar verər. Daha sonra hz. Mehdi Kelp qəbiləsi ilə döyüşəcək və onları yox edəcək.

27 - Hz. Mehdi hər doqquz nəfərdən yeddisini sağ qoymaz.

28 - Bu maddə əsas mətndə tapılmayıb, hər halda çıxardılmış olmalıdır.

29 - Hz. Mehdi Allahdan çox qorxacaqdır. Eynilə bir qartal növü olan Nesir quşunun qanadlarıyla titrəməsi kimi Allahdan qorxacaqdır.

30 - Hz. Mehdinin qaşları incə, arası açıq və gözlərinin qarası böyük olacaq. Şam minbərinin üstündə oturub insanlara xitab edə bilənədək, Hicazdan qayıtmayacaqdır. (Şam minbərində oturduğu vaxt 18 yaşının olacağı deyilsə də, bu fikir sonradan rədd edilmişdir.)

31 - Məkkədəki batmadan sonra, sayı Bədr səhabələri qədər olan insanlar çıxacaq. (Bu qabaqcıllar etibarilədir, yoxsa ona tabe olanlar çoxdur.) Onun əshablarının rəisləri, Berazi qəbilələrindən olacaq. O gün səmadan gələn bir səs “bilin ki, Allahın yer üzündəki dostları Mehdiyə tabe olanlardır” deyəcəklər.

32 - Süfyan Kufəyə gəldikdə Mehdinin zühur etdiyi xəbəri ona çatar. Beləliklə də bir ordu göndərər. Və bu ordu çöldə batar, ancaq biri Süfyan tərəfdarı, digəri də Mehdi tərəfdarı olan iki adam sağ qalar. Sonra da Mehdi Məkkədən, Süfyan isə Kufədən Şama tərəf yola düşər. Ancaq Süfyan ondan əvvəl Şama çatar. Hz. Mehdi ikinci bir ordu ilə məktub göndərərək, Süfyandan özünə beyət etməsini istəyər və sonra da Qüdsə gedərək orada 3 il qalar. Bu vaxt Kelp qəbiləsinə mənsub biri Kenanedən çıxaraq Bensana qədər gələr. Hz. Mehdi isə bura bir ordu göndərərək bu qəbiləni təxribata uğradır. Və sonra da Süfyan əsir olaraq gətirilər və Səfa təpəsində qoyun kimi kəsilər.

33 - Hz. Mehdi Tabut-u Səkinəyi Antakya mağarasından çıxaracaq.

34 - Bu maddə əsas mətndə tapılmayıb, hər halda çıxardılmış olmalıdır.

35 - Yanında hz. Peyğəmbərin bayrağı olacaq.

36 - Bayrağın üstündə “beyət Allah üçündür” deyə yazı yazılmışdır.

37 - Hz. Mehdi işlərində çox intizamlı, comərd və kasıblara qarşı çox mərhəmətli olacaq.

38 - Dünyada adı çəkiləcək bir xəlifə qalmayanadək çıxmayacaq.

39 - Ondan əvvəl bir Haşimi hökmranlıq edəcək və Əməvilərdən az sayda insan qalacaq. Daha sonra isə hər adam başına 2 adamı öldürərək qadınlardan başqa heç kimi sağ saxlamayan bir əməvi çıxacaq, sonra da hz. Mehdi zühur edəcək.

40 - Çox məşhur və sona çatması qeyri-mümkün görünən bir fitnə baş verəcək və bu fitnə səmadan 3 dəfə “Mehdi əmirdir, həqiqət Odur” deyə səs gələnə qədər davam edəcək.

41 - Səmadan bir carçı çıxacaq və “haqq ali Məhəmmədindir”, yerdən də bir carçı çıxacaq və O da “haqq İsanın alindədir” deyə səslənəcəklər. Abbas (r.ə) bu mövzuyla əlaqədar olaraq “yerdən gələn səs şeytandan, səmadan gələn səs isə Allahdandır” deyə buyurmuşdur.

42 - Səmadan zühur edən bir əl və “Mehdi əmirinizdir” deyə bir səs eşidilənədək ayrılıq və ixtilaflar davam edəcək.

43 - Hz. Mehdi ilə Süfyan üz-üzə gəldikdə bir carçı belə səslənəcək: “Allahın dostları Mehdinin yoldaşlarıdır”.

44 - O günün əlaməti: Səmadan bir əlin uzanması və insanların ona baxaraq onu görməsidir.

45 - O zühur etmədən əvvəl, şərqdən işıq saçan bir quyruqlu ulduz görünəcək.

46 – Ramazan ayında iki dəfə ay tutulması olacaq.

47 - Hz. Mehdinin dövründə ədalət o qədər bol olacaq ki, zorla ələ keçirilən hər mal öz sahibinə geri qaytarıldığı kimi, bir insanın başqasına aid olub da dişində qalmış bir şeyi belə sahibinə qaytarılacaq.

48 - Taberiye adasındakı Tabut-u Səkinə ortaya çıxarılacaqdır. Tabut gətirilib Beytül Müqəddəsdə ona təslim edildikdən sonra açılacaq və bunu görənlərin əksəriyyəti az bir hissəsi istisna olmaqla müsəlman olacaq.

49 - İnsanlar 95 ilə qədər hakimiyyətdə olacaq, yəni işləri yaxşı gedəcək 97 və ya 99 ildə mülkləri tükənəcək və nəhayət 200 ildə bir Mehdi zühur edəcəkdir. (Tərcüməçilərin qeydi: Bunu izah etmək üçün 23-cü maddəyə bax)

50 - İnsanlar olduqca xeyirlə, həyatları çox rahat olacaq. Bəni-Abbasın liderliyi sona çatmayacaq sonra fitnələr başlayacaq nəhayət Mehdi zühur edəcək.

51 - Qurduğu ilk ordunu gözlətmədən dərhal cihada göndərəcək.

52 – Dəccal müsəlmanları Beytül Müqəddəsdə qapalı buraxacaq. Möminlər burada elə bir aclıqla üz-üzə gələcəklər ki, pul kisələrini belə yemək məcburiyyətində qalacaqlar. Bu vaxtda gecənin qaranlığı içindən bir səs eşidəcəklər və bu səsin tox bir adama aid olduğunu bir-birlərinə dedikləri vaxt İsa ibn Məryəmi qabaqlarında görəcəklər. Hz. Mehdi onu müsəlmanlara tanıtdıqdan sonra namazı qıldıracaq, sonra da liderliyi hz. İsaya təhvil verəcək.

53 - Hz. Mehdi Avta bölgəsində Hars olaraq adlandırılan bir kənd batana qədər zühur etməyəcək.

54 - Səmadan bir səs onu adıyla çağıracaq və şərqdə, qərbdə hətta yuxuda olan belə bu səsi eşidəcək və oyanacaq.

55 - Konstantinopolun fəthi əsnasında səhər namazı üçün dəstəmaz alarkən bir bayraq sancacaq, dəniz ikiyə ayrılaraq su özbaşına uzaqlaşacaq və açılan yolu təqib edən hz. Mehdi o biri tərəfdəki sahilə keçəcək. Sonra bir bayraq daha sancacaq və belə deyəcək “ey insanlar ibrət götürün. Dəniz İsrail oğullarına necə yol veribsə, bizə də eləcə yol verdi” Ondan sonra hamısı dəfələrlə təkbir gətirəcək və 12 təkbirlə şəhərin 12 bürcü də yerlə yeksan olacaq.

56 - Qüdsü fəth edəcək olan hz. Mehdi, Hindistanı da fəth edəcək bir ordu göndərəcək. Buradakı xəzinələri ələ keçirib onları Beytül Müqəddəsə gətirəcəkdir. Hind liderləri də zəncirlərə bağlanmış halda onun hüzuruna gətiriləcək. Hz. Mehdi şərq-qərb arasındakı hər yeri fəth edəcək.

 

SON SÖZ

(Bu hissədə müxtəlif nəqllər izah ediləcək)

 

Birincisi: İbni Sirindən gələn bir rəvayətdə “hz. Mehdi Əbu Bəkir (r.ə) və Ömər (r.ə)-dən daha xeyirlidir, bəlkə də bəzi peyğəmbərlərdən belə üstündür” deyilir. Yenə İbni Sirin səhih bir nəqldə “Əbu Bəkir (r.ə) ondan daha fəzilətli deyil” deyə buyurur. Bu ikinci rəvayət məna etibarilə birincidən daha yüngül kimi görünsə də yenə də şərh tələb edir. Çünki bu xüsusdakı aydın hədislərə və icmaya görə, Əbu Bəkir (r.ə) və Ömər (r.ə) ondan daha yaxşıdırlar. Bəlkə də bütün sahabe-i kiram ondan daha üstündür. Ancaq İbni Əbdül Birr buna qarşı çıxmış və “hz. Mehdi dörd xəlifə istisna olmaqla digər səhabədən üstündür” demişdir. Peyğəmbərimizin səhabəsinə dediyi və “Axırzamanda bir möminin savabı sizdən 50 adamın savabına bərabər olacaq” şəklindəki ifadəsi də yuxarıdakı hədis kimi şərh tələb edir. Çünki hz. Mehdinin üstünlüyü onun dövründəki fitnələrin səhabələrin yaşadığı dövrə görə daha şiddətli olmasından və hz. Mehdinin Dəccal və romalılarla olan mübarizəsindən ötrüdür ki, üstünlüyünün sirri də elə burdadır. Ancaq digər xüsusiyyətləri ilə birlikdə düşünüldüyü təqdirdə səhabənin üstünlüyü mübahisə edilə bilməz. Çünki bəzi xüsusiyyətlər vardır ki, fəzilət baxımından daha aşağıda olanda olub da, lakin daha üstün olanda olmamış ola bilər. Yenə hz. Mehdinin dövründə həqiqi möminlərə bol-bol nemət veriləcək, lakin pislər də bundan məhrum olmayacaqdır.

Nəticədə savab və dərəcə baxımından səhabənin mütləq mənada hz. Mehdidən daha fəzilətli olduğu qətidir.

İbni Sirinin “bəzi peyğəmbərlərdən də üstündür” deməklə nəzərdə tutduğu şey hz. Mehdinin İsa (ə.s)-a imamlıq etməsi üçün ondan üstün olmasının lazım olduğudur. Məlum olduğu kimi imam, ona tabe olanlardan daha fəzilətlidir. Amma əslində Peyğəmbərimizə nisbətən fəzilətlidir, çünki onun İsa (ə.s)-a imamlıq etməsi, hz. İsanın Peyğəmbərimizin şəriəti hökm edəcəyinə işarədir.

İkincisi: Vəlid ibn Müslimdən, o da başqasından nəql etmişdir ki, Mehdilər 3 nəfərdir:

- Mehdiyyül Xeyir: Bu, Ömər ibn Əbdüləzizdir.

- Mehdiyyüddəm: O, qanları saxlayan həqiqi Mehdidir.

- Mehdiyüddin: Hz. İsa (ə.s)-dır.

Süleyman ibn İsadan gələn bir rəvayətdə “mənə çatan bir xəbərə görə, hz. Mehdi 14 il Qüdsdə qalacaq, sonra da öləcək və Mənsura tabe olanlardan birisi gələcək, O da Qüdsdə 21 il qaldıqdan sonra öldürüləcək, yerinə Mövla adında biri keçəcək, 3 il sonra O da öldürüləcək və sonra da Haşimülmehdi gəlib 3 il 4 ay 10 gün qalacaq” deyilmişdir.

Kab ibn Mehdidən gələn bir xəbərdə “Kahtani adında və Yəmənli olan bir xəlifə gələcək, hz. Mehdinin izi ilə gedəcək, Roma diyarlarını fəth edib qənimətlərini ələ keçirəcək” deyilir.

Yenə Ondan rəvayət olunur ki, “bundan sonra xəlifənin Əhli-beytindən biri gələcək, şəri xeyrindən çox olacaq və az bir müddət qaldıqdan sonra öz əhlindən biri tərəfindən öldürüləcək”.

Kabdan gələn bir başqa rəvayətdə də “Mahzum qəbiləsinə mənsub olan biri başa keçəcək, daha sonra Mövla gələcək sonra da qarşı çıxanları yox edən, uca boylu, çox qüvvətli, geniş çiyinli bir ərəbi başa keçəcək və Beytül Müqəddəsə gəldikdən sonra öləcək. Daha sonra isə, yaxşı insanları öldürən zalım bir Misirli hökmranlıq edəcək və nəhayət Mehdinin izi ilə gedən Kahta nəslindən biri gələcəkdir”.

Zehridən gələn bir rəvayətdə isə “Mehdidən sonra İns və Cinin belə beyət edəcəyi Mahzum qəbiləsinə mənsub olan biri gələcəkdir. Sonra hicrət edəcək və onu tanımayacaqlar 3 dəfə özünə beyət edilməsi üçün dəvət edəcək, sonra isə Mənsura beyət ediləcək” deyilir.

Abdullah ibn Ömər isə bir nəqlində belə ifadə edir: “Zalımlardan sonra hz. Mehdi zühur edəcək, sonra da növbə ilə Mənsur, Salam və Emirülgadap olacaq”.

Yenə Abdullah ibn Ömər “Mehdidən sonra 3 əmir gələcəkdir. Hamısı da saleh insanlardır. Biri Cabir, sonra Müferrec, sonra da Zülgadapdır. Bunlar 40 il qaldıqdan sonra artıq dünyada xeyr qalmayacaq” deyə nəql edir.

Ertahtan gələn bir rəvayətdə də “Hz. Mehdi Qüdsə enəcək, və millət onun əhlindən olanlarla uzun bir müddət birgə yaşayacaq. Ondan sonra zalımlar görünəcək və Bəni-Abbas rəhmətlə axtarılacaq” deyilir.

Ertahtan gələn başqa bir nəql isə belədir: “Mehdi 40 il yaşayacaq, öldükdən sonra Kahtani gələcək və Mehdinin izində işləri yerinə yetirəcək. 20 il yaşadıqdan sonra öldürüləcək sonra da əsl Mehdi gələcək, Kayser şəhərini fəth edəcək və Peyğəmbərimizin son xəlifəsi olacaq. Sonra Dəccal çıxacaq və hz. İsa da həmin vaxt nüzul edəcək”.

İbni Münavi kitabında belə izah edir: “Süfyanlar 3 nəfərdir, Mehdilər də 3 nəfərdir. 1-ci Süfyan üçün 1-ci Mehdi, 2-ci Süfyan üçün 2-ci Mehdi, 3-cü Süfyan üçün də 3-cü Mehdi gələcəkdir”.

Göründüyü kimi, bu mövzularla əlaqədar bir-birinə zidd olan müxtəlif nəqllər gəlmiş və bunlar da müxtəlif ixtilafların yaranmasına gətirib çıxarmışdır. Mehdidən sonra neçə adamın gələcəyi və bunların kimlər olacağı mövzusu müzakirə edilmişdir. Ancaq hədislərlə də sabit və qəti olan işarələrə görə, etibar etməyimiz lazım olan məqam budur ki, əsl Mehdi, Dəccala qarşı, hz. İsaya köməkçi olaraq gələcək olan Mehdidir. Çünki, ondan əvvəlki mehdilər haqqında hər hansı bir hədis yoxdur. Mehdidən sonra gələcək olanlar da saleh kəslərdir, ancaq Mehdi kimi deyillər. Həqiqətən ən son Mehdi Odur.

Üçüncüsü: Hz. Mehdinin zühuru, qətiyyən İsa (ə.s)-ın nüzulundan əvvəl olacaq. Bəziləri isə “hz. İsanın nüzulundan sonra olacaq” deyiblərdir. Ancaq bu doğru deyil və hədislər bu iddianı rədd etdiyi üçün buna etibar etmək olmaz.

Hz. İsanın Beytül Müqəddəsə nüzul edəcəyini bildirən rəvayətlərlə Dəccal haqqındakı bu rəvayət bir-birini təsdiqləyir. Belə ki: “Möminlər o gün sayları az, lakin başlarında saleh bir insan olduğu halda Beytül Müqəddəsdə olacaqlar. Dəccal onları mühasirəyə alacaq. Tam səhər namazına girildiyi bir vaxt hz. İsa nüzul edəcək, imam onu tanıyaraq camaata təqdim edəcək, hz. İsa ona “namazı qıldır, çünki sənin üçün iqamə gətirilmişdir” deyəcək və onun arxasında namaz qılacaq. Həmin vaxt hz. İsa “qapıları açın” deyəcək və qapılar açıldıqda Dəccal onu görəcək. Dəccalın yanında başlarında dəbilqəsiylə, zirehli, İsfahan yəhudilərindən ibarət 70 min nəfərlik bir ordu olacaq. İsa (ə.s) ona baxdıqda Dəccal duzun suda əriməsi kimi əriyəcək və arxasını çevirib qaçacaqdır. Onu təqib edən hz. İsa, Lud qapısında onu tutaraq öldürəcək və Dəccalın ordusu olan Yəhudilər də çox şiddətli bir döyüş nəticəsində yox ediləcəklər.

Ancaq, bu rəvayətə zidd olan başqa bir rəvayətdə isə belə deyilir: “Müsəlmanlar Beytül Müqəddəsdə mühasirə altında olarkən, hz. İsa səhər namazı vaxtlarında Şamın şərqindəki Ağ Minarə (Minaretül Beyda) üstünə nüzul edər”. Bu minarə bu gün hələ də mövcuddur. Şafi alimlərindən İmam Nəvəvi də “hz. İsa iki əlini iki mələyin qanadları üzərinə qoymuş bir halda enəcək və Lud qapısında Dəccala yetişərək onu öldürəcək” deyir.

Habis Əl Hadraminin nəql etdiyinə görə də “hz. İsa Şamın şərq qapısında olan Ağ Minarəyə enəcək. Sonra məscidə gələcək və minbərin yanına oturacaqdır. Müsəlmanlar, xristianlar, yəhudilər hamısı da məscidə gələrək hz. İsanın ətrafında toplanacaqlar və hamısı da hz. İsanın özləriylə birlikdə olacağını ümid edəcəklər. Bu birlik, iynə atsan belə yerə düşməz məsəli kimi, geniş bir izdiham meydana gətirəcək və müsəlmanlar müəzzinləriylə, yəhudilər kərənayçılarıyla, xristianlar da çancılarıyla birlikdə olacaqlar. Burada püşk atılacaq və hansı qazansa onun dediyi olacaq. Atılan püşkü müsəlmanların qazanması görə yəhudilər və xristianlar oradan uzaqlaşacaqlar. Sonra hz. İsa Şam əhliylə birlikdə Beytül Müqəddəsdə Dəccalı axtaracaq, ancaq qapıların bağlı olduğunu görəcəkdir. Hz. İsa qapıların açılmasını əmr edəcək və qapıların açılmasıyla birlikdə Dəccal qaçacaq, ancaq hz. İsa, onu Lud qapısında ələ keçirib öldürəcək”, “hz. İsa 30 və ya 40 il müddətində yer üzündə qaldıqdan sonra Yəcuc və Məcuc da onun əliylə yox ediləcək. Torpaq yenidən əvvəlki kimi bərəkətli olacaq, ilanlar uşaqlarla, inəklər aslanlarla yola gedə biləcəkdir. Sonra Allah (c.c) xoş ətirli bir külək göndərərək, bununla möminlərin canlarını alacaq və geriyə pis insanlar qalacaq. Sonra da qiyamət qopar”.

Hz. İsada çox xüsusiyyət var: Məsələn, nə qədər uzaqda olarsa olsun bir kafiri görsə, o kafir dərhal öləcək. Xaçları sındıracaqdır. Donuz və meymunları öldürəcək(*), geridə yalnız İslam dinini saxlayacaq. Dövründə Allahdan başqasına ibadət edilməyəcək, cizyə və sədəqə qalmayacaq çünki hər şey bollaşacaq, xəzinələr çıxarılacaq və mala rəğbət bəslənməyəcək. Qiyamətin yaxınlaşdığını hər kəs yəqin hiss edəcək. Səbəblərini aradan qaldıracağı üçün xəsislik, kin və pis şeylər olmayacaq. Zəhərli heyvanların zəhəri yox olacaq, yer üzü əmin-amanlıqla dolacaq, döyüş olmayacaq, hamı bərabər olub heç bir hökmranlıq qalmayacaqdır. Yer üzünün bitkiləri eynilə hz. Adəm (ə.s) dövründəki kimi bol olacaq, ipək qurdu üzüm ağacının üstünə qoyulacaq və doyacaq, döyüş olmadığı üçün atların qiyməti ucuzlaşacaq və hər tərəfdə yemək qazanları qaynayaraq misli görünməmiş bir bolluq yaşanacaq.

İmam Nəvəvi “hz. İsa Məhəmməd ümmətinə peyğəmbər olaraq deyil, Şəriəti Məhəmmədiyyəyi tətbiq etmək üçün gələcəkdir” deyir. Bəzisi də “hz. İsa nüzul etmədən əvvəl Məhəmməd ümmətinin möhtac olduğu və bilmədiyi Şəriəti Məhəmmədiyyəyə aid xüsusları əvvəlcədən səmada öyrənəcək” deyiblərdir.

Hz. İsa yer üzündə olarkən evlənəcək və bir uşağı olacaq. Öldükdə müsəlmanlar onun namazını qıldıqdan sonra Ravza-i-Mutahhare-də dəfn edəcəklərdir. Dünyada qalma müddəti 40 ildir, bir rəvayətdə isə 7 ildir. Ancaq səmaya qalxdıqda 33 yaşının olduğu nəzərə alınarsa, bu iki rəvayətin cəmi mümkündür. Zəif bir nəqldə isə bu müddət 45 il olaraq keçir.

Dördüncüsü: Dəccalın hz. Mehdi dövründə ortaya çıxması, hz. Mehdinin əlamətlərindəndir. Bu baxımdan, Dəccalla əlaqədar məlumatların də izah edilməsi lazımdır:

Beyhaki Şeyhi Hakimdən gələn rəvayətdə isə belə deyilir: “Qiyamət əlamətlərindən birincisi Dəccalın çıxması, sonra İsa (ə.s)-ın göydən enməsi, sonra Yəcuc və Məcuc, sonra Dabbət-ül Ərz, sonra da günəşin qərbdən doğmasıdır”.

Dəccalın çıxması, Dabbət-ül Ərz və günəşin qərbdən doğmasına Allah Təalanın buyurduğu bu ayədə işarə edilir: Yoxsa onlar ancaq ya mələklərin, ya Rəbbinin və yaxud da Rəbbinin bəzi əlamətlərinin gəlməsini gözləyirlər? Rəbbinin bəzi əlamətləri gələcəyi gün əvvəlcə iman gətirməmiş və ya imanında bir xeyir qazanmamış kimsəyə iman gətirməsi fayda verməyəcəkdir. De: “Gözləyin, şübhəsiz ki, Biz də gözləyirik”. (Ənam surəsi, 158)

Hz. İsanın nüzulunu ifadə edən ayə də budur: Həqiqətən, İsanın yer üzünə enməsi Saatın yaxınlaşmasının əlamətidir. Qiyamətə şəkk etməyin və Mənə tabe olun. Budur, düz yol! (Zuxruf surəsi, 61)

Yəcuc-Məcuc və Dabbətül Ərzə isə, bir deyil, bir neçə ayədə işarə vardır.

İmam Nəvəvi və digər bəzi alimlər deyir ki: “Sələflər, uşaqlarına Dəccalla əlaqədar olan hədisləri öyrənib mühafizə etmələrini təlqin etmişlər və qəlblərində qərar tutmasını təmin etməyə çalışmışlar. İnsanlar da bunları bir-birlərinə nəql etməklə bu hədislər, dövrümüzə qədər gələ bilmişdir”.

Peyğəmbərimiz bir hədisində “hz. Adəmlə qiyamət arasında yaradılmış böyük fitnə, Dəccalın fitnəsidir” deyə buyurmuşdur.

Digər bir rəvayətdə də “Allah (c.c), Adəmi yaratdıqdan etibarən Dəccalın fitnəsindən daha böyük bir fitnə olmamışdır” deyilir.

Allahın hz. Nuhdan sonra gələn hər bir peyğəmbəri, öz ümmətini Dəccal ilə qorxutmuş və onun Xorasan və ya İsfahan tərəfindən çıxacağına işarə etmişdir.

Hz. Mehdi Konstantinopolu fəth etdiyi vaxt, Dəccal Şam və İraq arasında yaşayar. Əvvəlcə “xilas edici” olduğunu iddia edər və bu dövrdə istər kafirlər, istərsə də möminlər ona tabe olarlar. Ancaq sonra bir gözü kor olar və iki gözü arasında “kafir” yazısı peyda olar, elə ki, oxumağı və yazmağı bilməyən hər mömin belə onu oxuya bilər. Beləliklə də möminlər onu tərk edərlər. O, daha sonra “peyğəmbərliyini” və nəhayət “ülühiyyətini” iddia edər. Dəccalın sağ gözü kordur, yəni nursuzdur. Başqa bir rəvayətdə isə bu sol gözünün kor olması şəklindədir. Başqa bir rəvayətdə də gözü dümdüz olub, üstündə dırnaq sümüyü kimi bir sümüyün olduğundan bəhs edilir. Dəccalın gözünün kor olmasından nəzərdə tutulan şey “qüsurludur” mənasıdır. İki gözünün arasında kafir deyə yazar ki, oxumağı bilən və bilməyən hər mömin belə onu oxuya biləcəkdir. Dəccalın özü ilə birlikdə cənnət deyə göstərdiyi əslində cəhənnəm, cəhənnəm deyə göstərdiyi şey isə əslində cənnətdir. Kəhf surəsinin əvvəlindəki ayələri oxuyanlar, onun şərindən mühafizə ediləcəklər. Dəccalın təmiz su olaraq göstərdiyi də əslində nəcisdir. Onun fitnələrindən biri də budur: Bir ərəbiyə “mən sənin atanı və ananı indi göstərsəm, mənə inanarsanmı?” deyə müraciət edəcək “bəli” cavabını aldıqda isə şeytanlar ərəbiyə anası və atası surətində görünəcək və “ey oğul” deyəcəklər, “bu sənin Rəbbindir, ona tabe ol!” deyəcəklər.

Yenə Dəccal bir nəfəri iki hissəyə bölər və “baxın onu dirildəcəyəm” deyər və o dirilər. Bunu görən kafirlər onun həqiqətən də Rəbbləri olduğunu zənn edirlər.

Sonra Allah (c.c) Xızır əleyhissalamı göndərər. Hz. Xızır ona “sən Allahın düşməni olan Dəccalsan” deyər və onu öldürməyə çalışar, lakin bunu bacara bilməz.

Dəccal səmaya əmr edərək yağış yağdırar, yerə əmr edərək bitkilər bitirər, quru dərələrə əmr edərək onlarda sular axıtdırar... Yağışa əmr edərək onu dayandırar, otlara əmr edib onları qurudar, Rəbb dağıyla Tur dağına əmr edər və onları toqquşdurar... Küləyə əmr edər, dənizdəki tufana əmr edər, onlar da bulud olarlar. Gündə 3 dəfə dənizə girər, dibini tapa bilməz... Dəccalın bir əli digərindən daha uzundur, bu uzun əlini dənizin ən dibinə salar və içindəki balıqları çıxardar... Özünü yalanlayan bir qövmün arasına girər və onların bütün heyvanlarını məhv edər. O qövm təsdiq etdikdə isə dərhal səmaya əmr edərək yağış yağdırar, heyvanların südlərini bollaşdırar. İçində xəzinə olan yerlərə girər, “xəzinənizi çıxarın” dedikdə bal arılarının bəylərini təqib etməsi kimi xəzinələr ona tabe olarlar...

Dəccalın bir eşşəyi vardır ki, bu eşşəyin iki qulağı arasındakı məsafə 40 arşındır(*). Bu eşşəyin altında 70 min yəhudi kölgə altında duracaqdır.

Dəccal 3 dəfə elə qışqıracaq ki, şərqdən-qərbə bu səs hər yandan eşidiləcək...

Məkkə, Mədinə, Beytül Müqəddəs və Məscidi-i Tur istisna olmaqla, hər yeri gəzəcəkdir. Bu məlumat başqa bir rəvayətdə də “Şam və Askalandan başqa” şəklində keçir. Allah Təala möminləri bu fitnə və müsibətlərdən Şamda, Dəccaldan Beytül Müqəddəsdə, Yəcuc-Məcucdan isə Tur-i Sinada mühafizə edəcək.

Bir hədisdə “Dəccal yer üzündə 40 gün dayanacaq, 1-ci günü 1 il, 2-ci günü 1 ay, 3-cü günü bir həftə, digər günləri isə sizin normal günləriniz kimi olacaq” deyə buyrulmuşdur. Bununla yanaşı Peyğəmbərimizə “bir il kimi uzun olan o gündə, bizə bir günün namazı bəs edər mi?” deyə sual verilmiş Rəsulullah (s.ə.v)-də “xeyr, siz o uzun gündə, ondan əvvəlki günlərinizdəki hər namaz vaxtı qədər vaxtı qiymətləndirin” deyə cavab qaytarmışdır.

İbn Macədən gələn bir rəvayətdə də “Dəccalın son günləri o qədər qısa olar ki, sizdən biriniz Mədinə qapısından çıxıb, təpəsinə çatana qədər axşam olacaq” deyilmişdir. Peyğəmbərimizə “ya Rəsulullah, o qısa günlərdə necə namaz qılacağıq” deyə soruşulduğu vaxt isə “O uzun günlərdə qiymətləndirdiyiniz kimi qiymətləndirəcəksiniz” deyə cavab vermiş. Dəccalın yer üzündəki sifətinin necə olacağı da soruşulmuş və Peyğəmbərimiz “küləyin yönəldib göndərdiyi yağış kimidir” cavabını vermişdir.

Dəccaldan əvvəl 3 il qıtlıq olacaq, heç bir dırnaqlı heyvan qalmayıb məhv olacaqdır. Dedilər ki, “ya Rəsulullah, onda insanlar necə yaşayacaq?”, Peyğəmbərimiz də belə buyurdu: “Təkbir (Allahu əkbər), təsbih (Sübhənallah), təhlil (Lə ilahə illəllah) və təhmid (Əlhəmdülillah) ilə”. Yəni, eynilə Peyğəmbərimizin dövründəki kimi...

Dəccalın bir çox sifətlərinə sahib olan İbni Səyyad Dəccal deyil. Ancaq, O da bir fitnə idi və Allah (c.c) onunla möminləri imtahana çəkdi. Eynilə hz. Musa dövründəki “buzov” nümunəsi kimi... Ancaq Allah (c.c) Məhəmməd ümmətini onun şərindən qorudu.

İbni Ömərin sözünü dəlil olaraq gətirən İbni Cabir and içərək deyir ki, “hz. Ömər, İbni Səyyad Dəccaldır demiş və Peyğəmbərimiz onun bu sözünü inkar etməmişdir”. Ancaq, Peyğəmbərimiz bu sözü təsdiq etmədiyi üçün, tək başına bunu bir dəlil olaraq ələ almaq mümkün deyil. Necə ki, Allah (c.c) də onun Dəccal olmadığını xəbər vermişdir.

Beşincisi: Yəcuc və Məcucun çıxması Dəccaldan sonra olacaq. Yəcuc-Məcuc, Adəm ilə Həvvanın övladlarındandır, ancaq merfu bir hədisə (*) görə isə, Nuh (ə.s)-ın nəslindəndir. Lakin, Sələftən bunun əksi deyilmişdir. İmam Nəvəvi isə Sələfə etiraz edərək, “Yəcuc-Məcuc əksər üləmanın fikrinə görə Nuh (ə.s)-ın nəslindəndir” demişdir. Rəvayət edildi ki, “hz. Nuh bir gün yatdıqda, ihtilam olur və nütfəsi torpağa qarışar və Yəcuc-Məcuc, məhz bu qarışıqdan yaradılmışdır”. Ancaq bu fikrə də etiraz edilmiş və Peyğəmbərlərin ihtilam olmadığı deyilmişdir. Bunun da əksini müdafiə edənlər olmuş və Peyğəmbərlərin yuxuda cinsi əlaqəyə girmədən ihtilam ola biləcəkləri ifadə edilmişdir.

Bir hədisdə Yəcucun bir ümmət, Məcucun da ayrı bir ümmət olduğu ifadə edilir. Onların hər biri 400 min nəfərdən ibarət bir birlik olub, yenə hər biri nəslindən 1000 adam görmədən ölməzlər. Hamısı da silah daşıya bilər və cütləşə bilərlər. Boyları orta hesabla bir qarış olub, ən uzunları 3 qarış qədərdir. Ox və nizələriylə 7 il müsəlmanlara əziyyət verərlər. Hz. İsa heç kimin onların öhdəsindən gələ bilmədiyini gördükdə, müsəlmanları Tur dağına çıxarar. Yəcuc-Məcuc, Taberiye dənizini keçər və onun suyunu içərək qurudarlar. Daha sonra “biz yer üzündəki bütün canlıları öldürdük, indi də səmadakıları öldürəcəyik” deyərək bir dağa çıxarlar və göyə tərəf ox atarlar. Bu oxlar qanlı olaraq geriyə qayıdar. Daha sonra da hz. İsa (ə.s) və möminləri mühasirə altına alarlar. Burada elə bir qıtlıq baş verər ki, bir öküz başı və ya qurudulmuş bir çörək parçası onlar üçün yüz dinardan daha xeyirli olar və müsəlmanlar bu bəladan xilas ola bilmək üçün Allah (c.c)-ə yalvararlar. Nəhayət Allah (c.c) Yəcuc-Məcucun üstünə onları öldürəcək olan qurdlar müsəllət edər və bir səhər hamısı birdən həlak olar. Bununla da yer üzünə enən hz. İsa və müsəlmanlar Yəcuc-Məcucun leşlərinin çirkləndirmədiyi bir qarış torpağın belə qalmadığını görərək, yenidən Allah (c.c)-ə yalvararlar. Və Allah (c.c) bu leşləri təmizləyən quşlar göndərər və daha sonra da yağışlar yer üzünü yuyunub tərtəmiz edər və meyvə verib bərəkətlənər.

Hz. İsanın vəfatından sonra da Allah (c.c) xoş ətirli bir külək göndərər və hər müsəlmanın qoltuqlarına girən bu küləklə onların canını alaraq, geridə yer üzünün pis insanlarını saxlayar.

Bu vaxt bir çox Ravinin də ifadə etdiyi kimi, Safadaki bir qayadan Dabbət-ül Ərz çıxar. Müxtəlif rəvayətlərdə isə Dabbət-ül Ərzin çıxış yeri olaraq Mərvə, Cihad və ya Müzdəlifə gecəsində Məkkə arasındakı Tihamə vadisi kimi yerlərdə göstərilmişdir. Dabbət-ül Ərzin çıxışında 3 mərhələ var. Zühuru, əvvəlcə Məkkədən eşidilməz çıxdığı yerdə bir müddət qalar sonra da Məkkəyə gələr və çıxdığı xəbəri yayılar. Peyğəmbərimiz “möminlər, məscidulharama gedərkən Rükun ilə Makam arasında, Dabbəni torpağı ətrafa səpələyən bir halda görərlər, bəziləri isə yerindən tərpənməzlər. O anda möminlərin üzü parlayar, daha sonra da Dabbət-ül Ərz çıxıb gedər. Belə olduqda heç kim ona çata bilməz, qaçan da xilas ola bilməz” deyə buyurmuşdur. Ancaq namazla ondan qorunmaq olar. İnsanın dalına düşər və “indi namaz qıl” deyər və ona tərəf yönəlib əgər adam müsəlmandırsa “müsəlman”, yox əgər kafirsə “kafir” deyər və sonra da ondan uzaqlaşar.

Əhməddən gələn rəvayətə görə “Dabbət-ül Ərzin özü ilə birlikdə, hz. Musanın əsası və Süleyman peyğəmbərin möhürü də olacaq, kafirlərin burnuna bu möhürlə damğa vuracaq, möminlərin üzünü də əsası ilə nurlandıracaqdır”.

Hz. Əli də “Dabbət-ül Ərzin qanadları, dırnaqları və saqqalı olacaq, quyruğu isə olmayacaq” demişdir.

Dabbət-ül Ərzin uzunluğunun 60 arşın olduğu və müxtəlif heyvanlara bənzədiyi ifadə edilmişdir. Ancaq Qurani kərimdən bidət əhli və kafirlərlə mübarizə aparan bir insan olacağı mənasını da çıxaranlar olmuşdur. “Ən qəribə şeylərdəndir ki, Dabbət-ül Ərzin şeytanı öldürəcəyi və sonra da günəş qərbdən doğacağı da deyilmişdir”. Bu isə dinsizləri və falçıları rədd edən bir həqiqətdir.

Normalda günəş hər dəfə batdıqda ərşi sahənin altında Allaha səcdə edər və təkrar Allahdan izn alaraq şərqdən çıxardı. Lakin qərbdən çıxacağı gecədə, yenidən şərqdən çıxmaq üçün izn istədiyi halda buna izn verilməyəcək, əksinə “batdığın yerdən çıx” əmrini alacaq. Məhz o gecədə nafilə namazına duranlar çox dəhşətli bir hala düşəcəklər, adam gecə qalxıb Quran oxuyacaq, yenidən yatıb-duracaq, yenidən oxuyub bir də yatıb-duracaq... Və o gecənin müddəti normaldan 3 qat çox olacaq. Bunu dərk edən insanlar qışqırıb-çığıracaq və məscidə gedənlər günəşin qərbdən çıxdığını görəcəklər. Qərbdən çıxan günəş yüksələrək tam ortaya gəldikdə təkrar geri qayıdacaq.

İbn Ömər və İbn Abbas “məhz o andan etibarən kafirin imanı və üsyankarın da tövbəsi qəbul olunmaz” deyiblər.

İbn Abbasdan gələn başqa bir rəvayətdə isə “kiçiklərin imanı ilə günahkarın tövbəsi qəbul edilər” deyilir.

Kurtubi isə “kafirlərdən, günəşin qərbdən çıxacağına inanmayanlarının imanının qəbul olunmayacağını” deyir.

Ancaq Məhəmməd surəsinin 18-ci ayəsi “məgər kafirlər o Saatın qəfildən onlara gəlməsindən başqa bir şeymi gözləyirlər? Artıq onun əlamətləri gəlmişdir. O Saat onlara gəlib yetişdiyi zaman ibrət almaları nəyə yarayar?” və Qafir surəsinin sonu birinci fikri təsdiq edir.

İbni Ömər günəş qərbdən çıxdıqdan sonra insanların yer üzündə 120 il də qalacağını da nəql etmişdir. Ancaq deyilmişdir ki, “əgər bu doğrudursa, şərhə ehtiyac vardır”.

Günəşin qərbdən çıxmasının ilk əlamət olacağı rəvayəti “ilk əlamət Dəccaldır” rəvayətinə zidd deyildir, çünki günəşin qərbdən çıxması göyə, Dəccalın çıxması isə yerə aid bir əlamətdir.

Bəzi alimlər belə deyiblər: “Bütün xəbərlərin cəmindən yerdəki bütün əlamətlərin hz. İsanın ölümüylə, göydəki bütün əlamətlərin isə qiyamətin baş verməsiylə bitəcəyi başa düşülür”.

Dabbət-ül Ərzin çıxışı, günəşin qərbdən çıxacağı gündür. Bu ikisindən hansı əvvəlcə baş versə, dərhal arxasınca da digəri baş verəcəkdir. Günəşin qərbdən çıxması, tövbə qapısının bağlanması əhəmiyyətli bir hikmətdir. Çünki o vaxt möminlə kafir qəti surətdə bir-birindən ayrılacaq və tövbə qapısının bağlanmasının məqsədi yerinə yetəcəkdir.

Qiyamətin böyük əlamətlərindən olan və insanları şərqdən qərbə sövq edəcək olan od haqqında müxtəlif rəvayətlər gəlmişdir. Bəzilərində Ondan ilk əlamət, bəzilərində isə son əlamət olaraq bəhs edilmişdir.

Onun son əlamət olması daha əvvəl adı keçən əlamətlərə görədir. İlk əlamət olması da ondan sonra Surun üfürülməsindən başqa heç bir əlamətin qalmayıb qiyamətin başlanğıcı olmasından ötrüdür. Kadı İyad, bu hökmlə hökm vermiş və “Dünyadakı həşr, qiyamətin qopmasından əvvəldir və bu qiyamət əlamətlərinin ən sonuncusudur” demişdir.

Mənim ümmətimin bir qismi qiyamət qopanadək və Allahın əmri gələnədək haqq yolda sabit qalacaqlar” hədisi də buna zidd deyil. Çünki o qiyamətin yaxınlaşmasına qədərdir mənasını verir. Allah (c.c)-in əmrindən nəzərdə tutulan şey də möminlərin canlarını alacaq olan o təmiz küləkdir. Bu hədisdə bəhsi keçən kəslər hz. İsa ilə birlikdə Beytül Müqəddəsdə qalan müsəlmanlar deyildir, çünki, hz. İsadan sonra gələcək olan müsəlmanlar digər əlamətləri də görəcəklər.

Ancaq Quranın səhifələri silinərək itməsi və kökslərdən çıxardılması (unudulması), hz. İsanın ölümündən və Kəbənin dağılmasından sonradır. Kəbə, Həbəşlilərdən, ləqəbi Züssevikateyn olan bir kimsə tərəfindən dağıdılacaq.

Kabın dediyinə görə “Züssevikateyn özünə kömək edəcək olan 8-9 yoldaşıyla birlikdə hz. İsa dövründə ortaya çıxar”.

Artıq elə bir gün gəlib çatar ki, sonuncu dəfə Həcc və Ümrə ziyarəti yerinə yetirilər və sonra bu bitər. Quran səhifələri silinər, ancaq Peyğəmbərimizin haqq yolda sabit qalacağını dediyi zümrə istisnadır.

Quranın silinməsi, Kəbənin dağılmasından, Kəbənin dağılması də hz. İsanın ölümündən sonra olacaq. Ancaq bəziləri, Kəbənin dağılmasının Quranın silinməsindən sonra olacağını da deyirlər.


(*) Mütərcimin qeydi:
Buradakı donuz və meymun sözüylə, Peyğəmbərimizin böyük bir möcüzəsi ortaya çıxmaqdadır. Çünki donuz, Xristianlığın bir simvoludur. Və bu şəkildə qəbul edilir. Meymun isə, dinsizliyin təməli olan Darvinin təkamül nəzəriyyəsinin əsas hərəkət nöqtəsidir. Bu qədər heyvan dayanarkən "
Meymun və Donuz" olaraq işarə edilməsinin möcüzədən başqa necə izahı ola bilər?

(*) Mütərcimin qeydi:un dirsək - barmaqlar arası uzunluğu.

 

* Bilindiyi kimi Kütubi Sittə (Altı Kitab), altı məşhur hədis kitabından ibarət olan hədis külliyyatının bütününə verilən addır. Bu altı kitabda Peyğəmbərimizdən rəvayət edilən hədislərin doğru olduqları mövzusunda bütün əhli-sünnə alimləri tərəfindən təsdiq edilmişdir.

Buna görədir ki, Kütubi Sittə əhli-sünnə etiqadına görə dində Qurandan sonra gələn ən mühüm ikinci qaynaqdır. Belə ki, alimlər Kütubi Sittənin etibarlılığına görə, bu külliyyatda yer alan hədisləri inkar etməyi Rəsulullahı inkar etməklə bərabər tutmuşlar. Kütubi Sittədə Mehdiyyət haqqında bir çox hədis rəvayət edilmişdir. Yalnız Kütubi Sittədə yer alması belə Mehdiyyət mövzusunun doğruluğu şübhə olmayan həqiqət olduğunu ortaya qoymağa kifayətdir. Bu saytda olan hədislər Kütubi Sittədəki Mehdiyyət və Axırzamanla əlaqədar hədislərdən yalnız bir hissəsidir.

Əsas səhifə :: Müəllif haqqında :: Digər saytlar :: Əlaqə

Quranı Kərim :: Dəstək olun :: Kitablar :: Məqalələr :: Sənədli filmlər

© 2016 Harun Yəhya
Bu saytda dərc edilən bütün materialı, saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən çoxalda bilərsiniz.