AXIRZAMAN MEHDİSİNİN ƏLAMƏTLƏRİ
(CƏLALƏDDİN SUYUTİNİN TƏSNİFİNDƏN HƏDİSLƏR)

Müəllif: Əli ibn Hüsaməddin əl Müttəki

 

MÜNDƏRİCAT

GİRİŞ                                                                                        
Müəllifin ön sözü
                                                                       

1-Cİ HİSSƏ - HZ. MEHDİNİN GƏLİŞİ VƏ İDARƏSİ       
1. Qiyamətdən əvvəl Mehdinin şübhəsiz gələcəyi
2. Hz. Mehdinin yer üzünü ədalətlə dolduracağı
3. Hz. Mehdi zamanındakı bolluq                                      

2-Cİ HİSSƏ - HZ. MEHDİNİN SOYU VƏ XÜSUSİYYƏTLƏRİ 
1. Hz. Mehdinin soyu
2. Hz. Mehdinin xüsusiyyətləri                                                     

3-CÜ HİSSƏ - HZ. MEHDİNİN ZÜHURUNDAN ƏVVƏLKİ ƏLAMƏTLƏR                                                       
1. Görüləcək fitnələr
2. Fərat çayının altından bir dağın çıxması
3. Hz. Mehdinin zühur zamanını verən əlamətlər
4. İkdiddurər adlı kitabdakı əlamətlər              

4-CÜ HİSSƏ - SÜFYANİ FİTNƏSİ                                          
1. Süfyaninin Şamda çıxışı
2. Süfyaninin Şərqdəki müharibəsi
3. Süfyani ordusunun Mədinədə Haşım oğullarından insanları öldürməsi
4. Süfyani ordusunun Beyda da yerə batması          

5-Cİ HİSSƏ - HZ. MEHDİNİN ZÜHURU                             
1. Zühurundan əvvəlki və zühuru ərzində olan nidalar
2. Zühur forması                                                                     

6-CI HİSSƏ - HZ. MEHDNİN KÖMƏKÇİLƏRİ               
1. Müxtəlif köməkçiləri
2. Şərqdən gələcək qara bayraqlılar
3. Qara bayraqlılar və hz. Mehdinin bayraqdarı             

7-Cİ HİSSƏ - HZ. MEHDİNİN MÜHARİBƏLƏRİ VƏ FƏTHLƏRİ                                                                      
1. Qüdsə gəlmədən əvvəlki hərəkətləri
2. Hz. Mehdinin Süfyani ilə döyüşü
3. Hz. Mehdinin Qüdsdən sonrakı döyüş və fəthləri      

8-Cİ HİSSƏ - HZ. MEHDİNİN HZ. İSA (Ə.S) İLƏ GÖRÜŞMƏSİ                                                                           
1. Hz. Mehdinin hz. İsa (ə.s)-a imamlıq etməsi                 

9-CU HİSSƏ - HZ. MEHDİDƏN SONRA GƏLƏCƏK XƏLİFƏLƏR                                                                        
1. Hz. Mehdinin hökmünün vaxtı
2. Hz. Mehdidən sonra gələcək xəlifələr                   

10-CU HİSSƏ - XATİMƏ                                                           
1. Dünyanın ömrü
2. Hz. İsa (ə.s)-ın dünyada 40 il qalması                       

Müəllifin son sözü                                                            

 

Həsən ibn Süfyan Əbu Nəim Əbu Hureyrədən təxric etdilər ki: "Əgər dünyada bir gecə belə qalsa, Allah onu uzadar və əhli- beytimdən birini Məlik qılar".


GİRİŞ

Bismillahir-Rahmənir-Rahim

Həmd aləmlərin Rəbbi olan Allaha və saysız salat-ü salam da Üstün-əl Bəşər olan peyğəmbərimiz hz. Məhəmməd (s.ə.v)-ə və onun Ali-səhabələrinə olsun.

Əhməd İbn Həcər-i Məkki həzrətlərinin "Gözlənilən Mehdinin əlamətləri" adlı əsərindan sonra, Əli ibn Hüsaməddin əl-Muttakinin təxminən dörd yüz il əvvəl qələmə aldığı "Kitab-ül Burhan fi Əlamət-el Mehdiyy-il Axırzaman" adlı kitabını da tərcümə edərək nəşr edirik.

Bu əsər müəllifinin ön sözündə də ifadə etdiyi kimi, əsrinin müctəhidi, böyük İslam alimi "Cəlaləddin əs-Suyuti" həzrətlərinin "Kitab-ül Arfil Mehdi" və "Cemül Cəvami" adındakı kitabları ilə, "İkdıddurer fi Ahbar-il Mehdiyyil Muntazar" adındakı digər bir əsərdən alınmış hədisi-şərif təsnif edilmişdir. Həmçinin, "Xatimə" qismi isə yenə Cəlaləddin əs-Suyutinin "Kitabül-Kəşf ən Mücavezeti Hazihil Ümməti əl-Elf" risaləsində alınmışdır.

Bütün bu əsərləri toplayan "Axırzaman Mehdisinin əlamətləri" adıyla nəşr etdiyimiz bu kitab, zənnimizcə, hz. Mehdi barəsində aparılmış ən geniş araşdırma və qaynaq əsərdir. Buna görə də imam Suyuti həzrətlərinin "Kitab-ül Arfil Verdi fi Ahbaril Mehdi" adlı əsərini ayrıca nəşr etməyə ehtiyac duymadıq. Əsərin orijinalı İstanbul-Süleymaniyyə kitabxanasında əlyazması olaraq "Carullah 1494/3 səhifə 76-133" qeydində var, həmçinin yenə əlyazması bir nüsxəsi də Konya kitabxanasında var.

Əsas etibarilə kitab 13 fəsildən və bir xatimdən təşəkkül etmişdir. Lakin biz kitabdakı hədisiləri yenidən təsnif edərək, xatimə daxil 10 hissədə topladıq. Bu şəkildə, eyni mövzudakı hədisiləri toplayaraq, mövzunun daha yaxşı başa düşülməsinə kömək etdiyimizi düşünürük. Bu vaxt hədisləri nömrələmək surəti ilə köhnə bölüm və o hissədəki sıralarını bildirdik. Yalnız, keçmişdə mehdilik iddiasında olanları və onların səhvini ifadə edən fətvaları ehtiva edən 12-ci və 13-cü hissələri bu tərcüməyə daxil etmədik.

Bu gün, bir çoxları artıq qiyamətin kiçik əlamətlərinin demək olar ki, baş verdiyini və böyük əlamətlərinin isə gələcəyi qənaətindədir. Bilindiyi kimi bunların başlama işarəsi də əsas adı Abdullah oğlu Məhəmməd olan və özünə qısaca "Mehdi" deyilən şəxsin zühurudur.

Peyğəmbər (s.ə.v) tərəfindən, insanlıq tarixinin ən böyük fitnəsi olaraq göstərilən və allahlıq iddiasında olacaq Dəccalın çıxışı və ardınca hz. İsa (ə.s)-ın nüzul edib Qüds ətrafında onu öldürməsi və sonra Yəcüc-Məcüc zəbti kimi böyük hadisələr həmişə, ondan sonra və ard-arda baş verir.

İndiyə qədər çox istifadə edilmiş bu mövzuda səhvə yol vermək, özünü yaxşı tanımaq, saxtalarından və fitnələrindən qorunmaq və lazımi tədbirləri görərək Allah və Elçisi (s.ə.v)-in yolunda olmaq, ancaq Allahın izni və qoruması ilə və bu xüsusdakı ən doğru və dəqiq məlumatları öyrənməklə mümkünlüyünü düşünürük.

Məhz içində təqribən bu mövzuda 300 hədisi-şərifi olan "Axırzaman Mehdisisinin əlamətləri" kitabını tərcümə edib, müsəlman qardaşlarımızın istifadəsinə təqdim edərkən, bizlərə bu işi nəsib edən Allah Təalaya şükürlər edir və bizləri hər cür fitnələrdən qorumasını və doğrularla və Haqq yolçuları ilə birlikdə qılması üçün dua edirik.


Dr. Suat ARUSAN
Aprel 1986-Manisa

 

 

Müəllifin ön sözü

Allahım, Sən hz. Məhəmməd (s.ə.v) və Onun Əhli-beytinə mərhəmət et. Bizə haqqı haqq olaraq göstər və ona tabe olmağı nasib et. Batili da batil olaraq göstər və ondan çəkinməyi bizə nasib et.

Həmd yalnız Allah (c.c.)-adır. Yalnız Ona həmd edir, Ondan yardım diləyirik. Ona iman edirik. Təvəkkül Onadır. Şəhadət edirik ki, Birdir, Ondan başqa ilah yoxdur. Eşi və bənzəri yoxdur. Yenə şəhadət edirik ki, hz. Məhəmməd (s.ə.v.) Onun qulu və elçisidir. Allah (c.c)-in salam və rəhməti onun Ali və səhabələri ilə peyğəmbərlərinin üzərinə olsun. Pis nəfsimiz və pis əməllərimizdən Allah (c.c)-a sığınırıq. Allah (c.c) kimə hidayət etsə onu kimsə azdıra bilməz, Onun yoldan çıxartdıqlarına da kimsə hidayət edə bilməz.

Əsrin müctəhidi olan Şeyxülislam Cəlaləddin Es-Suyutinin Kitab-əl Arfil Verdi fi ahbaril Mehdi adındakı əsərini oxudum. Bu kitab hz. Mehdi haqqındakı hədisləri yığıb bir yerə gətirmişdir ... Ancaq hissə-hissə ayırmamışdır. Mən bu hədisləri hissələrə ayıraraq təsnif etdim. Və yenə imam Suyutinin Cemül Cəvami adındakı kitabından bəzi hədislərlə, İkdıddurer fi Ahbaril Mehdiyy-il Muntazar adındakı digər bir əsərdən aldığım fərqli hədisləri də kitabıma əlavə etdim.

Bu kitabım bir müqəddimə, 13 fəsil və bir xatimdən ibarətdir.

 

I HİSSƏ

HZ. MEHDİNİN GƏLMƏSİ VƏ İDARƏ ETMƏSİ

1-QİYAMƏTDƏN QABAQ HZ. MEHDİNİN MÜTLƏQ GƏLƏCƏYİ

  •  Hz. Mehdinin mütləq gələcəyi

1.28--- Əbu Nəim Səiddən təxric etdi, o dedi, Peyğəmbər (s.ə.v) buyurdu: Ümmətim arasına Mehdi gələcəkdir. Ömrü qısa olarsa yeddi, yoxsa səkkiz, yoxsa doqquz il. Ümmətim onun zamanında yaxşı və pisin bənzəri ilə nemətlənmədiyi bir nemətlə nemətlənəcək, səmadan bol yağış yağdıracaq, ərş nəbatatından bir şey gizlətməyəcəkdir.

1.37 --- İbni Əbu Şeybə Musannəf adlı kitabında Əbu Səid-il Hudridən təxric etdi, o dedi, Rəsulullah (s.ə.v) buyurdu: Mənim ümmətimdən Mehdi gələcəkdir. Əgər ömrü uzansa da, qısalsa da, yeddi, səkkiz, il və ya doqquz il mülk sürəcək. Daha əvvəl zülmlə dolu olan dünyanı ədalətlə dolduracaq. Səma yağışını yağdıracaq , yer bərəkətini çıxaracaq, daha əvvəl görülməmiş bir şəkildə ümmətim onun zamanında rahatlığa çatacaq.

 

  • Dünyadan bir gün belə qalsa hz. Mehdinin idarəni ələ alacağı

1.5 --- Tirmizi səhih deyərək Əbu Hureyrədən təxric etdi, buyurdu ki: Əgər dünyadan bir gün belə qalsa, Allah o, idarəni ələ alana qədər, o günü uzadar.

1.13 --- Həsən ibn Süfyan və Əbu Hüreyrədən təxric etdil ki: “Əgər dünyadan bir gecə belə qalsa, Allah onu uzadar və Əhli-beytimdən birini Məlik qılar”.

1.46 --- İbni Macə və Əbu Nəim Əbu Hüreyrədən təxric etdilər. O dedi, Peyğəmbər (s.ə.v) buyurdu: “Əgər dünyadan bir gün qalsa, Allah o günü uzadar və Əhli-beytimdən birini Məlik edər, O Kostantinopolu və Deyləm dağlarını da fəth edər.

 

  • Hz. Mehdinin beşinci olaraq, yer üzünə hakim olacağı

1.44 --- İbn Cevzi “Tarix” adlı əsərində ibn Abbasdan təxriz etdi, o dedi, Peyğəmbər (s.ə.v) buyurdu: Yer üzünə dörd adam məlik olmuşdur. İkisi mömin, ikisi kafirdir. Möminlər Zülqərneyn və Süleyman (ə.s), kafirlər isə Nəmrud və Buhtunnasrdır. Beşinci olaraq Əhli-beytimdən biri gələcək və O da dünyaya məlik olacaq.

1.32 --- Əbu Nəim ibn Məsuddan təxric etdi, O dedi, Rəsulullah (s.ə.v) buyurdu: Dünyadan bir gecə belə qalsa, Allah o gecəni uzadar və Əhli-beytimdən biri gələrək dünyaya hakim olardı. Onun adı adıma, atasının adı atamın adına uyğundur. Daha əvvəl, Yer üzü necə zülmlə doludursa, O, onu ədalətlə doldurar. Malı səviyyə üzrə bölünər və Allah bu ümmətin qəlblərində zənginlik verir. Yeddi və ya doqquz il qalar. Mehdidən sonra, (hz. İsa (ə.s)-ın qırx illik dövründən sonra) artıq həyatda yaşamaqda bir xeyir yoxdur.

 

 

2-HZ. MEHDİNİN YER ÜZÜNÜ ƏDALƏTLƏ DOLDURACAĞI

  • Hz. Mehdinin əvvəl zülmlə dolu olan dünyanı ədalətlə dolduracağı

2.10 --- Haris ibn Əbu Usamə və Əbu Nəim, Əbu Səid-il Hudridən təxric etdilər. O dediki, Rəsulullah (s.ə.v) buyurdu: Yer üzü zülm və düşmənliklə dolduqdan sonra, mütləq Mənim Əhli-beytimdən biri çıxar. Necə daha əvvəl zülm və düşmənliklə dolmuşdursa, O dünyanı ədalətlə doldurar.

1.19 --- Nəim ibn Hammad, Əbu Səid-il Hudridən təxric etdi. O dedi Peyğəmbər (s.ə.v) buyurdu ki: Ümmət bal arılarının bəyləri ətrafında toplanması kimi Mehdiyə sığınarlar. O daha əvvəl zülmlə dolu olan dünyanı ədalətlə doldurar, insanlar Əsri-səadət dövrünə sanki geri dönər, yuxuda olan oyandırılmaz və bir damla belə qan axıdılmaz.

 

  • Hz. Mehdinin yer üzünün zülm və fitnələrlə dolu olduğu bir zamanda gələcəyi

2.26 --- İbn Əbu Şeybə, ibn Abbasdan təxric etdi, buyurdu ki: Fitnənin qarşısını almağın özünə çətin gəlməyəcəyi və öldürməyin də onu azdırmayacağını Əhli-beytimə mənsub biri sahib olmadan günlər və gecələr bitməyəcək. Ey Abbasın oğlu, sizin qocalarınız ona çata bilməyəcək, gəncləriniz çatacaq. Bu Allahın əmridir, dilədiyi insanlara verir.

1.33 --- Hakim Əbu Səiddən təxric etdi, Rəsulullah (s.ə.v) buyurdu: Axırzamanda ümmətimin başına, sultanlarından şiddətli bəlalar gəlir, belə ki, yerlər müsəlmanlara dar gəlir. O zaman Allah daha əvvəl zülmlə dolu olan dünyanı ədalətlə dolduran Mənim soyumdan birini göndərəcək. O zaman göy heç bir yağış damlasını əsirgəməyəcək və yer də bərəkətlənəcək. O dünyada yeddi və ya səkkiz il qalacaq, əgər çox olarsa doqquz.

2.19 --- Tabarani Kəbir adlı əsərində, Əbu Nəim isə Əli Hilaldan təxric etdilər. Rəsulullah (s.ə.v.) hz. Fatiməyə belə buyurdu: Məni Haqq ilə başçı edən Allaha and içərəm ki, bu ümmətin Mehdisi Həsən və Hüseyindəndir. Dünya hərc-mərclik içində qaldığında, fitnələr zühur etdiyində, yollar kəsildiyində, bəziləri bəzisinə hücum etdiyində, böyük kiçiyə mərhəmət etmədiyi, böyük böyüyə təmkinli davranmadığında Allah bu sırada, onlardan ədavət kökünü qazıyaraq dəlalət qalalarını fəth edəcək və əvvəlcə mənim ayaqda tutduğum kimi, Axırzamanda, dini ayaqda tutacaq, əvvəldən zülmlə dolu olan dünyanı ədalətlə dolduracaq birini göndərəcək.

 

  • İslamın hz. Mehdi əliylə açıqlanacağı

2.12 --- Əbu Nəim Huzeyfedən təxric etdi, O dedi ki, Rəsulullah (s.ə.v) buyurdu: o öldürən zalım məliklərə görə vay bu ümmətə. Bu zalımlar, özlərinə itaət edənlər xaric, səssiz mütiləri belə qorxudarlar. Müttəqi mömin diliylə tərəfdar kimi görünsə də, ürəyi ilə onlara nifrət edər. Allah Təala İslamı əziz olaraq qaytarmaq istədikdə, hər inadkar zalımı həlak edəcək. O, bir ümməti istədiyində fəsadından sonra islah etməyə qadirdir. Ya Huzeyfə, əgər dünyadan bir gün belə qalsa, Allah o günü uzadar, Mənim Əhli-beytimdən bir kimsəni Məlik etsin və onun əli ilə qanlı müharibə etsin və İslamı açıqlasın. O vədindən dönməz və hesablar ardıcıl olaraq görəndir.

  • Peyğəmbər (s.ə.v)-in "Mehdi ilə müjdələnin" xitabı

1.20 --- İbn Əbu Şeybə və Tabarani İfrad da, Əbu Nəim və Hakim İbn Məsuddan təxric etdilər, O dedi ki: Rəsulullah (s.ə.v) belə buyurdu: Mehdi ilə müjdələnin. O Qüreyşin və Əhli-beytimdən bir adamdır. O insanların ixtilaf və ictimai sarsıntılar içində olduqları bir sırada çıxar. O, daha əvvəl zülm və münaqişə ilə dolu olan dünyanı ədalət və insaf ilə doldurur. Ondan yer və göy əhli razıdır. O malı insanlar arasında bərabər paylayır. Məhəmməd ümmətinin qəlblərini zənginliklə doldurur və ədaləti onları əhatə edir. O qədər ki; bir münadiyə "Kimin ehtiyacı varsa mənə gəlsin" deyə səslənməsi əmr edildikdə, bir adamdan başqa heç kəs gəlməz. O kimsə istəyini deyər. O da "xəzinədara get sənə versin" deyər. O da "Mehdinin göndərdiyini" söyləyərək xəzinədardan gücü çatdığı qədər mal alar, lakin daha sonra peşman olaraq, "Mən hər kəsdən daha möhtacam ki, kimsə getmədi mən getdim" deyərək, aldığı malı geri qaytarmaq istəyər, o zaman xəninədar belə deyər: "Biz verdiyimizi geri almarıq ". Bu dövr altı, yeddi, səkkiz və ya doqquz il davam edər. Bundan sonrakı həyatda isə xeyir yoxdur. (Hz. İsa (ə.s)-ın qırx illik dövrü istisna olmaqla)

 

  • Qar üzərində sürünərək də olsa Mehdiyə qatılmaq əmri

2.6 --- İbn Əbu Şeybə və Nəim ibn Hammad Fiten adlı əsərdə, İbn Macə və Əbu Nəim isə ibn Məsuddan təxric etdilər. O dedi ki: Biz bir ara Peyğəmbər (s.ə.v)-in yanındaykən Haşim oğullarından bir qrup gənc gəldi. Peyğəmbər (s.ə.v) onları gördükdə gözləri doldu və rəngi dəyişdi. Dedim ki, "nə oldu ki, sevmədiyin bir şeyi üzünüzdə görürük". Buyurdu ki: “Biz elə bir Əhli-beytik ki, Allah bizlərə dünyanı deyil axirəti verdi. Şübhəsiz ki, Məndən sonra Əhli-beytim bəla və möhnətlərlə qarşılaşacaqlar. Şərq tərəfindən qara bayraqlı bir qövm gələnə qədər. Bunlar haqqı istəyərlər, amma verilməz. Vuruşarlar, müzəffər olarlar, istədikləri verilir.

Lakin o Haqq, Əhli-beytimdən birinə verilməyincə qəbul etməzlər. O (Mehdi) ərzə sahib olar və özündən əvvəl təzyiq və zülmlə dolu olan ərzi ədalətlə doldurar. Sizdən Ona kim çatsa, qar üzərində sürünərək belə olsa gəlsin, Ona qatılsın. Çünki O, Mehdidir.

 

3- HZ. MEHDİ ZAMANINDAKI BOLLUQ

  • Zamanın inkitaa məruz qaldığı, gələcək olan hz. Mehdinin lütfü

1.31 --- Nəim və Əbu Nəim, Əbu Səiddən təxric etdi, O dedi Rəsulullah (s.ə.v) buyurdu: Zamanın inkitaa məruz qaldığı (sistemlərin dəyişdiyi) bir dövrdə, Mehdi deyilən bir adam gələcək və lütfü bol və gözəl olacaq.

1.34 --- İbn Əbu Şeybə, Əbu Səiddən təxric etdi, O dedi, Rəsulullah (s.ə.v) buyurdu: Fitnələrin zühur etdiyi və zamanın boğaz, Əhli-beytimdən bir adam çıxacaq, onun atası bol olacaq.

1.26 --- Əbu Yala və ibn Asakir Əbu Səiddən təxric etdilər, o dedi Rəsulullah (s.ə.v) buyurdu: Axırzamanda fitnələrin zühuru zamanı, zamanın arası kəsildiyi, bir əmir olar ki, insanlara ilk lütfü ondan sədəqə qəbul edənlərin olmaması qayğısı ilə, ona üz tutan kəsin qucağına daşıya biləcəyi qədər bol mal verməsidir. Bu mal insanların rahatlığa qovuşması üçündür.

 

  • Hz. Mehdinin malı saymadan paylaması

1.27 --- Əhməd və Müslim Əbu Səiddən təxric etdi və Cabir də Rəsulullah (s.ə.v)-dan rəvayət etdi, buyurdu ki: Axırzamanda bir xəlifə olacaq, malı sayıb hesab etmədən bölüşdürəcək.

1.22 --- Bəzzar Cabirdən təxric etdi, dedi ki, Rəsulullah (s.ə.v) belə buyurdu: Ümmətim arasında bir xəlifə olacaq, malı paylayaraq və saymadan verəcək.

1.23 --- Əhməd Əbu Səiddən təxric etdi, O dedi ki, Rəsulullah (s.ə.v)-in belə buyurduğunu eşitdim: Əmirlərinizdən bir əmir olacaq ki, malı paylayacaq, saymayacaq. Biri Ondan mal istədiyində "AL" deyər, ətəyini açar və o da doldurar.

 

  • Hz. Mehdinin işçilərə intizamlı, tənbəllərə mərhəmətli olduğu

1.35 --- Nəim Tavusdan təxric etdi, buyurdu ki: Mehdi gəldiyi zaman malı çox verir. İşçilərlə intizamlı davranar, tənbəllərə mərhəmət edər.

  • Hz. Mehdi zamanında ümmətin nemətlənəcəyi

1.29 --- Əbu Nəim və Hakim, Əbu Səiddən təxric etdilər, Rəsulullah (s.ə.v.) belə buyurdu: Ümmətim arasında Mehdi çıxacaq, Allah Onu nemətləndirəcək, heyvanlar bol-bol yeyib-içəcək, ərş bitkisini çıxaracaq, mal "Səhər" üzrə (səviyyə üzrə) veriləcək.

 

  • Hz. Mehdi zamanında istəyənə istədiyi qədər mal veriləcəyi

1.26 --- Darəqutni İfrad adlı, Tabarani isə Evsad adlı əsərlərində Əbu Hureyrədən təxric etdilər, Peyğəmbər (s.ə.v)-dən: Ümmətim arasına Mehdi gələcəkdir. Ömrü qısa olsa yeddi, yoxsa səkkiz, yoksa doqquz il. O zaman ümmətim yaxşısı, pisi, hamısı misli görünməyən nemətlərlə nemətlənər. Allah onlara bol yağış göndərər. Ərş nəbatatdan bir şey gizlətməz. Mal alçaq olar. Bir adam qalxıb belə deyər: "Ey Mehdi mənə ver", o da "AL" deyər.

1.25 --- İbn Macə Əbu Səiddən təxric etdi, Peyğəmbər (s.ə.v) belə buyurdu: Ümmətim arasında Mehdi çıxacaq, əgər qısa olarsa yeddi, yoxsa doqquz. O zaman ümmətim, əsla bənzəri görülməmiş şəkildə, bolluq içində nemətə qovuşacaq. Yer üzü yeyiləcək şeylərini verəcək, onlardan heç bir şey gizlətməyəcəkdir. O gün mal alçaq olar. Bir adam qalxar və "Ey Mehdi mənə ver, mənə ver" deyər. O da, onun daşıya biləcəyi qədər paltarına doldurar.

1.24 --- Tirmizi, Əbu Səid-ül Hudridən gözəl deyərək təxric etdi, Peyğəmbər (s.ə.v) belə buyurdu: Ümmətim arasında Mehdi çıxacaq beş, yeddi və ya doqquz il yaşayacaq. (Ravi bu sayda şübhə etdi). Biri ona gəlir "Ya Mehdi mənə ver, mənə ver" deyər. O da, onun daşıya biləcəyi qədər paltarına doldurur.

1.21 --- İbn Əbi Şeybə Matardan təxric etdi ki: Bir gün Matarın yanında Ömər ibn Əbdüləzizdən bəhs edildikdə o belə cavab verdi: Bizə çatdığına görə, Mehdi elə bir şey edəcək ki, Ömər ibn Əbdüləziz onu etməmişdir. Bunun nə olduğu soruşulduğunda Matar belə cavab verdi: Biri Mehdiyə gəlib ondan bir şey istəyər və özünə: "Xəzinəyə gir istədiyin qədər al" deyilir, o adam girər və çıxar. Ancaq insanları tox gözlü gorur peşman olaraq Mehdiyə dönər və "Mənə verdiyini geriyə al" deyər. O isə imtina edər və belə cavab verir: "Biz verərik və almarıq."

 

  • Hz. Mehdinin malı Allah yolunda bölüşdürəcəyi

1.36 --- Nəim ibn Hammad, hz. Ömər ibn Həttabdan təxric etdi ki: Hz. Ömər bir gün xəzinədara girdi və dedi ki; "mal və silahdan olan xəzinədə olan xəzinələri buraxım yoxsa Allah yolunda dağıdımmı?" Hz. Əli ibn Əbi Talib (r.ə) dedi ki: "Ey Əmirəlmöminin, sən onun müşayiətçisi deyilsən, sən öz işinə bax, onun sahibi Axırzamanda gələcək bizdən bir gəncdir və malı Allah yolunda o paylayacaq".

 

  • Hz. Mehdinin zamanında yaşamağı arzu etmək

1.39 --- Həmçinin, (Nəim) Lehiadən təxric etdi. Dedi ki: Mehdinin zamanında, kiçiklər kaş ki, mən böyük olsaydım, böyüklər də kaş ki mən kiçik olsaydım deyə arzu edərlər.

1.38 --- Nəim Tavusdən təxric etdi, dedi ki: Mən Mehdiyə çatana qədər ölməmək istədim. Çünki onun dövründə yaxşı insanların yaxşılığı artar, pislərə qarşı yaxşılıq edilər.

 

II HİSSƏ

HZ. MEHDİNİN SOYU VƏ XÜSUSİYYƏTLƏRİ

1- HZ. MEHDININ SOYU

• Hz. Mehdinin adının "Məhəmməd" olduğu

3.8 --- Həmçinin, (N. ibn Hammad) hz. Əlidən təxric etdi. Buyurdu ki: Mehdinin adı Məhəmməddir.

3.9 --- Həmçinin, (N.ibn Hammad) Əbu Səidül Hudridən təxric etdi. Peyğəmbər (s.ə.v) buyurdu: Mehdinin adı mənim addımdır.

2.4 --- Tirmizi ibn Məsuddan səhih deyərək təxric etdi. Peyğəmbər (s.ə.v) buyurdu ki: Əhli-beytimdən bir adam idarəni ələ alır. Onun adı adıma uyğundur.

• Mehdinin Peyğəmbərimiz (s.ə.v)-in soyundan və hz. Fatimə (r.ə) övladından olduğu

2.2 --- Əbu Davud, ibn Macə, Tabarani və Hakim, Ümmü Sələmədən təxric etdilər. O dedi, mən Rəsulullahın (s.ə.v)-dən eşitdim, belə buyururdu: Mehdi Mənim soyumdandır və Fatimənin övladındandır.

2.23 --- Həmçinin, (N.ibn Hammad) hz. Əlidən təxric etdi, buyurdu ki: Mehdi bizdən Fatimə övladından bir rəsuldur.

2.22 --- Həmçinin, (N.ibn Hammad) Zühridən təxric etdi, buyurdu ki: Mehdi, Fatimə övladındandır. (Dövründə) onunkundan başqa xilafət yoxdur.

2.20 --- Nəim ibn Hammad, Katadeyə təxric etdi ki: Mən Səid ibn Müyessebə "Mehdi haqdır" dedim. O da "bəli" dedi. "O kimdəndir?" -dedim. "Fatimənin övladındandır" dedi.

• Hz. Fatimə (r.ə.)-ə verilən müjdə

2.18 --- İbn Asakir hz. Hüseyndən təxric etdi. Peyğəmbər (s.ə.v) buyurdu: Müjdələr olsun sənə, ya Fatimə. Mehdi səndəndir.

2.17 --- Əbu Nəim hz. Hüseyndən təxric etdi. Peyğəmbər (s.ə.v) hz. Fatiməyə belə buyurdu: Mehdi, sənin övladındandır.

• Cənnətin əfəndisi olan yeddi adam

2.3 --- Hakim, ibn Macə və Əbu Nəim, hz. Ənəsdən təxric etdilər. Mən Rəsulullah (s.ə.v)-dən eşitdim. Belə buyurdu: Biz Əbdülmütəllibin övladından yeddi adam, cənnətin əfəndiləriyik. Mən, Həzmə, Əli, Cəfər, Həsən, Hüseyn və Mehdi.

• Hz. Mehdinin bir gecədə yetkinləşdiriləcəyi

2.1 --- Əhməd ibn Əbi Şeybə, ibn Macə və Nəim ibn Hammad Fitən adlı kitabda hz. Əlidən təxric etdilər, Rəsulullah (s.ə.v) buyurdu: Mehdi, bizdən Əhli-beytdəndir. Allah onu bir gecədə islah edər. (yetkinləşdirər).

2.28 --- İbi Mundi, “İsfahan tarixi” adlı əsərində ibn Abbasdan təxric etdi ki: Mehdi Əhli-beytdəndir.

• Hz. Mehdinin gəlişi ilə insanların fitnədən xilas olacağı

2.8 --- Nəim ibn Hammad və əbu Nəim, Mekhul tariqi ilə hz. Əlidən təxric etdilər. Dedi ki: Dedim, "Ya Rəsulullah (s.ə.v), Mehdi bizdən Ali-Məhəmməddənmi, yoxsa bizim qeyrimizdəndir? ". Buyurdu ki: “Xeyr, əksinə bizdəndir. Allah bu dini necə bizimlə başlamışsa onunla sona çatdıracaq. Və onlar bizimlə necə şirkdən qurtulmuşlarsa, onunla da fitnədən xilas olacaqlar. Allah bizimlə insanların necə şirk-ədavətindən qurtararaq, onların ürəklərinə ülfət və məhəbbət yerşləşdirmiş və din qardaşı edibsə, Mehdi ilə fitnə ədavətindən qurtaracaq və qardaş edəcək.

2.7 --- Tabarani Evsaddən Amr ibn Əli tariqi ilə hz. Əli ibn Əbi Talibdən təxric etdi: Hz. Əli Peyğəmbər (s.ə.v)-ə "Ya Rəsulullah, Mehdi bizdən yoxsa bizim qeyrimizdəndir? "-deyə soruşdu. Buyurdu ki: “Əksinə bizdəndir. Cənabı-Haqq İslamı necə bizimlə başlatmışsa onunla sona çatdıracaq. Necə, bizimlə onlar aralarındakı şirk və ədavətdən xilas olmuş və ürəklərinə ülfət və məhəbbət yerləşmişsə, (onun gəlişi ilə) yenə elə olacaq.”

• Hz. Mehdinin hz. Abbas (r.ə) övladından olduğu

2.24 --- Nəim ibn Həmmad Kabdan təxric etdi. Buyurdu ki: “Mehdi hz. Abbas övladındandır”.

2.25 --- Darəqutni İfrad da ibn Asakir Tarixindən hz. Osman ibn Affandan təxric etdilər. O dedi ki, Peyğəmbər (s.ə.v)-dən belə eşitdim. Buyururdu ki: “Mehdi əmim Abbasın övladındandır”.

(Bu hədisi-şəriflər, hz. Mehdinin ana cəhətindən soyunun hz. Abbas (r.ə) dayana biləcəyini göstərir.)

2- Hz. Mehdinin xüsusiyyətləri

• Hz. Mehdinin adı, ləqəbi və əxlaqı

2.9 --- Əbu Nəim Huzeyfədən təxric etdi, Rəsulullah (s.ə.v) buyurdu: Əgər dünyadan bir gün belə qalsa, Allah adı mənim adıma, əxlaqı mənim əxlaqıma tabe olan və ləqəbi də Əbu Abdullah olan bir rəsulu göndərəcək.

2.11 --- Tabarani Kəbirində və Əbu Nəim ibn Məsuddan təxric etdilər. O dedi, Rəsulullah (s.ə.v) buyurdu: “Əhli-beytimdən adı mənim adım, əxlaqı mənim əxlaqının olan bir övladım çıxacaq və daha əvvəl zülmlə dolu olan dünyanı, O ədalətlə dolduracaq”.

• Hz. Mehdinin əməlində eyib və zülm olmayacağı

1.18 --- Nəim Kaabdan təxric etdi, buyurdu ki: “Mən Mehdini Peyğəmbərlərin Suhufunda belə taparam. Mehdinin əməlində nə zülm, nə də eyib yoxdur.”

• Hz. Mehdinin incə burunlu və açıq alınlı olduğu

3.1 --- Əbu Davud, Nəim ibn Hammad və Hakim əbu Səiddən təxric etdilər. Rəsulullah (s.ə.v) buyurdu: “Mehdi məndəndir. İncə burunlu və açıq alınlıdır. Zülmlə dolu olan dünyanı ədalətlə dolduracaq və yeddi il məlik olacaq”.

3.2 --- Əbu Səid Peyğəmbər (s.ə.v)-dən təxric edildi: “Mehdi bizdəndir, alnı açıq və incə burunludur.”

• Hz. Mehdinin qaşları, gözləri və üzünün parlaqlığı

3.5 --- Həmçinin, (N. ibn Hammad) Məhəmməd ibn. Cüberyrdən təxric etdi: Buyurdu ki: “Mehdinin qaşları incə, üzü parlaq və gözlərinin qarası böyük olacaq. Hicazdan gəlib Şamdan minbərə oturduğunda 18 (40) yaşında olacaq”.

• Sağ yanağında qara bir xalın olduğu və yaşı

2.15 --- Əbu Nəim əbu Ümamədən təxric etdi, O dedi, Rəsulullah (s.ə.v) buyurdu: Sizinlə insanlar arasında dörd sülh razılaşması olacaq, dördüncü sülh, Herakl əhlindən bir adam vasitəsilə olar və bu yeddi il davam edər. Bir adam "ya Rəsulullah (s.ə.v), o gün insanların imamı kimdir?"- dedi. Buyurdu ki: “Övladımdan qırx yaşındakı "Mehdi" dir. Üzü parlayan ulduz kimi, yanağında qara bir xal vardır, əynində kutvani iki əba tapılar. Rəftarı İsrail oğullarına bənzəyər. Xəzinələri çıxarar və şirk diyarlarını fəth edər.

• Dişlərinin aralı olduğu

1.30 --- Əbu Nəim Abdurrahman ibn Avfdən təxric etdi, Rəsulullah (s.ə.v) buyurdu: “And içirəm ki, Allah mənim soyumdan bir adam göndərəcək. Onun dişləri aralı və alnı genişdir. Yer üzünü ədalətlə dolduracaq və malı bol şəkildə paylayacaq.

• Dilində ağırlıq olacağı

3.4 --- Həmçinin, (N. ibn Hammad) əbu Tufeyldən təxric etdi: “Rəsulullah (s.ə.v) Mehdini təsvir etdi, dilində ağırlıq olacağını və sözün tələffüzünün ona çətin gəldiyində sağ əlini sol dizinə vuracağını dedi, adı adım, atasının adı atamın adıdır”-deyə buyurdu.

• Ayaqlarının aralı olduğu

3.10 --- Əbdül Qafir Farisi Mecma-il Qaraib kitabında və ibni Cevzi Fil Qaribil hədisi və ibn Əsirin Nihayədən təxric etdilər, hz. Əli hədisi haqqında dedilər ki: Hz. Mehdi hz. Həsənin nəslindəndir. Ayaqdları aralıdır.

• Rəftarının İsrail oğullarınınkına bənzəyəcəyi

3.3 --- Nəim ibn Hammad Abdullah ibn Harisi təxric etdi, buyurdu ki: Mehdi sanki İsrail oğullarından bir rəsuldur. (Rəftarı onlara bənzəyər, yəni heybətli və cəsarətli)

• Hz. Mehdinin Allahdan çox qorxan biri olduğu

3.11 --- Nəim ibn Hammad, Kabdan təxric etdi. Buyurdu ki: “Mehdi, kərkəs quşunun qanadının titrəməsi kimi Allahdan çox qorxan bir kəsdir”.

• Hz. Mehdinin digər xüsusiyyətləri

3.6 --- Həmçinin, (N. ibn Hammad) hz. Əli ibn Əbu Talibdən təxric etdi. O dedi ki, Mehdinin doğum yeri Mədinədir, Peyğəmbər (s.ə.v)-in Əhli-beytindəndir. Adı Peyğəmbər (s.ə.v.)-in adıdır. Hicrət edəcəyi yer Beytül-Makdis (Qüds)-dür. Saqqalı sıxdır, gözləri sürməli olacaq. Dişləri parlaqdır, üzündə bir xal vardır. Çiynində Peyğəmbər (s.ə.v)-in əlaməti vardır. Peyğəmbər (s.ə.v)-in bayrağı ilə çıxacaq. O bayraq dördbucaqlı olub dikişsizdir və rəngi də qaradır. Onda bir hicr (halə) vardır. O Rəsulullah (s.ə.v)-in vəfatından bəri açılmamışdır, Mehdi çıxdıqda açılacaq. Allah üç min mələyi Mehdiyə kömək üçün göndərəcək və mələklər ona qarşı müxalifətdə olanların üzünə və arxasına vuracaq.

O, yaşı otuz ilə qırx arasında (qırx yaşında) olduğu halda göndəriləcək.

• Böyüklərin və kiçiklərin arzuladıqları

1.40 --- Həmçinin, (N. ibn Hammad) Sabahdan təxric etdi, O dedi ki, Mehdi insanlar arasında otuz doqquz il gözləyər. (Qırx da çıxar). Kiçiklər böyük, böyüklər də kiçik olmaq arzusunda olar.

2.27 --- Nəim ibn Hammad ibn Abbasdan təxric etdi ki, Mehdi Bizim Əhli-beytdən bir gəncdir. Yaşlılarımız ona çata bilməyəcək, gənclər isə onu ümid edəcəklər. Allah istədiyini edəcək.

• Yer və göy əhlinin ondan razı olacağı

2.16 --- Ravyani Müsnəd adlı əsərində və əbu Nəim Huzeyfədən təxric etdi, Rəsulullah (s.ə.v) buyurdu: Mehdi mənim övladımdan bir rəsuldur. Rəngi ərəbi, cismi israili cismidir. Sağ yanağında parlayan ulduz kimi bir xal var. Əvvəlcə zülmlə dolu olan yer üzünü ədalətlə dolduracaq. Onun xilafəti dövründə yer və göy əhli, havadakı quşlar belə ondan razı olacaq.

 

 

III HİSSƏ

HZ. MEHDİNİN ZÜHURUNDAN ƏVVƏLKİ ƏLAMƏTLƏR

1-GÖRÜLƏCƏK FİTNƏLƏR

• Ahlas (Dəvəçulu) fitnəsi

4.3--- Nəim ibn Hammad Əbu Səid-ül Hudridən təxric etdi. O dedi, Rəsulullah (s.ə.v) buyurdu: Məndən sonra fitnələr görüləcək. O fitnələrdən biri də "Ahlas" (Dəvəçulu) fitnəsidir. Orada hərb və hicrətlər olar. Sonra ondan daha şiddətli bir fitnə olar, kəsildi deyilərkən, sonra daha da davam edər və fitnənin girmədiyi heç bir ev və toxunmadığı heç bir müsəlman qalmaz. Bu hal soyumdan bir adam çıxana qədər davam edər.

• Davam edən fitnələr

1.1--- Tabarani Evsadda Talha ibn Ubeydullahdan, o da, Peyğəmbər (s.ə.v)-dən rəvayət etdi ki: Hələ bir tərəfdə sönmədən, digər tərəfdə alovlanan fitnələr görüləcək və səmadan bir münadinin, "Əmriniz bu kəsdir" şəklindəki nidasına qədər belə davam edəcək.

1.6--- Nəim ibn Hammad, Səid ibn Müseyyəbdən təxric etdi. Buyurdu ki: Başlanğıcı uşaq oyuncağı kimi sadə olan, lakin, bir tərəfdə sükunət tapsa da, digər tərəfdə genişləyərək davam edən və ancaq səmadan bir münadinin üç dəfə "Oyanın, bu əmir sizin həqiqi əmirinizdir" deyənə qədər sona çatmayan fitnələr görünər.

1.9--- Nəim ibn Hammad, İshaq ibn Yəhyadan, O da anasından (ki, O keçmiş üləmadan idi) rəvayət etdilər ki: Zübeyr öldürüldüyündə mən anama bu fitnənin bizim həlak edəcəyini söylədiyim zaman, O: "xeyr, ey oğlum" dedi. Bundan sonra elə bir fitnə var ki, insanlar onda həlak olar. İşlər səmadan bir münadinin "Filankəsə uyun" deməsinə qədər düzəlməz.

4.2--- Tabarani Avf ibn Malikdən təxric etdi, Peyğəmbər (s.ə.v) buyurdu: Tozlu, tüstülü, qaranlıq bir fitnə görünəcək, bunu digərləri izləyəcək. Əhli-beytimdən özünə Mehdi deyilən bir şəxs çıxana qədər. Əgər ona çatarsan, ona tabe ol və hidayətə çatanlardan ol.

• Qılıncla qarşıdurmaya çevrilən fitnələr

4.1--- İbn Əbi Şeybə, Əbi Celddən təxric etdi, O dedi ki: Bir fitnə görülər, bunu digər fitnələr təqib edər və birincilər sonuncuların qılıncla qarşıdurmaya dönüşünü qamçılayar və bundan sonra bütün haramların halal sayılacağı bir fitnə gələr. Sonra da xilafət, yer üzünün ən xeyirlisi olan Mehdiyə evində oturarkən üz tutacaqlar.

• Fitnələrin ən şərlisi

4.7--- Dani Hakim ibn Uyeynədən təxric etdi, O dedi ki: “Mən Məhəmməd ibn Əliyə dedim ki, "Eşitdiyimizə görə sizdən bir adam çıxacaq, bu ümmət arasında ədalətli olacaq" O, cavabında: "Biz də insanların ümid etdiyinə ümid etməkdəyik və ümid edirik ki, dünyadan bir gün qalsa belə, Allah Təala o günü uzadar, bu ümmətin ümid etdiyi olsun"”. Ancaq ondan əvvəl fitnələr görünəcək. Bu fitnələrin içində ən şərlisi, bir adamın mömin olaraq axşama çatması, amma səhər kafir olaraq qalxması və mömin olaraq səhərləməsi lakin, kafir olaraq axşama çatmasıdır.

• Hz. Mehdinin insanlar üçün ən sevimli bir insan olması

4.8--- Dani Sələmə ibn Züferdən təxric etdi, dedi ki: “Bir gün Huzeyfənin yanında Mehdinin çıxdığı deyildi. O dedi ki: Siz, əgər aranızda hz. Məhəmməd (s.ə.v)-in səhabələri olduğu halda o çıxarsa rahatlıq tapdınız. Şübhəsiz ki, o, insanların qarşılaşdıqları şərlərə görə, Qaibin (Mehdinin) özlərinə insanların ən sevgilisi olmadıqca çıxmayacaq.

• Kufə məscidinin divarının yıxılması

4.9--- Əbu Abdullah Hüseyn ibn Əli (r.ə)-dən buyurdu ki: “Kufə məscidinin Abdullah ibn Məsudun evinin tərəfindəki divarı yıxıldığında, o zaman o qövmün mülkünü itirməsidir və o mülkün yox olması əsnasında da Mehdi zühur edər.

• Açıq şəkildə Allah Təalanı inkar edən kəslərin olacağı

4.6--- Keza (N. ibn Hammad), Əbu Hureyrədən təxric etdi, Dedi ki: “Açıq şəkildə Allah Təala inkar edilmədikcə Mehdiyə beyət edilməz”.

• Misirdə Qüreyşdən çıxacaq bir adam hadisəsi

H. 30--- Deyləmi, Əbu Əli Mərdanidən (ravi silsiləsi ilə) o da Əbu Zərdən, o da Rəsulullah (s.ə.v)-dən rəvayət etdilər. Buyurdu ki: “Misirdə Qüreyşdən bir adam çıxar, yastı burunludur. Məğlub olar və mülkünü yox edər və Romaya qaçar. Onları götürüb İskəndəriyyəyə gətirər və müsəlmanlarla döyüşər və ilk qanlı hərb bu olar.

H. 31--- İbn Asakir Tarixində, Əbu Zərə əsaslanan ravi silsiləsi ilə rəvayət etdilər. Rəsulullah (s.ə.v) buyurdu: Misirdə Əməvi soyunda burnu yastı biri çıxar. Məğlub olar və ya mülkünü yox edər, Romaya qaçar. Onları İskəndəriyyəyə gətirər və Əhli-İslam ilə döyüşərlər. Bu qanlı hərbin ilki olar.

(Bu, Allahu aləm 1879-cu ildə Misirdə baş verən Məmməd Tofiq Paşa ilə əlaqədar hadisələrdir)

 

2-FƏRAT ÇAYINDA QIZILDAN BİR DAĞIN ORTAYA ÇIXMASI

• Dörd müxtəlif fitnə, qızıl mədən fitnəsi

4.31--- Nəim ibn Hammad Fitənində səhih bir sənədlə Müslimdən nəqllə hz. Əli (r.ə.)-dən təxric etdi. Buyurdu ki: Fitnələr dörddür. Bolluq fitnəsi, darlıq fitnəsi, qəza fitnəsi və qızıl mədəninin zikri. Sonra da Peyğəmbər (s.ə.v)-in soyundan biri çıxar və Allah onun əliylə insanların işini islah edər.

• Fəratın altından bir dağ ortaya çıxarması

4.24--- Əbu Hureyrə (r.ə.)-dən rəvayət edildi, Rusulullah (s.ə.v.) buyurdu: 4-cü fitnə on səkkiz gün (və ya il) davam edər. Sonra açılar. O zaman Fərat çayı altından bir dağı ortaya çıxarmış olar. Ümmət ora yığışar. Belə olduqda hər doqquzdan yeddisi öldürülər.

• Fəratın ortaya çıxaracağı altından kimsənin bir şey götürməməsi əmri

4.28--- Fərat altından bir xəzinəni harada isə ortaya çıxaracaq. Kim onda hazır olsa ondan bir şey götürməsin. (Bu hədisə Buxari və Müslimdə təxric etmişlər.)

4.29--- Əbu Davud, Əbu Hureyrədən təxric etdi. Buyurdu: Fərat qızıldan və gümüşdən bir dağı ortaya çıxaracaq. Bunun üzərində hər doqquzundan yeddisi öldürülər. Siz ona çatdığınızda ona yaxınlaşmayın. (Bu hədisi Nəim ibn Hammada Əbu Hureyrədən nəqllə Fitən adlı kitabda yazır.)

• Fəratın qızılları mübarizəsində hər yüzdən doxsan doqquzun öldürüləcəyi

4.25--- Nəim ibn Hammad Fitən adlı Kitabında təxric etdi ki: Fərat demək olar ki, qızıldan bir dağı ortaya çıxaracaq, insanlar bunu eşitdiklərində oraya gələrlər və oradakı bir kimsə: "Vallah, insanlar buraxılsa bunun hamısını götürüb apara bilərlər" deyər. Bunun üzərində bir bir-biriylə döyüşərlər. Bu döyüşdə hər yüz adamdan doxsan doqquzu ölər. (Bu hədisi Əhməd ibn Hənbəldə təxric etmişdir. )

4.30--- Fərat altından bir dağı ortaya çıxarar. Onun üzərində insanlar vuruşarlar. Hər yüzdən doxsan doqquzunun öldürülər. Qiyamət ancaq gündüz qopacaq. (İbn Asakir, Əbu Hureyredən təxric etmişdir.)

4.27--- Tabarani, Übeydən təxric etdi. Dedi ki: Üzərində insanların hər yüzdən doxsan doqquzunun öldürüləcəyi qızıldan bir dağı Fərat ortaya çıxarmadıqca qiyamət qopmaz. Onlardan hər birisi "Kaş ki, mən götürmüş olsaydım" deyəcək. (Müslim də bu hədisi Əbu Hureyrədən təxric etmişdir.)

4.26--- Müslim Ubeydən təxric etdi. Dedi ki: Fərat qızıldan bir dağı ortaya çıxarmadıqca qiyamət qopmayacaq. O zaman insanlar onun üzərində döyüşəcək və hər on nəfərdən doqquzu öləcək. (Bu hədisi ibn Macədə Əbu Hureyrədən rəvayət etmişdir.)

 

3-HZ. MEHDİNİN ZÜHUR ZAMANINI VERƏN ƏLAMƏTLƏR

ZÜHUR İLİNİ VERƏN ƏLAMƏTLƏR

• Yeddi il davam edəcək 4 sülhdən sonra hz. Mehdinin zühur edəcəyi

2.15--- Əbu Nəim Əbu Umamədən təxric etdi, Resulllah (s.ə.v) buyurdu: “Sizinlə insanlar (Bir nüsxədə romalılar deyilir) arasında dörd sülh olacaq, dördüncü sülh, Herakl əhlindən bir adam vasitəsilə olar və bu yeddi il davam edər. Bir adam, "Ya Rəsulullah (s.ə.v), o gün insanların imamı kimdir?" dedi. Buyurdu ki: Övladımdan qırx yaşında Mehdidir. Üzü parlayan ulduz kimidir, yanağında qara bir xal vardır, üzərində iki əba olar. Rəftarı İsrail oğulları dövlət liderlərinə bənzəyər xəzinələri çıxarar və şirk diyarlarını fəth edər. (Rəftarı İsrail oğulları dövlət liderlərinə bənzəməsi, onlar kimi heybətli və igid mənasını verir.)

• Quyruqlu ulduzun görünməsinin zühur əlaməti olduğu

4.19--- Nəim Kaabdan təxric etdi. Dedi ki: “Mehdinin çıxışından əvvəl, şərqdən parlaq quyruqlu bir ulduz doğulacaq.”

• Qara bayraqlı ordunun çıxışı ilə Mehdinin zühuru arasında 72 ay olduğu

7.17--- Nəim ibn Hammad Məhəmməd ibn Hənəfidən təxric etdi, O belə dedi: “Abbas oğullarına aid qara bayraqlı bir başqa ordu çıxar. Sonra Xorasandan yenə qara bayraqlı bir başqa ordu çıxar. Onların sarıqları qara, paltarları ağ olar. Və başlarında Şueyb ibn Saleh Temimi olar. Süfyaninin ordusunu məğlub edərək Beytül-Makdisə enər. Mehdinin səltənətini hazırlayarlar. Şamdan üç adam da ona kömək edər. Bu ordunun çıxışı ilə Mehdiyə səltənətin təslimi arasında yetmiş iki ay vardır.

 

AYLARA GÖRƏ ƏLAMƏTLƏR

• Hz. Mehdinin gəlişindən əvvəlki aylarda zühur edəcək əlamətlər

6.13--- Dani Şəhər ibn Havşebdən təxric etdi. Dedi ki, Rəsulullah (s.ə.v) buyurdu: Ramazanda bir səda, Şəvvalda bir səs, Zilqəddədə qəbilələr arasında döyüş olar. Hacılar talana uğrayar. Minada ölülərin çox olacağı bir döyüş olar, belə ki, orada daşları qan gölü içində buraxacaq qədər qan axar. İnsanlar nəhayət Mehdiyə üz tutarlar və Rükn ilə Mövqe arasında, özü istəmədiyi halda, ona beyət edərlər. "Əgər qəbul etməzsənsə boyununu vurarıq" deyərlər. Yer və göy əhli ondan razı olar.

Zühurundan əvvəl ramazan ayındakı əlamətlər

 

• Ramazanda görüləcək ay və günəş tutulmaları

4.15--- Darekutni Sunən Məhəmməd ibn Əlidən təxric etdi. O belə dedi: Bizim Mehdimiz üçün iki əlamət vardır ki, Allah səmavat və ərzi yaratdığından bu yana belə bir şey baş verməmişdir. Bunlar Ramazanın ilk gecəsində ay, yarısında isə günəş tutulmasıdır. Allah səmavat və ərzi yaratdığından bəri belə bir şey olmamışdır.

4.20--- Nəim, Şureykdən təxric etdi. Dedi ki, mənə çatdı ki, Mehdinin çıxışından əvvəl, Ramazanda iki dəfə ay tutulması olacaq.

• Şərqdən buynuz şəklində bir ulduzun doğuşu

4.17--- Nəim ibn Hammad Fitən və Əbu Cəfər, Məhəmməd ibn Əli (r.ə.)-dən təxric etdilər. Buyurdu ki: Abbasi, Xorasana çatdığı zaman şərqdə buynuz şəklində bir ulduz çıxar. Bu ulduz ilk çıxdığında Allah Nuh qövmünü həlak etmişdir. Hz. İbrahim atəşə atıldığında da çıxmışdır. Firon qövmü yox edildiyində və Yəhya ibn Zəkəriyya öldürüldüyündə də görünmüşdür. Siz o ulduzu gördüyünüzdə fitnələrin şərindən Allaha sığının. O ulduzun doğulması günəş və ay tutulmasından sonra olacaq. Sonra fitnələr "alaca qarğa" Misirdə zühur edənə qədər davam edər.

• Gecə şərqdən bir atəşin görülməsi

4.21--- Əli oğlu Əbu Abdullah Hüseyn (r.ə)-dən rəvayət edildi. Buyurdu ki: “Səmadan bir əlamət gördüyünüzdə, o şərqdən gecələri doğan böyük atəşdir. O zaman insanlar rahatlanacaqlar. O əlamət Mehdinin çıxışı deməkdir.”

4.18--- Kəsr ibn Mürnə Əl Huderidən buyurdu ki: “Ramazandakı hadisələrin əlaməti, özündən sonra insanlar arasında ixtilafın olacağı səmada bir əlamətdir. Sən ona çatsan, azuqəsini gücün çatdığı qədər çoxalt.” (Nəim ibn Hammadda bu hədisi təhric etdi)

4.22--- Əbu Cəfər ibn Məhəmməd ibn Əli (r.ə.)-dən rəvayət edildi. Buyurdu ki: Siz üç və ya yeddi gün, şərqdən bir atəşi gördüyünüz zaman Ali Məhəmmədin çıxmasını gözləyin, inşaAllah Allah, bir münadi Mehdinin adı ilə səmadan nida edəcək ki, şərqdə, qərbdə olan hər kəs bu səsi eşidəcək. Belə ki, yuxuda olanlar qorxudan oyanacaq, ayaqda olan bayılacaq, oturan isə ayağa duracaq. O səsi eşidib "razılıq edən" kimsəyə Allah rəhmət etsin. Çünki bu birinci səs Cəbrayılın səsidir.

• Səmadan bir münadinin səslənməsi

1.5--- Nəim hz. Əli (r.ə.)-dən rəvayət etdi ki: Səmadan bir münadi: "Haqq Ali Məhəmməddədir" şəklində qışqırdığı zaman Mehdi (ə.s.) zühur edər, hər kəs yalnız ondan danışar, onun sevgisini ehtiva edər və ondan başqa bir şeydən bəhs etməzlər.

1.7--- Keza (N. ibn Hammad) Əbu Cəfərdən təxric etdi, buyurdu ki: Səmadan bir münadi "Haqq Ali Məhəmməddədir", yerdən də bir münadi "Haqq Ali İsanın və ya Abbasındır" (Ravi burada şübhə etdi) deyəcək. Yerdən gələn səs şeytanın sözü, səmadan gələn səs isə Allahın uca sözüdür.

•  Ramazanın 15-ci gecəsində eşidiləcək səs

1.8--- Məhəmməd ibn Əlidən, buyurdu ki: O məlum səs, Ramazan ayında Cümə gecəsində olsa onu dinləyin və itaət edin. Əgər gündüzün sonunda olsa, o lənətlənmiş İblisin "Filan adam məzlum olaraq öldürüldü" şəklində səsidir. Bu səsin məqsədi, insanları şübhə və fitnəyə salmaqdır. O gündə çoxları tərəddüd və qarışıqlıq içində qalacaq. O, birinci səsi ramazanda eşitdiyinizdə, ondan şübhələnməyin, çünki o Cəbrayılın səsidir və bunun əlaməti Mehdinin və atasının adını zikr etməsidir.

• Günəşin əlamət olaraq doğulması

4.14--- Nəim ibn Hammad və Ebil Hasənil Hərbi Hərbiyyat adlı əsərlərinin birinci fəslində Əli ibn Abdullah ibn Abbasdan təxric etdilər. O dedi ki: Mehdi, günəş bir əlamət olaraq doğulmadıqca çıxmaz.

4.16--- Hafiz Əbu Bəkir ibn Əhməd ibn Həsən əl-Beyhaki və Hafiz Əbi Abdullah və Nəim ibn Hammad Abdullah Abbas (r.ə.)-dən təxric etdilər, buyurdu ki: Günəş əlamət olaraq doğulmadıqca, Mehdi çıxmayacaq.

• Zilqəddə ayında qəbilə döyüşlərinin başlaması

6.1--- Nəim ibn Hammad və Hakim, Əmr ibn Şueybdən, o atasından, atası da babasından təxric etdi, belə dedi Resullulah (s.ə.v.) buyurdu: Zilqəddə ayında qəbilələr döyüşər, hacılar qaçırılar,qanlı döyüşlər olar. Sahibləri (Mehdi) çəkinər və nəticədə istəmədiyi halda Əhli-Bədr sayında insan ona, Rükn və Mövqe arasında beyət edər. Yer və göy əhli də ondan razıdır.

• Mədinədəki böyük hadisə

4.5--- Keza (N. ibn Hammad) Əbu Hureyrədən təxric etdi. Buyurdu ki: Mədinədə böyük bir vaqiə olar. Elə ki, yağ daşları qan içində qalar. Bu hadisədə bir qadının öldürülməsi, bir qırmancın yellənməsi qədər asandır. Bu hadisə Mədinədən iyirmi dörd mil qədər yayılar. Sonra hz. Mehdiyə beyət edilər.

• Sufyani ordusunun Mədinəni xarab etdikdən sonra Bəydədə yerə batışı

4.38--- Məhəmməd ibn Samiddən dedi ki: Mən Əbu Abdullah Hüseyn bin Əli (r.ə.)-ə dedim: "Bu işin qarşısında əlamətlər vardırmı?" -ki Mehdinin zühurunun nəzərdə tutur- Dedi ki: "Bəli" dedim. "Nədir onlar?". Dedi ki: " Abbas oğullarının həlakı, Sufyaninin çıxması, Beydada batma". Mən yenə "Sənə canım qurban olsun, bu işin uzanmasından qorxuram" dedim. Dedi ki: "Bu iş təsbeh dənələri kimi ard-arda gələr."

• Hz. Mehdinin zühuru üçün beş əlamət

4.37--- Əbu Abdullah Hüseyn ibn Əli (r.ə.)-dən: Buyurdu ki: Mehdinin beş əlaməti olar. Bunlar, Süfyani, YəBəni, səmadan bir qışqırıq, Bəydədə ordunun batışı və günahsız insanların öldürülməsidir. (Minada hacıların öldürülməsi)

• Zilhəccə ayında hacıların öldürülərək talana uğradılması

4.32--- Əbu Nəim, hz. Əli (r.ə.)-dən təxric etdi. Buyurdu ki: Mehdi hər doqquzdan yeddi öldürülənə qədər çıxmaz. Günahsız insanların öldürülməsi onlardandır.

4.33--- İbn Əbi Şeybə, Mücahiddən təxric etdi. Peyğəmbər (s.ə.v)-in səhabələrindən bir adam mənə dedi ki: Günahsız insanlar öldürülmədən Mehdi çıxmaz. Günahsızlar öldürüldüyündə, onların öldürənlərə yer və göy əhli büğz edərlər. Mehdi insanlara üz tutar, onu yeni gəlin kimi eşq və məhəbbətlə qucaqlayarlar. O yer üzünü ədalət və gözəlliklə doldurar. Ərz nəbatatını çıxarar, göy də yağışını yağdırar. Ümmətim daha əvvəl görülməmiş şəkildə nemətlənər.

4.34--- Ammar ibn Yasir (r.ə.)-dən: Günahsız insanlar qətl edildiyi və qardaşı da Məkkədə öldürüldüyü zaman səmadan bir münadi: "Əmriniz filankəsdir. Məhz bu yer üzünü ədalətlə dolduracaq olan Mehdidir." Deyə səslənər. (Bu hədisi İmam Əbu Abdullah, Nəim ibn Hammad da Fitən adlı kitabında bunu təxric etdi.)

• Məhərrəm ayında Kəbədə hz. Mehdinin beyətləri qəbul etməsi

6.6--- Keza (N. ibn Hammad) Abdullah ibn Əmrdən təxric etdi. O belə dedi: "İnsanlar başlarında bir imam olmadan Həcc edərlər." Minaya endiklərində ətrafları, itlərin toplanması kimi sarılıb, qəbilələrin bir-birilə toqquşması kimi böyük döyüşlər olar. Belə ki ayaqlar qan gölü içində qalar. İnsanlar narahatlıqla onların ən xeyirlisinə qaçarlar. Və ona gəldiklərində onu Kəbə divarına yapışmış ağlayan bir halda taparlar. Peyğəmbər (s.ə.v.) buyurur ki: Mən sanki onun göz yaşlarını görür kimiyəm. Ona "Gəl sənə beyət edək." deyərlər. O isə, "Təəssüf sizə, nə qədər söz pozdunuz, nə qədər qan tökdünüz."-deyər və sonra istəmədiyi halda beyətlərini qəbul edər. Əgər siz ona çatsanız ona beyət edin, çünki o yerdə də, göydə də Mehdidir.

 

4- "İkdiddurər" ADLI KİTABINDAKI ƏLAMƏTLƏR

(Səhih hədisi-şəriflərdən yekunlaşdırılmış olaraq)

• Şərqdən gələn Moğol zəbti

5.1--- Çox kədərli vəziyyətlər və acınacaqlı mənzərələr görünər. Fitnələr ard-arda davam edər. Şərqdən bir İlç (əcəmi diyarındakı kafirlərdən qüvvətli biri) çıxar və Abbas oğullarının mülkünü yox edərək keçdiyi hər şəhəri fəth edər. Qarşısında heç bir bayraq sığına bilməz. Keçdiyi hər diyarı yandırıb-yaxar, istədiyi hər şeyi əldə edər. Allah ondan və ona tabe olanlardan mərhəməti qaldırmışdır. Ona üsyan edəni zülmə uğradar. Bunlar ağlayana mərhəmət etməz, şikayətçi olanlara da cavab verməz. Ana, ata, qız, kişi hər kəsi öldürər və əcəmi, İraq diyarlarını fəth edərək ümmətə kədərli əzab daddırarlar. Bunların arasında fitnə, şiddət, həlak və qaçışlar olar. Nə vaxt bitdi deyilər, yenə də davam edər. Bu hadisələr o qədər şiddətlənər ki, içinə girmədikləri bir ev və zərəri toxunmaqdığı bir müsəlman qalmaz. Çox iti qılıncların və şiddətli ixtilaflarla ümumi bəlaların gəlməsi, bu hadisələrin xüsusiyyətlərindəndir. (O zaman) Çürümüş sümüklərə qibtə edilər.

• Altmış yalançının çıxması

5.3--- Hər birisi özünün Tək Məbud olan Allahdan, rəsul olaraq göndərildiyini iddia edən altmış yalançının çıxması.

• Şərqdə, səmada üç gecə görünən bir atəşin çıxması

5.2--- Şərqdə, səmada üç gecə görünən böyük bir atəşin çıxması.

5.7--- Adətən şəfəq qırmızılığı kimi olmayan bir qırmızılığın səmada görünüb üfüqdə yayılması.

• Ramazanın 15-ci gecəsində eşidiləcək bir səda

5.14--- Ramazanın yarı gecəsində (15-ci gecədə) yuxuda olanı oyandıran və oyaqları da qorxudan bir səda.

5.11--- Səmadan ərz əhlinə şamil olan bir səs ki, hər kəs bunu öz dili ilə eşidər.

• Ramazanın ortasında günəşin, sonunda isə ayın tutulması

5.20--- Xalqa ibrət olsun deyə Günəşin oruc ayının ortasında, ayın isə sonunda tutulması Allah Təala Adəm (s.ə.v)-i yer üzünə endirdikdən bəri bu iki əlamət meydana gəlməmişdir.

• Şəvvalda döyüş səsləri, Zilhiccədə vuruşmalar və hacıların talana uğrayaraq öldürülməsi Cəmaziyül axir (şaban, ramazan) və Rəcəbdə heyrət oyandıran hadisələrin görülməsi.

5.15--- Şəvvalda döyüş səsləri, Zilhiccədə hərb və müharibə olar, yenə Zilhiccədə Hacı talana məruz qalar, hətta küçələrdə qandan keçilməz və haramlara girilər. Beytül-Muazzamın yanında böyük günahlar işlənər. Yenə Cəmaziyül axir (şaban, ramazan) və Rəcəb aylarında da bir çox heyrətamiz hadisələr görünər. Hərc-mərclik çoxalaraq davam edər. Üç nəfərdən biri öldürülər, üç nəfərdən biri də ölər. Başçıların da hamısı zalım olar. Adam mömin olaraq axşamlayar, kafir olaraq səhərləyər.

• Süfyaninin quru bir vadidən çıxması

5.22--- "Ciyər yeyənlərin oğlu" olan Süfyani quru bir vadidən çıxar. Kelp qəbiləsindən qaşqabaqlı, sərt ürəkli adamlardan bir ordu hazırlanar və bunlar hər tərəfə zülm edərlər. O, mədrəsə və məscidləri yıxar, rüku və səcdəyə gedən hər kəsi cəzalandırar. Zülm, fəsad və haqsızlıq çıxarar. Alim və zahidləri qətlə yetirər, bir çox şəhəri də işğal edər. Qan axıtmağı halal edərək, Ali-Məhəmmədə düşmən kəsilər. Təmiz insanlara xəyanətə icazə verər.

• Böyük şəhərlərin yıxılması

5.18--- Böyük şəhərlər, dünən sanki yoxmuş kimi məhv olar. Süfyani ilə ordusu çoxluq təşkil edən beş qəbiləni zəbt edər.

• Kafirlərin Ərəb yarımadasına enişi, xəlifənin öldürülməsi

5.16--- Kafirlər Ərəb yarımadasına enərlər, ordular təşkil edilər, xəlifə öldürülər, dərdlər böyüyər. Şam surları üzərinə bir münadi "Yaxınlaşan şərə görə vay ərəblərin halına" deyər.

• Şamda Haresta kəndinin batması

5.4--- Şamda Haresta deyilən bir kəndin batması.

5.9--- Bir çox insanı yox edən bir batma olması.

• Süfyani ordusunun Mədinə ilə Məkkə arasında Beydə deyilən yerdə yerə batması

5.23--- Süfyaninin ordusunun və onunla olanların Beydada batması.

• Rükn ilə Mövqe arasında bir Haşiminin öldürülməsi

5.19--- Rükn ilə Mövqe arasında bir Haşimi öldürülər

• Fitnələrin ən sonuncusunun günahsız Hacıların öldürülməsi olduğu

5.24--- Bu fitnələrin ən sonuncusu "Günahsız insanların" öldürülməsidir ki, artıq o zaman ondan hər kəsin razı olacağı bir gedişatda olan hz. Mehdi çıxar.

• İkdiddurərdə zikr edilən digər əlamətlər

5.5--- Şərqdən ayı işıqlandıran bir ulduzun doğulması, sonra bu ulduz əyilər, elə ki, iki ucu bir-birinə yaxın olar və az qala birləşər.

5.8--- Salam şəhərinin basqınçılar tərəfindən bir körpünün düzəldilməsi və qara bir tüstünün yüksəlməsi

5.6--- Kufə məscidinin, Abdullah İbn Məsudun evi tərəfindəki divarının yıxılması.

5.10--- Fərat çayının dayandırılması və onun suyunun Kufəyə girib şəhəri xarab etməsi.

5.21--- Kufə və Hire arasında da xeyli fitnələr, qorxulu vəziyyətlər və cinayətlərin görülməsi.

5.12--- Bidət əhli qövmün surətinin dəyişməsi.

5.13--- Kölələrin, ağalarının itaətindən çıxması.

5.17--- Kinde soyundan topal bir adamın, qərb tərəfindən çıxıb zəfər bayraqları ilə Misirin üzərində qalib gəlməsi.

 

IV HİSSƏ

SÜFYANİ FİTNƏSİ

Hz. Mehdinin zühuruna çox yaxın, fitnələrdən bir başqası da, Süfyani deyilən bir kəsin Şamda əmirliyi və bir ordunun Beydada (Mədinə ilə Məkkə arasında bir yer) yerə batması və özünün işin sonunda Mehdi tərəfindən öldürülməsidir. Bu əlamətlər tevatür (qətiliklə) hüduduna yaxındır.

 

1-SÜFYANİNİN ŞAMDA ÇIXIŞI

• Süfyaninin Şamın ortasından çıxacağı

4.48--- Hakim Əbu Hureyrədən təxric etdi, Dedi ki, Rəsulullah (s.ə.v) buyurdu: Şamın ortasından, adına Süfyani deyilən və özünə tabe olanların çoxunun Kelb Qəbiləsindən olacağı biri çıxar. O insanları öldürər, hətta qadınların qarınlarını deşib uşaqlarını öldürər. Sonra onunla döyüşmək üçün bir ordu toplanar və onu öldürər.

• Süfyaninin xüsusiyyətləri

4.36--- Əmirəlmöminin hz. Əli ibn Əbi Talib (r.ə.)-dən buyurdu ki: Süfyani, Halibi ibn Yezib ibn Əbu Süfyanın övladındandır. Başı olduqca böyükdür. Üzündə qaşınma xəstəliyindən (çiçək xəstəliyindən üzü deşik-deşik olmuş) əlamət vardır. Gözündə də ağ bir nöqtə olar. Şam şəhərindən çıxacaq. Ona tabe olanların çoxu Kelbdəndir. Qadınların qarınlarını deşib uşaqlarını öldürər, özünə qarşı yığılmış Kays qəbiləsini də yox edər. (Məhz o zaman) Əhli-beytimdən Hərəmdə bir adam çıxar. Onun xəbəri Süfyaniyə çatdıqda Süyfani ona qarşı ordusundan bir ordu göndərər. Ancaq Mehdi bu ordunu məğlubiyyətə uğradar və beləcə Süfyani yanındakılardan bir ordunu ona qarşı təkrar göndərər. Ancaq bu ordu ərzdən Beydaya çatdıqlarında yerə batırılar və onlardan xəbər gətirənlərdən başqa kimsə sağ qalmaz.

Bu hədisi İbni Abdullah Hakim, Müstedrekdə təxric etmiş və Buxari və Müslimin hədislərin doğruluğu ilə əlaqədar şərtləri daxilində bu hədisin səhih olduğu ifadə etmişdir. Lakin Buxari və Müslim bu hədisi götürməmişdir.

• Süfyaninin yuxusu

4.41--- Nəim ibn Hammad Fitəndə nəql etdi. Əbu Məryəmədən, o da öz şeyxlərindən rəvayət etdi ki: Süfyaniyə yuxusunda "Qalx və ortaya çıx" deyilər. Qalxar ancaq kimsəni tapa bilməz, ikinci bir yuxu ilə eyni şeyi görər, yenə kimsəni tapmaz, üçüncü bir yuxuda isə "qalx çıx və qapının önünə bax" deyilər. Qalxıb qapını açdığında əllərində bayraqlarla yeddi-doqquz adamı görər, bunlar Süfyaniyə "Biz sənin səhabələriniz" deyərlər. Süfyani onlarla birlikdə çıxar və vadinin müxtəlif yerlərindən bir çox insan da ona tabe olar. Allah ona qarşı Şam sahibini çıxarar, ona qarşı gəlib döyüşər, bayrağına baxdığı zaman, Süfyani onu məğlubiyyətə uğradar.

• Süfyaninin çıxışının, hz. Mehdinin zühur əlamətlərindən olduğu

4.53--- Nəim ibn Hammad Kaabdan təxric etdi. O, belə dedi: Abbas oğullarının dəyirmanı döndüyü zaman, bayraq sahibləri atlarını Şamda zeytun ağaclarına bağladığı zaman və bu ordu ilə Allahın, "Əshəb və ailəsinin" yox etdiyi zaman onlardan qaçacaq və saxlanmalı kimsənin qalmadığı zaman Cəfərilər və Abbasilər düşdüyündə, "Ciyər yeyən oğullarının" (Süfyaninin) Şam minbərinə oturduğunda Bərbəri qövmü də Şama gəldiyi zaman, məhz bu Mehdinin çıxış əlamətidir.

4.13--- Əbu Kubeyldən rəvayət edildi. Buyurdu ki: Haşimi oğullarından bir adam Məlik olar və Ümeyyəni öldürər. Onlardan azca bir şey qalar, onlardan başqasını öldürməz. Sonra Bəni-Ümeyyədən biri çıxar və bir adama qarşılıq iki adamı öldürərək, qadınlardan başqasını sağ buraxmaz. Sonra isə Mehdi gələr. (Bu hədisi imam Əbul Həsən və Əhməd ibn Cəfər əl-Münadi Melahim adlı kitabda təxric etmişdir.)

• Süfyaninin çıxış əlamətləri

4.51--- Nəim, Ammar ibn Yasirdən təxric etdi, O belə dedi: (Mehdinin əlaməti) Türk sizə hücum etdiyi zaman, malı yığan xəlifəniz öldüyü zaman, o xəlifədən sonra iki il ərzində də vəzifəsindən uzaqlaşdırılacaq zəif bir adam başa keçdiyi zaman, Şamın qərbində batma olduğu zaman, Şamdan üç adam çıxdığı zaman, Qərb insanları da Misirə çıxdığı zaman, bunlar Süyfaninin əlamətləri olacaq.

• Süfyaninin çıxış şəkli

4.40--- Nəim ibn Hammad, Xalid ibn Səiddən təhric etdi. Dedi ki: Süfyani əlində vurduğu kimsəni öldürəcək, üç qılıncla çıxar.

4.60--- Keza (Nəim ibn Hammad), Əbu Hureyrədən təxric etdi. O dedi ki: Süfyani də Mehdi də iki yarış atı kimi çıxarlar və arxalarından gələnlərə qarşı qalib gələrlər.

 

2-SÜFYANİNİN ŞƏRQDƏKİ DÖYÜŞLƏRİ

• Süfyaninin Fəratı ancaq kafir olaraq keçəcəyi

4.42--- Kab-ül Əkbar (r.ə.)-dən buyurdu ki: Süfyani Fəratı ancaq kafir olduğu halda keçər.

(Bu hədisi İmam Əbu Amr Ed-Dani Sünənində, Keza imam Hüseyn ibn Məhəmməd ibn Abdullah əl Qısaidə Qisası Ənbiyasında nəql edir.)

• Süfyaninin Kufəyə girəcəyi

4.49--- Nəim ibn Hammad, Əbi Ertaddan rəvayət etdi ki: Süfyani Kufəyə girər və üç günlük işğaldan sonra altmış min adamı öldürər. Burada on səkkiz gecə qalar. Kufənin mallarının hamısını paylaşdırar. Ancaq Süfyaninin Kufəyə girişi türklər və romalılarla "karkısa"da vuruşmasından sonradır. Sonra onların aralarına fitnələr salar və onlardan bir qrup Xorasana qayıdar. Süfyani öldürər, qalaları yıxar, Kufəyə girər. Sonra Xorasan əhlini axtarar. Xorasandan Mehdiyə itaət edəcək bir qrup zühur edər. Sonra Süfyani Mədinəyə bir ordu göndərər, Peyğəmbər (s.ə.v)-in soyundan bəzi insanları Kufəyə gətirər. Sonra, Mehdi və Mənsur çıxıb qaçar və Süfyanidə onları araşdırar. Mehdi və Mənsur Məkkəyə çatdığında Süfyaninin ordusu da Beydada batmış olar. Sonra Mehdi Mədinəyə gələrək Haşim oğullarından həbsdə olanları qurtarar. Bu vaxt qara bayraqlılar çıxaraq bir su kənarına çatarlar və bunu eşidən Süfyani ilə yaxınları qaçarlar. Mehdi sonra Kufəyə enərək buradakı Haşimiləri xilas edər. Sonra Kufə bölgəsindən özlərinə "Usub" adı verilən bir camaat çıxar ki, silahlarını fərq etmiş bir qisim Basralılar da olar. Beləcə, onlar Kufə xalqından əsir olanları Süfyanilərin əlindən qurtararlar və ardınca qarabayraqlı ordu beyət üçün Mehdiyə gələr.

• Süfyaninin Kufə və Bağdaddan sonra ordularını ətrafa göndərməsi

4.54--- Əbu Cəfər rəvayət etdi. Dedi ki: Süfyani, Kufə və Bağdada girdikdən sonra ordularını ətrafa göndərər, Xorasan torpağındakı Maveraün çaydan başında Əməvi soyundan birinin olduğu təriqət Süfyaninin ordusuna qatılar. Onlar üçün Tunisdə bir hadisə də Şırnaqda görüldükdən sonra, sağ ovucunda bir xal olan Haşimi bir gəncin əmr etdiyi qarabayraqlı bir ordu çıxar. Və Allah bu ordunun işlərini və yolunu asanlaşdırar. Sonra Xorasan sərhədində onların lehinə bir hadisə olar. Haşimi quru yolu ilə irəliləyər və Şueyb ibn Saleh Temiminin əmrindəki bir başqa ordu ilə birləşərək, Estahir qapısındakı döyüşdən sonra Mehdi ilə görüşərlər. Bu döyüşlər atların ayaqlarını qan içində buraxacaq qədər şiddətli olar. Yenə Allah Təala başında Adiy oğullarından bir adamın olduğu və Sicistandan gələn bir orduya da kömək edəcək. Rəy hadisəsindən sonra Mədayində də böyük bir hadisə olar. Kərkükdə də xilas ola bilənin onu izah edəcəyi bir hadisə görülər və sonra böyük bir qırğın meydana gələr. Nuseybin bölgəsində də bir hadisə olacaq və Ahvazda özlərinə "Usub" deyilən hamısı da Kufə və Basralı bir birlik çıxıb Kufəli əsirləri qurtaracaqlar.

• Süfyaninin şərq xalqı ilə döyüşləri

4.55--- Keza (Nəim ibn Hammad) Demurə bin Həbib və onun müəllimlərindən təxric etdi. Dedilər ki: Süyfani ordusunu, Xorasan və Fars torpağından şərqin bütün insanlarına qarşı göndərər. Şərq xalqı ilə dəfələrlə döyüşər. Bu döyüşlər davam edərkən şərqin ən uc nöqtəsində Bəni-Haşimdən birinə beyət edilər. Bəni-Haşimdən olan bu gənc Xorasan əhli ilə birgə çıxar və başlarına Şueyb ibn Saleh Təmimi olar. Bu gənc sarışın olub azacıq saqqallıdır. Beş min nəfərlik ordusu vardır. Bu ikisi birləşərlər və Şueyb ibn Saleh Təmimi komandir olar. Bunların qarşısına dağlar çıxsa əzilər. Süfyaninin ordusu ilə döyüşərlər, ancaq Süfyani qalib gələr. Haşimi gənc qaçar. Şueyb ibn Saleh də saxlanaraq Qüdsə gələr və hz. Mehdi Şama çatdığında onun üçün Qüdsdə bir ev hazırlayar.

(Vəlid deyir ki: "Bu haşimi Mehdinin əmisidir. Bəziləri isə onun Mehdinin əmisi oğlu olduğunu söyləmişlər və ölməyərək məğlubiyyətdən sonra Məkkəyə qaçdığını və Mehdi zühur etdiyi zaman, onun da çıxacağını ifadə etmişlər.)

 

3-SÜFYANİ ORDUSUNUN MƏDİNƏDƏ BƏNİ-HAŞİMDƏN İNSANLARI ÖLDÜRMƏSİ

• Süfyani ordusunun Mədinədə Haşimiləri öldürməsi

4.59--- Keza (Nəim ibn Hammad) Əbu Kubeyldən təxric etdi. Dedi ki: Süfyani bir ordu göndərərək, Mədinədə Haşimdən kim varsa öldürülməsini istəyər. Haşimdən ələ keçirilənlər öldürülər və geridə qalanlar dağlara qaçaraq, Mehdi Məkkədə çıxana qədər saxlanarlar. Mehdi zühur etdiyi zaman Mədinədən qaçan bu insanlar Məkkədə onun ətrafında toplanarlar.

4.57--- Keza (N. ibn Hammad) hz. Əlidən təxric etdi. Dedi ki: Mədinəyə göndərilən bir ordu, Haşimdən qadın və kişiləri öldürər. Hz. Məhəmməd (s.ə.v.) əhlindən bir qismini də əsir götürər. O zaman Mehdi və Mebis Mədinədən Məkkəyə qaçarlar. Süfyani isə onları tutmaq üçün bir ordu göndərər. Ancaq onlar Məscid-ül Harama çatarlar.

• Süfyaninin Mədinəlilərlə döyüşü

4.58--- Keza (N. ibn Hammad) Yusuf ibn Zikarabatdan təxric etdi. Dedi ki: Şamda bir xəlifə olar Mədinəlilərlə döyüşər. Mədinə əhli özlərinə qarşı bir ordunun gəldiyi xəbərini aldıqda içlərindən yeddi adam Məkkəyə gedər və gizlənərlər. Mədinə rəisi Məkkə rəisinə bu yeddi adamın ora çatdığında öldürülməsini istəyər. Bu vəziyyət Məkkə rəisinə xoş getməz və bir gecə özünə sığınan bu yeddi adama, əvvəl "sərbəstsiniz, təhlükəsizliklə gedin" deyər, onlar çıxarlar, ancaq sonra ikisini geri çağıraraq birini öldürər. Digəri qaçaraq yoldaşlarına yetişər və hamı birlikdə Taifə gedərək dağlara sığınarlar. İnsanlar onlarla əlaqə yaradar. Məkkəlilərlə döyüşərlər, lakin əsir düşərək Məkkəyə geri gətirərlər. Bu yeddi adamın başçısı öldürülər və geridə qalanlar Beydada ordunun batma hadisəsinə qədər Məkkədə qalarlar.

 

4- SÜFYANİ ORDUSUNUN BEYDADA YERƏ BATMASI

• Süfyani ordusunun Beydada batması

4.35--- Hakim Əbu Hureyrədən təxric etdi, Rəsullulah (s.ə.v.) buyurdu: Şamın aşağı tərəfindən, Süfyani deyilən bir adam çıxar və ona tabe olanların çoxu Kelbdən olar. Süfyani insanları öldürər və hətta qadınların qarınlarını deşərək uşaqları məhv edər. Onlara qarşı Kays toplanar və onları da öldürər. Hətta zülmü o hala gələr ki, qurdlar belə onu lənətləyərlər. Sonra Əhli-beytimdən olan Mehdi Harrada çıxar və bu xəbər Süfyaniyə çatar və o Mehdi üzərinə bir ordu göndərər. Ancaq Mehdi Süfyaninin ordusunu məğlubiyyətə uğradar. Süfyani belə olduqda yanındakı bütün əsgərlərini yığaraq onun üzərinə təkrar bir ordu göndərər, lakin bu ordu Beydaya çatdıqda yerə batırılar. Onlardan ancaq xəbərçi xilas olar.

• Süfyani ordusunun bir şəxsi axtarmaq üçün Mədinəyə gəlişi

4.44--- Bezzar hz. Enes (r.ə.)-dən təxric etdi, dedi ki, bir gün Peyğəmbər (s.ə.v.) Ümmü Sələmənin evində yatarkən birdən oyanaraq: "Biz Allah üçünük və Allaha dönəcəyik."-dedi. Ümmü Sələmə "Nə üçün belə dediniz, ya Rəsulullah" dediyində, Peyğəmbər (s.ə.v.) buyurdu: “Mədinəli bir şəxsi axtarmaq üçün İraq tərəfindən gələn bir orduya görə ki, Allah Təala o ordudan o şəxsi qoruyar və onlar Zülhuleyfdən Beydaya gəldiklərində yerə batırılarlar. Onların qabaqda olanları, arxadakılara yetişə bilmədikləri kimi, arxadakılar öndəkilərə qiyamət gününə qədər yetişə bilməzlər.

• Süfyani ordusundan 600 xarici şəxsin olacağı

4.69--- Nəim ibn Hammad İbn Abbasdan təxric etdi. O dedi ki: Mədinə rəisi, Məkkədəki Haşimilərə bir ordu göndərər, ancaq Haşimilər bu ordunu məğlubiyyətə uğradar. Belə olduqda Şamın o günkü sahibi olan Süfyani altı yüz xarici olan yeni bir ordunu təkrar Haşimilərin üzərinə göndərər. Aydınlıq bir gecədə bu ordu çölə gedərkən, bir çoban fərqinə vararaq "Vay Məkkənin başına gələnə" deyərkən, ordunun birdən gözünün qarşısından itdiyini görüncə "sübhanAllah, qısa zamanda necə də yox oldular" deyərək onların batdığı yerə gəlib və yarısı yerin altında, yarısı yerin üstündə qalmış bir atlını yaxalayaraq çıxarmağa çalışır. Lakin çıxara bilməz və o zaman ordunun torpağa batdığını anlayar. Məkkə rəisinə bunu müjdələmək üçün gedər və bunu eşidən Məkkə rəisi "Əlhəmdülillah, bizə ondan xəbər verilən əlamət məhz bu idi" deyər.

• Batan ordudan yalnız iki adamın xilas olacağı

4.70--- Keza (N. ibn Hammad) Əbu Kubeyldən təxric etdi. O dedi ki: Batan ordudan biri müjdələyici, digəri isə qorxuducu iki adam sağ qalar. Müjdələyici Mehdiyə, qorxuducu isə Süfyaniyə xəbər verər. Bunların ikisi də Kelpdəndir.

• Beydada ordunun batışının hz. Mehdinin çıxış əlaməti olduğu

4.50--- Nəim Amr ibn Asidən təxric etdi. O belə dedi: “Beydada ordunun yerə batırılması Mehdinin çıxış əlamətidir.”

• Kəbəyə qarşı gələn ordunun Beydada yerə batacağı

4.80--- Nəsəi, Əbu Hureyrədən təxric etdi. O dedi: Bu Beytə bir ordu gələr, ancaq Beydada yerə batar.

4.79--- İmam Əhməd, Muslim, Nəsəi, ibn Macə hz. Hafsadan təxric etdilər. O dedi: Bu Beytə qarşı bir ordu göndərilər, ancaq Beydaya girdiyində bu ordunun əvvəl ortası batar və başdakılar sondakılara qışqırarkən hamısı birdən batar. Onlardan bir neçə xəbərçi xaricində kimsə sağ qalmaz.

4.81--- Nəsəi və Hakim, Əbu Hureyrədən təxric etdilər. O dedi ki, insanlar, Beydada bir ordu batana qədər Beytin fəthindən imtina etməyəcəklər.

• Beydada yerə batanların qiyamətdə niyyətlərinə görə diriləcəyi

4.77--- Buxari və ibn Macə, hz. Aişədən təxric etdilər; o dedi ki: Kəbəyə hücum etmək üçün göndərilən bir ordu Beydada yerə batar. Qiyamət günü isə hər kəs niyyətinə görə dirilər.

4.75--- Əhməd ibn Hənbəl, Tirmizi, ibni Macə və Əbu Davud, hz. Safiyədən təxric etdilər. O dedi ki, insanlar bu Beytin fəthindən imtina etməzlər. Bir ordu döyüş üçün gələr, səhraya girdiyində baş və sonundakılar batar, ortadakılar da xilas olmaz. Deyildi ki: "İstəməyərək o orduya qatılıb batanların vəziyyəti nə olar?". Buyurdu: "Allah onları niyyətlərinə görə dirildər."

4.76--- Əhməd ibn Hənbəl və Müslim, Ümmü Sələmədən təxric etdilər: O dedi ki: Mehdi Beytə sığındığında, üzərinə hər tərəfdən ordular göndərilər. Ancaq bunlar Beydada batarlar. Peyğəmbər (s.ə.v)-dən "İstəməyərək gedənlərin vəziyyətinin nə olacağı" soruşulduğunda, buyurdu ki: "Qiyamət günü hər kəs niyyətinə görə diriləcək."

• Süfyani ordusunun Kəbədəki bir şəxsi (Mehdini) axtarışa gəlməsi

4.78--- Tarabani, Ümmü Sələmədən təxric etdi. O dedi ki: Ümmətimdən bir qrup Məkkədəki bir adama qarşı göndərilər. Ancaq Beydada yerə batarlar. Onların batdığı yer eyni, ancaq niyyətləri ayrıdır.

4.47--- Tarabani, Evsadda Ümmü Həbibədən təxric etdi. O dedi, Rəsulullah (s.ə.v)-dən belə buyururduğunu eşitdim: “Şərq tərəfindən bir qisim insanlar Beytdəki bir şəxsi axtarmaq üçün yola çıxarlar. Beyda deyilən yerə gəldiklərində yerə batırılarlar.

Musannif deyir ki, Şeyx ibn Həcəri Mekki (Heytəmi) də Əl Kavlul Müxtəsər fi əlamətil Mehdiyyil Muntazarda bu mövzuda belə nəql edir: İraq tərəfindən bir ordu, Mədinəli bir şəxsi axtarmaq üçün yola çıxar. Bu şəxs Mehdidir. Ancaq cənabı Haqq onlara mane olar və Zülhuleyfə yaxınında Beydada yerə batırılarlar. Belə ki, altda qalan üstdəkini, üstə qalan altdakını qiyamətə qədər görə bilməz. Bu ordunun İraq tərəfindən gələcəyi rəvayəti ilə şərqdən gələcəyi rəvayəti arasında bir ziddlik olmadığı kimi, bir çox nəqldən aydın olacağı kimi onlar Şam əhlindən olacaq.

• Süfyaninin həlakı

4.68--- İbni Asakir, Xalid ibn Miğdandan təxric etdi. O dedi ki, Süfyaninin həlakı bir camaatı iki dəfə hüsrana uğratdıqdan sonra olar. Mehdi də Qota bölgəsində Haresta adı verilən bir kənd batmadan çıxmaz.

4.67--- Nəim Hakim ibn Nafidən təxric etdi. Dedi ki, Süfyani türklərlə döyüşdükdən sonra onun yox edilməsi vəzifəsi Mehdinin əlində olar. Mehdi ilk qurduğu ordunu da Türkə ( tərəfindən düşmənlərə) göndərər.

 

 

V HİSSƏ

HZ. MEHDİNİN ZÜHURU

1-ZÜHURUNDAN ƏVVƏLKİ VƏ ZÜHURU ZAMANINDAKI SƏSLƏR

• Hacılar Mina və Ərafatda olarkən eşidiləcək səslər

1.30--- Keza (N. ibn Hammad) Hakim ibn Nafidən təxric etdi. Buyurdu ki, qəbilələr arasındakı döyüşlərdən sonra, insanlar Mina və Ərafatda olarkən münadi: "Əmiriniz filankəsdir"-deyə səslənər və arxasınca ikinci bir nida gələr. "Agah olun, bu münadi qətiliklə doğru söylədi" deyər. Beləcə, insanlar salehlərini qoruyarlar, şiddətlə vuruşarlar. Məhz o zaman səmadan özünü müəyyən edən bir əl görünər və döyüş isə şiddətlənər. Haqq köməkçilərinin sayları Bədr döyüşçülərinin sayı qədər qalana kimi bu şiddət davam edər və onlar sahiblərinə (Mehdiyə) beyət etmək üçün tabe olarlar.

• Məkkədə günahsız insanlar öldürüldüyündə eşidiləcək səs

1.11--- Keza (N. ibn Hammad) Ammar ibn Yasirdən təxric etdi. Buyurdu ki: Məkkədə heçdən günahsız insanlar öldürüldüyündə, səmadan "Əmriniz filankəsdir, məhz bu Mehdidir ki, yer üzünü ədalət və bolluqla dolduracaq" şəklində bir səs eşidilər.

İkdıddurər adlı kitabda da deyilir: "Bu səs yer üzünü bürüyər və hər dilin əhli onu öz dilində eşidər".

• Məhərrəmdə zühuru əsnasında eşidiləcək səslər

1.10--- Keza (N. ibn Hammad) Şehr ibn Havşəbdən təxric etdi. Rəsullulah (s.ə.v) buyurdu: Məhərrəm ayında bir münadi səmadan "Agah olun Allahın seçdiyi adam filankəsdir, onu dinləyin və itaət edin" deyəcək və bu çox şiddətli döyüşlərin və fitnələrin olduğu bir zaman olacaq.

1.2--- Əbu Nəim, ibn Ömərdən təxric etdi. (aldı) O dedi ki, Rəsullulah (s.ə.v) belə buyurdu: Hz. Mehdi başı üzərində bir bulud olduğu halda çıxacaq, o buludda bir münadi: "Bu Allah xəlifəsi Mehdidir, ona zabi olun"-deyə səslənəcək.

1.3--- Əbu Nəim və Hatib, Telhisül-Mütəşabihə adlı əsərində, ibn Ömərdən təxric etdilər. Resullulah (s.ə.v) belə buyurdu: Mehdi (ə.s) başı üzərində "Bu Mehdidir ona tabe olun"-deyə səslənən bir mələk olduğu halda çıxacaq.

1.4--- İbni Əbu Şeybə, Asam ibn Ömər Becəlidən təxric etdi. Peyğəmbər (s.ə.v) buyurdu: Bir adam səmadan adıyla mütləq çağırılacaq və sübut onu inkar etməyəcək, alçaqlar ona mane olmayacaq.

 

2-ZÜHUR ŞƏKLİ

• Yeddi alimin hz. Mehdini axtarıb tapması və beyət almağı məcbur etməsi

6.5--- Nəim ibn Hammad, ibn Məsuddan təxric etdi. O belə dedi: Ticarət və yolların kəsildiyi və fitnələrin çoxaldığı zaman, müxtəlif diyarlardan yeddi alim hər birinin bərabərində üç yüz on adam olduğu halda, bir-birlərindən xəbərsiz şəkildə Məkkədə bir araya gələrlər. Biri digərindən "burada nə axtarırsan?"- deyə soruşar. Ona belə deyərlər: "Biz o şəxsi axtarmaq üçün gəldik ki, fitnələr onun əliylə sönə bilər. Konstantinopol onunla fəth edilər. Biz onu adı ilə və anasının, atasının adıyla və ordusu ilə tanıyarıq, Məkkədə olduğunu da bilərik". Bu yeddi alim bu mövzuda birləşərlər onu axtararlar və Məkkədə taparlar. Və özünə "Sən filankəs oğlu filankəssən" deyərlər. O isə "Mən yalnız Ənsardan biriyəm" deyər. Onların əlindən xilas olar. Onu tanıyan və bilənlərə izah edərlər, beləcə "axtardığınız sahibiniz odur və Mədinəyə getmişdir" deyilər. Bu dəfə onu axtararlar, halbuki, o təkrar Məkkəyə dönmüşdür. Onu təkrar Məkkədə bularaq yenə, "Sən filankəs oğlu filankəssən, anan da filankəs qızı filanadır, səndə bu bu əlamətlər vardır, birinci dəfə bizdən xilas oldun uzat əlini sənə beyət edək" deyərlər. Beləcə, o: "Mən axtardığınız deyiləm" -deyər və təkrar Mədinəyə gedər. Mədinədə yenə axtarılınca təkrar Məkkəyə geri qayıdar. Məkkədə özünü Rükndə taparaq belə deyərlər: "Əgər beyətlərimizi qəbul etməsən, bizi axtaran və başında Həddəmdən birinin olduğu Süfyani ordusuna qarşı qorumasan, günahlarımız sənin üzərinə və qanlarımız da boyuna olsun." deyərlər. Belə olduqda Mehdi Rükn ilə Mövqe arasında oturar və əlini uzadaraq beyətləri qəbul edər.

Allahda onun məhəbbətini insanların sinələrinə yerləşdirər. O daha sonra gündüzləri aslan, gecələri isə abid olan bir qövmlə birlikdə olar.

• Hz. Mehdinin əvvəl beyət almağı istəməməsi

6.12--- Dani, Katadedən təxric etdi. O dedi ki: Fitnə içindəki insanlar qan axıdıldığı bir zamanda evində oturan Mehdiyə gələr və "Bizim üçün qalx artıq" deyər. O isə qəbul etməz, ancaq ölümlə təhdid edildikdən sonra onlar üçün qalxar. Ondan sonra artıq qan tökülməz.

6.2--- Keza (N. ibn Hammad) Zühridən təxric etdi. O dedi ki: Hz. Fatimənin soyundan gələn Mehdi Məkkədə meydana çıxarılar və istəmədiyi halda özünə beyət edilər.

6.10--- Keza (N. ibn Hammad) Katadedən təxric etdi. Rəsulullah (s.ə.v) buyurdu: Mehdi Mədinədən Məkkəyə gələr və özü istəmədiyi halda, insanlar onu öz aralarından çıxarıb, Rükn ilə Mövqe arasında ona beyət edərlər.

• Allah Təala hz. Mehdini bir gecədə yetkinləşdirər

1.41--- Keza (Nəim) Əbu Səid-əl Hudridən təxric etdi, Peyğəmbər (s.ə.v) buyurdu: Allah Mehdini bir gecədə islah edər (yetkinləşdirər).

• Hz. Mehdi məhərrəmin 10-cu gecəsi şam vaxtında zühur edər

6.14--- Əbu Cəfər (r.ə.)-dən rəvayət edildi. Belə dedi: Mehdi aşura günü zühur edər. O gün Hüseyn ibn Əli (r.ə) şəhid edilmişdir və o Məhərrəm ayının onuncu gecəsi şənbə günü olmuşdur. O Rükn ilə Mövqe arasında durar. Cəbrayıl (ə.s) onun sağında, Mikayıl (ə.s.) isə solunda olar. Ərzin müxtəlif yerlərindən gələn tərəfdarları toplanarlar və ona beyət edərlər. Beləcə, yer üzü, daha əvvəl zülm və işgəncə ilə dolduğu kimi, indi də ədalətlə dolar.

• Hz. Mehdiyə Rükn ilə Mövqe arasında beyət edilər

6.9--- Keza (Nəim ibn Hammad) Əbu Hureyrədən təxric etdi. O belə dedi: Rükn ilə Mövqe arasında Mehdiyə beyət edilər və (zamanında) nə yuxuda olan oyandırılar, nə də hər hansı bir qan axıdılar.

• Hz. Mehdiyə əvvəlcə Bədr əhli qədər adam beyət edər

4.45--- Tabarani Evsadda və Hakim Ümmü Sələmədən təxric etdilər, Rəsulullah (s.ə.v.) buyurdu: “Mehdiyə Bədr əhli sayın tərəfindən adam, Rukn və Mövqe arasında beyət edər. İraq xalqının irəli gələnləri və Şam ebdalları ona üz tutarlar. O zaman Şamdan bir ordu ona qarşı döyüşmək üçün gələr, ancaq Beydaya girdiyində yerə batırılar. (Beyda, Mədinə ilə Məkkə arasında bir mövqedir.)

• Hz. Mehdinin beyətdən sonra iki rükət namaz qılıb minbərə çıxması

6.7--- Keza (Nəim ibn Hammad) ibn Abbasdan təxric etdi. O belə dedi: İnsanların ümidsiz olduğu və "Heç Mehdi filan yoxmuş" dediyi bir zamanda Allah Mehdini göndərər. Onun köməkçiləri Şam əhlindən sayları Bədr səhabələrinin sayları qədər üç yüz on beş adamdır. Bunlar Şamdan ona üz tutarlar və onu Məkkədə Səfadakı bir evdən çıxararaq, özü istəmədiyi halda ona beyət edərlər. O da onlarla birlikdə Mövqenin yanında iki rükət namaz qıldıqdan sonra minbərə çıxar.

6.11--- Keza (Nəim ibn Hammad) hz. Əlidən təxric etdi. O belə dedi: “Başında Şuayb ibn Saleh Təmiminin olduğu qarabayraqlı ordu Süfyaninin məmləkətində çıxdığı zaman insanlar Mehdini axtarar və o Resullulah (s.ə.v)-in bayrağı ilə insanların başlarına bəla üstündə bəla yağdığı və onun çıxışından ümid kəsildiyi bir sırada Məkkədə zühur edər. İki rükət namaz qılar. Namazdan qayıtdıqda belə deyər: "Ey insanlar, Məhəmməd ümməti və xüsusilə onun Əhli-beyti çox bəlalar gördü və bizlər qəhr və haqsızlığa məruz qaldıq. "

• Hz. Mehdinin beyətdən sonrakı xitabı

6.3--- Keza (N. ibn Hammad) Cəfərdən təxric etdi. O belə dedi: Mehdi şam vaxtında Rəsullulah (s.ə.v)-in bayrağı, köynəyi qılıncı, Nur və bəyan kimi daha bir çox əlamətlər yanında olduğu halda Məkkədə zühur edər. Şam namazını qıldıqdan sonra ən yüksək səs ilə xitab edər: Şam namazını qıldıqdan sonra ən yüksək səs ilə belə xitab edər: "Ey insanlar, Mən sizə Allahı xatırladıram. Sabah məhşər günündə Allahın hüzurunda yerinizin nə olacağını xəbər verirəm. Allah Təala sizə bir çox dəlillər və peyğəmbərlər göndərmiş, Quranı endirmiş və sizə belə əmr etmişdir: Allaha heç bir şeyi ortaq qoşmayın, Allah və Rəsuluna itaəti qoruyun. Quranın əmrlərini dirildin, qadağanlarını da qadağan edin və siz Mehdiyə köməkçilər və dəstək olun. Çünki dünyanın pisləşməsi və zavala gəlməsi yaxınlaşmışdır. Və bu qətidir. Mən sizi Allaha və Rəsuluna, Onun Kitabıyla əməl etməyə, batili yox edib, sünnətini canlandırmağa dəvət edirəm." Bu xitabdan sonra yanında payız buludları kimi bir-birindən xəbərsiz toplanan, Bədr əhli sayı qədər, yəni üç yüz on üç nəfər insanla birlikdə zühur edər. Onun səhabələri gecə abid, gündüz isə aslanlar kimidir. Allah Mehdi üçün Hicaz torpağı fəth edərək həbsdəki Haşimilərin hamısını da qurtarar. Qarabayraqlar isə Kufəyə enib beyət üçün Mehdiyə adam göndərərlər. Hz. Mehdi ordusunu hər tərəfə göndərər. Zülmü və zalımların hamısını yox edər. Diyarlar onun əmrinə girər. Allah Təala onun əlindəki Konstanopol fəthini gerçəkləşdirər.

 

VI HİSSƏ

HZ. MEHDİNİN KÖMƏKÇİLƏRİ

1-MÜXTƏLİF KÖMƏKÇİLƏR

• Hz. Mehdinin ətrafında toplananların xüsusiyyətləri

6.8--- Məhəmməd ibn Hənəfi (r.ə.)-dən rəvayət edildi ki: Bir gün biz hz. Əlinin yanındaykən biri hz. Mehdidən sual verdi. Əli (r.ə.) "Əfsus" dedi. Sonra əliylə bir doqquz işarəsi etdi və “o Axırzamanda adama "Allahdan qorx, Allahdan qorx" deyildiyi zamana çıxar”- dedi. (və belə davam etdi): Buludların səmada toplandığı kimi, Allah onun ətrafına bir qövm toplayar. Onların ürəklərini uzlaşdırar. Onlar içlərindən şəhid olana kədərlənməz, özlərinə qatılana da sevinməzlər. Sayları Bədr səhabələri qədərdir. Əvvəlkilər onları keçmədiyi kimi, sonrakılar da onlara çata bilməzlər və onların sayları Talut ilə çayı keçənlər qədərdir.”

7.6--- İbn Cərir, Tehzib-il Asar da belə təxric etdi: “Məhəmməd ümmətinin ən xeyirlisi və sizin çətinlikləri aradan qaldıran vəliniz olan kəsə qatılın. O Məkkədədir. O Mehdidir və adı Məhəmməd ibn Abdullahdır. Şam Əbdalları və Şərqin öndə gedənləri ona qatılar ki, onların ürəkləri dəmir kimidir və onlar gündüz aslan gecə də abiddirlər.

• Kufə, Yəmən və Şam əbdalları ilə Cəbrayıl və Mikayıl (ə.s.)-ın özünün köməkçilərindən olacaqları

1.17--- Nəim ibn Hammad, Kabdan təhric etdi, buyurdu ki: Katadenin söylədiyi kimi Mehdi, (zamanındakı) insanların ən xeyirlisidir. Onun köməkçiləri və ona beyət edənlər, Kufə, Yəmən və Şam əbdallarından olacaq. Cəbrayıl onların qarşısında, Mikayıl da arxalarında olar. O məxluqat arasında sevilər. Allah, kor fitnələri onun vasitəsiylə söndürər. Hər yer əmin-amanlıq olar. Yanında bir adam olmadan, bir qadın beş qadın yoldaşıyla birlikdə Allahdan başqa kimsəyə güvənmədən rahatlıqla Həccə gedə biləcək, onun zamanında yer və göy bərəkət yağdıracaq.

• Kufə əhlinin Məsud insanlardan olduğu

7.7--- İbn Səid və Ebni Əbi Şeybə ibn Ömərdən təxric etdilər. O belə dedi: “Ey Kufə əhli, siz Mehdiyə görə insanların ən xoşbəxtisiniz.”

• Başlarında Kində qəbiləsindən topal bir adamın olduğu bayraqlılar

7.13--- Kəza (N. ibn Hammad) Kaabdan təxric etdi. O belə dedi: “Mehdinin çıxış əlamətlərindən biri də Qərbdən başlarında Kində qəbiləsindən topal bir adamın olduğu bayraqların çıxmasıdır.“

• Afrikadan gələcək əsmər bir adamın da köməkçilərindən olacağı

7.9--- Kəza (N. ibn Hammad) Əbu Kubeyldən təxric etdi. O belə dedi: “Afrikada bir əmir on iki il hökm sürdükdən sonra bir fitnə çıxar. Və oranı ədalətlə dolduran əsmər bir adam başa keçər və sonra Mehdi çıxdığında ona beyət edərək onun lehində döyüşər.”

• Şamda görüləcək kiçik qara bayraqlı bir adam

7.8--- Nəim ibn Hammad Kaabdan təxric etdi. O belə dedi: Bir adam Şama, bir adam da Misirə malik olduqlarında, Şamlı ilə Misirli döyüşüb, Şam əhli Misir qəbilələrini əsir etdiyində və yenə Şamdan kiçik qara bayraqlı bir adam görüldüyündə məhz o Mehdinin itaətinə girər.

• Taliqandan (Əfqanıstan) gələcək köməkçilər

7.14--- Əbu Qanem Kufi, Fitendə hz. Əli ibn Əbi Talibdən təxric etdi. O belə dedi: “Taliqana yazıq oldu. Şübhəsiz, Allah Təalanın orada qızıl və gümüş olmayan xəzinələri vardır. Orada Allahı haqqıyla bilən insanlar vardır. Onlar Axırzaman Mehdisinin köməkçiləridir.

• Əshabı-Kəhfin köməkçilərindən olması

7.15--- İbni Mərdüyə təfsirində ibn Abbas hədisini təxric etdi. O belə dedi: “Əshabı-Kəhf, Mehdinin köməkçiləri olacaq.”

1.42--- İmam Əbu İshak Səhləbi Quran təfsirinin Kəhf əhli hekayəsini izah edərkən deyir ki, Mehdi çıxdığı zaman, Kəhf əhlinə gedib salam verdikdə, Allah onları dirildəcək və Mehdinin yanında olacaqlar. Daha sonra yatdıqları yerə geri qayıdıb qiyamətə qədər də qalxmazlar.

• İmam Suyuti və ibn Həcərin fikirləri

İmamı Suyuti deyir ki: Əshabı-Kəhfin yuxusunun bu zamana qədər təxirinin səbəbi Allahın onlara bir lütfkarlığıdır. Çünki onlar Mehdiyə köməkçi olacaq və beləcə, Məhəmməd ümmətinə daxil olma şərəfi qazanacaqlar.

İbn Həcəri Məkki də belə dedi: “Mehdiyə kömək edənlərin şərq tərəfindən gələcəyi rəvayəti ilə, İraq tərəfindən gələcəyi rəvayəti arasında bir ziddiyyət yoxdur, çünki bir çox nəqldən də aydın olduğu kimi onlar Şam əhlindən olacaq.

 

2-ŞƏRQDƏN GƏLƏCƏK QARA BAYRAQLILAR

• Şərqdən hz. Mehdiyə kömək edən bir camaat çıxacağı

7.2--- İbn Macə və Tabarani, Abdullah ibn Həris ibn Cüz Zebididən təxric etdi. O belə dedi, Rəsulullah (s.ə.v.) buyurdu: “Şərqdən bir camaat çıxar və Mehdinin səltənətinə kömək edərlər.”

• Hz. Həsən övladından birinin Şərq tərəfindən çıxacağı

2.14--- Tamman Fevaid adlı əsərində və ibn Asakir, Abdullah ibn Əmrdən təxric etdilər. Buyurdu ki: “Həsənin övladından biri Şərq tərəfindən çıxacaq, əgər ona dağlar qarşı gəlsə belə onları əzəcək və özünə o dağlarda yollar düzəldəcək.”

4.4--- Nəim ibn Hammad hz. Əli ibn Əbu Talibdən təxric etdi. Buyurdu: Mehdidən əvvəl onun Əhli-beytindən Şərqdə bir şəxs çıxar, hədəfi Beytül-Makdis (Qüds) olaraq on səkkiz ay çiyinində qılınc daşıyar, öldürər, yaralayar, ancaq oraya çata bilmədən ölər.

• Mavərənəhrdən Həris və Mənsur adlı iki şəxsin çıxacağı

7.1--- Əbu Davud hz. Əli (r.ə.)-dən təxric etdi. Dedi ki, Peyğəmbər (s.ə.v) belə buyurdu: “Mavərənəhrdən bir adam çıxar, adına "Həris" deyilər, o çox döyüşkəndir. Onun qarşısında isə "Mənsur" adlı biri olar və Qüreyşlilər Rəsullah (s.ə.v)-ə necə kömək etmişlərsə, o da Ali-Məhəmmədə elə kömək edər. Hər möminə ona kömək etmək vacib olar. Yaxud da onu qəbul etmək vacib olar.”

• Xorasandan çıxacaq qara bayraqlıların Qüdsə girəcəyi

7.3--- Əhməd, Tirmizi və Nəim ibn Hammad Əbu Hureyrədən təxric etdilər. O belə dedi: “Rəsulullah (s.ə.v.) buyurdu: “Xorasandan qara bayraqlılar çıxar və İlyata (Qüdsə) bayraqlarını sancana qədər, onları kimsə dayandıra bilməz.”

• Xorasandan çıxacaq qara bayraqlıların Kufəyə enəcəkləri

7.12--- Keza (Nəim ibn Hammad) Əbu Cəfərdən təxric etdi. O belə dedi: “Xorasandan çıxan qara bayraqlılar Kufəyə enər və Mehdi Məkkədə ortaya çıxdıqdan sonra, ona beyət üçün elçi göndərərlər.”

• Xorasandan çıxacaq qara bayraqlılara qatılma əmri

7.4--- Nəim ibn Hammad Hakim və Əbu Nəim Sevbandan təxric etdilər, o belə dedi. Rəsulullah (s.ə.v.) buyurdu: Xorasan tərəfindən qara bayraqlılar çıxdığını gördüyünüzdə qar üzərində sürünərək də olsa onlara qatılın, çünki içlərində Allahın xəlifəsi Mehdi vardır.

7.5--- Həsən ibn Süfyan və Əbu Nəim Şevbandan təxric etdilər. Belə dedilər, Rəsulullah (s.ə.v.) buyurdu: “Şərqdən qara bayraqlılar çıxar, onların ürəkləri dəmir kimidir. Kim onları eşitsə, qar üzərində sürünərək də olsa getsin və onlara beyət etsin.

• Qara bayraqlı orduya dəstək olmağın lazımlılığı

7.10--- Keza (Nəim ibn Hammad) Həsəndən təxric etdi. O dedi ki, Rəsullulah (s.ə.v.) Əhli-beytinin qarşılacağı bir müsibətdən bəhs edərək belə buyurdu: “Bu müsibət Şərqdən qara bayraqlı bir ordu çıxana qədər davam edər. Kim bu orduya dəstək olsa Allah ona kömək edər, kim mane olmağa çalışsa da onu pərişan edər. Sonda onlar adı mənim adım olan birinə üz tutaraq Onu başa keçirərlər, Allah da onları zəfərə çatdırar.”

• Şərqdən gələcək qara bayraqlıların hz. Mehdinin itaətinə girəcəkləri

7.11--- Kəza (Nəm ibn Hammad) Saib ibn Müseyyebdən təxric etdi. O belə dedi. Rəsullulah (s.ə.v.) buyurdu: “Şərqdən Abbas oğullarına aid qara bayraqlılar çıxar, onlar bir müddət davam etdikdən sonra yenə şərqdən bu dəfə kiçik qara bayraqlar çıxar və əbu Süfyanın soyundan bir adamla döyüşərək Mehdinin itaətinə girərlər.”

• İbn Kəsirin bu mövzuyla əlaqədar fikri

Bu qara bayraqlılar əbu Müslimi Xorasanın özü Əməvi dövlətini yıxdığı qara bayraqlılar deyil. Bu qara bayraqlılar hz. Mehdiyə liderlik edəcəklər.

• Hz. Mehdi zühur etdiyində ona qatılma və beyət əmri

4.23--- İbn Macə və Səhih deyərək Hakim və əbu Nəim, Sevbandan təxric etdilər. Rəsullulah (s.ə.v.) buyurdu: “Sizin xəzinənizin yanında hamısında bir xəlifənin oğulları olan üç adam öldürülər və bu xəzinə heç birisinə nəsib olmaz. Sonra Şərq tərəfdən qara bayraqlılar çıxaraq heç bir qövmün etmədiyi bir şəkildə döyüş aparar və ardınca Allahın xəlifəsi Mehdi gələr. Siz onun adını eşitdiyinizdə qar üzərində sürünərək də olsa ona üz tutun və ona beyət edin. Çünki O Allahın xəlifəsi Mehdidir.”

 

3- QARA BAYRAQLILAR VƏ HZ. MEHDİNİN BAYRAQDARI

• Siyah bayraklıların öncü kumandanının, Şuayb b. Salih Temimi olacağı

7.20--- Nəim ibn Hammad, Əbu Cəfərdən təxric etdi, o belə dedi: Haşim oğullarından sağ ovucunda xal olan bir gənc, qara bayraqlılarla Xorasandan çıxar, onun qarşısında Şueyb ibn Saleh olar və Süfyani ordusu ilə döyüşər və onları məğlubiyyətə uğradar.

7.22--- Kəza (N. ibn Hammad) hz. Əlidən təxric etdi, o belə dedi: Sol ovucunda xal olan Haşimi bir gəncin içində olduğu qara bayraqlı bir ordu çıxar, Onların qarşısında Şueyb ibn Saleh Təmimi adındakı şəxs olar. Bu ordu Süfyani ilə döyüşər və onun ordusunu məğlubiyyətə uğradar.

• Qara bayraqlıların Süfyani ordusunu məğlub etmələri

7.26--- Keza (N. ibn Hammad) hz. Əlidən təxric etdi, o belə dedi: “Süfyaninin qüvvəti Kufəyə girdiyində, o Xorasan əhlini axtarmaq üçün ordu göndərər. Xorasan əhli isə Mehdini axtarar və Haşimi gənclə birlikdə başlarında Şueyb ibn Saleh Təmiminin olduğu qara bayraqlılarla birləşərlər. Bu ordu Estahir qapısında Süfyani ilə qarşılaşar. Böyük bir döyüş olar. Nəticədə qara bayraqlılar qalib gələr. Süfyani qüvvələri qaçar. Məhz o zaman insanlar Mehdini istəyərlər və axtararlar.”

• Şueyb ibn Salehin hz. Mehdinin bayraqdarı olacağı

7.19--- Nəim ibn Hammad Ammar ibn Yasirdən təxric etdi, o belə dedi: “Mehdidən əvvəl Şueyb ibn Saleh olacaq.

7.16--- Tabarani, Evsadda, ibn Ömər (r.ə.)-dən təxric etdi, o belə dedi: Peyğəmbər (s.ə.v.) bir gün hz. Əli (r.ə.)-ın əlindən tutaraq belə buyurdu: “Bunun soyundan bir gənc çıxar və ərzi ədalətlə doldurar. Siz onu gördüyünüzdə Təmimi gənci axtarın, çünki o Şərqdən çıxacaq və Mehdinin bayraqdarı olacaq.”

7.23--- Keza (N. ibn Hammad) Ammar ibn Yasirdən təxric etdi. O belə dedi: “Süfyani Kufəyə çatdığı və Ali-Məhəmmədin köməkçilərini öldürdüyü zaman Mehdi çıxar və onun bayraqdarı Şueyb ibn Saleh Təmimi olar.”

• Şueyb ibn Salehin xüsusiyyətləri

7.18--- Nəim ibn Hammad, Həsəndən təxric etdi, o belə dedi: “Şueyb ibn Saleh Təmimi orta boylu, əsmər, az saqqallı olub, paltarları ağ və bayraqları qara olan dörd min əsgərlə çıxar. Bunlar Mehdinin qarşısında olarlar və qarşılarına çıxan hər kəsi məğlubiyyətə uğradarlar.

 

VII HİSSƏ

HZ. MEHDİNİN DÖYÜŞLƏRİ VƏ FƏTHLƏRİ

 

1-QÜDSƏ GƏLMƏDƏN ƏVVƏLKİ HƏRƏKƏTLƏRİ

• Hz. Mehdinin yanında Rəsullulah (s.ə.v)-in bayrağının tapılacağı

7.24---Keza (N. ibn Hammad), Abdullah ibn Şureykdən təxric etdi, o belə dedi: “Mehdinin yanında Rəsulullah (s.ə.v)-in bayrağı tapılar.”

• Hz. Mehdinin bayrağında "Beyət Allah üçündür" şəklində yazı olduğu

7.25--- Keza (N. ibn Hammad) İbni Sirindən təxric etdi, o belə dedi: “Mehdinin bayrağında "Beyət Allah üçündür" yazılıdır.”

• Bayraqdarın xüsusiyyətləri və Qüdsə çatacağı

7.21--- Keza (N. ibn Hammad) Kaab ibn Alkamedən təxric etdi, o belə dedi: Yaşı kiçik, saqqalı az və sarışın bir gənc çıxar, Mehdinin bayrağını daşıyar və qarşısına dağlar belə çıxsa onları əzərək İlyaya (Qüdsə) qədər çatar.

• Hz. Mehdinin sünnə üzrə vuruşacağı

2.21--- Keza (N. ibn Hammad) hz. Əli və hz. Aişədən təxric etdi. Peyğəmbər (s.ə.v.) buyurdu: “Mehdi Mənim soyumdandır. Mənim vəhy əsasında döyüşdüyüm kimi, o da Mənim sünnəm əsasında vuruşar.

• Hz. Mehdi əli ilə sünnələri canlandırılacağı

4.71--- İbn Münavi, Məlahimdə hz. Əlidən təxric etdi, o dedi ki: Qiyamət yaxınlaşdığı zaman və möminlərin ürəyi, ölüm, aclıq, fitnələr, sünnənin itməsi, xurafatların ortaya çıxması, yaxşılığı əmr edib pislikdən çəkindirmə imkanlarının itməsi kimi səbəblərlə zəiflədiyi zaman, Mənim övladımdan Məhəmməd ibn Abdullah (Mehdi) ilə Cənabı Haqq sünnələri canlandırar. Onun ədalət və bərəkəti ilə möminlərin ürəyi fərahlanar, Əcəm (xarici) və Ərəb millətləri arasında ülfət və məhəbət yerləşər. Bu vəziyyət bir müddət davam etdikdən sonra o vəfat edər.

• Hz. Mehdinin Həzim qəbiləsi üstünə getməsi

6.4--- Keza (N. ibn Hammal) ibn Məsuddan təxric etdi, o belə dedi: “Müxtəlif diyarlardan yeddi alim bir-birlərindən xəbərsiz olaraq gəlib Məkkədə görüşər və hz. Mehdiyə beyət edərlər. Halbuki, bunlardan hər birinə də üç yüz on adam beyət etmişdir. Məkkəyə toplanan bu insanlar Mehdiyə beyət edərlər. Allah Təala onun məhəbbətini insanların ürəklərinə yerləşdirər. O, başlarında Həzim qəbiləsindən bir adamın olduğu və Süfyaniyə beyət etmiş Məkkəli qruplara qarşı gedər.

Hz. Mehdi yanındakılarını arxasınca gətirərək üzərində bir kostyum və cübbə olduğu halda çıxar və Həzimə gələr. Burada da beyətləri qəbul edər. Ancaq Kelp qəbiləsi onların beyətlərinə qəzəblənərək bir ordu hazırlayar, lakin hz. Mehdi onları məğlub edərək yox edər və Allah romalılarla da onun əliylə məğlubiyyətə uğradar. Allah onun əliylə kasıblığı aradan qaldırar və Mehdi Şama enər.

• Hz. Mehdinin əmioğlu Həsəni ilə görüşməsi

1.15--- Əmirəlmöminin hz. Əli ibn Əbu Talib (r.ə.)-dən buyurdu ki: Biri Qərbdə, biri Əl-Cəzirədə, biri də Şamda olmaqla üç qrup bayraq sancılar. Fitnə bunların arasında bir il davam etdikdən sonra Süfyaninin çıxışı və etdiyi zülm və fücuru xatırlanar. Sonra Mehdi (ə.s.)-ın zühuru və insanların Rükn ilə Mövqe arasında ona beyətləri xatırlanar. Və hz. Mehdi hazırladığı əsgəriylə yavaşca və səssiz qura vadisinə qədər gedər. Burada özünə on iki min nəfər ordusuyla əmioğlusu Həsəni (hz. Həsənin soyundan) yetişər və ona belə deyər: "Ey əmioğlu, bu ordunun başına mən daha layiqəm, çünki Həsən (r.ə.)-ın oğlu mənəm, Mehdi də mənəm" deyər. Əsl Mehdi də "Xeyr, həqiqi olan Mənəm" deyər. Belə olduqda Həsən ona: "O halda səndəki əlamətlər nədir? Varsa beyət edərəm" -cavabını verər. Bu zaman Mehdi (ə.s.) bir quşa işarə edər, quş əlinə düşər, bir yerə quru bir budaq əkər və budaq yarpaqlanıb yaşıllanar. Beləcə Həsəni ona deyər ki: "Ey əmioğlu, bu əmrlik sənindir."

1.14--- Əmirəlmöminin Əli ibn Əbu Talib (r.ə.)-dən buyurdu ki: “Mehdi bir quşa işarə edər, quş əllərinə düşər. Bir yerə quru bir budaq əkər, budaq yaşıllaşar və yarpaqlanar. “

• Hz. Mehdinin qarşısında Cəbrayıl (ə.s), arxasında isə Mikayıl (ə.s.) ilə birlikdə Şama doğru yola çıxacağı

1.16--- Huzeyfə ibn Yamanidən, Mehdi hekayəsi haqqında Rəsulullah (s.ə.v)-dən buyurur ki: Onun çıxışı və ONA beyətləşmə, Rükn və Mövqe arasında olar və Mehdi qarşısında Cəbrayıl və arxasında Mikayıl olduğu halda Şama doğru yola çıxar, səma və ərz əhli, quşlar və vəhşi heyvanlar, hətta dənizdəki balıqlar belə Onun xilafətiylə sevinəcəklər.

(İmam Əbu Ömər və Osman da, Səid əl-Mukarrinin Sünən adlı kitabında bu hədisi eynilə rəvayət etmişlər.)

• Hz. Mehdi və yoldaşlarının hər zalıma qarşı qalib gələcəkləri

4.46--- Tabarani Evsad da Ümmü Sələmədən təxric etdi. Rəsulullah (s.ə.v) buyurdu: Şərqin hakimi qərb məliyinə gedər və onu öldürər. Sonra qərb məliyi də Şərqə gedər onu öldürər. Ondan sonra qərb məliyi Mədinəyə bir ordu göndərər, ancaq bu ordu yerə batırılar. Sonra ikinci bir ordu göndərər. Bu vaxt Mədinə xalqından bir qisim insanlar bir araya gələrlər, Hərəmdən çıxan bir kimsənin ətrafında, dağınıq olaraq quşlar kimi toplanarlar. Belə ki aralarında qadınlarında olduğu üç yüz on dörd nəfər bir qrup meydana gətirərlər. Onlar hər zalıma və Cabbar oğlu Cabbara qalib gələr. Onun dövründə ölülərin dirilərə qibtə edəcəyi bir ədalət görülər. O yeddi il qalar. (Hz. İsanın qırx illik dövründə) sonra isə yerin altı üstündən daha xeyirli olar.)

 

2-HZ. MEHDİNİN SÜFYANİ İLƏ DÖYÜŞÜ

• Hz. Mehdi ilə Süyfani ordusu qarşılaşdıqlarında səmadan gələcək bir səs

4.46--- Keza (N. ibn Hammad) Zühridən təxric etdi, o dedi ki: Ordunun Beydada batmasından sonra, Bədr əhli sayda insanla hz. Mehdi çıxar. O və Süfyani ordusu qarşı-qarşıya gələr. Mehdinin əsgərlərinin dəbilqələri zirehdən olar. Və o gün səmadan bir səs "Ey insanlar, Allahın yer üzündəki dostları Mehdiyə tabe olanlardır." deyər. Süfyani və ordusu məğlubiyyətə uğrayar. Və özlərindən döyüşə girməyən kiçik bir qrup qalar. Bunlar qaçaraq Süfyaniyə xəbər apararlar. Mehdi Şama gəldiyində Süfyani də daxil xeyli insan beyət etmək üçün ona üz tutarlar. Yer üzü də ədalətlə dolar.

1.12--- Həmçinin, (N. ibn Hammad) Zühridən təxric etdi, Buyurdu: Süfyani və Mehdi döyüş üçün qarşı-qarşıya gəldikləri gündə səmadan belə bir səs eşidilər: "Allahın övliyası filankəsin səhabələridir." (Yəni Mehdi (ə.s.)-ı nəzərdə tutur.)

Əsma bindi Umeys dedi ki, o günün əlaməti səmadan uzadılmış və insanların ona baxdığı bir əldir.

• Süfyaninin əsir alınaraq öldürülməsi

4.61--- Keza (Nəim ibn Hammad), Vəlid ibn Müslimdən təxric etdi. Vəlid belə dedi, Məhəmməd ibn Əlidən belə eşitdim: Süfyani və Kelp qəbiləsi ilə hz. Mehdi Beytül Makdisdə (Qüdsdə) döyüşər və Süfyani əsir olaraq gətirilər Mehdinin əmriylə Rəhmət qapısında öldürülər. Onların qənimətləri və qadınları da Şam küçələrində satılar.

• Hz. Mehdi ilə Süfyani arasındakı döyüşə aid müxtəlif rəvayətlər

Hz. Ümmü Sələmədən gələn bir rəvayət

4.43--- İbn Əbu Şeybə, Əhməd və Əbu Davud, Əbu Yala və Tabarani, Ümmü Sələmədən təxric etdilər, Peyğəmbər (s.ə.v.) belə buyurdu: “Bir xəlifənin ölümündən ixtilaf olar. Məkkəyə getməklə, Mədinə əhlindən bir adam çıxar və Məkkə xalqından bir qisim insanlar Onu meydana çıxarar və Rükn ilə Mövqe arasında Ona beyət edərlər. Şamdan Ona qarşı bir ordu göndərilər, ancaq bu ordu Beydada torpağa batırılar. İnsanlar bunu görüncə, Şam ebdalları (övliya zümrəsindən bir camaat) və İraq əhlinin qabaqda gələnləri Ona üz tutub beyət edərlər. O zaman ətrafında Kelb qəbiləsindən insanlar olan Qureyşli bir adam çıxar və (Mehdi) onların üzərinə bir ordu göndərər və bu ordu onlara qalib gələr. Məğlub olan Kelp ordusudur. Cənnət Kelb qənimətlərində hazır onlara olsun. Mehdi malı paylaşdırar, insanlar arasında Peyğəmbər (s.ə.v)-in sünnəsinə görə əməl edər və İslamı hakim edər, yeddi il qalar, sonra vəfat edər. Müsəlmanlar onunla namaz qılarlar.

• Süfyani ilə ediləcək döyüşlər haqqında hz. Huzeyfə (r.ə.)-dən gələn rəvayət

4.66--- Dani Huzeyfədən təxric etdi. O dedi ki: Rəsulullah (s.ə.v.) belə buyurdu: Zevrada bir döyüş olar, Huzeyfə isə: "Ya Rəsulullah, Zevra nədir?" dedi. Buyurdu: Zevra şərqdə çaylar arasında olan və ümmətimin ən şərlilərinin yaşadığı bir şəhərdir. Zalımlar həmişə orada oturarlar. Onlara dörd cür bəla gələr. Qılıncdan keçirilər, yerə batırılar, tufana məruz qalar və heyvan surətinə düşərlər.

Sonra Rəsulullah (s.ə.v.) belə buyurdu: “Həbəşlilər ərəblərlə döyüşmək istəyərlər, ancaq onlar qorxub İordaniya torpağına sığınarlar. Bu vaxt Süfyani üç yüz altmış süvari ilə Şama çatar və bir ay içində otuz min adam onlara qoşular. Süfyani daha sonra ordusunu İraqa göndərər və Zevrada yüz min adamı öldürər. Nəhayət Kufəyə çatar və onları əsir edərək daha bir ordu hazırlayar və onu Mədinəyə göndərər. Ancaq bu vaxt Şərqdə başlarında Şueyb ibn Saleh Təmiminin olduğu bir ordu toplanar və düşmənlərini yox edərək Kufəli əsirləri qurtarar.

Süfyaninin Mədinəyə göndərdiyi ordu üç günlük işğaldan sonra Məkkəyə yönələr, ancaq Beydaya gəldiyində Allah Təala "Ya Cəbrayıl, onları cəzalandır" əmri ilə Cəbrayıl (ə.s.)-ı göndərər və Cəbrayıl (ə.s.) bir ayağını yerə vuraraq bu ordunu torpağa basdırar. Yalnız Süfyaniyə xəbər gətirəcək iki adam sağ qalar. Bu iki adam Süfyaniyə gəlib vəziyyəti izah etdiyində o hər hansı bir qorxu hiss etməz. Bu sırada Qüreyş soyundan bir qrup insan Konstantinopola (Romaya) qaçar. Ancaq Süfyani Roma başçısına xəbər göndərərək bunları geri istəyər. Bu kəslər ona qaytarılar. Süfyani də Şam qapısında onların boyunu vurdurar. Huzeyfə davam edərək, o gün o qədər çirkin hadisələr olar ki, Şam qapısında gəzdirilən bir qadın mehrabda Süfyaninin dizlərinə oturdular, bunu görən müsəlmanlardan biri "Təəssüflər olsun sizə imandan sonra küfrəmi düşdünüz, bu halal deyil" deyər. Ancaq Süfyani tərəfindən boyu vurdurular. Bu hadisəni yayan hər kəsin də boynu vurular. Məhz o zaman səmadan bu səs eşidilər: "Ey insanlar, Allah Təala sizə münafiq və zalımlara uymağı məhrum etmiş və Məkkədə olan, yer üzündəki insanların ən xeyirlisi, adı Əhməd, atasının adı Abdullah olan Mehdini rəisiniz etmişdir, Ona tabe olun və əmrini dinləyin."

Bu anda İmran ibn Hüseyn "Mehdinin necə bilinəcəyini" soruşdu. Rəsulullah (s.ə.v.) bu cavabı verdi: “O mənim övladımdandır. Rəftarı İsrail oğulları dövlət adamı kimidir, üstündə pambıqdan (kutvani) iki cübbə olar.

Sağ yanağında qara bir xal vardır. Üzü parlayan ulduz kimi nurludur. Qırx yaşındadır. Şam, Misir və Şərqin bir çox yerindən ebdallar (övliya zümrəsindən bir camaat) və irəli gələn insanlar Ona üz tutar və Rükn ilə Mövqe arasında Ona beyət edərlər. Sonra hz. Mehdi qarşısında Cəbrayıl arxasında Mikayıl ilə Şama doğru yola çıxar və Onun xilafətinə yer, göy əhli, yabanı heyvanlar, quşlar hətta dənizdəki balıqlar belə sevinər. Zaman bərəkətli olar, çaylar suyunu, yer bərəkətini artırar, xəzinələr çıxarılıb Şama gətirilər.

Süfyani budaqları Hirə və Taberiyəyə doğru uzanan bir ağacın altında öldürülər. Kelp qəbiləsi də yox edilər. Orada imkansızlıq səbəbi ilə də olsa tapıla bilməyən hüsrana uğramışdır. "Onlar tövhid əhli olduğu halda, onlarla döyüşmək necə doğru ola bilər?" şəklindəki sualını da Rəsulullah (s.ə.v.) belə cavablandırmışdır. Onlar mürtəddirlər. Çünki şərabı halal sayarlar və namazı da qılmazlar."

 

3-HZ. MEHDİNİN QÜDSDƏN SONRAKI DÖYÜŞ VƏ FƏTHLƏRİ

• Bir çoxlarının beyət üçün Qüdsə gəlmələri

4.63--- Keza (Nəim ibn Hammad) hz. Əlidən təxric etdi. O dedi ki: Süfyaninin Mehdi üzərinə göndərdiyi ordu Beydada batdıqda, bu xəbəri eşidən Şam əhli Mehdinin çıxdığını və Ona beyət edilməsi lazım olduğunu söyləyərək öz xəlifələrini ölümlə təhdid edər. Belə olduqda xəlifə, xəzinələrini də özüylə götürərək Mehdiyə beyət üçün Beytül-Makdisə gəlir. Ərəb və Əcəm döyüşçülər Roma əhli və onların xaricindəki bir çox insan da beyət üçün Mehdiyə gələrlər. Hətta hz. Mehdi Konstantinopol və digər şəhərlərdə məscidlər tikər. Hz. Mehdidən əvvəl onun yaxınlarından bir adam Şərqdən çıxar və hədəfi Qüds olaraq on səkkiz ay döyüşər, ancaq oraya çata bilmədən ölər.

• Şimaldan gələcək bir düşmənlə döyüş

1.47--- Nəim Kaabdan təxric etdi, dedi ki, Mehdi təşkil etdiyi bir ordunu Türkə (Türk tərəfindən gələn bir düşmənə) göndərər, onları məğlubiyyətə uğradar, əsirləri və mallarını götürərək Şama gətirər. Daha sonra kölələri azad edərək sahiblərinə əvəzlərini ödəyər.

• Məlhamə-i Kübra və ya Amik ovalığı döyüşü

8.10--- Nəim ibn Hammad Kaabdan təxric etdi, dedi ki: “Mehdi romalılarla döyüşmək üçün bir ordu göndərər. Onun fiqh məlumatı (şəriət biliyi) on aliminkinə əvəzdir. O Tabutu-Səkinəni də Antakya mağrasından çıxarar.”

• Romalıların xainliyi və Amik ovalığı

8.6--- Natiq Müttəfək və Müftərəkində Əbu Hureyrədən təxric etdi. Dedi ki, Rəsulullah (s.ə.v.) buyurdu: “Romalılar Mənim soyumdan və adı adıma uyğun bir Valiyə (Mehdiyə) xəyanət etdikdən sonra Amak (Amik) deyilən yerdə sizinlə döyüşəcəklər. Burada müsəlmanların üçdə biri öldürülər, sonra bir gün yenə o qədər insan öldürülər. 3 gün (səfərdə) isə döyüş romalıların əleyhinə dönər. Müsəlmanlar döyüşə davam edər və Konstantinopolu (Romanı) fəth edər və oradakı malları bölər. Tam bu sırada isə "Dəccal sizin evinizə girmiş və uşaqlarınızı əsir almışdır." şəklində bir səs eşidəcəklər.

(Burada bəhsi keçən döyüş Amik ovalığında romalılarla, (yəni xristianlarla) ediləcək döyüş olub, digər hədis kitablarında "Məlhamə-i Kübra" deyə bəhsi keçən döyüşdür.)

• Yeddi Bayraq əhli ilə döyüş

4.12--- Nəim ibn Hammad və Hakim səhih deyərək, hz. Əli ibn Əbu Talib (r.ə.)-dən təxric etdilər. Buyurdu ki: “Elə bir fitnə olacaq ki, insan o fitnəyə, qızılın cövhərdə olması kimi qarışmış olacaq. Siz, zalımlar xaric Şam əhli haqqında pis söz söyləməyin. Çünki onların arasında ebdallar (övliyalar zümrəsindən bir camaat) vardır. Allah Təala onları darma-dağın edəcək şiddətli bir yağışı səmadan endirəcək, beləki döyüşsələr tülkülər belə onlara qalib gələcəkdir. Bu zaman Allah Rəsulullah (s.ə.v)-in soyundan bir adamı, az olsa on iki, çox olsalar on beşdən ibarət üç bayraq olmaqla bir ordu arasında göndərər. Şüarları "Emit, emit" (öldür, öldür) dür. Və bunlar yeddi bayraq əhli ilə döyüşərlər. (Bu yeddi bayraqdan) hər birinin sahibi mülkün özünün olacağına tamah edərək vuruşarkən məğlubiyyətə uğrayacaq. Sonra Haşimi (hz. Mehdi) zəfər qazanar və Allah Təala müsəlmanlara onun ülfət və məhəbbətini yerləşdirər. Bu hal Dəccal çıxana qədər davam edər.

• Hindistanın fəth ediləcəyi

1.45--- Nəim ibn Hammad Fitən adlı kitabında Kaabül Ahbardan təxric etdi, O dedi ki: “Beytül-Makdisin (Qüds) Məliyi (Mehdi) Hindistana əsgər göndərər. Fəth edər və xəzinələrini alar və onun zinətləri ilə Beytül-Makdisi bəzəyər. Ona Hind məlikləri bağlanaraq gətirilər. Onun üçün Şərq-Qərb arası fəth olunar.

• Konstantinopol və Deyləmin fəth ediləcəyi

8.5--- İbn Macə və Əbu Nəim Əbu Hureyrədən təxric etdilər. O dedi, Peyğəmbər (s.ə.v.) buyurdu: “Əgər dünyadan bir gün qalsa belə, Allah o günü uzadar, Əhli-beytimdən birini çıxarar və dünyaya Malik edər. O Konstantinopol və Deyləm dağlarını fəth edər.”

(Deyləm dağları Xəzər dənizinin cənub-qərbindədir.)

• Rumiyyənin (Romanın) və Qati diyarının beldesinin fəthi

8.1--- Huzeyfə ibn Yamanı Mehdi hekayəsi və Romanın fəthi haqqında Rəsulullah (s.ə.v)-dən rəvayət etdi. O belə buyurdu: “Mehdinin əsgərləri dörd təkbir gətirdiyi zaman, Romanın divarları yerlə-yeksan olacaq. Burada altı yüz min adam öldürülər. Və xəzinələri də Beyt-ül Makdisə aparılmaq üçün alınar. Bundan əlavə, içində səkinə və İsrail oğullarının süfrəsi, əsl Tövrat lövhələri, hz. Musanın əsası və hz. Süleymanın minbəri ilə Allahın İsrailə oğullarına göndərdiyi süd kimi ağ rəngli məndən (qüdrət helvasından) iki ölçək olan tabut da Beytül-Makdisə gətirərlər. Sonra onlar Tahinə adındakı bir şəhəri də fəth edər və, nəhayət, Qati diyarına gəlirlər:

Qati: Bu diyar gəmiləri daşımayan bir dəniz üzərindədir. Deyildi ki: "Ya Rəsulullah, nə üçün o gəmiləri daşımaz"-buyurduq ki: “O dənizin dərinliyi yoxdur. İnsanlar ona ancaq kiçik gəmilərlə keçə bilərlər.”

Hz. Mehdi və ordusu o dənizin kənarından keçərlər.

Allah orada Adəm övladları üçün mənfəətlər yaratmışdır. Qati diyarının 360 qapısı olar və hər qapıdan da 1000 döyüşçü çıxar. Mehdi və ordusu 4 təkbirlə şəhərin divarlarını yerlə-yeksan edər. İçindəki xəzinələri götürər və burada yeddi il qaldıqdan sonra Beytül-Makdisə keçərlər. Dəccalın İsfahan yəhudiləri ilə birlikdə çıxdığı xəbəri bu sırada onlara çatar.

(Bu hədisi Əbu Ömər ət-Dani Sünəndə zikr edir.)

• Hz. Mehdinin dünyanın hər yerinə üz tutacağı və Zülqərneynin girdiyi hər şəhərə girəcəyi

8.3--- Əmirəlmöminin hz. Əli İbni Əbu Talib (r.ə.)-dən Mehdi hekayəsi haqqında rəvayət edildi. Dedi ki: “O (Mehdi) dünyanın hər yerinə üzünü tutar edər və hər zalımı yox edər. Allah Onunla İslam əhlinin ürəyini canlandırar. Xəzinələri Beytül-Makdisdə toplayar. İçində bir bazarın hər bir bazarda da min dükanın olduğu bir şəhərə gələr, oranı fəth etdikdən sonra dünyanı əhatə edən yaşıl dəniz üzərindəki Qati şəhərinə gələr. Bu dənizin arxasında Allahdan başqasının bilmədiyi şeylər vardır. Qatinin uzunluğu min mil, genişliyi isə beş yüz mildir. Mehdinin əsgərləri üç təkbirlə şəhərin divarlarını yerlə-yeksan etdikdən sonra bir milyon insanı öldürərək buranı fəth edərlər. Hz. Mehdi daha sonra min miniklə buradan Beytül-Makdisə geri dönər. Fələstin də Tripoli, Akka, Sur, Qəzzə və Askalanı da alaraq buradakı xəzinələri Qüdsü-şərifə gətirər. Dəccal çıxana qədər burada iqamət edər. Daha sonra da hz. İsa (ə.s.) nüzul edər və Dəccalı öldürər.

(Bu mövzuda "İkduddurərdə daha geniş məlumat vardır.)

Yenə "İkdiddurər"də izah edildiyinə görə:

Konstantinopol:

Konstantinopol onu inşa edən Konstantinopolun adından qaynaqlanır. Kral Konstantinopol xristianlığı ilk ortaya çıxaran kəsdir. Bu şəhərin yeddi suru var. Digər altı suru da əhatə edən ən böyük Surun genişliyi 9 m. qədərdir və 100 qapısı vardır. Ən son və şəhəri əhatələyən Surun genişliyi isə 4.5 m-ə qədərdir. Şəhər bir körfəz üzərindədir. Və o, Roma diyarları və Əndəlüsə (Avropaya) bitişikdir.

Rumiyyə (Roma):

Roma şəhərlərinin anasıdır. Oranın hakiminə Papa deyilir. Papa müsəlmanların xəlifəsinə bənzəyir. Yəni dini liderdir. Heç bir Romanın bu Rumiyyə şəhəri kimi qeyri-adiliklər olan bir başqa yerə rast gəlmək mümkün deyil.

• İbni Cəririn Təfsirində romalılar haqqında fikirləri

8.4--- İbni Cərir Təfsirində Sudiydən təxric etdi. Allah Təalanın "Məscidlərin içində insanları Allahın adını zikr etməkdən məhrum edən və onlara maneə törətməyə çalışan kimsədən daha zalım kim ola bilər? Tərcüməsindəki ayəsinin təfsirində dedi ki: “Burada zalım insanlarda Allahın qəsdi Roma əhlidir. Çünki onlar Beyt-ül Makdisin təxribi üçün Buhtannasra kömək etmişlər. Yenə Allahın "Məscidlərinə qorxuyla girənlər onlardır" tərcüməsindəki ayəsində nəzərdə tutduğu da Roma əhlidir. Çünki yer üzündəki hər Roma ya boyunun vurulacağı narahatlığı ilə, ya da cizyə vermək qorxusu ilə Allahın məscidinə girər, ancaq yenə də cizyəni verər. Yenə Allah Təalanın "Onlar üçün dünyada zillət var" tərcüməsindəki ayəsi haqqında dedi ki: "Onların dünyadakı zilləti, Mehdinin çıxıb Konstantinopolu (Romanı) fəth etməsi və romalıları məğlub etməsidir."

• Yəhudilərdən böyük bir camaatın müsəlaman olması

8.9--- Nəim, Səlman ibn İsadan təxric etdi, o dedi ki: Eşitdiyimə görə Mehdinin əlində (zamanında) səkinə olan tabut Tabəriyyə gölündən çıxarılar və Beyt-ül Makdisdə (Qüdsdə) Onun önünə gətirilər. Yəhudilər bunu görüncə çox azı istisna olmaqla çoxu müsəlman olarlar.

• Hz. Mehdiyə "Mehdi" deyilməsinin səbəbi

8.8--- Əbu Əmr Dani, Sünənində ibn Şevzəbdən təxric etdi. O dedi ki: Ona Mehdi deyilməsinin səbəbi budur. O, yəhudilərin həcc etdiyi Şam dağlarından bir dağın içindəki Tövrata dair kitabları çıxarar və yəhudilərdən bir camaat Onun (Mehdinin) əlində müsəlman olar.

8.11--- Keza (N. ibn Hammad) Kaabdan təxric etdi, o dedi ki: O kimsənin bilmədiyi gizli bir vəziyyətə yol göstərən, rəhbər olduğu üçün özünə "Mehdi" deyilmişdir. O, Tabutu Tündünəni Antakya mağarasından çıxarar.

• Hz. Mehdi və Əhli-beytinin Qüdsdə uzun müddət qalacağı

8.7--- Nəim ibn Hammad Ertahdan təxric etdi, dedi: Hz. Mehdi Beytül- Makdisə (Qüdsə) enər və millət Onun Əhli-beytindən gələnlərlə uzun bir müddət yaşayar. Daha sonra zalımlar görünər və Abbas oğulları rəhmətlə axtarılar.

 

VIII HİSSƏ

HZ. MEHDİNİN HZ. İSA (Ə.S.)-A İMAMLIQ ETMƏSİ

 

1-HZ. MEHDİNİN HZ. İSA (Ə.S.)-A İMAMLIQ ETMƏSİ

• Hz. Mehdinin ümmətin ortasında olduğu

9.5--- Əbu Nəim, ibn Abbasdan təxric etdi, dedi ki: Rəsulullah (s.ə.v.) buyurdu: Bir ümmət necə həlak olar ki, əvvəlində Mən, sonunda Məryəm oğlu İsa (ə.s.) və ortasında da Əhli-beytimdən Mehdi vardır.

• İbni Həcəri Məkkinin bu xüsusdakı bir izahı

Şeyx İbni Həcəri Mekkidə Əl Kavlul Müxtəsər fi Əlamətil Mehdiyy-il Muntazar adlı kitabında bunları söyləyir:

“Həzrəti Mehdinin orta (ortada) olmağında məqsəd axıra yaxın olmasını izah üçün olub, Mehdinin bu ümmətin axırı olacağını bildirən səhih rəvayətlərlə əkslik təşkil etmir. Vasat (orta) ifadəsi Mehdinin hz. İsadan çox az bir müddət əvvəl (Yeddi il iki ay bir neçə gün) gələcəyini ifadə etmək üçün istifadə edilmiş və hz. İsa (ə.s.) ondan (Mehdidən) qısa bir zaman sonra göydən enəcəyi içində axır olaraq səciyyələndirilmişdir.

• Hz. Mehdinin hz. İsa (ə.s.)-a imamlıq edəcəyi

9.1--- Nəim əbu Səiddən təxric etdi, dedi Rəsulullah (s.ə.v.) buyurur: “İsa ibn Məryəmin arxasında namaz qılacağı adam bizdəndir”.

9.7--- İbn Əbi Şeybə Musannef də İbni Şirindən təxric etdi. Dedi ki: “Mehdi bu ümmətdəndir və hz. İsaya imam olacaq”.

9.8--- Nəim ibn Hammad Abdullah ibn Əmrdən təxric etdi, dedi ki: “Mehdi İsa ibn Məryəmin üzərinə enəcəyi və arxasında namaz qılacağı kimsədir.

9.4--- Buxari və Müslim əbu Hureyrədən təxric etdi, buyurdu: “Məryəm oğlu İsa (ə.s.) aranıza endiyində və imamınız sizdən olduğunda, baxaq nə edəcəksiniz?”

• Hz. İsa (ə.s.) göydən enincə, hz. Mehdinin ona namazı qıldırmasını təklif etməsi

9.2--- Əbu Nəim, Cabirdən təxric etdi, dedi Rəsulullah (s.ə.v.) buyurdu: İsa ibn Məryəm göydən enər, onların (möminləri) Əmri olan Mehdi, özünə "Gəl bizə namaz qıldır" deyər. O (Hz. İsa ə.s.) isə, bu ümmətə Allahın bir ikramı olaraq "Xeyr, sizin bəziniz bəzilərinizin Əmridir" deyər.

• Hz. İsa (ə.s.)-ın göydən səhər vaxtı enəcəyi

9.6--- İbn Macə, Ravyanı, ibn Huzeymə, əbu Ovanə, Hakim və əbu Nəim, əbu İmamadan təxric etdilər. Dedi ki, rəsulullah (s.ə.v.) bizə xitab etdi. Dəccalı xatırlayaraq belə buyurdu: “Mədinə körüyün dəmirin pasını aradan qaldırdığı kimi, içindəki pisliyi aradan qaldırar, O günə "qurtuluş günü" deyilir. Ümmü Şüreyk: "Ya Rəsulullah (s.ə.v.), o gün ərəblər haradadır?"- dedi. Buyurdu: Onlar o gün az olarlar, imamları saleh bir insan olan Mehdi olduğu halda, Beytül -Makdisə sığınarlar. Orada imamları özlərinə səhər namazını qıldırmaq üçün önə keçdiyi vaxtda, birdə baxarlar ki, İsa İbni Məryəm (ə.s.) səhər vaxtında enmişdir. Bu imam (Mehdi) hz. İsanı önə keçirmək üçün arxaya çəkilər. Hz. İsa (ə.s.) onun çiyinlərinə əlinə qoyar və Ona deyər ki: "Keç önə namazı qıldır. Çünki qamət sənin üçün verilmişdir", belə olduqda imamları (Mehdi) onlara namazı qıldırar.

• Hz. İsa (ə.s.)-ın saçlarından su damır kimi olması

9.9--- Əbu Əmr və Dani Sünənin, Huzeyfə (r.ə.)-dən təxric etdilər, dedi Rəsulullah (s.ə.v.) buyurdu: “Mehdi baxar ki, hz. İsa ibn Məryəm enmişdir, sanki saçlarından su damır kimidir. Mehdi Ona deyər ki, "Önə keç insanlara namaz qıldır". Hz. İsa isə deyər ki, "namaz sənin üçün iqamə olundu.". Belə olduqda O, mənim övladımdan bir yetkin bir adamın arxasında namazı qıldırar.

• Hz. İsa (ə.s.) enənə qədər Haqq üçün vuruşan bir tayfanın olacağı

9.10--- Əbu Əmr və Dani Sünənində Cabir ibn Abdullahdan təxric etdilər, dedi ki, Rəsulullah (s.ə.v.) buyurdu: “Taki İsa İbni Məryəm, Fəcrin tuluu (səhər namazı) əsnasında, Beytül-Makdisdə Mehdi üzərinə nüzul edənə qədər Mənim ümmətimdən bir tayfa Haqq üçün vuruşacaq. Mehdi o zaman deyər: "Ey Allahın Peyğəmbəri keç önə bizə namazı qıldır"- O (hz. İsa) isə, "Bu ümmətin biri digərlərinə əmirdir" deyər.

9.3--- Əhməd, Müslim, ibn Cüreyr və ibn Hıbban, Cabir ibn Abdullahdan təxric etdilər, buyurdu: “Qiyamətə (Dəccal ilə döyüşə) qədər Mənim ümmətimdən bir qrup Haqq uğrunda qalib olaraq vuruşacaq. İsa ibn Məryəm göydən nüzul etdiyində onların Əmiri ona "Gəl bizə namazı qıldır" deyər. Ancaq O, bu ümmətə Allahın bir ikramı olaraq "Sizin Biriniz digərlərinizə əmirdir" cavabını verər. (Yəni imamınız Mehdi aranızdadır. Yəni namazı o qıldırmalıdır demək istəyər.)

• Hz. Mehdinin ilk namazdan sonra imamlığı hz. İsa (ə.s.)-a verməsi

9.11--- Nəim Kaabdan təxric etdi. Dedi ki: “Dəccal Beytül-Makdisdə möminləri mühasirə altına alar və onlara (möminlərə) elə şiddətli bir aclıq üz verər ki, aclıqdan yaylarının tirini belə yemək məcburiyyətində qalarlar.

Onlar bu halda ikən, birdən qaranlığın içindən bir səs eşidərlər və "Bu tox adamın səsidir" deyərlər. Bir də baxarlar ki, O, İsa ibn Məryəmdir. Namaza qalxarlar, müsəlmanların imamı Mehdi geri çəkilər. Belə olduqda hz. İsa deyər ki: "Önə keç Namaz sənin üçün iqamə olundu.". Hz. Mehdi də onlara namaz qıldırar və bundan sonra hz. İsa (ə.s.) imam olar.

9.12--- Nəim ibn Hammad ibn Abbasdan təxric etdi, dedi ki: Mehdi bizdəndir. İmamlığı hz. İsa ibn Məryəmə verər.

 

 

IX HİSSƏ

HZ. MEHDİDƏN SONRA GƏLƏCƏK XƏLİFƏLƏR

1- HZ. MEHDİNİN HÖKMÜNÜN MÜDDƏTİ

• Hz. Mehdinin zühurundan hz. İsa (ə.s) enənə qədər hökmünün müddətinin yeddi il olduğu

10.6--- Keza (N. ibn Hammad) Muhammad ibn Cubeyrdən, o da atasından təxric etdi, atası belə dedi: Mehdi yeddi il iki ay bir neçə gün hökm edəcək.

10.1--- Əbu Yala Əbu Hureyrədən təxric etdi. Dedi ki, dostum Əbu Qasım (s.ə.v) mənə belə buyurdu: “Əhli-beytimdən biri çıxıb insanları Haqqa dönənə qədər mübarizə aparmadıqca qiyamət qopmaz. Mən dedim: "Onun hökmü nə qədər davam edər?" Buyurdu: "Beş və iki" (Yeddi il).

10.3--- Əhməd və Əbu Nəim Əbu Səiddən təxric etdilər. Dedi Peyğəmbər (s.ə.v.) buyurdu: “Əhli-beytimdən biri yeddi il hökm edib, daha əvvəl zülmlə dolu olan ərzi ədalətlə doldurmadıqca bu dünya bitməz.

11.2--- Tabarani Evsadında və Əbu Nəim Əbu Səid-ül Hudridən təxric etdi. Dedi ki, Rəsulullah (s.ə.v.) belə buyurdu: “Əhli-beytimdən biri çıxar və sünnəmi söyləyər. Allah Ona yağış endirər və yer üzü Ona bərəkətini çıxarar. Daha əvvəl zülm və cəfa ilə dolu olan dünya ədalət və gözəlliklə dolar. Yeddi il bu ümmətə hökm edər və Beytül-Makdisə enər.

10.2--- Əbu Nəim Əbu Səiddən təxric etdi. Dedi Peyğəmbər (s.ə.v.) buyurdu: “Mənim soyumdan bir insan gələr və daha əvvəl zülm və cəfa ilə dolu olan dünyanı ədalətlə doldurar. Hökmü yeddi və ya doqquz il davam edər.”

• Hz. Mehdinin hz. İsa (ə.s.) ilə birlikdə hökm edə biləcəyi zamanlar

10.8--- Keza (N. ibn Hammad) Bukayyə ibn Vəliddən təxric etdi. O dedi ki: “Mehdinin həyatı 30 ildir.”

10.9--- Keza (N. ibn Hammad) Hz. Əli (r.ə.)-dən təxric etdi. Dedi ki: “Mehdi insanların işlərini otuz ilə qırx il üzərinə götürəcək.”

10.4--- Nəim ibn Hammad Ertahdan təxric etdi, dedi: “Mehdi qırx il baqi qalar.”

10.7--- Keza (N. ibn Hammad) Dinar ibn Dinardan təxric etdi, dedi ki: “Mehdinin müddəti qırx ildir.”

• Şeyx Əhməd ibn Həcərin fikri:

Hz. Mehdinin yeddi il hökm sürəcəyi rəvayəti həm çox, həm də məşhurdur. Ancaq bütün rəvayətlərin səhih olmaqla belə əlaqələndirmək mümkündür: Yeddi il (təkbaşına) təsirli müddətidir. (Hz. İsa ilə birgə qalacağı müddətlə birlikdə) bu müddət təxmini iyirmi il çəkə bilər. Yaxud 40 ilə qədər uzana bilər.

 

2- HZ. MEHDİDƏN SONRA GƏLƏCƏK XƏLİFƏLƏR

QEYD: Hz. Mehdinin yeddi illik öz idarəsindən sonra, dəccal çıxdığı zaman hz. İsa (ə.s.)-ın nüzul edib dəccalı öldürəcəyi və qırx il dünyada hökm sürəcəyi Allahın icazəsi ilə qətidir. Bu zamanın bir qismində də hz. Mehdi ilə birgə ola biləcəyi yuxarıda açıqlandı. Aşağıdakı hədisi şəriflərdə adı keçən və hz. Mehdidən sonra gələcəyi bildirilən şəxslərin isə ya hz. İsa (ə.s.)-ın vəziri olaraq və ya ondan sonra müstəqil olaraq hökm sürmələri ola biləcəkdir.

• Hz. Mehdidən sonra "Kahtani" deyilən bir kimsənin gələcəyi

11.3--- Tabarani Kəbirin ibn Mündə Əbu Nəim, ibn Asakir, Kays ibn Cabirdən, o da atasıdan, atası da babasından təxric etdilər, o dedi ki, Rəsulullah (s.ə.v.) belə buyurdu: “Məndən sonra xəlifələr olar. Xəlifələrdən sonra əmirlər, əmirlərdən sonrada zalım məliklər gələr. Son olaraq da Əhli-beytimdən biri çıxar, daha əvvəl zülmlə dolu olan dünyanı ədalətlə doldurar. Sonra o gedər Kahtani gələr. Haqq olaraq göndərən Allaha and içirəm ki, o digərindən keçmiş deyil.

11.10---Keza (N. ibn Hammad) Qeys ibn Cabir əs-Sadəfidən təxric etdi, dedi ki: “Rəsullulah (s.ə.v.) buyurdu: “Əhli-beytimdən bir adam olacaq və daha əvvəl zülmlə dolu olan dünyanı ədalətlə dolduracaq. Ondan sonra Kahtanidir. Nəfsim yədi-i qüdrətində olana and içərəm ki, o onun kimi zalım deyil.

• Kahtaninin hz. Mehdidən keçmiş olmayacağı

11.7--- Keza (N. ibn Hammad), Vəliddən, o da Mamerdən təxric etdi, dedi ki, Rəsulullah (s.ə.v.) buyurdu: Mehdidən sonra Kahtanidir. O, onun kimi zalım deyil.

• Kahtaninin hz. Mehdinin yolu ilə gedəcəyi

11.12--- Keza (N. ibn Hammad) Kaabdan təxric etdi. O dedi ki; “Məndən sonra Yəmən əhlindən Mehdinin dində qardaşı olan, Kahtandan bir xəlifə olar. Və o, (Mehdinin) yolu ilə gedər. Roma şəhərini fəth edən odur və qənimətlərini də alar.

• Kahtaninin iyirmi il qaldıqdan sonra silahla öldürüləcəyi

11.15--- Keza (N. ibn Hammad) Ərtaddan təxric etdi, dedi mənə çatdı ki: “Mehdi qırx il yaşadıqdan sonra döşəyində vəfat edər. Sonra Kahtandan iki qulağı deşik olan bir adam çıxar və Mehdinin yolu ilə gedər. İyirmi il qaldıqdan sonra silahla öldürülər. Peyğəmbər (s.ə.v)-in Əhli-beytindən olan Mehdi gözəl rəftarlıdır. Kayzer şəhərinə qəza (İslam dinini qorumaq və yaymaq məqsədiylə müsəlman olmayanlara qarşı aparılan döyüş) edər. O Məhəmməd ümmətinin əmirlərinin sonuncusudur. Sonra onun zamanında dəccal çıxar.

• Kahtaninin adının Mənsur ola biləcəyi xüsusu

11.9--- Keza (N. ibn Hammad) ibn Əmrdən təxric etdi, o dedi ki: Ey Yəmənin birliyi, Mənsurun sizdən olduğunu söyləyirsiniz. Nəfsim qüdrət əlində olan Allaha and içirəm ki, onun atası Qureyşidir. İstəsəm onu son cəddinə qədər sayardım.

11.1--- Nəim ibn Hammad, Süleyman ibn İsadan təxric etdi, dedi ki: Mənə çatan bir xəbərə görə, hz. Mehdi on dörd il Beytül-Makdisdə qalar, ardınca ölər. Özündən sonra arxasından öz qövmündən Mənsur adında bir adam gələr. Beytül-Makdisdə iyirmi bir il qalar. Sonra öldürülər, daha sonra Mövla adında biri gələr və üç il qaldıqdan sonra o da öldürülər. Və sonra Həşimül-Mehdi gəlib üç il dörd ay on gün qalar.

11.5--- Keza (N. ibn Hammad) Zühridən təxric etdi, dedi ki: Mehdi ölər, sonra insanlar fitnələrə düşər və özlərinə Məhzum qəbiləsindən bir adam gələr, Ona beyət olunar. Bir müddət qalar, sonra səmadan ins və cinə aid olmayan bir münadi belə nida edər: "Filankəsə beyət edin və hicrətdən sonra geriyə dönməyin." İnsanlar dərhal baxarlar, ancaq (beyət edəcək kimsə) görməzlər. Sonra bu səs üç dəfə eşidilər. Bilaharə Mənsura beyət edilər, Mənsur Məhzumi üzərinə gedər. Allah da Ona nüsrət (üstünlük, zəfər) verər, onu və yanındakıları öldürər.

• Hz. Mehdidən sonra gələn digər kəslər Mənsur, Salam və Əmirəl Usub

11.13--- Keza (N. ibn Hammad) Ertaddan təxric etdi, o dedi ki: Mehdi ilə romalılarla arasıda bir andlaşma olar, sonra Mehdi vəfat edər, sonra Əhli- beytindən bir adam işləri üzərinə götürər. Dalələtə düşər, sonra öldürülər.

11.18--- Əbu Hüseyn ibn Münadi, Salam ibn əbu Caddan Məlahimin təxric etdi. O dedi ki: Mehdi iyirmi bir il qalar, özündən sonra bir başqası gələr və Onun kimi olar, o da salehdir, on dörd il qalar. Sonra bir başqası gələr, o da onun kimidir, o da salehdir, doqquz il qalar.

11.8--- Keza (N. ibn Hammad) Abdullah ibn Əmrdən təxric etdi dedi ki: “Zalımlardan sonra Cabir gələr, sonra Mehdi, sonra Mənsur, sonra Salam və ən sonda da Əmirəl Usub gələr.”

11.17--- Nəim Abdullah ibn Əmrdən təxric etdi. Dedi ki: Zalımlardan sonra Cabir çıxar. Belə ki, Allah Məhəmməd (s.ə.v)-in ümmətini ona tabe edər. Sonra Mehdi, sonra Mənsur, sonra Salam və sonra da Əmirəl-Usub. Bundan sonra ölməyə müqtədir olan ölsün.

11.11--- Keza (N. ibn Hammad) Abdullah ibn Əmrdən təxric etdi, dedi ki: “Üç əmir ard-arda gələr. Allah onlara yer üzünün hamısının fəthini nəsib edər. Əvvəlində saleh Cabir, sonra Müfərrəc, sonra da Zulusub. Qırx il qalarlar. Onlardan sonra dünyada heç xeyir yoxdur.

 

 

X HİSSƏ

XATİMƏ

1-DÜNYANIN ÖMRÜ

(Burada insanlıq tarixinin ömrü nəzərdə tutulur.)

• Dünya ömrünün yeddi min il olduğu

H. 2--- İbn Asakir deyir ki: “Əbu Səid Əhməd ibn Məhəmməd Bağdadi (aradakı ravi silsiləsi ilə) rəvayət etdi. Ənəs ibn Malik (r.ə.)-dən dedi ki, Rəsulullah (s.ə.v.) buyurdu: Kim bir din qardaşının Allah yolunda bir ehtiyacını ödəsə, Allah Təala onun üçün gündüzlərini orucla, gecələrini də ibadətlə keçirmişcəsinə bu dünyanın yeddi min illik ömrü müddətin tərəfindən savab yazar.

H. 3--- İbn Adiyy deyir ki: “Əbu İshaq İbrahim ibn Abdullah Nebti, (aradakı ravi silsiləsi ilə) rəvayət etdi. Ənəs ibn Malik (r.ə.)-dən dedi ki, Rəsulullah (s.ə.v.) buyurdu: “Dünyanın ömrü axirət günlərindən yeddi gündür. Allah Təala buyurdu ki: "Sənin Rəbbinin yanındakı bir gün, sizin saydığınız min il kimidir."

H. 7--- İbn Əbi Dünya, Zemmil Emelin deyir ki, Əli ibn Səid, Həmzə ibn Hişandan, o da Səid ibn Cubeyrdən rəvayət etdilər ki, dünya axirət həftələrindən bir həftədir.

H. 5--- İbn Əbi Xatəm, Təfsirində ibn Abbasdan rəvayət etdi ki: “Dünya axirət həftələrindən bir həftə olub, yeddi min ildir və bunun altı mini keçmişdir.

H. 6--- İbn Abbasdan səhih olaraq nəql edilən belə bir rəvayət vardır. O dedi ki: “Dünya yeddi gündür. Hər bir gün min il kimidir. Və Rəsulullah (s.ə.v) də onun sonunda göndərildi.”

• Əshabı-Kiramın gördüyü bir yuxu

H. 4--- Tabarani “Kəbir”ində deyir ki, Əhməd ibn Nadr əl-Əsgəri və Cəfər ibn Məhəmməd-ül Fəryabi nəql etmişlər ki; (Ravi silsiləsi ilə) Dakkak ibn Zeydi Cühenidən rəvayət etdilər. O dedi ki: “Mən gördüyüm bir yuxunu Rəsulullah (s.ə.v)-ə izah etdim. Bu yuxuda Peyğəmbər (s.ə.v.) yeddi pilləli bir minbərin ən üst pilləsində idi. O buyurdu ki: Yeddi pilləli gördüyün minbər bu dünyanın ömrü olan yeddi min ildir, Mən də Onun son minilliyində olacağam.

H. 8--- İbni Abd-il Hamid təfsirin deyir ki; Məhəmməd ibn Fəzl Hammad ibn Zeyddən, o da Yəhya ibn Cəlddən, o da Məhəmməd ibn Sirindən, o da müsəlman olmuş Kitab əhli birindən rəvayət etdilər ki:“Allah göyləri və yerləri altı gündə yaratmışdır. Rəbbimin yanında bir gün sizin dünya həyatında saydığınız min il kimidir. Və dünyanın əcəli altı gündür, yeddinci gündə qiyamət qopacaq. Altı gün getmişdir və siz yeddinci gündəsiniz.

• Peyğəmbər (s.ə.v) zamanında Adəm (ə.s.)-dan bəri 5600 il keçməsi

H. 28--- Əhməd ibn Hənbəl İlelin nəql etdi. İsmayıl ibn Abdulkərim, Abdussaməddən, o da Vehbdən rəvayət etdi: Dünyadan beş min altı yüz il keçmişdir.

Müəllifin fikiri: Bu hədisi-şərifdə göstərir ki, Məhəmməd üməti ömrü ən az 1400 il olacaq.

• Yəhudilərin cəhənnəmdə qalma müddətləri haqqındakı zənnləri

H. 9--- Əbu İshaq deyir ki: Məhəmməd ibn Əbu Məhəmməd İkrimədən, o da Səid ibn Cübeyrdən, o da ibn Abbasdan yəhudilərin belə dediyini rəvayət etdilər: "Dünyanın müddəti yeddi min ildir. Ona görə biz dünyanın hər min ili qarşılığında bir gün cəhənnəmdə qalacağıq ki, hamısı yeddi gündür, sonra bizdən əzab kəsiləcək." Allah məhz bu tərcümədəki ayəni onlar haqqında buyurdu: "Yəhudilər atəş bizə ancaq sayılı günlər toxunacaq deyərlər. Siz Allahla sözləşməmi etdiniz? Allah Təala heç bir zaman sözünə müxalif çıxmaz. Yoxsa siz Allaha qarışı bilmədiklərinizimi söyləyirsiniz? Xeyr, kim ki günah işləyib günahı onu bürüyərsə, o cəhənnəm əhlinin özüdür və orada əbədi qalacaq."

Bu hədisi ibn Cüreyr, ibn Munzir, ibn Əbu Xatəm rəvayət etmişdir. Bundan başqa Abd ibn Humeyd, Sebbadedən, o da Varaka ibn Əbu Nechdən, o da Mücahiddən hədisin bənzərini eynilə rəvayət etmişlər.

 

2-HZ. İSA (Ə.S.)-IN DÜNYADA 40 İL QALMASI

• Dəccalın hicri əsrin əvvəllərində çıxacağı

H. 10--- İbn Əbu Xatəm Təfsirində, Yəhya ibn Abdullah əl- Kazvunidən (ravi silsiləsi ilə) Abdullah ibn Əmr ibn Asdan rəvayət etdilər ki, Peyğəmbər (s.ə.v.) buyurdu: “Dünya qurulduğundan bəri hər əsrin əvvəlində əhəmiyyətli bir hadisə baş vermişdir. Bir əsrin əvvəllərində da dəccal çıxar və İsa ibn Məryəm (ə.s.) nüzul edərək onu öldürər.

• Hz. İsa (ə.s.)-ın dəccalı öldürdükdən sonra yer üzündə qırx il qalacağı

H. 13--- İmam Əhməd Müsnədində hz. Aişədən təxric etdi. Dedi ki; Rəsulullah (s.ə.v.) buyurdu: Dəccal çıxar, hz. İsa İbni Məryəm onu öldürər. İsa (ə.s.) ədalətli bir imam və hakim olaraq yer üzündə qırx il qalar.

H. 11--- Tabarani Abdullah ibn Salamdan təxric etdi, o dedi ki: “İnsanlar dəccaldan sonra qırx il qalar, bu dövrdə bazarlar düzəldilər və xurma ağacları əkilər.

H. 12--- Tabarani Əbu Hureyrədən təxric etdi, dedi ki; “Rəsulullah (s.ə.v.) buyurdu: “Məryəm oğlu İsa (ə.s.) enər və insanlar arasında qırx il qalar”.”

(Hz. İsa (ə.s.)-ın qırx illik dövrünə "Xeyirlər dövrü" deyilir.)

• Hz. İsa (ə.s.) dövründə həyat və Yəcüc-Məcücün çıxışı

H. 15--- Hakim, Müstədrəkində, ibn Məsuddan, o da Peyğəmbər (s.ə.v)-dən rəvayət etdi. Buyurdu: Dəccalın miniyinin qanadları (qulaqları) arasındakı məsafə qırx arşındır. Hədisə görə belə davam etdi. İsa İbni Məryəm enər və onu öldürər. Ondan sonra qırx il bol nemət içində yaşayarsınız. İnsanlar nə xəstə olar, nə də ölər. Adam qoyunlarına və heyvanlarına "gedin otlayın" deyər, onlar iki tarla arasından heç bir başaq yemədən keçib otlarlar. İlanlar və əqrəblər də kimsəyə zərər verməzlər, yırtıcı quş və heyvanlar kimsəyə bir zərər verməzlər. Bir ovuc buğda torpağa atıldığında cüt sürmədən yeddi yüz ovuc olaraq biçilər. Və bu vəziyyət Yəcüc və Məcüc səddinin açılmasına qədər davam edər. Daha sonra Yəcüc və Məcüc dalğalar halında gələrək hər yeri fəsada döndərərlər. Və nəhayət, Allah onların qulaqlarına girən bir həşəratı müsəllət edər və onlar ölü halında sabahlayarlar. Ancaq leşləri çox pis qoxu verər və insanlar ondan çox acı çəkərlər və Allahdan kömək istəyərlər. Belə olduqda Allah bir külək göndərər və çətinliklərini qaldırar və onların leşləri də dənizə atılar. İnsanlar da günəş qərbdən doğulana qədər az bir zaman qalarlar.

H. 14--- İmam Əhməd Zühdündə əbu Hureyrədən təxric etdi. O dedi ki: “İsa ibn Məryəm yer üzündə qırx il qalar və əgər Bathaya "bal olaraq ax" desə o da axar.”

• Hz. İsa (ə.s.)-dan sonra Mukaat adında bir xəlifəyə beyət ediləcəyi

H. 16--- Əbu Şeyx Kitab-ül Fiten Əbu Hureyredən təxric etdi, dedi ki, Rəsulullah (s.ə.v.) buyurdu: “İsa ibn Məryəm enər, Dəccalı öldürər və qırx il Allahın kitabı və Mənim sünnəmlə hökm edər, vəfat edər. Sonra İsa (ə.s.)-ın əmri ilə yerinə Təmim oğullarından Mukaat adında bir xəlifəyə beyət edilər. O da öldükdən sonra üç il keçmədən, Quran insanların sinələrindən və səhifələrdən qaldırılar.”

• Günəşin qərbdən doğuşunun qiyamətdən 120 il əvvəl olacağı

H. 21--- Abd. ibn Hümeyd Yezid ibn Harundan, o da İsmayıl ibn Xaliddən, o da əbu Heysəmədən, o da Abdullah ibn Ömərdən rəvayət etdilər, o dedi ki: “İnsanlar günəşin qərbdən doğulmasından sonra yüz iyirmi il qalarlar.” (N. ibn Hammad da Fitenində bu hədisi nəql edir)

H. 20--- İbn Əbi Şeybə Vekiidən, o da İsmayıldan o da əbu Heysəmədən, o da Abdullah ibn Ömərdən rəvayət etdilər, o dedi ki; “İnsanlar günəşin qərbdən doğulmasından sonra yüz iyirmi il dünyada qalarlar.”

• Qiyamətdən əvvəlki son yüz il içində Allaha ibadətin olmayacağı

H. 21--- Hakim Tarixində, əbu Səid ibn Həmid Abdullahdan (Ravi silsiləsi ilə), o da Abdullah ibn Bəridədən, o da atasından rəvayət etdilər, Rəsulullah (s.ə.v) buyurdu: “Qiyamət yer üzündə Allaha ibadət edilməyən bir yüz il keçmədikcə qopmaz.“

• Möminlərdən son qrupunun canı alındıqdan sonra insanların yüz il daha dünyada qalacağı

H. 22--- Nəim ibn Hammad Kaabdan təxric etdi. Dedi ki: İsa ibn Məryəm (ə.s.) və möminlər, Yəcüc- Məcücdən sonra illərlə qalarlar. Sonra gurultulu toz-tüstü kimi bir şey görərlər və birdən bir külək ki, Allah onu möminlərin canını almaq üçün göndərmişdir. Məhz onlar möminlərdən canı alınacaq son qrupdur. İnsanlar bundan sonra dünyada yüz il daha qalarlar. Nə din, nə sünnə tanıyarlar, vəhşi uzunqulalar kimi bir-biriləri ilə görüşərlər. Qiyamət də, onların başına qopar.

H. 23--- Nəim ibn Hammad Abdullah ibn Ömərdən təxric etdi. Dedi ki: “Allah Yəcüc və Məcücdən sonra təmiz bir külək göndərər. Bununla hz. İsa, səhabələri və yer üzündə olan hər möminin ruhunu alar. Və geridə qalanlar kafirlər olar ki, onlar yer üzünün ən şərliləridir və yüz il daha qalarlar.

H. 17--- Əbu Yala və Ravyani Müsnədlərində, ibn Nafi də Mücəmində, Hakim Müstədrəkində, Deyə isə Muxtarada Büreydədən təxric etdilər. O dedi ki, Rəsulullah (s.ə.v.) buyurdu: “Allah bir əsrin əvvəlində bir külək göndərər ki, o hər möminin ruhunu alar.

• Şərlilər dövründə insanların yenidən bütlərə ibadət edəcəkləri

H. 16--- Müslim və Hakim, Abdullah ibn Ömərdən təxric etdilər. Dedi ki, Rəsulullah (s.ə.v.) buyurdu: Dəccal çıxar, 40 gün qalar. Sonra Allah hz. İsa (ə.s.)-ı göndərər və öldürənə qədər onu axtarar. Daha sonra insanlar yeddi (qırx) il qalar. Bu əsnada iki adam arasında düşmənlik olmaz. Daha sonra isə dağda bir mağarada gizlənsəniz belə sizə çatacaq soyuq bir külək, Şam tərəfindən gələr və ürəyində zərrə qədər iman olan bir kimsəni buraxmadan ruhunu alar. Hətta bir kimsə bir dağın içində gizlənsə belə o külək oraya girər və onun ruhunu da alar. Yerdə şərli insanlar qalar və şeytan onlara pütlərə tapınmaları üçün əmr verər, onlar da o əmri yerinə yetirərlər.

H. 23--- Nəim Abdullah ibn Ömərdən təxric etdi. Dedi ki; “Qiyamət, ərəblər keçmiş atalarının bütlərinə yenidən itaət etmədən qopmaz. Bu müddət, Dəccaldan və Məryəm oğlu İsanın enişindən sonrakı yüz iyirmi ildir.

• Xeyirlilərdən sonra, şərlilərin 150 il olacağı

H. 18--- İbni Əbi Şeybə, Musannefdə, əbu Müaviyə Ameşdən, o da əbu Kaysdan, o da Heysəm ibn Esveddən rəvayət etdilər. O dedi ki: “Müaviyə zamanında mən ona baş çəkmişdim. Yanında Abdullah ibn Ömər var idi. Mənə "kimlərdənsən?" dedi. Mən "iraqlılardan" dedim. Mənə "sən orada duzlu bir yer olan Kusini tanıyırsanmı?" dedi. Mən "Bəli" dəyincə o dedi ki: "Dəccal oradan çıxar", sonra dedi "Xeyirlilərdən sonra şərlilər üçün yüz iyirmi il vardır. İnsanların heç biri qiyamətin nə vaxt qopacağını bilməz." (N. ibn Hammad da Fitenində bu hədisi nəql edir.)

H. 29--- Devləmi, Müsnət-il Firdevsin də öz atasından, o da Süleyman Hafizdən (o da ravi silsiləsi ilə) İbni Ömərdən, o da Rəsulullah (s.ə.v)-dən rəvayət etdilər ki: “Şərli insanlar, xeyirlilərdən sonra yüz əlli il bütün dünyaya hakim olarlar. Onlar da türklərdir.

(Burada türklərdən məqsəd, moğollar və çinlilərdir) Bu vəziyyət də hz. İsa (ə.s.)-dan sonra dünyanın sonuna 150 il var deməkdir. Doğrusunu Allah bilir.)

• İki nefha (üfürülmə) arasının 40 il olduğu

H. 26--- İbn Mübarək Züht hz. Həsəndən təxric etdi, o dedi ki; İki nefha (üfürülmə) arası qırx ildir. Birinci nefha (üfürülmə) ilə Allah hər dirini öldürəcək, ikinci nefha (üfürülmə) ilə də hər ölünü dirildəcək.

H. 25--- İbni Əbu Davud Baas Mərdiyə əbu Hureyrədən təxric etdilər, o dedi ki, Peyğəmbər (s.ə.v.) buyurdu: “İki nefha (üfürülmə) arası qırx ildir.”

H. 24--- Buxari və Müslim əbu Hureyrədən təxric etdi, o dedi ki, Rəsullulah (s.ə.v.) buyurdu: “İki nefha arasıdakı müddət qırx ildir.”

 

Müəllifin son sözü

Cəlaləddin Əs-Suyutinin "Kitab-ül Kəşfan Mücavəzəti Hazıhıl Ümməti Əl-elf" adlı əsəri (ondan alınan qisimlər) burada sona çatdı. Beləcə bizim kitabımız olan "Kitab-ül Bürhan fi Əlamət-il Mehdiyy-il Axır Əz- Zaman"da bitmiş oldu.

Aləmlərin Rəbbinə həmd olsun və səlatı salam əbədi və daimi din gününə qədər hz. Məhəmməd (s.ə.v.) və səhabələri ilə Təbiin və Təbə-i Təbiin ilə onların əhli üzərinə olsun.

Biz də deyirik ki, Allah Təala bütün fitnələrdən və Dəccal fitnəsindən də bizləri və bütün möminləri qorusun və bizlərə "Xeyirlərə" qovuşmağı nəsib etsin.

Amin

* Bilindiyi kimi Kütubi Sittə (Altı Kitab), altı məşhur hədis kitabından ibarət olan hədis külliyyatının bütününə verilən addır. Bu altı kitabda Peyğəmbərimizdən rəvayət edilən hədislərin doğru olduqları mövzusunda bütün əhli-sünnə alimləri tərəfindən təsdiq edilmişdir.

Buna görədir ki, Kütubi Sittə əhli-sünnə etiqadına görə dində Qurandan sonra gələn ən mühüm ikinci qaynaqdır. Belə ki, alimlər Kütubi Sittənin etibarlılığına görə, bu külliyyatda yer alan hədisləri inkar etməyi Rəsulullahı inkar etməklə bərabər tutmuşlar. Kütubi Sittədə Mehdiyyət haqqında bir çox hədis rəvayət edilmişdir. Yalnız Kütubi Sittədə yer alması belə Mehdiyyət mövzusunun doğruluğu şübhə olmayan həqiqət olduğunu ortaya qoymağa kifayətdir. Bu saytda olan hədislər Kütubi Sittədəki Mehdiyyət və Axırzamanla əlaqədar hədislərdən yalnız bir hissəsidir.

Əsas səhifə :: Müəllif haqqında :: Digər saytlar :: Əlaqə

Quranı Kərim :: Dəstək olun :: Kitablar :: Məqalələr :: Sənədli filmlər

© 2016 Harun Yəhya
Bu saytda dərc edilən bütün materialı, saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən çoxalda bilərsiniz.