BƏDİÜZZAMAN SƏİD NURSİNİN MEHDİYYƏT HAQQINDAKI FİKİRLƏRİ
 

Bədiüzzaman Səid Nursi, Risale-i Nur külliyatının bir çox yerində, Peyğəmbərimiz (s.ə.v)-in müjdələdiyi hz. Mehdinin yaxında gələcəyini xəbər vermiş və mehdiyyət barəsində hədislərdə keçən mövzulara aydınlıq gətirmişdir. Mehdinin və tələbələrinin gələcəyi ilə bağlı Ustadın ifadələrindən biri belədir: "Ta Axırzamanda, həyatın geniş dairəsində (dünya səviyyəsində) ixlas sahibləri, yəni hz. Mehdi və şagirdləri (tələbələri), Allahın icazəsiylə gələr, o dairəni genişlədər və o toxumlar cücərər".

Bədiüzzaman Səid Nursi

(Sikke-i Tasdik-i Qaybi, səh. 138, Kastamonu Lahikası, səh. 72)


1) Hz. Mehdi hicri 1400-cü ildə gələcək

Bədiüzzaman, fərqli tarixlərdə verdiyi bütün açıqlamalarında, Mehdi və tələbələrinin gəliş zamanı olaraq hicri 14-cü əsrin əvvələrinə işarə etmişdir. Bir sözündə, Mehdinin əsri səadət dövründən 1400 il sonra zühur edəcəyini belə ifadə edir:

"İstiqbal-i dünyəviyədə (dünyanın gələcəyində) 1400 il sonra gələcək bir həqiqəti əsrlərində karib (yaxın) zənn ediblər". (Sözler, səh. 318)

Ustadın ifadəsində bildirdiyi, "səhabə dövründən 1400 il sonra" hicri 14-cü əsrin əvvəllərinə, yəni miladi 1979-1980-ci illərə uyğun gəlir.

"Fatihədə doğru yolda olanlar əshabının taifə-i kübrasını (ən böyük topluluğunu) təsvir edən bəndi, şəddəsiz min beş yüz altı və ya yeddi edərək tamamilə bəndin mövqeyinə təvafuku (uyğunluğu) və mənasına tətabuku (uyğunluğu) və şəddə sayılsa bəndinə üç mənalı fərqlə tam müvəfaqatı (razılığı) və mənən mütəbaqatı (razılığı) bu hədisin eyhamını təyid edib (təsdiqləyib) rəmz dərəcəsinə çıxardır". (Kastamonu Lahikası, səh. 23)

Süyuti ümmətin icabət (qəbul edilmiş) ömrünün hicri 1500-ci ili keçməyəcəyini bildirir. Bədiüzzaman Həzrətləri də, ümmətin qalibanə mübarizəsinin 1500-1506-cı illərdə bitəcəyini; bundan sonra zəifləmələrin başlayıb qiyamətin gözləniləcəyini bildirir. Ümmətin qalibanə ömrü 1500-1506-cı illərdə bitəcəksə, o zaman 1400-1500 illər arasında Mehdi və İsa (ə.s)-ın gəlməsi, həmçinin Mehdinin də 1400-ci ilin əvvəllərində vəzifəyə başlaması lazımdır.

Bədiüzzaman hicri 1327-ci ildə Şamdakı Əməvi Məscidində on min insana verdiyi xütbəsində, hicri 1371-ci ildən sonrakı İslam aləminin gələcəyinə dair açıqlamalar vermiş, Axırzamandan müxtəlif tarixlər verərək, gözlənilən Mehdinin mübarizə dövrlərinə diqqət çəkmişdir.

Bədiüzzaman, Mehdinin vəzifəyə başlaması və inkarçı zehniyyəti fikrən məğlub etməsi ilə əlaqədar bu tarixləri verir:

"Ta 1371-ci ildən sonrakı aləm-i İslamın müqəddəratına (taleyinə) nazar edən (nəzər salan) Şam xütbəsindəki həqiqətlər... Bəli, indi olmasa da 30-40 il sonra fən və həqiqi mərifət və mədəniyyətin məhasini o üç qüvvəni tam təchiz edib, cihazatını (alətlərini) verib o doqquz maniləri məğlub edib dağıtmaq üçün, taharri-i həqiqət meyelanını və insaf və məhəbbət-i insaniyəyi o doqquz düşmən taifəsinin (qrupunun) cəbhəsinə göndərmiş, inşallah yarım əsr sonra onları darmadağın edəcək". (Hutbe-i Şamiye, səh. 25)

Şamda etdiyi bu çıxışda, hicri 1371-ci ildən sonra yaşanacaq hadisələrə diqqət çəkərək, Bədiüzzaman Mehdinin vəzifəyə başlamasının bu tarixdən 30-40 il sonra olacağını bildirmişdir. Bu tarix isə hicri 1401-1411-ci illər və miladi 1980-1990-cı illərə uyğun gəlir.

Yenə eyni çıxışın davamında Ustad, Mehdinin inkarçı düşüncə sistemini fən, elm və mədəniyyətin imkanları sayəsində fikrən susduracağını bildirmişdir. Bu fikri üstünlüyün tarixi olaraq da, 1371 tarixindən yarım əsr sonrasını bildirmişdir. Bu da hicri 1421-ci il, yəni miladi 2001-ci il deməkdir.

"Bəli, indi (1371) olmasa da, otuz-qırx (30-40) il sonra...

Fən: Müsbət elmlər, biologiya, fizika, kimya və s.

Həqiqi mərifət: Hünər, sənət, elm və fənlərlə öyrənilən məlumat.

Mədəniyyətin məhasini: Mədəniyyətin yaxşılıqlarını

O üç qüvvə ilə təchiz edib lazımi ehtiyacını ödəyib o doqquz əngəlləri məğlub edib dağıtmaq üçün,

Taharri-i həqiqət meyelanı: Həqiqəti araşdırma meyli

Məhəbbət-i insaniyəyi: İnsan sevgisini

O doqquz düşmən qrupunun cəbhəsinə göndərmiş, inşallah yarım əsr sonra (50 il) onları darmadağın edər".

1371 + 50 = 1421 (miladi 2001)

Bədiüzzaman hicri 1400-cü ilin əvvəllərində Mehdinin inkarçı fəlsəfə ilə mübarizəyə başlaması zamanına, hicri 1401-1411-ci illər və ya digər sözlə miladi 1981-1991-ci illərdə fən, hünər, sənət və mədəniyyətin yaxşılıqlarını birləşdirib bunlarla mübarizəsinə və fikrən darmadağın edəcəyi tarix olaraq da hicri 1421-ci il və ya digər sözlə miladi 2001-ci ilə diqqət çəkir.

"Yetmiş birdə fəcr-i sadiq başladı və ya başlayacaq. Əgər bu, fəcr-i kazib də olsa, otuz-qırx il sonra fəcr-i sadiq çıxacaq". (Hutbe-i Şamiye, səh. 23)

Fəcr: Dan yerinin ağarması, günəş doğmadan əvvəlki qırmızılıq, səhər vaxtı

Fəcr-i kazib: Səhərçağı üfüqdə yayılmağa başlayan birinci qırmızılıq

Fəcr-i sadiq: Fəcr-i kazibdən sonra yayılmağa başlayan ikinci işıqlanma

1371 + 30 = 1401 = 1981

1371 + 40 = 1411 = 1991

Bədiüzzaman İslamın dünyaya təkrar hakim olmasını günəşin doğmasına bənzədir. Günəşin batdıqdan sonra ertəsi gün yenidən doğulması kimi, İslamın da dünyada təkrar doğulub parlayacağına bu bənzətmə ilə işarə edir. Fəcr-i kazib və fəcr-i sadiq ifadələriylə bu doğuşun başlanğıc illərinə diqqət çəkilmişdir.

Buna görə də, haqqın qarşısında batili təmsil edən düşüncə olan ateizm və materialist fəlsəfənin yox edilməyə başlanmasının 1981-1991-ci illərdə, fikrən tam mənasıyla susdurulub yox edilməsinin isə 2001-ci ildə olacağına işarə etmişdir.

Risale-i Nur külliyatında, Mehdinin mübarizə və hakimiyyət dövrləri ilə əlaqədar verilən əbcədlər:

"Ağızları ilə Allahın nurunu söndürmək istəyirlər. Halbuki kafirlər istəməsə də, Allah yalnız öz nurunu tamamlamaq istəyir" (9/32), ayəsindəki; "...Allah yalnız öz nurunu tamamlamaq istəyir" cümləsi barəsində Bədiüzzaman belə deyir:

"İndi xatirə gəldi ki, əgər şəddəli "lamlar" və "mimlər" iki-iki sayılsa bundan bir əsr sonra zülümatı dağıdacaq zatlar isə, həzrəti Mehdinin şagirdləri (tələbələri) ola bilər". (Şualar, səh. 605)

Bu ayənin əbcəd dəyəri isə "1424-miladi: 2004"-dür. Mehdi öndərliyində İslamın hakimiyyəti dövrlərinə işarə edir.

"...İnkar edənlərin vəliləri isə tağutdur..." 2/257 ayəsindəki "tağut" (batil düşüncə sistemi) sözünün öz daxilində çöküş tarixini də Bədiüzzaman (əbcəd dəyərini) 1417-ci il (miladi 1997-ci il) kimi verir.

 


2) Hz. Mehdi Bədiüzzamandan sonra gələcək

"Bu zamanda elə fövqəladə hakim cərəyanlar vardır ki, hər şeyi öz hesabına aldığı üçün, faraza (tutaq ki,) həqiqi gözlənilən və bir əsr sonra gələcək o zat belə bu zamanda gəlsə... (Kastamonu Lahikası, səh. 57)

Bədiüzzaman Səid Nursi: "həqiqi gözlənilən və bir əsr sonra gələcək o zat" deyərək Mehdinin hələ gəlmədiyini, müsəlmanlar tərəfindən gözlənildiyini və öz yaşadığı dövrdən bir əsr sonra gələcəyini bildirir. Bədiüzzaman hicri 13-cü əsrdə yaşamışdır. Özündən sonra gələcək əsr olan hicri 14-cü əsr Mehdinin zühur zamanıdır.

"Ta Axırzamanda, həyatın geniş dairəsində (dünya səviyyəsində) ixlas sahibləri, yəni hz. Mehdi və şagirdləri (tələbələri), Allahın icazəsiylə gələr, o dairəni genişlədər və o toxumlar cücərər. Biz də qəbrimizdə seyr edib Allaha şükr edərik". (Sikke-i Tasdik-i Qaybi, səh. 138, Kastamonu Lahikası, səh. 72)

"Çox zaman əvvəl bir əhl-i vəlayətdən (vəli şəxsdən) eşitdim ki, o zat, keçmiş vəlilərin qeybi işarələrindən istixrac etmiş (məna çıxartmış) və qənaəti gəlmişdir ki: "Şərq tərəfindən bir nur zühur edəcək (ortaya çıxacaq), bidətlər zulümatını (dinə sonradan daxil olmuş xurafatları) yox edəcək. Mən belə bir nurun zühuruna çox intizar etdim (gözlədim) və edirəm. Lakin çiçəklər baharda gələr. Bu cür qüdsi çiçəklərə zəmin hazırlamaq lazım gələr. Həmçinin anladıq ki, bu xidmətimizlə o nurani zatlara zəmin izhar edirik (hazırlayırıq)". (Sikke-i Tasdik-i Qaybi, səh. 189)

Ustad, özünün Mehdi olmadığını, özündən sonra gələcəyini, "biz də qəbrimizdə seyr edib Allaha şükr edərik" şəklində ifadə edərək açıqlamışdır. Mehdi və tələbələrinə ancaq bir zəmin hazırlaya bildiklərini ifadə etmişdir.

"Bidətlər zulümatını (dinə sonradan daxil olmuş xurafatları) yox edəcək": Mehdinin bütün bidətləri yox edəcəyini söyləmişdir ki, bu Ustadın dövründə tətbiq olunmamışdır. Bidətlərin mövcud ola biləcəyi, müsəlmanlar tərəfindən hələ yenicə söylənməyə başlanmışdır. Həmçinin bidətlərin aradan qaldırılmasında dünyadakı bütün müsəlmanlar iştirak etməlidir.

 


3) Hz. Mehdi gəldiyi zaman materialist və naturalist fəlsəfənin azğınlığı

"Tabiiyyun (naturalizm), maddiyyun (materializm) fəlsəfəsindən təvəllüd edən (meydana gələn) bir cərəyan-ı nəmrudanə (dinsiz hərəkat), getdikcə Axırzamanda fəlsəfə-i maddiyə (materialist fəlsəfə) vasitəsilə intişar edərək (yayılaraq) güclənib, uluhiyəti (Allahı) inkar edəcək həddə çatar". (Emirdağ Lahikası, səh. 259)

Materializmin həm Türkiyədə, həm də dünyada güclənməsi Ustadın dövründə davam etdiyi kimi, vəfatından sonra da 20-ci əsrin sonlarına qədər davam etmişdir. Televiziya və radio kanallarının yaranmasıyla, yazılı mətbuatın da dəstəyi ilə təsirləri getdikcə artmışdır. Yəni Ustadın "tabiiyyun (naturalizm), maddiyyun (materializm) fəlsəfəsini" tamamilə aradan qaldıracaq bir fəaliyyəti olmamışdır. Əksinə Ustadın vəfatından sonra da materializm təbliğatı artaraq 21-ci əsrə qədər gəlib çatmışdır. Materializm və təkamülün müdafiəsi, ancaq son illərdə sürətlə zəifləməyə başlamışdır. Bu məğlubiyyət qabaqcıl materialistlər tərəfindən də etiraf edilmişdir.

 


4) Hz. Mehdi xilafət mərkəzinin yerləşdiyi yerdən çıxacaq

Axırzaman barəsindəki rəvayətlərin mərkəz nöqtəsini mehdiyyət təşkil edər. Axırzamandakı mühüm hadisələrin əksəriyyəti mehdiyyət ətrafında baş verər. Lakin bu hadisələrin yerləri barəsində fərqli rəvayətlər mövcuddur. Bədiüzzaman bu mövzuya belə aydınlıq gətirmişdir:

"İndi, hz. Mehdi kimi əşxasın barəsindəki rəvayətin ixtilafı və sirri budur ki: Ehədisi təfsir edənlər (hədisləri açıqlayanlar), mətn-i ehədis təfsirlərinə (hədis mətnlərindəki açıqlamalarına) və istinbatlarına (gizli mənaları ortaya çıxartmalarına) tətbiq ediblər. Məsələn: Mərkəz-i səltənət (səltənət mərkəzi) o vaxt Şamda və ya Mədinədə olduğundan, vukuat-ı hz. Mehdiyyə və ya Süfyaniyyəyi (hz. Mehdi və Süfyanla əlaqədar hadisələri) mərkəz-i səltənət ətrafında olan Bəsrə, Kufə, Şam kimi yerlərdə təsəvvür edərək elə təfsir ediblər". (Sözler, səh. 359)

Başqa bir yerdə isə, Ustad mövzunu belə izah etmişdir:

"Mərkəz-i xilafət keçmiş zamanda İraqda, Şamda və Mədinədə olduğundan ravilər öz içtihatlarıyla (fikirləriylə) həmişə elə qalacaq kimi məna verib, "Mərkəz-i xilafət-i İslamiyyə" yaxınlarında təsvir ediblər, Hələb və Şam deyiblər. Hədisin mücməl (müxtəsər) xəbərlərini öz içtihatlarıyla tafsil ediblər (öz fikirləriylə təfsil ediblər)". (Şualar, səh. 492)

Yəni, Bədiüzzamanın yuxarıdakı ifadələrindən də aydın olduğu kimi, Axırzaman hədislərini çatdıran alimlər, Axırzaman hadisələrini öz dövrlərindəki xilafət mərkəzlərini əsas götürərək çatdırıblar.

Mehdiyyət hadisəsinin reallaşacağı yer olaraq, hər alim öz dövrünün xilafət mərkəzi olan İraq, Şam, Kufə, Mədinə kimi şəhərləri qeyd etmişdir. Ravilərin bu içtihatları da (fikirləri də) zamanla rəvayətlərə daxil olaraq dövrümüzə gəlib çatmışdır.

Lakin Axırzaman hadisələrinin gerçəkləşdiyi yerlə əlaqədar rəvayətlərin ortaq məxrəci, bu hadisələrin xilafət mərkəzində gerçəkləşməsidir.

Bədiüzzaman da bu nəticəyə gəlmişdir. Məlum olduğu kimi, son xilafət mərkəzi "İstanbul"dur. Xəlifəlik bu əsrin əvvəllərində rəsmi şəkildə ləğv edilmişdir və o gündən indiyədək dünyada başqa heç bir yerə də daşınmamışdır. Peyğəmbərimizin iki bayrağı, qılıncı və köynəyi ilə digər müqəddəs əmanətlər İstanbuldadır. Nəticə etibarilə, hələ də bu mənəvi ünvanı qoruyan tək şəhər İstanbuldur.

 


5) Hz. Mehdinin üç əsas vəzifəsi var

"Bir çox dəfə məktublarımda işarə etdiyim kimi, hz. Mehdi Al-i Rəsulun təmsil etdiyi qüdsi camaatının şəxs-i mənəvisinin üç vəzifəsi var. Əgər qiyamət tez qopmasa və bəşər büsbütün yoldan azmasa, o vəzifələri onun cəmiyyətinin və seyidlər camaatının edəcəyini rəhmət-i ilahiyyədən (Allahın rəhmətindən) gözləyirik. Həmçinin onun üç böyük vəzifəsi olacaq". (Emirdağ Lahikası, səh. 259)

"Böyük hz. Mehdinin çox vəzifələri var. Və siyasət aləmində, din aləmində, səltənət aləmində, cihad aləmində". (Şualar, səh. 456)

“Emirdağ Lahikası”nın 259-cu səhifəsində fədakar seyidlərin köməyindən bəhs edir. Ustad seyidlər camaatı ilə birlikdə fəaliyyət göstərməmişdir. Bu fəaliyyət Ustaddan sonra Mehdi tərəfindən həyata keçiriləcək.

Ustad, Mehdinin siyasət sahəsində fəaliyyət göstərəcəyini, dövlət idarəçiliyində ən yuxarı səviyyədə olacağını bildirmişdir. Necə ki, həm siyasət, həm din, həm də cihad, yəni təbliğ cəhətdən fəaliyyət göstərməsi çox geniş imkanlar tələb edir. Dolayısilə də buradan Mehdinin imkanlarının çox geniş olacağını, bu vəzifələrin tam icra edilməsinin ancaq dövlət nüfuzundan istifadə edilməsiylə mümkün olacağını anlayırıq. Ustad bu imkan və səlahiyyətə sahib olmamışdır.

 

Birinci vəzifəsi: İnsanların imanını qurtaracaq

"Birincisi: Fən və fəlsəfənin təsəllütüylə (təsiriylə) və maddiyyun və tabiiyyun taununun (materializm, darvinizm və ateizm xəstəliyi), bəşər içinə intişar etməsiylə (insanlar arasında yayılmasıyla), hər şeydən əvvəl fəlsəfəni və maddiyyun fikrini (materializm, darvinizm və ateizm kimi Allahı inkar edən dinsiz cərəyanları) tam susduracaq tərzdə imanı qurtarmaqdır. Əhl-i imanı dəlalətdən qorumaq..." (Emirdağ Lahikası, səh. 259)

Mehdinin vəzifəsi olan "materializmi dünyada tam mənasıyla təsirsiz hala gətirmək" Ustad tərəfindən icra edilməmiş və buna bağlı olaraq insanların imanını qurtarma vəzifəsi dünya səviyyəsində Mehdiyə verilmişdir. Bu fəaliyyətlərin köklü və çox effektiv şəkildə icra ediləcəyini də; Mehdinin iman sahiblərini dəlalətdən qoruyacağını ifadə edərək açıqlamışdır.

Bu vəzifəsi ən mühüm və dəyərli vəzifədir.

"Ümmətin gözlədiyi, Axırzamanda gələcək zatın üç vəzifəsindən ən mühümü və ən böyüyü və ən qiymətdarı (dəyərlisi) olan iman-ı təhqiqiyi nəşr (dəlillərə əsaslanan imanı yaymaq) və əhl-i imanı dəlalətdən qorumaq". (Sikke-i Tasdik-i Qaybi, səh. 9)

Ustad, Mehdinin 3 vəzifəsindən ən mühüm və ən diqqətçəkənini imanı yaymaq kimi qeyd etmişdir. Bu imanı yayma fəaliyyətinin hansı üsulla həyata keçiriləcəyini də Ustad "iman-ı təhqiqiyi nəşr" kimi vurğulamışdır. Buradakı "nəşr" sözü ilə iman həqiqətlərinin nəşriyyat yolu ilə, yəni kitab, jurnal, CD və digər kütləvi informasiya vasitələri yoluyla yayılacağı aydın olur. Təbii ki, bu yolla imanı yayma fəaliyyəti də dünyadakı bütün insanlar tərəfindən bilinəcək. Ustadın fəaliyyəti isə öz dövründə ancaq fədakar nur tələbələrinin əl yazmalarıyla bir neçə nüsxə çoxaltma şəklində olmuş, nəzərdə tutulan nəşr, məqsədi hasil olacaq şəkildə formalaşmamışdır.

 

İkinci vəzifəsi: Dini əslinə qaytaracaq

"İkinci vəzifəsi: Xilafət-i Məhəmmədiyə ünvanı ilə (Peyğəmbərimiz (s.ə.v)-in xəlifəsi -müsəlmanların mənəvi lideri- ünvanı ilə) şəair-i İslamiyəyi (İslam əxlaqının əsaslarını) əhya etməkdir (yenidən dirçəltməkdir). Aləm-i İslamın vəhdətini (İslam aləminin birliyini) nöqtə-i istinad (istinad nöqtəsi) edib bəşəriyyəti maddi və mənəvi təhlükələrdən və qadab-ı ilahidən (Allahın qəzəbindən) qurtarmaqdır. Bu vəzifənin, nöqtə-i istinadı (istinad nöqtəsi) və xədimləri (xidmətçiləri), milyonlarla əfradı (fərdləri) olan ordular lazımdır". (Emirdağ Lahikası, səh. 259)

"Xilafət-i Məhəmmədiyə ünvanı ilə" Mehdini təsvir edən Bədiüzzaman, Mehdinin İslam aləminin xəlifəsi olacağını söyləyir. Həmçinin bu məqamı da "ünvan" kimi təsvir edərək, bütün müsəlmanların Mehdini həmin mövqeyə layiq insan kimi tanıyacağına da işarə etmişdir. Böyük mütəfəkkir Bədiüzzaman, şübhəsiz ki, 13-cü əsrin mücəddididir, lakin bütün müsəlmanların xəlifəsi ünvanını almamışdır.

Ustad, "aləm-i İslamın vəhdətini" ifadəsini işlədərək, öz dövründə də dağınıq, xəlifəsiz və həmrəy olmayan İslam ölkələrinin birləşərək İslam Birliyinin meydana gələcəyini söyləmişdir. Bu həmrəylik Ustadın dövründə də, hələ də yaranmayıb. Bu həmrəyliyi, Mehdinin bir dayaq nöqtəsi yaradaraq müsəlmanları bəzi təhlükələrdən qoruyacağını ifadə edir.

"Milyonlarla əfradı olan ordular"ın da, Mehdinin bu vəzifəsini bildirərkən köməkçiləri olacağını, yəni əmri altında ordular olacağını söyləyən Ustadın ordulardan ibarət köməkçiləri olmamışdır. Sadəcə böyük fədakarlıqlar göstərən, canla-başla səy içində olan məhdud sayda Nur tələbələri onun köməkçisi olub təbliğ fəaliyyəti aparıblar.

"O zatın ikinci vəzifəsi, şəriəti icra və tətbiq etməkdir. Birinci vəzifə maddi güclə deyil, bəlkə güclü etiqad və ixlas və sədaqətlə olduğu halda, bu ikinci vəzifə üçün olduqca böyük maddi güc lazımdır ki, bu ikinci vəzifə icra edilsin". (Sikke-i Tasdik-i Qaybi, səh. 9)

"O zat" ifadəsi, gözlənilən Mehdinin məlum "bir" insan olduğunu göstərən açıq bir ifadədir.

Vəzifəsi "şəriəti icra və tətbiq etmək" olan Mehdinin yerinə yetirəcəyi ikinci vəzifəsini təsvir edərkən, Ustad, dinin qanunlarını cəmiyyət içində Mehdinin həyata keçirəcəyini söyləyir. Bədiüzzaman isə böyük mübarizələr apararaq öz dövründə yalnız iman həqiqətlərini məhdud cəmiyyətə təbliğ etmə imkanı tapa bilmişdir.

"Olduqca böyük maddi güc lazımdır" ifadəsi böyük maddi imkanlarla göstəriləcək xidmətlərə işarə edir. Bəlkə də, bu, dövlət xəzinəsindən istifadə etmə səlahiyyəti kimi adlandırıla bilər. Ustad mübarizəsini olduqca çətin maddi şərtlər içərisində aparmışdır.

Mehdinin insanları maddi və mənəvi təhlükələrdən qoruyacağı açıq şəkildə ifadə edilmişdir. Həmçinin Mehdi İslam Birliyini də yaradacaq və bunun üçün də sayı milyonlara çatan ordular lazım olacaq. Bu vəziyyət Ustadın dövründə yaşanmamışdır. Mehdi şəriəti tətbiq edəcək, bu da ancaq böyük maddi güclə olacaq.

"Şərq tərəfindən bir nur zühur edəcək, bidətlər zulümatını (dinə sonradan daxil olmuş xurafatları) yox edəcək". (Sikke-i Tasdik-i Qaybi, səh. 189)

"Bidətləri zulümatını yox edəcək": Ustadın dövründə də mövcud olan bidətlər, dinə sonradan daxil edilən batil inanc və tətbiqlər, hələ də davam edir. Ustadın fəaliyyətləriylə bu, bitməmişdir. Bunu dini əslinə qaytaracaq Mehdi gerçəkləşdirəcək.

 

Üçüncü vəzifəsi: İslam cəmiyyətini təkrar birləşdirəcək

"O zatın üçüncü vəzifəsi, xilafət-i İslamiyəyi (İslam xəlifəliyini) İttihad-ı İslama bina edərək (İslam Birliyi üzərində quraraq), İsəvi ruhaniləriylə (dindar xristianlar və xristian alimləriylə) ittifaq yaradıb (əməkdaşlıq və həmrəylik yaradıb) din-i İslama (İslam dininə) xidmət etməkdir. Bu vəzifə, olduqca böyük səltənət və güc və milyonlarla fədakar sayəsində tətbiq edilə bilər. Birinci vəzifə, o vəzifədən üç-dörd dərəcə daha ziyadə (çox) qiymətdardır (dəyərlidir), lakin o ikinci, üçüncü vəzifələr çox parlaq, çox geniş dairədə və şaşaalı (göstərişli) tərzdə olduğundan umumun (hər kəsin) və avamın nazarında (avamların gözündə) daha əhəmiyyətli görünür". (Sikke-i Tasdik-i Qaybi, səh. 9)

Mehdinin digər bir vəzifəsi də, İslam cəmiyyətini birləşdirmək və xristian aləmiylə ittifaq yaratmaqdır. Mehdinin çox geniş diametrdə və ehtişamlı şəkildə icra edəcəyi bu vəzifələr bütün dünyada hər kəs tərəfindən bilinəcək. Buna görə də, Axırzamanda bu məsələlərin bütün insanlar tərəfindən bilinməsi və bütün insanlar arasında yayılması ancaq televiziya, radio və internet kimi texnologiyalarla mümkün ola bilər. Necə ki, müsəlman birliyi və müsəlman-xristian ittifaqı da Ustad dövründə baş tutmamışdır.

"Bu vəzifə, olduqca böyük səltənət, güc və milyonlarla fədakar sayəsində tətbiq edilə bilər". Ustad, İslam Birliyi ilə müsəlman və xristian aləminin haqq din üçün əl-ələ verməsi kimi böyük bir hadisənin ancaq 3 şərtin yaranmasıyla gerçəkləşəcəyini bildirmişdir.

Birincisi "səltənət": Bu ifadə tam hakimiyyət ifadəsidir. Bu bunu göstərir; Mehdinin dövlət idarəçiliyində olan, güc və iqtidar sahibi olan və sanki bir sultan kimi dediyi hər şey icra edilən səlahiyyət sahibi bir mövqedə olacağıdır. Səltənət ifadəsi ilə Ustadın nəzərdə tutduğu budur. Bu vəziyyətin Ustaddan təcəlli etmədiyi məlumdur.

İkincisi "güc": Burada nəzərdə tutulan şey, istədiyi şeyi icra edə bilmə gücü, yəni səlahiyyət və iqtidar sahibi olmaqdır. Bu mühit də Ustadın dövründə yaranmamışdır.

Üçüncüsü "milyonlarla fədakar": Çox açıq olan bu ifadəylə Ustad, bu vəzifənin, xidmət edəcək, Mehdiyə tabe olan milyonlarla insanın olmasıyla gerçəkləşə biləcəyinə diqqət çəkmişdir. O dövrdə Ustadın ətrafında xidmət edən fədakar tələbələrin sayının isə, milyon sözüylə ifadə edilə bilməyəcəyi aydındır.

"Üçüncü vəzifə çox parlaq və çox geniş dairədə və şaşaalı (göstərişli) tərzdə" gerçəkləşəcək olan İslamın hakimiyyəti, həm dünyada geniş diametrli şəkildə, həm də olduqca görkəmli və əks-sədalar oyandıran tərzdə meydana gələcək. Bu şaşaa (göstəriş) cəmiyyətlərin əksəriyyətinin üzərində böyük təsir oyandırdığı kimi, bu cəmiyyətlərin çox əhəmiyyət verdiyi bir xüsus olacaq. Bu şaşaa (göstəriş) nə Ustadın dövründə, nə də "əsri səadət" dövrünü çıxmaqla başqa dövrdə yaşanmışdır.

 

Birinci vəzifədəki köməkçiləri

"...Həzrət-i Mehdinin, o vəzifəsini bilavasitə özü görməyə vaxt və hal imkan verə bilməz. Çünki xilafət-i Məhəmmədiyə cəhətindəki səltənəti, onunla işdiqalə vaxt buraxmır (məşğul olmağa vaxt buraxmır). Hər halda o vəzifəni ondan əvvəl bir taifə (qrup) bir cəhətdə icra edəcək. O zat, o taifənin (qrupun) uzun tədqiqatı ilə yazdıqları əsəri özünə hazır proqram edəcək, onunla o birinci vəzifəni tam yerinə yetirmiş olacaq. Bu vəzifənin istinad etdiyi güc və mənəvi ordusu, yalnız ixlas və sədaqət və təsanüd (qarşılıqlı köməkləşmə) sifətlərinə tam sahib olan bəzi şagirdlərdir (tələbələrdir). Nə qədər az olsalar da, mənəvi yöndən bir ordu qədər güclü və qiymətli sayılarlar". (Emirdağ Lahikası, səh. 259)

"Hər halda o vəzifəni ondan əvvəl bir taifə (tayfa) bir cəhətdə icra edəcək".

"...Ondan əvvəl...": Yəni Mehdidən əvvəl, onun fəaliyyətlərindən əvvəl, Mehdinin birinci vəzifəsi olan iman həqiqətlərini yaymaq və materializmi yox etmə fəaliyyətini yerinə yetirməsində istifadə edəcəyi elmi vəsaitləri hazırlayacaq "bir taifə (qrup)"dən bəhs edir Bədiüzzaman.

"Bir taifə (qrup)": Bu qrupun, fən və fəlsəfənin materializmlə meydana gətirdiyi mənfi təsiri yox etməkdə faydası olacaq şəkildə fən və elmlə məşğul olan elmi bir qrup olması lazımdır. Belə ki, Mehdi də onların hazırladıqları əsərlərdən faydalanaraq materializmi yox edəcək.

Bədiüzzaman, "o taifənin (qrupun) uzunmüddətli təsdiqatı ilə (təsdiqləriylə) yazdıqları əsəri..." deyərək, uzunmüddətli təsdiqləmə işləri nəticəsində bir əsər yazdıqlarından bəhs edir. Bunun elmi bir əsər olduğu aydın olur. Bu elm adamlarının, uzun illər apardıqları tədqiqatlarla, insanın təsadüflər nəticəsində əmələ gəldiyini müdafiə edən materializmə qarşı, Yaradıcının varlığını göstərəcək şəkildə, özlüyündə elmi dəlillər ortaya qoyacağı aydın olur. Mehdi də bu məlumatları xüsusilə İslam aləmində yayaraq, elmin yaradılışı göstərdiyini insanlara izah edərək materializmi yox edəcək.

"Bir cəhətdə": “Bir istiqamətiylə” deyərkən Ustad, bu elmi qrupdan, materializmi yox etməkdə yalnız bir istiqamətiylə faydalanılacağını bildirir. Yəni maddiyyun və tabiyyun fəlsəfəsinin, naturalizmlə əlaqədar hissəsinin nəzərdə tutulduğunu anlayırıq.

Bir də maddiyyun hissəsi vardır ki, o da maddəçilik, yəni maddənin əzəldən bəri mövcud olduğunu və tək qəti həqiqətin maddə olduğunu müdafiə edən materializmin ikinci hissəsidir. Bunu da təkcə Mehdi, maddənin əslinin yoxdan meydana gəldiyini ortaya qoyaraq edəcək. Ortaya qoyduğu maddənin yoxdan yarandığı mövzusuna dair həm elmi, həm də əqli izahlarla materializmi tam mənasıyla yox etmiş olacaq.

"Fən və fəlsəfənin təsəllütüylə": Fən və fəlsəfənin hücumları ucbatından insanlar üzərində təsiri olacaq olan materializmi susdurmaq üçün, yenə bu iki ünsürü susdurmaq, bunların yaradılışı göstərdiyini ortaya qoymaq lazımdır.

Ustad bu iki ünsürdə araşdırmalar aparmaqla yanaşı, nəzərdə tutulan mənada tam susdurmayla ortadan qaldıracaq bir vəziyyət yaranmamışdır.

 

İkinci vəzifədəki köməkçiləri

"İkinci Vəzifəsi: Xilafət-i Məhəmmədiyə ünvanı ilə (Peyğəmbərimiz (s.ə.v)-in xəlifəsi -müsəlmanların mənəvi lideri- ünvanı ilə) şəair-i İslamiyəyi (İslam əxlaqının əsaslarını) əhya etməkdir (yenidən dirçəltməkdir). Aləm-i İslamın vəhdətini (İslam aləminin birliyini) nöqtə-i istinad (istinad nöqtəsi) edib bəşəriyyəti maddi və mənəvi təhlükələrdən və qadab-ı ilahidən (Allahın qəzəbindən) qurtarmaqdır. Bu vəzifənin, nöqtə-i istinadı (istinad nöqtəsi) və xədimləri (xidmətçiləri), milyonlarla əfradı (fərdləri) olan ordular lazımdır" (Emirdağ Lahikası, səh. 259)

Ustad xəlifə deyil; bu ünvanı özündən sonra gələcək Mehdinin üzərinə götürəcəyini açıqca bildirmişdir. Mehdi İslam Birliyini quraraq; insanları maddi və mənəvi təhlükələrdən qurtaracaq.

"O zatın ikinci vəzifəsi, şəriəti icra və tətbiq etməkdir. Birinci vəzifə maddi güclə deyil, bəlkə güclü etiqad və ixlas və sədaqətlə olduğu halda, bu ikinci vəzifə üçün olduqca böyük maddi güc lazımdır ki, bu ikinci vəzifə icra edilsin". (Sikke-i Tasdik-i Qaybi, səh. 9)

Mehdi; İslamın hakim olmasına vəsilə olacaq və insanlar arasında din əxlaqının yaşanmasını təmin edəcək. Bunun üçün Mehdi böyük maddi gücdən istifadə edəcək. Ustadın böyük maddi imkanları ola bilməmişdir, lakin bu imkanların Mehdidə toplanacağını bildirmişdir.

"Olduqca böyük maddi güc lazımdır": Ustad Mehdinin ikinci vəzifəsini yerinə yetirərkən çox böyük maddi imkanlara sahib olaraq bunu icra edəcəyindən bəhs etmişdir. Ustadın və tələbələrinin böyük xidmətlərini icra edərkən çox məhdud imkanlar içində hətta daha doğrusu böyük imkansızlıqlar içində mübarizə apardıqlarə hər kəsə məlumdur. Həmçinin Ustadın, bəhs etdiyi şəriəti icra xüsusunda hər hansı genişmiqyaslı fəaliyyəti olmamışdır. Bunu Mehdinin yerinə yetirəcəyini söyləmiş və Mehdinin bu vəzifəni necə yerinə yetirəcəyini təfərrüatlarıyla təsvir etmişdir.

 

Üçüncü vəzifədəki köməkçiləri

"Üçüncü vəzifəsi: İnqilabat-ı zamaniyə ilə (zamanın dəyişməsiylə) çox əhkam-ı Quraniyənin (Quran hökmlərinin) zədələnməsiylə və şəriət-i Məhəmmədiyə qanunlarının (Peyğəmbərimiz (s.ə.v)-in şəriətinin) bir dərəcə istirahətə çıxmasıyla o zat, bütün əhl-i imanın mənəvi yardımlarıyla və İttihad-ı İslamın müavənətiylə (İslam Birliyinin yardımlaşmasıyla) və bütün üləma və övliyanın və bilhassa (xüsusilə) Al-i Beytin nəslindən (Peyğəmbərimiz (s.ə.v)-in nəslindən) hər əsrdə qüvvətli və kəsrətli olan milyonlarla fədakar seyidlərin iltihaqlarıyla (qoşulmalarıyla) o vəzifə-i uzmayı (ən böyük vəzifəni)  yerinə yetirməyə çalışar". (Emirdağ Lahikası, səh. 260)

Mehdi dövründə; dövr və mühitin də dəyişməsiylə, insanların Quranın hökmlərini tətbiq etməkdə bir nevi (bir cür) zəiflik göstərəcəkləri və qüsurları olacağı bildirilmişdir. Mehdiyə İslamın hakimiyyəti mərhələsində İslam alimləri və sayları milyonlara çatan fədakar seyidlər, müsəlmanlar dəstək verəcək və bütün İslam Birliyinin yardımlaşmasıyla, birlikdə hərəkət edəcəklər. Ustad əhl-i imanın bu yardım və həmrəyliyinin öz dövründə olmayacağını, təkcə Mehdinin bunları edə biləcəyini söyləmişdir.

"İnqilabat-ı zamaniyə": Zamanın inqilabları, dəyişiklikləri dövrümüzdə də davam edir. Bu Bədiüzzamanla da sona çatmamışdır. Halbuki Mehdinin gəlməsiylə müəyyən zaman ərzində baş verən bu dəyişmə sona çatacaq.

Bu baş verərkən də Mehdiyə "bütün əhl-i imanın mənəvi yardımları" olacağını söyləyən Ustad, həmçinin bu yardımla birlikdə "bütün üləma və övliyalar" ilə "milyonlarla fədakar seyidin" Mehdiyə qoşulacağını bildirmişdir. Ustada üləmalar və sayları milyonlara çatan seyid qrupu iltihaq etməmişdir.

Ustadın, bu şəkildə "o vəzifə-i uzmanı (ən böyük vəzifəni) yerinə yetirməyə çalışar" dediyi Mehdinin "bir" insan olduğu da aydın olur. Yoxsa bir şəxsi mənəvi deyil. Yaxud bir çox insandan ibarət olan bir qrup deyil; Mehdi bir insandır.

 


6) Bədiüzzaman hz. Mehdiyə zəmin hazırlamışdır

"O irəlidə gələcək əcib (heyrət oyandıran, bənzəri görülməyən) şəxsin bir xidmətçisi və ona yer hazırlayacaq bir dümdarı (yardımçı qüvvəsi) və o böyük komandanın pişdar bir nəfəri (öndə gedən bir əsgəri) olduğumu zənn edirəm". (Barla Lahikası, səh. 162)

Ustad burada, özünün, böyük komandan kimi ifadə etdiyi, gözlənilən Mehdi olmadığını, lakin onun köməkçisi olduğunu, onun fəaliyyətlərinə zəmin hazırladığını xatırlatmışdır.

"O irəlidə gələcək əcib (heyrət oyandıran, bənzəri görülməyən) şəxsin" ifadəsiylə Bədiüzzaman açıq şəkildə Mehdinin özündən sonrakı bir dövrdə gələcəyini xəbər vermişdir.

"Çox zaman əvvəl bir əhl-i vəlayətdən (vəli şəxsdən) eşitdim ki, o zat, keçmiş vəlilərin qeybi işarələrindən istixrac etmiş (məna çıxartmış) və qənaəti gəlmişdir ki: "Şərq tərəfindən bir nur zühur edəcək (ortaya çıxacaq), bidətlər zulümatını (dinə sonradan daxil olmuş xurafatları) yox edəcək. Mən belə bir nurun zühuruna çox intizar etdim (gözlədim) və edirəm. Lakin çiçəklər baharda gələr. Bu cür qüdsi çiçəklərə zəmin hazırlamaq lazım gələr. Həmçinin anladıq ki, bu xidmətimizlə o nurani zatlara zəmin izhar edirik (hazırlayırıq)". (Sikke-i Tasdik-i Qaybi səh. 189, Mektubat səh. 34)

Mehdi dinimizdəki yanlış və batil tətbiqləri aradan qaldıracaq və yaşadığı dövr İslamın baharı olacaq. Dolayısilə Ustad yaşadığı dövrü İslamın qışı kimi adlandırmaqla, yaxın gələcəkdə, yəni İslamın baharında gələcək Mehdi və yardımçılarına fəaliyyətləriylə ancaq zəmin hazırladıqlarını söyləmişdir.

 


7) Hz. Mehdini Risale-i Nur və ya müəllifi hesab etmək səhvlikdir

"...Risale-i Nurun şəxsi mənəvisini haqlı olaraq hz. Mehdi təlaqqi edirlər (şəxsi bir görüş kimi qəbul edirlər). O şəxs-i mənəvinin də bir müməssili (təmsilçisi), Nur şagirdlərinin təsanüdündən (Nur tələbələrinin həmrəyliyindən) gələn bir şəxs-i mənəvisi və o şəxs-i mənəvinin bir nevi (bir cür) müməssili (təmsilçisi) olan biçarə tərcümanını zənn etdiklərindən, bəzən o adı Ona verirlər. Hərçənd ki, bu, bir iltibas (qarışdırma) və bir səhvdir, lakin o zaman məsul deyildirlər". (Tılsımlar Mecmuası, səh. 201)

Ustad Risalələrin bəzi yaxınları tərəfindən Mehdi olaraq görüldüyünü, lakin bunun səhvlik olduğunu xatırlatmışdır. Ustadın ifadələri bu mövzuda şübhəyə və mübahisəyə mahal verməyəcək qədər açıqdır. Mehdidən konkret şəkildə "tək bir insan" kimi bəhs edilmiş, həmçinin yanındakı köməkçilərinə qədər təfərrüat verilmişdir. Yəni Mehdi bir qrup və ya Risale-i Nur deyil.

Bədiüzzaman, Risalələrin müəllifi kimi, özünün də Mehdi kimi dəyərləndirilməsinin qarışdırma və səhvlik olduğunu açıqca ifadə edir.

Burada toxunulması lazım olan bir xüsus da, gələcək Mehdinin digər mücəddidlərdən daha aşağı bir mövqedə olacağını zənn edənlərin ola biləcəyidir; bu düşüncə imtahanın sirrinə ziddir. İslamın dünya hakimiyyətinə vəsilə olacaq insanın fəaliyyəti daha fərqli olacaq və olduqca böyük mübarizə olacaq. Daha kiçik mübarizə deyilməsi yanlış olar, çünki ortada ixlas və sədaqətlə aparılan bir mübarizə var. Həmçinin bu böyük mübarizəni aparmaq vəzifəsini Allah Mehdiyə vermişdir. Əlbəttə ki, mübarizəsinin böyüklüyü dərəcəsində məqam və dərəcəsi də böyük olacaq. Belə ki, dərəcəni ancaq Allah müəyyənləşdirər. Hz. İsa, Mehdinin arxasında namaz qılacaq, bu da xristian-müsəlman ittifaqının yaranacağını göstərir. Hz. İsa ilə birlikdə mübarizə aparacaq insan təbii ki, Ustadın ifadə etdiyi kimi böyük Mehdi olacaq. Necə ki, "Axırzamanda gələcək bir mücəddid-i əkbər" deyərək, Bədiüzzaman, Mehdi üçün "ən böyük mücəddid" ifadəsini işlətmiş və onun gəlib-keçmiş bütün mücəddidlərin ən böyüyü olduğunu vurğulamışdır.

Bu vəziyyət Nur tələbələrinin daha da şövqlənmələri, çalışmaları və dualarını artırmaları üçün bir vəsilədir. Çünki hər xalis müsəlman İslamın hakimiyyətini böyük şövqlə istəyər və gözləyər. Necə ki, müsəlmanların belə bir gözlənti içində olmalarının lazım olduğunu Ustad bilavasitə ifadə edərək, 1951-ci ildən 50 il sonra üçün müjdə verərək ümidin və şövqün qapısını sonuna qədər aralamışdır. Ustad və Risale-i Nur külliyatı, Ustadın ətraflı bəhs etdiyi "gələcək böyük Mehdi"nin həm bir işarəsi, həm də ən mühüm zəmin hazırlayıcısıdır.

"Bəzi ayəti kərimə (ayələr) ayələr və əhadisi şərifə (hədislər) Axırzamanda gələcək bir mücəddid-i əkbəri (ən böyük mücəddidi) məna-yi işari ilə (işari mənada) xəbər verirlər. Lakin o gələcək zatın və cəmiyyətinin üç vəzifəsindən ən əhəmiyyətlisi olan və zahirən ən kiçiyi görünən imanı qurtarmaq və həqaiqi imaniyəyi (iman həqiqətlərini) günəş kimi göstərmək vəzifəsini Risale-i Nur və şagirdlərinin (tələbələrinin) şəxs-i mənəvisi tam yerinə yetirmədiklərindən; o gələcək zata dair xəbərləri və işarələri, Risale-i Nurun şəxs-i mənəvisini hətta bəzən tərcümanına da tətbiq etməyə (uydurmağa) çalışıblar və şəriəti əhya (Quran əxlaqının əsaslarını xatırladaraq yenidən həyata keçirmə) və xilafəti tətbiq olan çox geniş dairədə hökm edən bu iki mühüm vəzifəsini nəzərə almayıblar. Onların qənaətləri, onların Risale-i Nurdan istifadə cəhətində faidəlidir (istifadə cəhətdən faydalıdır), zərərsizdir; lakin Nurun peşəsindəki ixlasa və heç bir şeyə alət olmamasına və dünyəvi və mənəvi məqamatı axtarmamasına zərər verdiyi kimi, Nurların mühafizləri hər taifənin (qrupun) xüsusən də siyasi taifənin (qrupun) tənqidinə və hücumuna vəsilə ola bilər". (Tılsımlar Mecmuası, səh. 168)

Mehdinin çox açıqca görülən və bütün insanlar tərəfindən bilinən işarələri var: Xəlifə olması və İslamı dünyaya hakim din etməsi. Hər nə qədər Mehdinin əhəmiyyətli bir vəzifəsi olan iman həqiqətlərindən bəhs etmə xüsusu özündə və əsərlərində təcəlli etmişsə də, Ustad, tələbələrinin yalnız bu istiqamətdə bir qiymətləndirmə apardığını və Mehdinin digər iki böyük vəzifəsi olan xilafət və dini əhya etməsinin özündə görünmədiyi xüsusunu nəzərə almadıqlarını söyləmişdir. Ustad, Mehdinin Risale-i Nur olmadığını, lakin bu aspektin, risalələrdə istifadə cəhətdən zərərsiz olduğunu, ancaq bu fikrin, siyasətçilərin və daha bir çox insanın hücumlarına və tənqidlərinə məruz qala biləcəyini xatırladaraq xəbərdar etmişdir.

 


8) Hər əsrdə bir mücəddid göndərilər

"Əshab-i Qütübi Sittədən İmam-ı Hakimin "müstədrək"ində və Əbu Davudun "Kitab-ı Sünən"ində, Beyhəqi "Şuab-ı İman" da təxric etdi (çıxarış etdi): "Allah, hər əsrdə bir mücəddid-i din göndərir... "hədis-i şərifinə (hədisinə) məzhər və masadaq (təsdiqçi) və müzhir-i tam olan Mövlana bərabər şəhər kutbü'l Arif, gavsü'l vasil, varis-i Məhəmmədi, kâmilü't tarikatü ' l Aliye və-l müceddidiyye Halidi Zülcenaheyn quddisə Sirruhu ... " (Barla Lahikası, səh. 119)

Rəsulullah (s.ə.v) hədisləriylə hər əsrin əvvəlində bir mücəddid (dini canlandıran, yeniləyən) göndəriləcəyini müjdələyir. Hicri 1400-cü ildə (1979-1980) yəni 14-cü əsrin əvvəlində də hədisin xəbər verdiyi kimi bir mücəddidin göndərilməsi lazımdır. Bu da hədislərin və alimlərin açıqlamalarına görə, İslam aləminin 1400 ildir ki, gözlədiyi Mehdidir.

 


9) Mövlana Xalid 12-ci əsrin mücəddididir

Başdakı hədis-i şərifin (hədisin) "hər əsrin əvvəlində dini təcdid edəcək (yeniləyəcək) bir mücəddidi göndərir" müjdəsinin verilməsinə müvazi olaraq (paralel olaraq) həzrəti Mövlana Xalid, (əksər əhl-i həqiqətin (doğru yoldakı insanların) təsdiqiylə) 1200-ci ilin, yəni on ikinci əsrin mücəddididir. (Barla Lahikası, səh. 120)

Risale-i Nurların müəllifi 13-cü əsrin mücəddididir.

"Madam ki, tam yüz il sonra, eynilə dörd cəhətdə təvafüq edərək (uyğun gələrək) Risale-i Nur əczaları (bölmələri) eyni vəzifəni yerinə yetirib... Qənaət verir ki (nass-ı hədislə (hədisin açıq ifadəsiylə)) Risale-i Nur təcdid-i din (dini yeniləmə, dirçəltmə) barəsində bir mücəddid hökmündədir". (Barla Lahikası, səh. 121)

Ustad hicri 1200-ci ildə Mövlana Xalidin mücəddid olduğunu, yüz il sonra Risale-i Nurun eyni vəzifəni yerinə yetirdiyini bildirib. Dolayısilə bir əsr sonrakı mücəddidin, yəni 1400-cü illərdə Mehdinin gələcəyini anlayırıq.


10) Hz. Mehdi də mücəddiddir

"Allah; kamal-ı rəhmətindən (ən böyük rəhmətindən), şəriət-i İslamiyyətin ədəbiyətinə (İslam hökmlərinin yetişdirilməsinə) bir əsər-i himayət (qorumasının əlaməti) olaraq, hər bir fəsad-ı ümmət dövründə (müsəlman cəmiyyətlərin degenerasiya olunduğu dövrlərdə) bir muslih (islah edən) və ya bir mücəddid (böyük alim) və ya bir xəlifə-i zişan (şanlı xəlifə) və ya bir Qütb-ü Azam (müsəlmanların özünə bağlandığı, dövrün ən böyük yol göstəricisi) və ya bir mürşid-i əkməl (üstün bir yol göstərən) yaxud bir nevi (bir cür) Mehdi hökmündə mübarək zatları göndərmiş; fəsadı izalə edib (aradan qaldırıb) milləti islah etmiş; Din-i Əhmədini (İslamı) qorumuşdur... Qadir-i Zülcəlal (hər şeyə müqtədir olan uca Allah) hz. Mehdi ilə də, aləm-i İslamın (İslam aləminin) zulümatını (zülm dövrünü, qaranlığını) aradan qaldıra bilər. Və vəd etmişdir, vədini, əlbəttə, yerinə yetirəcək. . Qüdrət-i İlahiyyə (Allahın gücü) nöqtəsində olduqca asandır. Əgər dairə-i əsbab (səbəblər dairəsi) və hikmət-i Rəbbaniyə (Allahın hikməti) nöqtəsində düşünülsə, yenə o qədər məqbul və gerçəkləşməyə layiqdir ki; əgər müxbir-i Sadiqdən rəvayət olmasa belə, hər halda elə olmaq lazım gələr. Və olacaq deyə əhl-i təfəkkür (təfəkkür edənlər) hökm edər (hökm verər)". (Mektubat, səh. 411-412)

Ən böyük bir müctəhid: Ehtiyac yarandıqda ayələrdən hökm çıxardan böyük İslam alimi və lideri.

Həm ən böyük bir mücəddid: Dini həqiqətləri dövrün ehtiyaclarına görə izah etmək məqsədiylə göndərilən böyük alim və Peyğəmbərimiz (s.ə.v)-in varisi olan zat.

Həm Hakim: Haqlı və haqsızı ayırıb ədalətlə hökm edən, dövləti idarə edən.

Həm Mehdi: Hidayətə vəsilə olan.

Həm Mürşid: Doğru yolu göstərən, qəflətdən oyandıran.

Həm Qütb-ü Azam: Müsəlmanların özünə bağlandığı, dövrün ən böyük yol göstəricisi.

O Zat əhl-i Beyt-i Nəbəvidən: Peyğəmbərimiz (s.ə.v)-in nəslindən olacaq.

Bədiüzzaman, Axırzamanın ən böyük qarışıqlığı dövründə Peyğəmbərimiz (s.ə.v)-in nəslindən, qarışıqlığı yox edəcək tək bir şəxsin, nurani bir şəxsin İslam aləmindəki qaranlığı yox edəcəyini bildirir və bunun qışdan sonra baharın gəlməsi kimi, Allahın qanununa uyğun olduğunu ifadə edir.

"Hz. Mehdi ilə də aləm-i İslamın (İslam aləminin) zulümatını (zülm dövrünü, qaranlığını) aradan qaldıra bilər": Mehdi İslam aləminin üzərindəki zülmü yox edəcək. Ustad dövründə bu zülm davam edirdi; kommunizm hələ süqut etməmişdi. Belə ki, müsəlmanlara edilən bu zülm bütün dünyanın gözləri qarşısında cərəyan edirdi. Çox yaxın tarixə qədər, məsələn, Bosniyada qəsd edilən müsəlman canları, Kəşmirdə eyni zülm, İndoneziyada, Çeçenistanda, Fələstində sönən həyatlar və daha bir çox yerdə müsəlmanların ən təməl hüquqlarının belə əlindən alındığı İslam aləminin üzərindəki qaranlıq... Hələ ki, yaşadığımız bu dövrlərdə müsəlmanlar üçün, ümid çırağı hələ yenicə yanmağa başlamışdır. Bunu tam yandıracaq şəxsin isə Mehdi olacağını Ustad bu cür ifadə etmişdir.

Həmçinin Ustad Mehdinin ən böyük mücəddid olduğunu söyləyərək onun bütün məzhəblərin üstündə olacağını ifadə etmişdir. Bədiüzzaman isə məlum olduğu kimi şafi məzhəbindəndi.

Ustad Mehdi üçün "ən böyük mücəddid və ən böyük müctəhid" sifətlərindən istifadə edir.

"Mücəddid" məlum olduğu kimi, dini həqiqətləri dövrün ehtiyaclarına görə izah edən, "müctəhid" isə ehtiyac yarandıqda ayələrdən hökm çıxardan böyük İslam alimi və lideridir. Bu xüsusiyyətdəki böyük şəxslər, İslam cəmiyyətlərinə nümunə olmuş, yol göstərmiş, dövrün qütbü olmuş liderlərdir. Bu liderlərdən bəziləri ictihad etmə (fikir bildirmə) və hökm vermə xüsusiyyətlərindən ötrü "məzhəb liderləri" olublar; müsəlmanlar da onlara tabe olublar.

İmam Hənəfi, İmam Şafi, İmam Hənbəli, imam Maliki bu liderlərdən olub 4 məzhəbin qurucularıdır. Bütün əhli-sünnə, onların verdiyi hökmlərə əməl edər. Bədiüzzaman, bu "müctəhid və mücəddid"lərin ən böyüklərinin isə, hz. Mehdi olacağını ifadə etmişdir. Bu da Mehdinin ictihad etmə (fikir bildirmə) və hökm verməyə ən səlahiyyətli insan olaraq, özünün də bir "məzhəb sahibi" olacağını göstərir. Dövründə hər kəsin ona tabe olacağının bildirilmiş olması da bunu təsdiqləyir. Məlum olduğu kimi, Bədiüzzaman Səid Nursi Şafi məzhəbindəndir. Bir məzhəb sahibi deyil və başqa bir məzhəb qurucusuna tabe olmuşdur. Mehdi isə, öz məzhəbinin sahibi olacaq.

Bədiüzzaman, Mehdi üçün "Hakim" sifətindən də istifadə edir. Hakim, haqlı və haqsızı ayırıb ədalətlə hökm verən, dövləti idarə edən mənasındadır. Mehdi, Ustadın da ifadə etdiyi kimi, hakim olacaq; yəni hökm verən və ədaləti təmin edən mexanizmin başçısı olacaq. Səid Nursi, həyatının 28 ilini məhkum olaraq böyük fədakarlıqlarla keçirmiş, lakin hakim mövqedə olmamışdır.

 


11) Hz. Mehdi 14-cü əsrin mücəddididir

"İndi müsəlmanlar arasında Nur-u Qurana (Quranın nuruna) müxalif halətlərin (vəziyyətlərin) əksəriyyəti o sui-qəsdlərin və Sevr müahədəsi (Sevr müqaviləsi) kimi qəddaranə müahədələrin (müqavilələrin) dəhşətli nəticələridir. Əgər şəddəli (mim) belə şəddəli "lamlar" kimi bir sayılsa, o zaman min iki yüz səksən dörd edər. Bu tarixdə Avropa kafirləri dövlət-i İslamiyənin (İslam dövlətinin) nurunu söndürməyə niyyət edərək on il sonra rusları təhrik edib rusun doxsan üç (1293) müharibə-i məşuməsiylə (pis müharibəsiylə) aləm-i İslamın (İslam aləminin) parlaq nuruna müvəqqəti pərdə çəkdilər. Lakin bunda Rəsail-in-Nur şagirdləri (tələbələri) yerinə Mövlana Xalidin (k.s) şagirdləri (tələbələri) o bulud zulümatını dağıtdıqlarından bu ayə bu cəhətdə onların başlarına rəmzən (rəmz olaraq) barmaq basır.

"İndi xatirə gəldi ki, əgər şəddəli "lamlar" və "mimlər" iki-iki sayılsa bundan bir əsr sonra zülümatı dağıdacaq zatlar isə, həzrəti Mehdinin şagirdləri (tələbələri) ola bilər". (Birinci Şua, səh. 85)

Bədiüzzaman, yuxarıda bəhs etdiyimiz İslam aləminin üzərindəki zülm mühitinin özündən "bir əsr sonra" ancaq Mehdi ilə yox ediləcəyini söyləmişdir. Ustad açıq bir tarix vermişdir. Özündən sonrakı əsrdə Mehdinin tələbələriylə birlikdə görəcəyi işlərlə, müsəlmanlar böyük sıxıntılardan xilas olub fərəhə qovuşacaqlar.

Burada "Mehdinin şagirdləri (tələbələri)" ifadəsi, şərhə açıq olmamaqla birlikdə, Mehdinin daha əvvəl gələrək, özündən yüz il sonrakı tələbələrinin müvəffəqiyyət qazanacağı şəklində bir zənn, Mehdini təqdir edə bilməməklə yanaşı məntiqsizdir də. Mehdi kimi ən böyük bir mücəddidin, bir qütbün, bir mürşidin edə bilmədiyini (!), bir əsr sonrakı tələbələrinin edəcəyini düşünmək, məntiqə, ağla və qəlbə ziddir. Allah müvəffəqiyyəti və zəfəri, yəni qaranlığı yox etməyi Mehdiyə nəsib edəcək. Bu zat bunun üçün Mehdidir.

 


12) Hz. Mehdi özündən əvvəlki mücəddidlərdən fərqlidir

"Hərçənd ki, hər əsrdə hidayət edən, bir nevi (bir cür) Mehdi və mücəddid gəlir və gəlib, lakin hər biri üç vəzifədən birini bir cəhətdə yerinə yetirməsi etibarilə, Axırzamanın böyük Mehdisi ünvanını ala bilməyiblər". (Emirdağ Lahikası, səh. 260)

Mehdinin böyük Mehdi ünvanını alması Allahın icazəsi ilə ancaq üç vəzifəni yerinə yetirməsiylə aydın olar. Bu üç vəzifəni, Mövlana Xalid və Ustad yerinə yetirməmişdir. Onlar bu üç vəzifədən ancaq birini yerinə yetiriblər. Bu da "hər biri üç vəzifədən birini bir cəhətdə yerinə yetirməsi" şəklindədir. Yəni iman həqiqətlərini yaymaq vəzifəsini də ancaq bir istiqamətdə yerinə yetirə biliblər. Deməli, Mehdi iman həqiqətlərindən bəhs etməyi və imanı yaymağı da, çox əhatəli şəkildə icra edəcək. İndiyə qədər bənzəri görülməmiş şəkildə və gücdə olacaqdır ki, bu, kütlələri imana gətirəcək, batil cəbhəsinin o günə qədərki hakimiyyətinə də son qoyacaq. Bədiüzzamanın bu “bir istiqamətiylə” açıqlaması, yəni bir alimin və ya mücəddidin üç vəzifədən birini bir istiqamətiylə yerinə yetirməsinin, onun Mehdi olduğunu göstərməyəcəyini izah edir. Üç vəzifənin də yerinə yetirilməsi Ustadın da ifadə etdiyi kimi, özündən bir sonra gələcək böyük Mehdi vəsiləsilədir.

"Həmçinin həm iki Dəccalın sifətləri və halları ayrı-ayrı olduğu halda, mütləq gələn rəvayətlərdə iltibas (qarışdırma) olur, biri o biri zənn edilər. Eləcə də, "böyük Mehdi"nin halları sabiq mehdilərə işarə edən rəvayətlərə uyğun gəlmir, hədis-i mütəşabih (mütəşabih hədis) hökmünə keçər". (Şualar, səh. 582)

Hədislərin izahatında dəccalların fəaliyyətlərinin bir-birlərinə bənzədiyini söyləyən Ustad, birinin digəri zənn edilə biləcəyini söyləyir. Hər Dəccalın fəaliyyətləri bir-birinə yaxındır. Lakin Bədiüzzaman, eyni hədislərdə, böyük Mehdinin fəaliyyətlərinin, digər mehdilərdən (belə ki, buradakı “mehdilərdən” sözü “mücəddidlərdən” mənasında işlədilmişdir) çox fərqli olduğunu bildirir.

"Həm bu üç vəzaifin (vəzifənin) birdən bir şəxsdə, yaxud camaatda bu dövrdə olması və mükəmməl olması və bir-birini cərh etməməsi (bir-birinə mane olmamaması, zərər verməməsi) çox uzaq, sanki qabil (mümkün) görünmür. Axırzamanda Al-i Beyt-i Nəbəvinin (Peyğəmbərimiz (s.ə.v)-in nəslinin) camaat-ı nuraniyəsini (nurani camaatını) təmsil edən həzrəti Mehdidə və camaatındakı şəxs-i mənəvidə ancaq içtima edə bilər (cəmləşə bilər)". (Kastamonu Lahikası, səh. 139, Sikke-i Tasdik-i Qaybi, səh. 156)

Bu üç vəzifənin eyni anda yerinə yetirilməsi Mehdi və camaatına məxsusdur.

Ustad, "bu dövrdə" ifadəsi ilə öz yaşadığı dövrdə Mehdinin üç vəzifəsini birlikdə yerinə yetirə biləcək bir şəxs və bir camaat görülmədiyini bildirmişdir.

"Rəvayətlərdə, Axırzamanın əlamətlərindən olan və Al-i Beyt-i Nəbəvidən (Peyğəmbərimiz (s.ə.v)-in nəslindən olan) həzrəti Mehdinin barəsində ayrı-ayrı xəbərlər var. Hətta bəzi əhl-i elm və əhl-i vəlayət, keçmişdə onun zühur etməsinə hökm ediblər.

Allahu aləm bissəvab (Allah daha yaxşı bilər), bu ayrı-ayrı rəvayətlərin bir şərhi budur ki: Böyük Mehdinin çox vəzifələri var. Və siyasət aləmində, din aləmində, səltənət aləmində, cihad aləmindəki çox dairələrdə işləri olduğu kimi, hər bir əsr məyusiyət (ümidsizlik) vaxtında, qüvvə-i mənəviyəsini (mənəvi gücünü) təyid edəcək (gücləndirəəcək) bir nevi (bir cür) Mehdiyə və ya Mehdinin onların imdadına o vaxtda gəlmək ehtimalına möhtac olduğundan; rəhmət-i ilahiyyə ilə (Allahın rəhmətiylə) hər dövrdə, bəlkə hər əsrdə bir nevi (bir cür) Mehdi Al-i Beytdən (Peyğəmbərimiz (s.ə.v)-in nəslindən) çıxmış, cəddinin şəriətini (Qurani Kərimin tərif etdiyi və bildirdiyi yolu) mühafizə və sünnəsini əhya etmişdir (dirçəltmişdir). Məsələn: Nəqşibənd və əqtab-ı ərbaa (dörd qütb) və on iki imam kimi böyük Mehdinin bəzi vəzifələrini yerinə yetirən zatlar belə, Mehdi barəsində gələn rəvayətlərdə, mədar-i nəzər (diqqət mərkəzi) Məhəmməd əleyhissalatu vəssalam olduğundan rəvayətlər ixtilaf edərək, bəzi əhl-i həqiqət (doğru yoldakı insanlar) belə deyib: "Keçmişdə çıxmışdır". Hər nəsə...

Bəli yüz-yüz qüdsi (mübarək) qəhrəmanlar yetişdirən və minlərlə mənəvi komandanları ümmətin başına keçirən və həqiqət-i Quraniyənin (Quranın əsasının) mayası ilə və imanın nuruyla və İslamiyyətin şərəfiylə bəslənən, təkəmmül edən (yetkinləşən, kamilləşən) A-li Beyt (Peyğəmbərimiz (s.ə.v)-in nəsli), əlbəttə ki, Axırzamanda şəriət-i Məhəmmədiyəyi və həqiqət-i Furqaniyəyi və sünnət-i Əhmədiyəyi əhya ilə, elan və icra ilə, baş komandanları olan "böyük Mehdi"nin kamal-ı ədalətini və həqqaniyətini (haqq və ədalətə uyğunluğunu, doğruluğunu) dünyaya göstərmələri olduqca məqbul olmaqla yanaşı, olduqca lazım və zəruri və həyat-i ictimaiyə-i insaniyədəki (insanların cəmiyyət həyatındakı) düsturların müqtəzasıdır (qanunların tələbidir)..." (Şualar, səh. 456)

Şəriət-i Məhəmmədiyə: Peyğəmbərimiz (s.ə.v)-in şəriəti, xəlifəlik.

Şəriət: Qurani Kərimin tərif etdiyi və bildirdiyi yol.

Həqiqət-i Furqaniyə: Qurani Kərimin əsası və mahiyyəti.

Sünnət-i Əhmədiyə: Peyğəmbərimiz (s.ə.v).

Əhya: Yenidən dirçəltmək.

Elan: Hər kəsə çatdırmaq.

İcra: Tətbiq etmək.

Bədiüzzaman, hər əsrdə müsəlmanların ümidsizliyə qapıldıqları vaxt, mənəvi güclərini dəstəkləmək, şövqlərini və Allah yolunda mübarizə aparma güclərini artırmaq üçün, bir nevi (bir cür) Mehdi mənasında (mücəddid) göndərildiyini və bu şəxslərin, Axırzamanda gəlməsi gözlənilən böyük Mehdinin vəzifələrindən yalnız bir hissəsini bir istiqamətiylə yerinə yetirdiklərini ifadə edir.

Axırzamanda gözlənilən böyük Mehdinin də çıxdığı zaman, Peyğəmbərimiz (s.ə.v) dövründəki İslamın göstərdiyi gerçək həyat tərzini xəlifə olaraq tətbiq edəcəyini, Qurani Kərimi, imanın əsasını təbliğ edib ümmətin imanını gücləndirəcəyini, bunları bütün dünyaya açıqca göstərəcəyini və hər kəsə eşitdirəcəyini bildirir.

 


13) Hz. Mehdi xristian aləmiylə ittifaq yaradacaq

"O zatın üçüncü vəzifəsi, xilafət-i İslamiyəyi (İslam xəlifəliyini) İttihad-ı İslama bina edərək (İslam Birliyi üzərində quraraq), İsəvi ruhaniləriylə (dindar xristianlar və xristian alimləriylə) ittifaq yaradıb (əməkdaşlıq və həmrəylik yaradıb) din-i İslama (İslam dininə) xidmət etməkdir. (Sikke-i Tasdik-i Qaybi, səh. 9)

"İsəvi ruhaniləriylə (dindar xristianlar və xristian alimləriylə) ittifaq yaradıb": Böyük Mehdinin 3-cü vəzifəsi olan xristian rəhbərlərlə ittifaq yaratması və bu vəsiləsi ilə İslama xidmət etməsi Ustadın yaşadığı dövrdə baş tutmamışdır.

Diqqət yetirilsə Ustad, xristian ifadəsini işlətmir və "İsəvi" deyir. Çünki Mehdinin ittifaq yaradacağı ruhanilər, ehtimal ki, hazırki xristianlardan fərqli olacaq. Üçləmə yaradaraq, bu şəkildə şirk qoşanlardan deyil, hz. İsanı yalnız Allahın qulu və peyğəmbəri olaraq görəcək olan, yəni gerçək mənada hz. İsanın davamçıları olacaq bəzi saf, şirk içində olmayan xristianlar nəzərdə tutulmuş ola bilər. Belə bir camaata nə Ustadın dövründə, nə də hazırkı dövrdə hələ də rast gəlinməmişdir. Həmçinin İslam və Xristianlığın ortaq cəbhəsi olan "materializm və dinsizliyə" qarşı ittifaq da o dövrdə yaranmamışdır.

 


14) Hz. İsa cismən göyə alınmışdır

"Hz. İdris və İsanın təbəqə-i həyatları (hazırkı həyatları) bəşəriyyət ləvazimatından (ehtiyaclardan) təcərrüdlə (xilas olmaqla) mələk həyatı kimi bir həyata girərək nurani bir lətafət kəsb edər (gözəllik qazanar). Sanki bədən-i misali lətafətində (incəliyində) və cəsəd-i nəcmi (ulduz cismi) nuraniyətində olan cism-i dünyəviləriylə (dünyadakı bədənləriylə) səmavatdadırlar (göylərdədirlər)". (Mektubat, səh. 6)

 


15) Hz. İsa yer üzünə enəcək

"Bəli, hədis-i şərifin (hədisin) ifadəsiylə həzrəti İsanın səmavi nüzulu qəti olmaqla yanaşı; məna-yi işari ilə (işari mənada) başqa həqiqətləri ifadə etdiyi kimi, bu həqiqətə də möcizanə işarə edir". (Kastamonu Lahikası, səh. 50)

"Həzrəti İsanın səmavi nüzulu qəti olmaqla yanaşı", Ustad hz. İsanın dünyəvi cismiylə, yəni bədəniylə dünyaya təkrar qayıdacağının ifadəyə, şərhə, mahal verməyəcək şəkildə qəti həqiqət olduğunu bildirmişdir.

 


16) Hz. İsa yer üzünə cismən enəcək

"Məhz belə bir vaxtda, o cərəyan çox güclü göründüyü zamanda, həzrəti İsa (ə.s)-ın şəxsiyyət-i mənəviyəsindən (mənəvi şəxsiyyətindən) ibarət olan həqiqi İsəvilik dini zühur edəcək, yəni rəhmət-i ilahiyyənin səmasından nüzul edəcək; hazırkı Xristianlıq dini o həqiqətə qarşı təsaffi edəcək (təmizlənəcək), xurafatdan və təhrifdən xilas olacaq, həqaiq-i İslamiyə (İslam həqiqətiylə) ilə birləşəcək; mənəvi cəhətdən Xristianlıq bir nevi (bir cür) İslamiyyətə inqilab edəcək... və Qurana iqtida edərək (tabe olaraq), o İsəvilik şəxs-i mənəvisi tabe; və İslamiyyət, mətbu (tabe olunan) məqamında qalacaq. Din-i haqq (Haqq din), bu iltihaq (qoşulma) nəticəsində əzim (böyük) bir güc tapacaq. Dinsizlik cərəyanına qarşı ayrı-ayrı ikən məğlub olan İsəvilik və İslamiyyət; ittihad (birləşmə) nəticəsində, dinsizlik cərəyanına qələbə çalıb məhv edəcək istedadda ikən aləm-i səmavatda (göylər aləmində) cism-i bəşərisiylə (bədəniylə) mövcud olan şəxs-i İsa əleyhissalam, o din-i haqq cərəyanının başına keçəcəyini bir Müxbir-i Sadiq, bir Qadir-i Külli Şeyin (hər şeyə qadir olan uca Allahın) vədinə istinad edərək xəbər vermişdir. Madam ki, xəbər verib, haqqdır; madam ki, Qadir-i Külli Şey (hər şeyə qadir olan uca Allah) vəd edib, əlbəttə, edəcək... " (Mektubat, səh. 53-54)

"Hazırkı Xristianlıq dini o həqiqətə qarşı təsaffi edəcək (təmizlənəcək), xurafatdan və təhrifdən xilas olacaq": Bədiüzzaman Səid Nursinin açıqlamalarından hz. İsanın nüzulu ilə birlikdə, Xristianlığa sonradan daxil edilən bəzi inanc və tətbiqlərin bitəcəyi, xurafatlardan təmizlənərək, vəhy edildiyi kimi saf, gerçək halına qayıdacağı aydın olur. İki min ildən bəri mövcud olan xristianlıqda hələ belə bir dəyişikliyin düşüncəsi belə ortaya atılmayıb; onsuz da bunu tək gerçəkləşdirə biləcək insan da hz. İsadır.

Belə bir dəyişiklik də bu günə qədər baş verməyib, hz. İsa da hələ nüzul etməyib və nüzulu gözlənilir. Mehdi ilə də ittifaq yaradacağına görə, Mehdi də gəlib keçməmişdir, gözlənilir.

"Həqaiq-i İslamiyə (İslam həqiqətiylə) ilə birləşəcək; mənəvi cəhətdən Xristianlıq bir nevi (bir cür) İslamiyyətə inqilab edəcək": Xristianlığın təmizlənərək vəhy edildiyi əslinə qayıtdıqdan sonra, onsuz da endiyi zaman haqq din olan əslinə büründükdə, onu əhatə edən və son haqq din və Allah qatında tək etibarlı din olan İslamın həqiqətləriylə birləşərək, İslama çevrilməyə başlayacaq.

"Və Qurana iqtida edərək (tabe olaraq), o İsəvilik şəxs-i mənəvisi tabe; və İslamiyyət, mətbu (tabe olunan) məqamında qalacaq": Xristianlığın hz. İsa ilə başlayacaq olan bu çevrilmə prosesi, son kitab olan və hər kəsin riayət etməklə mükəlləf olduğu Qurana tabe olmaqla nəticələnəcək. Hz. İsanın şəxsi və ona tabe olan Xristianlıq İslama tabe olacaq. Bu böyük dəyişiklik hər kəsin yaşayacağı və şahid olacağı bir mövzu olaraq dünyanın bəlkə də uzun müddət bir nömrəli gündəm mövzusu olacağı üçün, həyəcan yaradan və böyük əks-sədalar oyandıracaq hadisələr olacaq. Bu hadisələrin hələ yaşanmadığı isə dünyadakı hər kəsə məlumdur.

"Dinsizlik cərəyanına qarşı ayrı-ayrı ikən məğlub olan İsəvilik və İslamiyyət; ittihad (birləşmə) nəticəsində, dinsizlik cərəyanına qələbə çalıb məhv edəcək": Belə böyük bir ittifaqın, haqq dini, olduğundan olduqca güclü mövqeyə gətirəcəyi aydındır. Mehdinin İslam aləmində materializmi həyatın gedişatından çıxartması kimi, Avropa, Amerika və digər xristian dövlətlərdə isə, materializmin həyat fəlsəfəsi olmaqdan çıxmasının hz. İsa ilə gerçəkləşəcəyi aydın olur. İnsanları həyatın gerçək məqsədindən tamamilə uzaqlaşdıran, eqoist və sevgisiz edən materialist fəlsəfə və onun nəticəsi olan dinsizliyin dünyadakı ümumi təsirləri iki dinin birləşməsi nəticəsində bitəcək.

"...Cism-i bəşərisiylə (bədəniylə) mövcud olan şəxs-i İsa əleyhissalam, o din-i haqq cərəyanının başına keçəcəyini..." İki dinin ittifaqı və Xristianların Qurana tabe olması ilə dünyada əhali çoxluğuna sahib olacaq iki din, tək bir səs, tək bir bədən kimi olacağından, ortada bir haqq din və bir də məğlub vəziyyətdəki dinsizlik cəbhəsi qalmış olacaq. Haqq dinin başında da təbii olaraq, Peyğəmbər hz. İsa olacaq. Ustadın hədislərə əsaslanan qeyd etdiyi bütün bu hadisələr, şübhəsiz ki, dünyanın çöhrəsini dəyişdirəcək, insanların həyatlarına təsir edəcək və cəmiyyətlərin əxlaqi və insani xarakterlərini, nizamlarını müsbət istiqamətdə dəyişdirəcək.

Belə genişmiqyaslı hadisələr, əlbəttə ki, bütün dünyanın gözləri qarşısında cərəyan edəcək. Kütləvi informasiya vasitələri yoluyla hər kəsin dərhal xəbərdar olacağı və yaşayacağı bu böyük dəyişiklik, nə Bədiüzzamanın dövründə, nə də bir başqa zaman kəsiyində yaşanmamışdır. Mehdi dövrünün başladacağı bu hadisələr, önümüzdəki yaxın zaman kəsiyində yaşanacağı açıq olan hadisələrdir.

 


17) Hz. İsa gəldikdə imanın nuru ilə tanınacaq

"Hz. İsa (ə.s) gəldiyi vaxt, hər kəsin onun İsa olduğunu bilməsi lazım deyil. Onun yaxınları və qabaqcıl insanlar, imanın nuru ilə onu tanıyacaqlar. Yoxsa açıqca hər kəs onu tanımayacaq". (Mektubat, səh. 54)

"İsa Əleyhissalamı nur-u iman ilə (imanın nuruyla) tanıyan və tabe olan camaat-ı ruhaniyə-i mücahidinin (mübarizə aparan ruhani camaatının) kəmiyyəti (sayı), Dəccalın məktəb, hərbi cəhətdən elmi və maddi ordularına nisbətən çox az və kiçik olmasına işarə və kinayədir". (Şualar, səh. 495)

"Hətta həzrəti İsa əleyhissalamın nüzulu belə və özünün İsa əleyhissalam olduğu, nur-u imanın (imanın nurunun) diqqəti ilə bilinər; hər kəs bilə bilməz". (Şualar, səh. 487)

Hz. İsa gəldiyi zaman, onu hər kəsin daşıya tanıya bilməyəcəyini söyləyən Bədiüzzaman, ona yaxın olan bəzi insanların, ancaq imanın nuru ilə onu tanıya biləcəklərini ifadə etmişdir. Bu da dünya həyatının imtahanın sirri olması etibarilə belədir. Bəzi insanların yanılaraq gözlədiyi şəkildə, yəni sanki göydən hər kəsin görəcəyi şəkildə enərək, uçaraq və s. şəkildə gəlməsindən söhbət getmir, çünki bu Allahın qanununa və imtahanın sirrinə ziddir. Buna görə də, insanlar, hz. İsa kimi yaradılışı və həyatı möcüzələrlə dolu bir Peyğəmbəri belə tanıya bilməyəcəklər. Əvvəlcə, yalnız həqiqi imanlı və ixlaslı az bir kütlə, onu imani fəaliyyətlərindən, halından və özünü gözlədiklərindən ötrü tanıyacaqlar.

Bu xüsus Mehdi üçün də etibarlıdır. Peyğəmbərimiz (s.ə.v)-in 14 əsr əvvəl Allahın vəhyinə əsasən bildirdiyi bir şəxs olan Mehdi, hədis-i şəriflərdə (hədislərdə) elə ətraflı təsvir edilmiş olmasına baxmayaraq, eynilə ona yaxın olan çox az insan xaricində uzun müddət tanınmayacaq.

Məsələn, Mehdinin çıxacağı yer, zaman, ətrafındakılar və görəcəyi işlər kimi, tanınmasını olduqca aydınlaşdıran məlumatların hədislərdə bildirilməsinə baxmayaraq, hətta bir çox təyinedici fiziki xüsusiyyətinin bildirilməsinə və insanın tam diaqnoz edilə biləcəyi kimi olmasına baxmayaraq, yenə də uzun müddət tanına bilməyəcək.

"Çox az və kiçik olması": Hz. İsanı tanıyacaq insanlar ona tabe olan yaxın bir xristian qrup olmaqla yanaşı, Onu gözləyən müsəlmanların başçısı olan Mehdi və yaxınları tərəfindən də tanınacaq. Hz. İsa dünyaya gəldiyi zaman onu tanıyacaq yaxınları necə az bir qrup olacaqsa, Mehdi gəldiyi zaman da onu tanıyacaq yaxınları çox az olacaq. Ustadın burada bu qrupun həm fərd etibarilə saylarının çox az olacağı, həm də yaşadıqları ölkənin təşkilati strukturu çərçivəsində çox kiçik qalacaqlarına diqqət çəkmişdir.

Bədiüzzaman, "camaat-ı ruhaniyə-i mücahidinin (mübarizə aparan ruhani camaatının)" xüsusiyyətləriylə təsvir etdiyi bu qrupun adını, 3 mühüm təyinedici xüsusiyyətiylə birgə çəkmişdir.

"Camaat" olmaları, Mehdi və köməkçilərinin də bir xüsusiyyəti olacaq. Bu onların bir təriqət olmadığına, bir şəxs-i mənəvi olmadığına da işarə etməsi baxımından əhəmiyyətlidir.

Ustad "ruhani" olduqlarını da ifadə edərkən, bu camaatda olanların, təqlidi imana sahib olmadıqlarına və zahiri olmadıqlarına, əksinə hadisələrin batin (gizli) tərəfini görüb yaşaya bilən batini bir camaat olduqlarına da işarə edib.

"Mücahidin" ifadəsi də bu camaatın bəlkə də ən nəzərə çarpan xüsusiyyəti olan cihad, yəni təbliğ camaatı olduqlarını göstərir.

 


18) Hz. İsa hz. Mehdiyə tabe olacaq

"Şəxs-i İsa əleyhissalamın qılıncı ilə məqtul olan (yox edilən) şəxs-i Dəccalın təşkil etdiyi dəhşətli maddiyyunluq (materializm) və dinsizliyin əzəmətli heykəli və şəxs-i mənəvisini məhv edəcək kəslər, təkcə İsəvi ruhaniləridir ki; bu ruhanilər din-i İsəvinin həqiqətini (xristianlığın əsaslarını) həqiqət-i İslamiyə (İslamın əsasları) ilə məcz edərək (birləşdirərək) bu güclə onu yox edəcək, mənəvi cəhətdən öldürəcək. Hətta, "həzrəti İsa əleyhissalam gələr və hz. Mehdiyə namazda iqtida edər, tabe olar" deyə rəvayəti bu ittifaqa və həqiqət-i Quraniyənin mətbuiyətinə və hakimiyyətinə (Quran əsaslarının hakimiyyətinə) işarə edər". (Şualar, səh. 493)

"Din-i İsəvinin həqiqətini (xristianlığın əsaslarını) həqiqət-i İslamiyə (İslamın əsasları) ilə məcz edərək (birləşdirərək)": Hz. İsanın yenidən dünyaya qayıtdığı zaman, tabe olacağı Allahın hökmlərini ehtiva edən kitab Quran olduğundan, hz. İsa təhrif olunmuş xristianlığın əslini ortaya çıxardaraq, İslam həqiqətləriylə birləşdirəcək.

"Bu güclə onu yox edəcək, mənəvi cəhətdən öldürəcək": Xristianlığın hz. İsaya vəhy olunduğu halı İslamiyyətlə birləşərək geniş miqyasda güc qazandığı zaman, İslam aləmindən kənarda qalan və xristianlığın geniş yayıldığı bölgələrdə hakim ideologiya olan materializmi fikrən məğlub edəcəklər və materializmin insanların üzərindəki təsirini yox edəcəklər.

"Həqiqət-i Quraniyənin mətbuiyətinə və hakimiyyətinə (Quran əsaslarının hakimiyyətinə)": İki dinin İslam üzərində birləşəcəyini hədislərlə açıqlayan Bədiüzzaman, Quranın tabe olunan kitab olacağını, onun hökmlərinin etibarlı və hakim olacağını bildirmişdir. Belə böyük hadisələr nə Ustadın dövründə, nə də indi yaşanmışdır.

Peyğəmbərimiz (s.ə.v)-in hədislərində işarə edilən əlamətlərin gerçəkləşməsi, Bədiüzzamanın açıqlamalarında göründüyü kimi, hicri 14-cü əsrdə, yəni yaşadığımız əsrdə, hz. Mehdinin liderliyində İslamın dünyaya hakim olacağını göstərir.

* Bilindiyi kimi Kütubi Sittə (Altı Kitab), altı məşhur hədis kitabından ibarət olan hədis külliyyatının bütününə verilən addır. Bu altı kitabda Peyğəmbərimizdən rəvayət edilən hədislərin doğru olduqları mövzusunda bütün əhli-sünnə alimləri tərəfindən təsdiq edilmişdir.

Buna görədir ki, Kütubi Sittə əhli-sünnə etiqadına görə dində Qurandan sonra gələn ən mühüm ikinci qaynaqdır. Belə ki, alimlər Kütubi Sittənin etibarlılığına görə, bu külliyyatda yer alan hədisləri inkar etməyi Rəsulullahı inkar etməklə bərabər tutmuşlar. Kütubi Sittədə Mehdiyyət haqqında bir çox hədis rəvayət edilmişdir. Yalnız Kütubi Sittədə yer alması belə Mehdiyyət mövzusunun doğruluğu şübhə olmayan həqiqət olduğunu ortaya qoymağa kifayətdir. Bu saytda olan hədislər Kütubi Sittədəki Mehdiyyət və Axırzamanla əlaqədar hədislərdən yalnız bir hissəsidir.

Əsas səhifə :: Müəllif haqqında :: Digər saytlar :: Əlaqə

Quranı Kərim :: Dəstək olun :: Kitablar :: Məqalələr :: Sənədli filmlər

© 2016 Harun Yəhya
Bu saytda dərc edilən bütün materialı, saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən çoxalda bilərsiniz.